1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet201/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   197   198   199   200   201   202   203   204   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Lukretsi də (eramızdan əvvəl 99-55-ci illər) dilə dair fikir 
söyləmişdir. O öz mülahizəsini “Əşyanın təbiəti haqqında” 
məşhur fəlsəfi poemasında şeir dili ilə ifadə etmişdir. Luk-
retsi dilin insandan kənar ilahi bir varlıq tərəfindən yara-
dıldığı fikrinə inanmırdı. Bu alim həqiqi olaraq göstərirdi 
ki, insan başqasının öyrətməsi əsasında danışmamışdır. 
Onun fikrincə, əşyaların adlarını zərurət diktə etmiş, hər 
bir ad müəyyən tələbat əsasında yaranmışdır.
Dilin necə əmələ gəlməsi bütün dövrlərdə eyni dərə-
cədə diqqət mərkəzində olmamışdır. Məsələn, orta əsrlər-
də, dilin mənşəyi məsələsi haqqında, demək olar ki, heç bir 
yeni elmi fikir meydana çıxmamışdır. Lakin İntibah döv-
ründə (XV–XVI əsrlərdə) bunun əksini görmək olar. Belə 
ki, həmin dövrdə Avropada elm və incəsənətin yüksəlişi 
ilə əlaqədar olaraq dilin yaranması, inkişafı məsələlərinə 
böyük maraq oyanmışdır. XVII–XVIII əsrlərdə isə dilin 
1
R.A.Budaqov. Dilçiliyə dair oçerklər. Azərnəşr, Bakı, 1956, səh. 232.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
352
mənşəyi məsələsi ilə Avropanın bir sıra ölkələrinin, o cüm-
lədən İngiltərənin, Almaniyanın, Fransanın görkəmli şəx-
siyyətləri məşğul olmuşlar.
XIX əsrdə isə bu mühüm məsələ bir çox elm sahələrini 
özünə cəlb etmişdir. Buna görə də dilin mənşəyi müxtəlif 
elmlərdə tədqiqat obyekti olmuşdur; tarixçilər, etnoqraf-
lar, psixoloqlar, antropoloqlar və başqaları da müəyyən 
fikir söyləməyə cəhd göstərmişlər.
Dilin əmələ gəlməsinin tədqiqi məsələsində, əsasən, 
iki qüsura yol verilmişdir. Bunlardan biri dilin həmin 
probleminin dilçiliyə aid edilməməsi, digəri isə dilin mən-
şəyi məsələsi ilə dillərin yaranması məsələsinin qarışdırıl-
ması haqqındakı fikirlərdir.
Birinci fikrin tərəfdarları dilin mənşəyi məsələsinin 
dilçiliyə aid olduğunu qəti inkar edərək, bunun fəlsəfə, 
antropologiya və sair elmlərə məxsus olduğunu göstərmiş-
lər. Bu problemi hətta bəzi dilçilər də dilçilikdən kənarda 
hesab etmişlər. Məsələn, fransız dilçisi Vandriyes 1914-cü 
ildə tamamladığı “Dil” adlı əsərində yazırdı: “Deyiləndə 
ki, dilin mənşəyi problemi dilçiliyə aid deyildi, bu, hə-
mişə təəccüb doğurur. Əslində, bu, bir həqiqətdir”
1
. Yaxud 
Amerika dilçisi Eduard Sepir özünün 1921-ci ildə yazdığı 
Dil” adlı əsərində dilin mənşəyinin qoyuluşunu dilçilik 
elmi üçün maraqlı hesab etmir; bu məsələnin ancaq filosof-
ların öhdəsinə verilməsini lazım bilir
2
.
Dilin mənşəyi məsələsinin dilçilikdən kənar məsələ 
olduğunu söyləyənlər, şübhəsiz ki, bu problemin son dərə-
cə çətin və çoxcəhətli olduğuna əsaslanmışlar. Dilin əmələ 
gəlməsi nə qədər çətin və mürəkkəb olsa da, bunu dilçili-
yin problemləri sırasından xaricdə düşünmək olmaz. Çün-
1
Ж.Вандриес. Язык (Лингвистическое введение в историю). M., 1937, c. 19.
2
Bax: Эдуард Сепир. Язык (Введение в изучение речи) M.-Л., 1934, c. 121.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
353
ki dil dilçilik elminin obyektidir. Buna görə də dilin mən-
şəyi və inkişafının materialist mövqedən işıqlandırılması 
müasir dilçiliyin böyük və mühüm problemlərindəndir. 
Dilçilik bu problem sahəsində çox işlər görmüş, son illər-
də yeni-yeni faktlarla daha da zənginləşmişdir. Bununla 
bərabər, insanın bütün danışıq orqanları və bunların qu-
ruluşu, xüsusiyyətləri, səsin yaranmasındakı rolu və və-
zifəsi tədqiq edilmişdir. Dilin mənşəyinə, formalaşması və 
inkişafına onlarca elmi əsər həsr edilmişdir. Buna baxma-
yaraq, bu problem hələ də tədqiq olunur. Burada bir çox 
elmlərin köməyinə böyük ehtiyac vardır. Buna görədir ki, 
tarix, psixologiya, etnoqrafiya, fəlsəfə, coğrafiya və başqa 
elm sahələri də dilin mənşəyi məsələsi ilə məşğul olur. 
Şüb həsiz ki, dilin əmələ gəlməsinin tam həqiqi və elmi şər-
hi məhz müvafiq elmlərin qarşılıqlı tədqiqatları əsasında 
mümkün olacaqdır.
Müasir dilçilikdə dilin mənşəyi dillərin əmələ gəlməsi 
problemi ilə qarışdırılmır. Lakin vaxtilə bəzi alimlər “dilin 
əmələ gəlməsi” anlayışını müxtəlif mənada başa düşüb, 
insanın necə danışmasını ayrı-ayrı konkret dillərin əmələ 
gəlməsinə aid etmişlər. İnsanın necə danışmağa başlama-
sının tarixi insanın özü qədər qədimdir. Lakin müxtəlif dil-
lərin yaranmasının minillik və ya az tarixi vardır. “Buna 
görə də bizə məlum olan dillərin heç biri insan danışığının 
nə vaxt yarandığını bildirmir”
1
.
Deməli, dilin və dillərin mənşəyi başqa-başqa 
məsələlərdir. İndi dilin əmələ gəlməsinə dair çox geniş ya-
yılmış bəzi nəzəriyyələri nəzərdən keçirək.
1
Б.Косовский. Общее языкознание. Минск, 1968, c. 74.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
354

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   197   198   199   200   201   202   203   204   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish