1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet137/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   133   134   135   136   137   138   139   140   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

6.08. MORFOLOGİYA ŞÖBƏSİ
Nəzəri dilçiliyin mühüm şöbələrindən biri morfo-
logiya adlanır. Morfologiya termini forma (morfo – morphe) 
və təlim (loqos – logos) mənalarını bildirən iki yunan sö-
zündən əmələ gəlmişdir. Bu termin dilçiliyə biologiyadan 
keçmişdir; belə ki, biologiya elmində orqanizmin quruluşu 
haqqında təlimə morfologiya deyilir.
Dilçilik elmində morfologiyanın mövzusunu sözün 
forması təşkil edir. Həmin şöbə bu və ya başqa dildə sözlə-
rin formalarını, onların dəyişilmə şəkillərini öyrənir. Buna 
görə də morfologiya sözün forması haqqında linqvistik 
təlimdir. Lakin qeyd etməliyik ki, dilçilikdə morfologiya 
termini ancaq elm şöbəsinin adı kimi yox, həm də başqa 
mənada, məsələn, sözlərin qrammatik formalarının siste-
mi mənasında da işlənilir. Bunun da nəticəsində bu və ya 
digər dilin morfologiyası (Azərbaycan dilinin morfologi-
yası, tatar dilinin morfologiyası, özbək dilinin morfologi-
yası və s.) dedikdə, həm dilin morfoloji sistemi, həm də 
bu sistem haqqında təlim təsəvvür olunur. Elm şöbəsi kimi 
morfologiya terminini ikimənalılıqdan uzaqlaşdırmaq 
üçün, şübhəsiz ki, morfoloji sistem terminindən istifadə 
məqsədəmüvafiq olar.
Morfologiya şöbəsinin məqsədi sözün formasını hər-
tə rəfli və dərindən öyrənməkdən ibarətdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
238
1. SÖZÜN FORMASI
Sözün forması anlayışı necə başa düşülür?
Məlumdur ki, fikir, düşüncə dildə ayrı-ayrı sözlərdə 
deyil, cümlə ilə ifadə olunur. Cümlə yaratmaq üçün sözlər 
bir-biri ilə birləşmə xüsusiyyətinə və əlamətinə malik olur. 
Bu cəhət olmadan fikri ifadə etmək qeyri-mümkündür. 
Məsələn, əsər, məzmun, hamı, xoş, gəl sözlərini tələffüz edək. 
Göründüyü kimi, burada sözlər sadalanır, lakin müəyyən 
fikir ifadə olunmur. Həmin sözlərə məqsədlə bağlı müva-
fiq şəkilçilər artırıldıqda isə (Əsər+in məzmun+u hamı+nın 
xoş+una gəl+di) müəyyən fikir ifadə edərkən onların düş-
düyü şəkillər forma (sözün formaları) adlanır. Bu formalar, 
yəni sözlərin qrammatik formaları dildə çox müxtəlifdir. 
Sözün forması məzmunla vəhdət təşkil edir. Yəni məz-
munsuz forma, formasız isə məzmun yoxdur. Sözlərdə 
məzmun leksik mənada, forma isə qrammatik mənada tə-
zahür edir. Deməli, sözlərin leksik mənası ilə qrammatik 
mənası bir-biri ilə qırılmaz surətdə bağlıdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   133   134   135   136   137   138   139   140   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish