Yeni İnformasiya texnologiyalari


Informasiya texnologiyalarının evolyusiyası



Download 43,22 Kb.
bet7/10
Sana21.01.2017
Hajmi43,22 Kb.
#754
1   2   3   4   5   6   7   8   9   10
2. Informasiya texnologiyalarının evolyusiyası

“İnformasiya texnologiyası” anlayışının tərifindən çıxış edərək nəticəyə gəlmək olar ki, informasiya texnologiyalarının inkişaf tarixi öz başlanğıcınıı nitqin meydana çıxmasından götürür. Bu dövr informasiya texnologiyalarının birinci mərhələsini təşkil edir.

Şəxsi ünsiyyət zamanı ayrı-ayrı insanlar arasında informasiyanın mübadiləsi sadələşdirilmişdir. Bundan başqa insanarın yaxın nəsilləri arasında (babadan, ataya, sonra isə nəvəyə) informasiyanın ötürülməsi sadələşdirilmişdir. Biliklərin saxlayıcıları kahinlər жрецы, din xadimləri mövcud oldular. Biliklərə və informasiyaya girişin məhdud olduğundan biliklər cəmiyyətdə gedən istehsal və sosial proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilməzdilər.

Lakin informasiyanın “dodaqdan dodağa” ötürülməsi insanın ölümü ilə itirdi. Bundan başqa, zamanda və ya məkanda insanın iştirakı olmadan informasiyanın ötürülməsini təşkil etmək imkanı yox idi.

İnformasiya texnologiyası evolyusiyasının ikinci mərhələsi yazı ilə bağlıdır. İnformasiyanın yiğılması və bir çox nəsillərə ötürülməsi imkanı yaradılmışdır. Nformasiyanın daşıyıcısı qsmində yazılı məlumatdan istifadə edilirdi. Bu imkanlarla informasiya texnologiyası inkişafın növbəti pilləsinə qalxmışdir.

1445-ci ildə birinci çap maşınının və kitab çapının meydana çıxmasından 500 il ərzində olan informasiya texnologiyasının üçüncü mərhələsinə gətirib çıxartdı. Biliklər tirajlaşdırılırdı, insanlar arasında informasiya surətlənirdi. İnformasiya artıq istehsala təsir göstərə bilirdi. Müəyyən qurğular, buğ maşınları, fotoqrafiya, teleqraf, radio meydana çıxmışdırlar.

Lakin XIX əsrin sonunacan işləyən əhalinin maddi istehsalat sferasında . 95 %-ı informasiya sferasında isə cəmi 5% məşğul idilər. XX əsrin ortalarında informasiya sferasında məşğul olan əhalinin faizi təxminə 30 %- qədər qalxmışdır, və bu tendensiya artmağa doğrudur.

XIX əsrin sonunda – XX əsrin əvvəllərində informasiya evolyusiyasının 4-cü mərhələsi başlanmışdır, bu da informasiyanın ötürülməsi vasitələrinin yaradılması və yayımlanması ilə əlaqədardır. Real zaman rejimində ixtiyari məsafələrə informasiyanın ötürülməsi imkanı meydana çıxmışdır.

1946 ildə ilk elektron-hesablanma maşınlarının yaradılması informasiya texnologiyaları evolyusiyasının beşinci mərhələsinə gətirib çıxartdı. Formalizə olunmuş biliklərin yazılması və uzunmüddətli saxlanılması üçün bəzi üsullar yaradılmışdır ki, bu zaman bu biliklər istehsalat avadanlığının iş rejiminə bilavasitə təsir göstərə bilərdilər. Video- və audioinformasiyanın uzun məsafəyə ötürülmə, informasiya fondlarının yaradılma imkanları meydana gəlmişdir. Beşinci mərhələ ərzində EHM-lərin inkişafı baş verirdi, bu da informasiya texnologiyalarının ardıcıl inkişafına gətirib çıxarırdı. Bu dövrdə informasiya texnologiyalarının fəaliyyətinin əsas meyarı kimi maşın resurslarının qənaəti çıxış edirdi. Bu zaman avadanlığın maksimal yüklənilməsi məqsədi güdülürdü ki, bu da informasiyanın işlənlməsinin paket rejiminin təşkili ilə təchiz edilirdi.

Paket rejimi EHM-lərin istehsalat gücünü kəskin artırmışdır, lakin bu zaman proqramların sazlanması və yeni proqram məhsullarının yaradılma prosesini çətinləşdirmişdir.

1980-ci illərin əvvəllərində mini EHM-lər və böyük inteqral sxemlər üzərində qurulmuş üçüncü nəsil EHM-lər yaradılmışdır. Üçüncü nəsil EHM-lər bazasında informasiya texnologiyalarının yaradılmasının əsas meyarı proqramçının əməyinə qənaət oldu ki, bu da proqramlaşmanın instrumental vasitələrinin işlənilməsi ilə realizə olmuşdur. İkinci nəsil əməliyyat sistemləri yaradılmışdır ki, bunlar üç rejimdə işləyirdilər:


  • Real zaman;

  • Zamanın bölünməsi;

  • Paket rejimi.

Zamanın bölünməsi sistemləri mütəxəssis üçün dialoq rejimində işləməyə imkan vermişdir, belə ki, ona zaman kvantı ayrılmışdır, və bu müddət zamanı o sistemin bütün resurslarına daxil olma imkanını əldə etmişdir. Yüksək səviyyə dilləri (PL, Pascal və s.), tətbiqi proqramlar paketləri, verilənlər bazalarının idarəetmə sistemləri, layihələndirmənin avtomatlaşdırma sistemləri, EHM-lə ünsiyyətin dialoq vasitələri, proqramlaşdırmanın yeni texnologiyaları (struktur və modul) yaradılmışdır, EHM-lərin qlobal şəbəkələri meydana gəlmişdir, informatika adlı yeni elm sahəsi formalaşmışdır.

İqtisadi obyektlərin idarəedilməsinin avtomatlaşdırılması üçün idarəetmənin avtomatlaşdırılmış sistemləri, verilənlərin işlənilməsinin avtomatlaşdırılmış sistemləri və iqtisadi informasiyanın iənilməsinin digər avtomalaşdırılmış sistemləri yaradılmışdır.

İnformasiya texnologiyaları evolyusiyasının altıncı mərhələsi mikroprosesorun və fərdi kompüterin meydana gəlməsindən başladı.

Fərdi kompüter insan fəaliyətinin çətin formalizə olunan proseslərindən çoxunu formalizə etməyə imkan yaradan alətdir. İnformasiya texnologiyalarının funksionallığının əsas meyarı kimi onların biliklərin formalizə olunması üçün istifadəsi və insan fəaliyyətinin bütün sferalarına tətbiqi çıxış edir.

Dialoq əməliyyat sistemləri geniş yayım almışdırlar ki, onlar arsında UNİXi, avtomatlaşdırılmış işçi yerlərini, ekspert sistemlərini, biliklər bazalarını, lokal hesablama şəbəkələrini, hibrid avtomatlaşdırılmış istehsalatlarını, verilənlərin paylanılmış işlənilməsini sadalamaq olar.

İnformasiya artıq material, enerji və kapitalla bərabər resurs kimi çıxış edir. Yeni iqtisadi kateqoriya yaranır – milli informasiya resursları. Bu dövrdə cəmiyyətin informatizasiyası məqsədilə biliklərin avtoformallaşdırılması üçün informasiya texnologiyaları işlənilir.

Verilənlərin parallel işlənilməsi ilə olan maşınlar – transpüterlər yaradılır. Onlar üçün yeni dil – parallel proqramlaşdırma dili işlənilir. Qüvvəsinə görə böyük kompüterlərə öz yerni verməyən portativ EHM-lər, klaviaturasız kompüterlər, bundan başqa qrafik əməliyyat sistemləri və yeni informasiya texnologiyaları – obyekt-yönəldilmiş texnologiyalar, hipermətn, multimedia, CASE-texnologiyalar və s. yaradılmışdır.


Download 43,22 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish