Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
280
Neçə səsi ifadə etməsinə görə hərflər iki yerə bölünür:
a) bir səsi bildirən hərflər, b) iki və daha artıq səsi ifadə
edən hərflər.
Bir qrafik işarənin bir səs bildirməsinə
ə, i, ö, b, v hərf-
lərini misal göstərmək olar. İki və artıq səsi bildirən qrafik
işarəyə rus yazısındakı
я (y+a), Azərbaycan əlifbasındakı
k
hərfləri misal ola bilər. Əlifbamızdakı
k hərfinin
kitab, kərən,
kələm, kərpic, kəndir... sözlərində cingiltili
g hərfinin qarşılığı
olan kar səsi bildirməsi onun əsas,
kolxoz, kommunist... sözlə-
rindəki
k səsini əks etdirməsi isə əlavə vəzifəsidir.
Müasir dövrdə milli qrafikaların ətraflı şərhi dil haqqın-
da elmin aktual məsələlərindən hesab olunur. Bu, həm əlif-
ba, həm də orfoqrafiya problemləri üçün gərəklidir.
2. ORFOQRAFİYA ŞÖBƏSİ
Tətbiqi dilçilikdə xüsusi mövqeyə malik şöbələrdən
biri
orfoqrafiyadır. Orfoqrafiya termini yunan mənşəli iki
sözdən ibarətdir. Birinci söz “orthos”
düzgün, ikinci söz isə
“grapho”
yazıram deməkdir.
Orfoqrafiya iki mənada işlənilir: a) ədəbi dilin yazılı
formasında istifadə olunan
orfoqrafik qaydalar sistemi,
b) bu qaydalara dair orfoqrafik nəzəriyyə.
Orfoqrafik qaydalar bu və ya başqa dilin yazısının ya-
ranması ilə birlikdə təşəkkül tapır. Belə ki, müəyyən dilə aid
yazı formalaşanda həmin yazının orfoqrafiyasının özülü də
əmələ gəlməyə başlayır. Məsələn, hələ eramızdan əvvəl qə-
dim Şərq ölkələrində yazı yarandığı zaman düzgün yazılış
məsələsi də diqqət mərkəzində olmuşdur. Qədim dövrün
alimləri orfoqrafiyaya dair qaydalar müəyyənləşdirmiş,
bəzi göstərişlər, mülahizələr irəli sürmüşlər. Qədim kitab-
larda rast gəlinən həmin fikirlərdə “tamamlanmış orfoqra-
fik nəzəriyyə yox idi”. Orfoqrafiyaya aid nəzəri əsərlərin
meydana gəlməsinin tarixi, əsasən, son dövrlərlə bağlıdır.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
281
Hər bir ədəbi dilin inkişafında dəqiq müəyyənləşdi-
rilmiş orfoqrafiya qaydalarının xüsusi əhəmiyyəti vardır.
Orfoqrafiya yazılı ədəbi dilin sabitləşməsinə, fikirlərin ay-
dın ifadə edilməsinə imkan yaradır, yazıda anlaşılmazlığa
yol vermir.
Orfoqrafiya geniş anlayışdır. Bütövlükdə orfoqrafiya-
nı təşkil edən qaydalar düzgün yazılması zəruri olan bir
çox sahələri əhatə edir.
Müasir hərfli yazılardakı orfoqrafiya qaydaları bir
neçə hissəyə bölünür:
1
1. Kök və şəkilçidəki səslərin hərflə ifadəsinə dair qay-
dalar.
2. Mürəkkəb sözlərin bitişik, yarımbitişik (defislə) və
ayrı yazılışına aid qaydalar.
3. Sözlərin baş hərflərinin böyük yazılışına aid qaydalar.
4. Sözün hissəsinin sətirdən-sətrə keçirilməsinə dair
qaydalar.
5. İxtisar edilən sözlərin və qısaltmaların yazılışına aid
qaydalar.
Bütün bu qaydalar müəyyən orfoqrafik prinsiplərə
əsaslanır.
Fonoqrafik yazılarda istifadə olunan orfoqrafik prin-
siplər çoxdur və bunların hamısı əsas
orfoqrafik prinsip
hesab olunur. Məsələn, ixtisar olunmuş sözlərin yazılışına
fikir verək. Belə sözlərin yazılışında aşağıdakı prinsiplər-
dən də istifadə edilir.
1. İnisial prinsipi. Sözün ancaq ilk hərfinin yazılması ini-
sial prinsipi adlanır. Məsələn:
q. (qəpik)
, m. (manat),
c. (cild),
h. (hissə),
b.k. (bu kimi)...
2. Suspenziya prinsipi. Sözün yalnız bircə hərfi deyil, onun
bir hissəsinin yazılması prinsipinə
suspenziya deyilir;
1
В.Ф.Иванова. «Современный русский язык. Графика и орфография». M., 1966, c. 86.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
282
məsələn,
prof. (professor),
dos. (dosent),
səh. (səhifə),
yol. (yoldaş),
akad. (akademik)... Bu prinsipdən hələ
antik latın yazılarında geniş istifadə olunmuşdur.
3. Kontraksiya prinsipi. Sözün ortasından hərfləri
ixtisar
edərək yazmaq prinsipi
kontraksiya adlanır; məsələn:
f-k (fabrik),
dr (doktor),
z-d (zavod)...
Bu prinsipə də qədimdə latın yazılarında geniş yer
verilmişdir.
Göstərilən prinsiplər və eləcə də onlarca belə prinsip
ümumi əsas orfoqrafik prinsip sayılmır. Əsas orfoqrafik prin-
sip üçün xüsusi meyar vardır. Həmin meyara görə, orfoqra-
fik prinsip geniş əhatəli olmalı və bir neçə dilin yazısında az
və ya çox dərəcədə öz əksini tapmalıdır. Fonetik prinsipdən
yazıların, demək olar ki, əksəriyyətində istifadə olunur. Elə
buna görə də o, əsas orfoqrafik prinsiplərdən biri hesab edilir.
Əsas orfoqrafik prinsiplər haqqında dilçilikdə müxtə-
lif fikirlər mövcuddur. A.A.Reformatski 6 əsas prinsip (fo-
netik və
fonematik, etimoloji və tarixi-ənənəvi, morfoloji
və simvolik) olduğunu göstərmişdir
1
. Başqa dilçilər isə
3 əsas orfoqrafik prinsip (fonetik, morfoloji və ənənəvi)
müəyyənləşdirmişlər
2
. Bu sonuncu fikir dilçilər tərəfindən
məqbul hesab edilir. Orfoqrafiyanın əsas prinsiplərinin
hər biri – fonetik, morfoloji və ənənəvi prinsipi müəyyən
əlamətlərə malikdir.
Do'stlaringiz bilan baham: