Sual 17.Təlimin vəzifələri
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun mərkəzində
tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur.
Təlimin qarşısında təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici kimi əsas üç vəzifəsi vardır. Bu vəzifələr (funksiyalar ) öyrədənin və öyrənənin qarşılıqlı fəaliyyəti ilə həyata keçirilir.
Təlimin təhsilləndirici vəzifəsi. Təlimin təhsilləndirici vəzifəsi ondan ibarətdir ki, o təhsil alanalarda ilk növbədə yeni bilik, bacarıq, vərdişlər formalaşdırmalıdır. Təlim insana yeni biliklər verməli, onun elmi dünyagörüşünü inkişaf etdirməlidir.
Bilik – elmin təbiət, cəmiyyət və təfəkkürə aid fakt, məlumat, anlayış, qanun, qayda, nəzəriyyələrin anlanmasına, hafizədə saхlanmasına və yenidən təsvirinə deyilir.
Bacarıq – biliklərə əsaslanaraq hər hansı əməliyyatları yerinə yetirmək qa-biliyyətinə deyilidir. Başqa sözlə, bacarıq biliklərin tətbiq edilməsi deməkdir.
Vərdiş– şüurlu fəaliyyətin avtomatlaşdırılmış komponentinə deyilir. Bu elə bir fəaliyyətdir ki, dəfələrlə təkrar etmək sayəsində bilik və bacarıqlar səhvsiz və dürüst, asanlıqla yerinə yetirilir.
Təlimin tərbiyəedici vəzifəsi. Təlimin tərbiyəedici vəzifəsi sözügedən pedaqoji prosesin təbiətindən irəli gəlir.Təlim prosesində şagirdlərin baхışları, elmi dünyagörüşü, əхlaqi və estetik təsəvvürləri, həmçinin şəхsiyyətin tələbatları, fəaliyyətinin motivləri, dəyərləri formalaşır.
Öyrətmək – həm də tərbiyə etmək deməkdir. Məktəbdə öyrədilən elmi biliklər şagirdlərin dünyagörüşünün, əxlaqının formalaşması üçün əsasdır.Təlimin tərbiyələndirici vəzifəsinin başlıca əhəmiyyəti bundan ibarətdir ki, o, mövzuların tədrisində, müəllim mövzunun tərbiyəvi əhəmiyyətini, əxlaqi, mənəvi cəhətlərini təhsil alanlara başa salmalıdır.Təlimin tərbiyələndirici vəzifəsinin reallaşdırılmasında müəllimin üzərinə böyük vəzifələr düşür. Hər bir müəllim mövzunu planlaşdırarkən onun təhsilləndirici vəzifəsi ilə yanaşı, tərbiyələndirici vəzifəsini mütləq nəzərə almalı, özünün biliyindən, dünyagörüşündən istifadə etməklə həmin tərbiyə imkanlarını üzə çıхarmağı bacarmalı, şagirdlərdə yüksək mənəvi keyfiyyətlər aşılamağa çalışmalıdır.Bu, həmçinin müəllimin nüfuz və pedaqoji ustalığından, yaradıcı fəaliyyətindən çoх asılıdır.Belə ki, müəllimin əqidəsi, mərifəti uşaqlara daha çoх müsbət təsir göstərir.Bu nümunə təlimin tərbiyələndirici vəzifəsinin reallaşmasında mühüm rol oynayır.Təlimin məzmunu tərbiyəetmə imkanlarına malikdir. Bütün tədris fənlərinin bu və ya digər tərbiyəedici potensialı vardır. Şəхsi keyfiyyətlərin formalaşmasında humanitar və sosial-iqtisadi fənlər daha böyük imkanlara malikdirlər. Müəllim bu imkanlardan istifadə edərək təlimin tərbiyədici vəzifəsini həyata keçirməlidir.
Təlimin inkişafetdirici vəzifəsi. Təlimin prosesində bilik, bacarıq və vər-dişlərin mənimsənilməsindən başqa həm də onların inkişafı baş verir. O, bütün istiqamətlərdə cərəyan edir: nitq, təfəkkür, təxəyyül, diqqət, hafizə, maraq və meyl-lər, fiziki, etik, estetik, emosional keyfiyyətlər, iradi keyfiyyətlər, fəallıq, təşəb-büskarıq və s. Ona görə deyə bilərik ki, təlim prosesi məktəblinin həyatına daxil olaraq onu, dəyişdirir və hərtərəfli inkişaf etdirir.
Beləliklə deyə bilərik ki, təlim prosesində göstərilən bu əsas vəzifələr komp-leks şəkildə həyata keçirilməlidir.
Do'stlaringiz bilan baham: |