1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet136/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   132   133   134   135   136   137   138   139   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

6.07. DERİVATOLOGİYA ŞÖBƏSİ
Dilçiliyin müstəqil şöbələrindən biri derivatologiya 
adlanır. Bu şöbə dildə yeni sözlərin necə düzəldildiyinin 
aydınlaşdırılması ilə məşğul olur.
Məlumdur ki, cəmiyyətdə yaranan hər yeni şey dil-
də sözlə əks olunur. Yeni meydana çıxan anlayış və şey-
ləri dildə adlandırmaq üçün ya yeni söz yaradılır, ya da 
başqa dildən hazır söz alınır. Bunlardan yeni söz yarat-
maq dilçiliyin sözyaratma şöbəsinin mövzusunu təşkil 
edir
1
.
Derivatologiya müstəqil dilçilik şöbəsi kimi çox gənc 
hesab olunur. Bu şöbəyə aid məsələlərlə uzun illər gah 
leksikologiyada, gah da qrammatikada məşğul olmuşlar. 
Derivatologiya belə ortaqlı mövqedə dayandığından onun 
problemləri XX əsrə qədər ətraflı işlənilməmişdir.
Derivatologiya, əsasən, son illərdə müstəqil şöbə kimi 
formalaşmağa başlamışdır. Aparılmış bir sıra ciddi təd-
qiqatlar nəticəsində, obrazlı desək, elm derivatologiyanın 
müstəqil şöbə olmasına əsaslı vəsiqə vermişdir. Derivato-
logiya təlimində, hər şeydən əvvəl, iki anlayışın fərqinə 
xüsusi fikir verilməlidir. Bunlardan biri “yeni söz yarat-
maq”, digəri isə “yeni söz uydurmaq” anlayışıdır.
1
Ю.С.Степанов. «Основы общего языкознания»; M., 1975.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
236
Dildə yeni söz uydurmaq hadisəsinə yol verilməsi 
halları az olmamışdır. Uydurulmuş sözlərə ayrı-ayrı dil-
lərdə az da olsa təsadüf edilir. Filoloji ədəbiyyatlarda 5 sö-
zün (qaz, kodak, neylon, qnom, liliput) süni yolla düzəldildiyi 
göstərilir.
Dilin lüğət tərkibinin intensiv şəkildə artıb inkişaf et-
məsində bu qrup sözlərin yox, təbii söz yaradılması vasitə-
silə əmələ gətirilən vahidlərin xüsusi rolu və əhəmiyyəti 
vardır. Dildə hər bir yeni söz dilin materialı əsasında, dil-
dəki mövcud sözlərin nümunəsində yaradılır. Məlumdur 
ki, yeni sözlər dildəki sözlərlə əlaqədə yaradılmasa, dili 
mənimsəmək dəfələrlə çətinləşər, eyni zamanda, belə bir 
proses dilin inkişafına mane ola bilərdi.
Dildə sözlər müxtəlif şəkildə yaranır. Məsələn: bəzi 
yeni söz köhnə sözün mənasının inkişafı əsasında təşəkkül 
tapır ki, bunun da nəticəsində bir sözdən iki söz (omonim) 
yaranmış olur. Yaxud, mövcud sözə bu və ya başqa leksik 
şəkilçinin artırılması və iki leksemin yanaşdırılması və sair 
formalarla söz yarandığı müşahidə edilir. Sözlərin əmələ 
gətirilməsində müşahidə olunan cəhətlərə uyğun olaraq 
dilçiliyin şöbəsi konkret bu və ya digər dilin söz yaradıcı-
lığı yollarını müəyyənləşdirir. Dildə başlıca olaraq 4 yolla 
söz yaradılır:
a) semantik yolla;
b) fonetik yolla;
c) morfoloji yolla;
ç) sintaktik yolla.
Dildəki hər bir yeni sözün taleyi onun ifadə etdiyi an-
layışla bağlı olur. Məsələn, patefon anlayışına nəzər yetirək. 
Bu əşya meydana çıxanda onu adlandırmaq üçün yeni söz 
də yaranmışdır. Lakin həmin anlayış köhnələndə “pate-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
237
fon” sözü də dilin passiv lüğətinə keçmişdir. Dillərin deri-
vatoloji sistemi çox mürəkkəb təbiətə malikdir. Buna görə 
də derivatologiyanın bir sıra məsələləri hələ də mübahisə-
lidir. Bu şöbəyə aid aktual problemlərin işıqlandırılması 
və mükəmməl linqvistik nəzəriyyə yaradılması dilçiliyin 
qarşısında duran mühüm vəzifələrdəndir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   132   133   134   135   136   137   138   139   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish