Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet17/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   13   14   15   16   17   18   19   20   ...   300
III mətn
Bir gün Musa peyğəmbər əleyhsalam (salavat çəkir – top.) gedirdi Turi-sinaya. Gördü ki, çobandı, bir sürü qoyundu, beş yaşında uşaxdı, bir də köpəyidi. Bir dərənin içində kölgələnir. Dedi:

– Çoban.

Dedi:

– Nədi?


Dedi:

  • Demirsən, bulutdan yağış yağar, qoyunu dərədə sel aparar?

Dedi:

  • Yox qardaş, o qısır bulutdu, onda yağış yoxdu.

Peyğəmbər əleyhsalam tərəddüd elədi ki, nətər olur çoban bilir, mən bilmirəm. Getdi Allahnan söhbət elədi. Dedi:

  • Musa, niyə tərəddüd eliyirsən, sözün nədi?

Dedi:

– Əşi, belə-belə.

Dedi:

– Hə, çoban düz deyir, dümağ bulutdu, orda yağınnıx yoxdu.



Musa bikef durur. Allah deyir:

– Deyirsən indi o bulud qara bulud olsun?

Deyir:

– Hə dana.



Qara bulud gəldi, ildırım çaxdı, sel çobanın qoyununu, köpəyini, beş yaşında uşağını götdü getdi. Peyğəmbər əleyhsalam gəldi ki, çoban əliynən başına döyür. Deyir:

– Ə, noldu?

Deyir:

– Ə, yeri get. Mərdimazara nəhlət.



Şəriyətdə nəhlətdən ağır söz yoxdu. Peyğəmbərin pisinə gəldi ki, qəzanı bu törədif. Tez qayıtdı bir də Turi-sənaya, Allah-taaladan istixazə elədi ki, ya Allah, mən neyniyim? Dedi:

– Onun beş yaşındakı uşağını ilişdirmişəm kola. Get onu tap, ver ona. O sana üş kərə deyəjəh Allah atana rəhmət eləsin, lənət üsdünnən götürüləjəh.

Gəldi dedi ki, qardaş, gəl mən sənin uşağını taparam. Uşağı tapıf verəndə çoban üş dəfə təkrar elədi ki, Allah atana rəhmət eləsin.

O uşağı ki tapdı verdi ona, nə qoyun çobanın gözünə göründü, nə köpək gözünə göründü. Səvinə-səvinə uşağı apardı.



23. DÖRD SEVGİ
Bir günnəri Fatmeyi Zəhra həyat yoldaşı Cənab Əliyə deyir ki, Əli, dünyada sən hər şeyi bilirsən? Deyir:

– Fatma, bilirəm.

Deyir:

– Elə şey olar ki, bilmiyəsən.



Deyir ki, yox, çalışaram hər şeyi biləm. Gedir atasına deyir ki, qibleyi ata, ola sən Əlidən bir şey soruşasan bilmiyə gəlif mənnən örgənə. Özünə tabe elətdirmək fikrinə düşür da. Deyir, qızım, söz yox ki, Cənab Əli hər şeyi bilir. Amma deyirsən da. Çalışaram ki, bunu eliyəm.

Günnərin bir günü günorta namazında peyğəmbər əleyhsalam deyif ki, əmoğlu, isdiyirəm sənnən bir şey soruşam. Deyir, buyur. Deyir ki, Allahı sevirsən? Deyir, bəli, sevirəm. Deyir ki, məni də sevirsən? Deyir, bəli, sevirəm. Deyir, qızım Fatmanı da sevirsən? Deyir, bəli, sevirəm. Oğlun Həsəni, Hüseyini sevirsən? Deyir, əlbətdə sevirəm. Deyir, yaxşı, bu dört sevgini yığmısan bir yerə, bunnar heş bir-birinnən dalaşıf bir-birin qırmır? Əli ilişir. Deyir ki, əmoğlu, onda icazə ver gedif fikirrəşim, gəlim saa cavab verim. Bu düşünə-düşünə gəlir. Fatmeyi Zəhra görür həyat yoldaşı Cənab Əli imtahandan çıxıb suala cavab vermiyən bir şəxs kimi gəlir. Gəlir çatır, Fatma bunu qarşılıyır. Deyir, əmoğlu, elə bil imatahan vermisən, cavab verəmməmisən. Deyir ki, heylə oldu, Fatma. Atan maa sual verdi, mən onu bilmədim. Nə sual verdi? Deyir, maa sual verdi ki, Allahı sevirsən, əlbətdə. Məni sevirsən, əlbətdə. Qızım Fatmanı sevirsən, əlbətdə. Bəs oğlannarını? Həmçinin. Bə bu dörd sevgini bir yerdə nejə dolandırmağı bacarırsan? Mən cavab verəmmədim. Deyir, həqqi cavab verəmmədin? Deyir, bəli. Deyir, orda nə var. Deyir, Fatma, sən allah, bilirsən? Deyir ki, hə, bilirəm. Deyir, Fatma, onda onu maa de, gedif deyim. Deyir ki, deyərəm. Deyir ki, Allahı görmüsən? Deyir ki, xeyr. Söhbət eləmisən? Deyir ki, xeyr. Bir yerdə çörək yemisən? Deyir, xeyr. Deyir, Allahı ruhən sevirsən. Bu ruhən sevgidi. Atamı imanına görə sevirsən, məni nəfsinə görə sevirsən, balalarını da Allahdan gələn hisdi ki, sevirsən. Bu sevginin hərəsinin öz yeri var. Sən bunu niyə deyə bilmədin?



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish