4. Açıq sistemlər texnologiyası
Hesablama texnologiyası tezliklə inkişaf edir. Nəticədə müxtəlif qurğu və onlar ümün proqram hazırlanmışdır. Müxtəlif proqram-apparat vasitə və sistemlərin belə bolluğu onların bir çoxu arasında uyğunsuzluğa gətirib çıxartdı. Bu oblastda problemi həll etmək vahid qaydaların işlənilməsi ilə mümkündür ki, bu qaydalar sonradan sahə, milli və beynəlxalq statusunu alırlar. Beynəlxalq səviyyədə bu problemin həlli üçün açıq sistemlər prinsipindən istifadə etmək təklif olunmuşdur.
Açıq sistem (ing. “Open system”) – ictimaiyyət üçün açıq və ümumilikdə qəbul olunmuş (beynəlxalq) standartlara uyğun işlənilmiş apparat və proqram məhsul və texnologiyalardan ibarət hesablama mühitidir.
Apparat və proqram məhsul və texnologiyaların istifadəçiləri üçün açıq sistemlərin əsas təyini bu məhsulları və texnologiyaları istehsal edən təchizatçıdan müstəqillikdir. İdeyanın məğzi ondan ibarətdir ki, istehlakçılar öz sistemlərinin qüvvəsini artıraraq belə təchizatçının (firmanın, kompaniyanın) ixtiyari məhsulunu əldə edə bilərlər. Bu apparat və proqram vasitələrinə aiddir.
Açıq sistemlərin əsas xassələri:
1. daşınma;
2. interoperabillik;
3. miqyaslılıq;
4. inkişaf və modernizasiya üçün proqram və apparat təminatının əlverişliliyi.
Daşınma (portability) – proqram və apparat təminatının müxtəlif və ya müxtəlif əməliyyat sistemlərinin idarəsi altında işləmək qabiliyyətidir.
İnteroperabillik (Interoperability) müxtəlif proqram və apparat platformaların qarşılıqlı uyğunluq qabiliyyətidir.
Miqyaslılıq (Scalability) – proqram və apparat vasitələrin müxtəlif sistemlərlə korrekt işləmək qabiliyyətidir.
Açıq sistemlərdə, məsələn, UNIX standartlaşdırılmış əməliyyat sistemindən istifadə olunur. Açıq sistemlərin texnologiya və standartları verilən xassələrlə sistem və tətbiqi proqram vasitələrin istehsalının real mümkünlüyünü təmin edirlər.
İstifadəçilər üçün üstünlük ondan ibarətdir ki, onlar vaxt keçdikcə sistemin işləmə qabiliyyətini nəzərə almadan onun elementlərini daha təkmilləşdirilmişlərə dəyişə bilərlər.
“Açıq sistemlər” termini müvafiq tövsiyyələr köməyi ilə ixtiyari iki sistemin qarşılıqlı əlaqəsi kimi başa düşülür.
Açıq sistemlərin qarşılıqlı əlaqəsi (Open Systems Interconnection, OSI) – müxtəlif istehsalçılar tərəfindən yaradılan sistemlərin açıq arxitekturalarla birləşmə qaydalarıdır.
Açıq sistemlərin qarşılıqlı əlaqə modeli müxtəlif cinsli sistemlərin (kompüterlərin, terminalların, proseslərin, əlaqə vasitələrinin) şəbəkə əlaqələrinə aid tövsiyyələri birləşdirir. Belə ki, kompüter şəbəkələri üçün standart kimi TCP/IP şəbəkə protokollarıdır.
Açıq arxitektura (Open architecture) – dərc olunmuş spesifikasiyalarla olan kompüter və ya periferiya qurğusunun arxatekturasıdır. Belə arxitektura digər istehsalçılara sistemlər üçün əlavə qurğuların yaradılmasına imkan verir.
Do'stlaringiz bilan baham: |