XV mövzu
Azərbaycan Sovet rejimi şəraitində
(1920-1930-cu illər)
Plan
1. AXC-nin süqutundan sonra Azrbaycanda sosial-iqtisadi vəziyyət. Sovet rejiminə
qarşı üsyanlar.
2. Azərbaycanda Sovet milli siyasəti.DQMV-nin və Naxçıvan MSSR-in təşkili.
3. Azərbaycanda sosialist yenidən qurmaları və onların nəticələri.Kütləvi siyasi
repressiyalar.
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə, VI cild, Bakı, 2005, cəh. 9-200,250-406.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasəti tarix, Bakı, 2004.səh.119-154
3. Siyasi tarix.I hissə Bakı, 1995, səh. 241- 267.
4. Siyasi tarix II hissə Bakı, 1998, səh..5-33.
5. Mustafazadə T. Ümumi tarix.IV cild, Bakı, 1997.
6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, səh.147-149.
7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1918-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin Az. SSR Xalq Komissarları Sovetinin aşağşdakı tərkibini təşkil seçdi: N.Nərmanov-XKS-in sədri, Ç.İldırım- hərbi dəniz işləri komissarı, H.Sultanov-xalq daxili işlər komissarı, Ə.H.Qarayev əmək və ədliyyə komissarı, Q.Musabəyov əkinçilik, ticarət, sənaye və ərzaq komissarı və s.
Elə həmin gün Gəncədə hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. Həmin komitəyə İ.M Əliyev başçılıq etdi. Aprelin axırına yaxın Quba, Şamaxı,Cavanşir qəzası, Şəmkir, Gədəbəy rayonlarında hakimiyyət inqilab komitələrinin əlinə keçdi.
1920 –ci il mayın birinci yarsında Sovet hakimiyyəti Naxçıvandan başqa, demək olar, bütün Azərbaycanda qurulmuşdu.Əhalinin zəhmətkeş təbəqələri və liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və dəstəkləyirdi.
Yeni yaranmış hakimiyyət elə ilk günlərdən 27 aprel bəyanatının şərtlərini pozaraq AXC liderlərinin, görkəmli nümayəndələrinin, Azərbaycan ordusunun, müdafiə nazirliyinin xadimlərinin geniş həbsləri həyata keçirilir. Onların bir çoxu Nargin adasında gülələndi, Rusiyanın həbs düşərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus sovimistlərinin və erməni daşnaklarının başçılıq etdikləri XI Ordunun xüsusi şöbəsi tərəfindən özbaşınalıqla edilirdi. Daşnak terrorçuları 1920-21-ci illərdə F.X. Xoyiskini və H.B Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri Malta adasında vəhşicəsinə qətlə yetirdilər. General Süleyman Sulkeviç, hökumət üzvləri X.Pəfibəyov, İ.Ziyadxanov, F.Köçərli, professor Zimin və başqaları terorun qurbanları oldular.
M.Ə.Rəsulzadə həbs olunsa da İ. Stalin tərəfindən təsadüf nəticəsində ölümdən xilas olmuşdu. Başqa görkəmli xadimlər isə xaricə mühacirət etdikərinə görə salamat qaldılar.Hətta M.Ə.Rəsulzadənin başçılığı altında Türkiyədə Azərbaycan Milli Mühacirət Mərkəzi yaratdılar.
Azərbaycan zəhmətkeşləri yeni cəmiyyət quruculuğuna çətin şəraitdə başladılar.Vətəndaş müharibəsinin vurduğu yaraları sağaltmaq üçün qarşıda ciddi və gərgin iş dururdu. Ölkədə ilk növbədə həqiqi milli sülh yaratmaq lazım idi. Çünki Azərbaycan əhalisi çoxmillətli idi.1920-ci il məlumatına görə, respublika əhalisinin 68.8 faizini azərbaycan türkləri,21.7 faizini ermənilər,7.5faizini ruslar, 0.54 faizini gürcülər, 0,97 faizini yəhudilər, 7.09 faizini digər millətlər təşkil edirdilər.
Azərbaycanın gələcəyi üçün aqrar məsələnin həlli çox böyük əhəmiyyət kəsb edirdi. Belə ki, 1921-ci ildə əhalinin əksəriyyətini – 77.6 faizini kənd əhalisi təşkil edirdi.1920-ci ilin mayında İnqilab Komitəsi torpağın əməkçi kəndlilərə verilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi.”Xanların, bəylərin, mülkədarların bütün torpaqları,bütün iş heyvanları və avadanlıqları ilə birlikdə ödənişsiz olaraq zəhmətkeş xalqa verilir”. Dekreti həyata keçirmək məqsədilə qəza və kənd torpaq komitələri yaradıldı.
Mayın 12-də İnqilab Komitəsinin verdiyi dekretə əsasən bütün meşələr, sular, yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan olunurdu.
Mayın 27-də Neft sənayesi milliləşdirildi.Ticarət azadlığı haqqında xüsusi qərar N.Nərmanov tərəfindən imzalandı.
Sovet hakimiyyəti silkləri və dini imtiyazları,qadınların hüquq bərabərsizliyini, milli məhdudiyyətləri ləğv etdi. Söz, mətbuat və vicdan azadlığı elan etdi, ana dilində təhsilin tətbiq olunduğu elan olundu. Sosial təminat və pensiyalar haqqında dekretlər verildi.
1920-ci il mayın 7-də Az.SSR Qızıl Ordusunun və donanmasının yaradıldığı elan olundu.
Əksinqilab, sobataj və möhtəkirliyə qarşı mübarizə üçün Fövqalada Komissiya (FK) yaradıldı.
Azərbaycan hökuməti çox çətin şəraitdə özünün iqtisadi siyasətini həyata keçirməyə başladı. İlk növbədə “hərbi kommunizm” siyasətinin əsas hissəsi olan ərzaq sapalağını ləğv etmək lazım idi. 1921-ci ildən ərzaq sapalağı ləğv edilərək, ərzaq vergisi tətbiq edilməyə başlandı. Bu siyasət ölkədə ərzaq çatışmazlığını nisbətən aradan qaldırdı və kənd təsərrüfatının müəyyən qədər inkişafına təkan verdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qərb dövlətləri öz işğalçı fikirlərindən əl çəkmək istəmirdilər. Onlar Böyük Birtaniyadan asılı olan “İran- Azərbaycan Federasiyası ” yaratmaq ideyası ilə yaşayırdılar.
Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək məqsədilə Azərbaycana agentlər, böyük miqdarda silah göndərirdilər.Antisovet qüvvələr əhali arasında Sovet hakimiyyəti əleyhinə təbliğat aparırd, dindarlar, fanatiklər əhalini silaha sarılaraq silahlı çıxışlara səsləyirdilər.
Üsyanların təşəbbüsçüləri Gəncədəki milli qüvvələr oldu.Onlar mayın 25-də Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışa başladılar.Üsyanın əsas səbəblərindən biri milli zabitlərin xidmətdən çıxarılması və ruslarla əvəz edilməsi idi. Mayın 28-dən-29-na keçən gecə 1800 nəfərlik Gəncə qarnizonu üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanı yatırmaq üçün XI Ordu hissələri hücuma keçdi və üsyan yatırılarkən minlərlə üsyançı həlak oldu.Onların arasında görkəmli ictimai-siyasi xadimlər var idi.General Mirzə Qacar, Cavad bəy Şıxlınıski, palkovnikn Cahangir bəy Kazımbəyov qətlə yetirildilər. Ə.Şıxlınıski və S.Mehmandarov həbs edilsələr də, N.Nərmanovun təkidi sayəsində azad edilərək, hərbi xidmətlərdə istifadə olunmaq üçün Moskvaya göndərirdilər.
General Nuru paşanının rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa, Ağdam və Bərdəni də əhatə etdi. Üsyanda Azərbaycan piyada polku və yerli bəylərin silahlı dəstələri iştirak edirdilər.1920-cu il iyunun 15-də rus qoşunlarının hücumu ilə üsyan yatırıldı.
Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsində üsyan qalxdı və Şəki bölgəsinin də bir hissəsini əhatə etdi. Bu üsyan iyunun 6-da belə bir bəhanə ilə başladı ki, guya Gürcüstan Azrbaycana müharibə elan etmişdir. Digər bəhanə əhalinin silahı təhvil verməsi barədə verilən əmr oldu.
Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000-dən çox üsyançılar və onlara qoşulmuş Aərbaycan qoşunlarının buradakı zabitləri İnqilab Komitəsinin bütün üzvlərini həbs etməyə başladılar.
İyunun 18-də Qızıl Ordu hissələri şəhərə daxil olaraq qalanı tutmuş və üsyanı yatırmışdılar.
Sovet hakimiyyətinə qarşı üsyanlarXankəndində,Qutqaşendə (Qəbələ), Xaçmasda, Naxçıvanda və şair yerlərdə baş vermiş, lakin rus Qızıl Ordusu tərəfindən amansızlıqla yatırılmışdı. Bütün bu üsyanlar sübut edir ki, əhalinin müəyyən təbəqələri Sovet hökumətinin yeritdiyi siyasətdən narazı idilər.
Azrbaycan əhalisi çoxmillətli idi.Azəri türklərindən əlavə burada erməni,rus, gürcü, ləzgi,ukraynalı,kürd,yəhudi və talışlar da yaşayırdılar.Lakin ötən dövr ərzində milli münasibətlər olduqca kəskinləşmişdir.Ermənistanın başladığı təcavüz xalqımızın həyatında dərin iz buraxmışdı.Milli münasibətlərin çox mürəkkəb olduğu bir şəraitdə ilk növbədə respublikada yaşayan xalqlar arasında milli sülh yaradılmasına başlamaq lazım idi. Ona görə də bütün millətlərin nümayəndələrinin yeni respublika quruculuğuna cəlb edilməsinə xüsusi diqqət yetirilirdi.1920-ci ilin iyulunda Az.KP MK-si yanında milli azlıqlar şöbəsi yaradıldı. Milli azlıqlar arasında mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilirdi. Milli azlıqlar şöbələri məktəblər, kitabxanalar və digər mədəni – maarif idarələri açır, yeni dərsliklər və ədəbiyyat nəşr olunurdu.Pedaqoji kadrlar hazırlamaq məqsədilə tədrisin ana dilində aparıldığı xüsusi kurslar açılmışdı.
Respublikada yaşayan digər milli azlıqların hüquq və mənafelərinin hər vasitə ilə qorunmsı hökumətin milli siyasətinin əsasını təşkil edirdi. Məsələn, hökumət vətəndaş müharibəsi dövründə Muğanda dağıdılmış rus kəndlərinin bərpasına hər cür yardım göstərirdi. Bu kəndlərin əməkçi kəndlilərinə pul, iş heyvanı və kənd təsərrüfatı alətləri verilirdi.
Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dinc münasibətlər bərpa olundu.Torpağın əməkçi xalqa verilməsi Azərbaycan qəzalarında normal milli münasibətlər yaradılmasında mühüm rol oynadı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin və xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.Cənubi Qafqaz respublikaları vahid iqtisadi məkan idi. Ona görə də bu respublikaların iqtisadi ittifaqı məsələsi qarşıda dururdu.
1921-ci ilin aprelində Qafqaz respublikalarını vahid bir təsərrüfat mərkəzi hallında birləşdirmək məsələsi qarşıya qoyuldu.
1922-ci il martın 12-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin səlahiyyətli konfransı Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ İttifaqını (ZSSPFİ) yaratdı.
1922-ci ilin yayından etibarən bu ittifaqın Zaqafqaziya Sovet Federativ Soialist Respublikasına çevrilməsi və bunun SSRİ-yə daxil edilməsi uğrunda kompaniya başladı. Dekabırın 30-da Ümumittifaq II Sovetlər qurultayında Sovet respublikalarının səlahiyyətli nümayəndələri SSRİ-nin yaradılması haqqında müqavilə imzaladılar. SSRİ-yə RSFSR. Ukrayna SSR, Belorusiya SSR və ZSFSR daxil oldular.
Siyasi əhəmiyyətinə və sosial iqtisadi nəticələrinə görə SSRİ-nin mühüm tarixi rolu oldu. SSRİ Ümumdünya tarixinin müəyyən dövründə güclü dövlətə çevrilərək, dünya birliyinin inkişafı gedişinə güclü təsir göstərdi.
Lakin sosialist ideyalarının deformasiyaya uğraması,milli siyasətin elan etdiyi əsl prinsiplərdən geri çəkilməsi, hakim millətçilik şovinizminin güclənməsi bu dövlətin süqutuna gətirib çıxardı.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da, daşnak-erməni silahlı qüvvələrinin təcəvüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik hələ də davam edirdi.Buranın əhalisi N.Nərmanova müraciət edərək Naxçıvanı azad etməyi və Azərbaycanla birləşdirməyi xahiş etdilər.
1920-ci il iyunun 28 –də XI Ordunun 1-ci Qafqaz alayı Naxçıvana daxil oldu və oradan erməni- daşnak işğalçıları qovuldular. Beləliklə Naxçıvan diyarında da Sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi:
“Naxçıvan diyarı AZ.SSR-nin qəyyumluğu altında muxtar respublika elan edilərək Nax.SSR adlandırılsın.”
1924-cü il fevralın 9-da Az.SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan diyarının Naxçıvan Muxtar SSR-ə çevrilməsi baş verdi.
Əsasnamənin 2-ci bəndində göstərilirdiki ki, Naxçıvan MSSR Azərbaycan SSR-in tərkib hissəsidir və Muxtar Respublika kimi onun tərkibinə daxil olur.
Hələ AXC dövründə Dağlıq Qarabağda erməni millətçiləri hər vasitə ilə bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar.1919-cu il avqustun 5-də Dağlıq Qarabağ ermənilərinin qurultayında Azərbaycan hökuməti ilə müvəqqəti saziş imzalamışdılar. Sazişə görə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının ermənilər yaşayan dağlıq hissəsi və onun erməni əhalisi mədəni-milli muxtariyyət əsasında Azərbaycan Respublikasının tərkibində qalırdı. Lakin daşnak ermənilər həmin sazişi pozaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.
Sovet hökuməti qurulduqdan sonra ermənilər bu məsələ ilə bağlı daha da fəallaşdılar.1923-cü il iyulun 7-də AZ.SSP Mərkəzi İcariyyə Komitəsi “Dağlıq Qarabağ muxtar vilayətinin” yaradılması haqqında dekret verdi. Şuşa şəhəri və Xankəndi, Şuşa qəzasında 115 kənd, Cavanşir qəzasında 52 kənd, Qaryagın qəzasından 30 kənd DQMV –nə verildi.
Bu ”xəyanətkar səxavətlilik” Azərbaycan millətinin mənafeyinə, Vətənin gələcəyinə ciddi ziyan vuran bağışlanmaz cinayət idi. Qondarma Dağlıq Qarabağ problemi şovinist rus imperiyasının Azərbaycan xalqına, onun taleyinə qarşı vaxtaşırı istifadə etmək üçün bir alət oldu.
1923-cü il iyulun 7-də Pircahan kəndi mərkəz olmaqla Muxtar Kürdüstan yaratmaq ideyası Ə.H. Qarayev tərəfindən irəli sürülmüşdü. Lakin 1923-cu il iyulun 16 da AzKP MK-si kürdlərin yaşadıqları ərazidə Kürdüstan qəzası yaratmağı qərara aldı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı millətlərin və xalqların sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.
1921-ci ilin martında Azərbaycanın Moskvadakı nümayəndəliyi Cənubi Qafqaz Respublikalarının birləşmələrinin zəruri olduğu haqqında məsələ qaldırdı. Bu Cənubi Qafqaz respublikalarının təsərrüfat fəaliyyətinin birləşdirmələri üçün zəruri idi. Avqustun 7-də bu respublikaların iqtisadi siyasətinin əsas istiqamətləri müəyyən olundu.İlk növbədə xalq təsərrüfatının elektirikləşdirilməsinin həyata keçirilməsi, suvarma sisteminin genişləndirilməsi maliyyə sisteminin birləşdirilməsi, vahid pul nişanı buraxılması həyata keçirilməli idi.Bütün bunları əlaqələndirmək üçün iqtisadi Büro yaradıldı.
1921-ci ildən etibarən Yeni İqtisadi Siyasətin (NEP) həyata keçirilməsi nəticəsində əzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Sosialist ukladı getdikcə digər iqtisadi ukladları sıxışdıraraq aradan çıxarırdı. Dövlət ticarəti və kooperasiya getdikcə güclənirdi.
1925-ildən başlayaraq sosialist sənayeləşdirilməsi siyasəti yeridilməyə başlandı.Bu siyasətdə başlıca məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq, sosialist istehsal münasibətlərini inkişaf etdirmək və ölkənin müdafiə qabilyətini möhkəmləndirməkdən ibarət idi.
1926-cı ildə Respublikanın sənayeləşdirilməsi üzrə komissiya yaradıldı. Bu komissiyanın sədri Q.Musabəyov idi.Həmin komissiya 1926-30-cu illərdə Respublika sənayesinin inkişafına dair plan layhiəsi işləyib hazırladı. Ən çox neft sənayesinin və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilirdi.
Lakin respublikada sənayeləşmə çox çətin şəraitdə gedirdi. Texniki-iqtisadi gerilik, müxtəlif ictimi-iqtisadi ukladların olması, sinfi düşmənlərin müqavimət göstərməsi bu çətinliklərdən idi.
Bu dövrdə işsizlik də hələ ləğv edilməmişdi. Onların sayı 55 minə qədər idi.(1927-ci ildə)
Azərbaycanda sənayeləşmə sürətlə getdiyi bir dövrdə müxalifət qüvvələri (Sarkis, A.Babayev, Skublninski və başqaları) sosialist quruluşuna şübhə ilə yanaşırdılar.
Lakin 1926-1928-ci illərdə artıq sənayeləşmə sahəsində ilk nailiyyətlər əldə edildi. Gəncədə yağ-sabun kombinatı, Bakıda iri çörək zavodu, Putada neft quyusu , oksigen –asetilen zavodu işə salındı.1926-cı ildə Bakını neft rayonları ilə birləşdirən ilk elektrik dəmir yolu hərəkətə başladı.Yeni neft yataqlarının axtarılıb tapılması sahəsində işlər genişləndi.
1928-1929-cu illərdə Azərbaycanda sənayeləşmənin textiki cəhətdən yenidən qurulmasının birinci mərhələsi başa çatdı.
Elektrikləşdirmə sahəsində xeyli uğurlar əldə edildi.Salyan,Füzuli və Şəkidə elektrik stansiyaları tikintisi başa çatdı. Sənayenin inkişafı ilə yanaşı fəhlə sinifinin də sayı artırdı.1927-ci ildə onların da sayı 47 mindən 200 minə çatdı.
Sənayeləşmə ilə yanaşı kənd təsərrüfatının da sosialistcəsinə yenidən qurulması prosesi genişlənməyə başladı.Xırda fərdi təsərrüfatlar vasitəsilə şəhər əhalisini ərzaqla təmin etmək çox çətin idi. Kənddə xüsusi mülkiyyətçilik münasibətləri sənayenin də inkiçafına maneçilik törədir.1928-ci ildə fərdi kəndli təsərrüfatların sayı 354 minə çatırdı. Bu vəziyyətdən çıxış yolu kollektiv təsərrüfatların yaradılmasında idi.
1927-ci ildən baçlayaraq kənddə kolxozların yaradılması siyasəti genişləndi.Bu prosesə rəhbərlik etmək üçün Azərbaycan Mərkəzi Kolxoz idarəsi yaradıldı. Artıq 1928-ci ildə 289 belə təsərrüfat yaradılmışdı. Eyni zamanda sovxozlar texniki cəhətdən kolxozlara yardım edirdilər.
Göstərmək lazımdır ki, kolxoz quruculuğu çətin şəraitdə yerinə yetirilirdi. Kənddə sinfi mübarizə dərinləşir, sovet quruculuğunun qatı düşmənləri olan qolçomaqlar kolxoz quruculuğuna qarşı mübarizə aparırdılar. Onlar quldur dəstələri yradaraq kənd fəallarını öldürür, taxıl zəmilərini yandırr, kolxozun anbarlarını dağıdaraq sapotajçılıqla məşğul olurdular. Qolçomaqlara qarşı Azərbaycan Dövlət Siyasi İdarəsi mübarizə aparırdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mədəni quruculuq sahəsində də mühüm irəliləyişlər oldu.
1920-ci ildən başlayaraq Azərbaycanda savadsızlığın ləğv edliməsi sahəsində işlər görülməyə başlandı. Bunumla əlaqədar savadsızlığı ləğv edən məktəblər yaradıldı.1923-cü ildə Respublika hökuməti yanında Q.Musabəyov başda olmaqla savadsızlığa qarşı mübarizə Komitəsi yaradıldı.1922-1926-cı illərdə savadsızlığı ləğv etmə məktəblərində 42,7 minə qədər adam savadsızlığını ləğv etmişdi.
1930-31-ci illərdə respublikada ümumi icbarıi təhsil tətbiq edilməyə baçlandı.Köhnə məktəblərin əvəzində iki tipli kütləvi təhsil məktəbləri- 5 illik təhsil müddəti olan bir dərəcəli ibtidai məktəb, 4 illik təhsil müddəti olan iki dərəcəli məktəb (orta məktəb)yaradıldı. Məktəblərdə dini təlim ləğv edildi.
1925-ci il mayın 25-də Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi. Qurultayda respublikada yeni məktəb quruculuğu sahəsində əldə edilmiş uğurlara yekun vuruldu.
Xalq təhsilinin inkişafında əlifba islahatının həyata keçirilməsinin mühüm rolu olmuşdur.1929-cu il yanvarın 1-dən latın əlifbası qəbul olundu. Lakin təəsüf ki, 1940-cı il yanvarın 1-dən rus-kirill əlifbaslna keçid o qədər də məqsədə uyğun deyildi və bu siyasət bilavasitə Moskvanın göstərişi ilə həyata keçirilmişdi.
Bu dövrdə mədəni-maarif müəssisələrinin genişləndirilməsi sahəsində də müəyyən içlər görüldü. Mədəni-maarif işində qiraət evlərinin,qırmızı guşələrin, kitabxana və klubların təşkil edilməsi əsas yer tutrdu .
1920-ci ildə Bakıda ilk dəfə Əli Bayramov adına Mərkəzi klub yaradıldı. Bu klubun yaxın qəzalarda 17 şöbəsi fəaliyyət göstərirdi. Həmin klubların nəzdində ümumtəhsil və peşə kursları,məktəblər,sənətkarlıq,tikinti,toxuçuluq və s.emalatxanlar,musiqi,dram dərnəkləri fəaliyyət göstərirdi.
1925-ci ildə Respublikada 75 kütləvi kitabxana fəaliyyət göstərirdi.
Bu dövrdə mətbuat və nəşriyyat işi də inkişaf stməyə başladı.Respublikada qəzet və jurnallar şəbəkəsi xeyli genişləndi. “Yeni yol”, “Molla Nəsrəddin”, “Maarif və mədəniyyət” jurnalları çap edilməyə başladı.
Bu dövrdə orta ixtisas və ali təhsilin də inkişafına diqqət yetirilirdi.1926/27-ci tədris ilində respublikada 39 pedaqoji, kənd təsərrüfatı, sənaye texniki, nəqliyyat,tibb üzrə orta ixtisas məktəbi fəaliyyət göstərirdi.1920-ci ildən BDUyeni inkişaf mərhələsinə qədəm qoydu.Yeni fakültələr-fizika-riyaziyyat və şərqşünaslıq fakültəsi açıldı.
1921-ci ildə Azərbaycan Politexniki institutu yaradıldı. Onun tərkibində texnologiya, mühəndis-inşaat və kənd təsərrüfatı fakültələri yaradıldı. Sonralar 1929-cu ildə kənd təsərüfatı fakültəsi əssında Gəncədə Kənd Təsərrüfatı İnstitutu yaradıldı.
1921-ci ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutu fəaliyyətə başladı.1922-ci ildə Qadın Pedoqoji İnstitutu da təşkil edildi və sonralar APİ ilə birləşdi.
Ümumiyyətlə 1926/27-ci tədris ilində Respublikada fəaliyyət göstərən 5 ali məktəbdə 5351 nəfər tələbə təhsil alırdı.
Azərbacanın sosial və iqtisadi inkişafında 30-cu illərdə çox böyük irəliləyişlər olmuşdur.1928-32-ci illərə dair birinci beşillik plan vaxtından qabaq yerinə yetirildi. Neft və digər sənaye sahələri, aqrar sahədə böyük inkişaf nəzərə çarpırdı.
Xalq təsərrüfatının yenidən qurulmasının həlledici mərhələsi başa çatır, sosializmin maddi-texniki bazası daha da möhkəmlənirdi. Sosialist iqtisadi və sosial münasibətləri şəriksiz hökmranlıq edir, bütün istismarçı siniflər ləğv olunurdu.
Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaşı inzibati-amirlik idarəetmə sisteminin törətdiyi narazılıqlar da artmaqda idi.
Bu narazılığı aradan qaldırmaqdan ötrü KP-sı “sıralarını təmizləmək” haqqında qərar verdi”. Təkcə 1933-34 –cü illərdə iki mindən çox kommunist partiya sıralarından çıxarıldı. Partiyadan çıxarılanların əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
30-cu illərin ikinci yarısından respublika rəhbərliyində yaranmış mühit, xüsusilə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində duran ermənilərin partiya və güc strukturlarında cəməlşməsinə gətirib çıxardı. Bu siyasət azərbaycanlıları respublikanın ictimai siyasi həyatından təcrid etməyə, fürsət düşdükdə onları fiziki cəhətdən məhv etməyə yönəldilmişdi.
SSPİ –də sosializm cəmiyətinin qurulması, 20-30-cu illərdə olkənin iqtisadiyyatında, onun sinfi tərkibində əmələ gəlmiş əsaslı dəyişikliklər 1924-cü ildə Sovet Konstitusiyasında qəbul edilmiş müddəalara yenidən baxılmasını tələb edirdi.
1936-cı il noyabrın 17-də AZ.SSP IX Sovetlər Qurultayı çağrıldı və orada AZ. SSP-in yeni Konstitusiyasının ümumxalq müsakirəsi dinlənildi və həmin layihə bəyənildi. Həmin layihənin müzakirəsində 1 milyondan çox adam iştirak etmişdi.
Qurultay həmçinin ZSFSR-in ləğv edilməsi haqqında məsələni də müzakirə etdi.
1937-ci il martın 14-də IX Sovetlər Qurultayı öz işini davam etdirərək ,AZSSP –ni Yeni Konstitusiyanı qəbul etdi.
Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ obyektiv olaraq öz əhəmiyyətini itirmişdi. Sosializm quruculuğunda milli amilin təhrif olunması əhalisi müsəlman olan respublikakalarda xüsusilə aydın şəkildə təzahür edirdi.
Azərbaycanda milli özündərkin hər cür təzahürü əksər hallarda millətçilik damğası ilə kökündən kəsilir,onu az çox özündə əks etdirən elmi və ədəbi əsərlər tənqid atəşinə tutulurdu.
Ölkədə avtoritar idarəçilik güclənir, rəhbər xadimlərin –Stalinin, Bağırovun şəxsiyyəyinə pərəstiş daha da güclənir,idarəetmədə daha çox istifadə edilirdi.
Beləliklə vicdanlı komminstlərə,partiya və dövlət xadimlərinə,elm və ədəbiyyat xadimlərinə qarşı geniş hücumlar başlandı.Ən yaxşı ziyalı nümayəndələrin güllələnməsi,sürgün edilməsi ilə müşaiyət olunan represiyyalar başlandı.
1937-ci ilin mayında XII Bakı partiya konfransında M.C.Bağırov bir çox qocaman partiya üzvlərinin ideyaca darmadağın edilməsi üçün çağırışı kütləvi cəzaları həyata keçirmək üçün bir çağırış oldu.
Bağırov və onun əlaltıları Sumbatov –Topuridze, Markaryan,Yemelyanov, Qriqor-yan, Borşov kimi adamlar siyasi vəziyyətdən istifadə edərək Azərbaycanın görkəmli oğullarını məhv etdilər.
Respublikanın görkəmli partiya və dövlət xadimləri R.Axundov, D.Bünyadzadə, M.D.Hüseynov,Ç.İldrım,Ə.H.Qarayev,H.Sultanov kimi şəxsiyyətlər repressiya qurbanı oldular.
Repressiya elm və mədəniyyət xadimlərinə qarşı da yönəldilmişdi. 1937-ci ildə H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, V.Xululu, Əhməd Cavad, T.Şahbazi (Simurq), B.Çobanzadə və başqaları həbs edilərək ya güllələnmiş, ya da Sibirə və uzaq Şərqə sürgün edilmişdilər.
Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sürgün edilmişdi.
Ümumiyyətlə 1937-38-ci illərdə Azərbycanda 70 mindən çox insan –sadə əməkçi, rəhbər, ziyalı represiyanın qurbanı olmuşdu.
Əslində bu Azərbaycan millətinin qatı düçmənləri tərəfindən etnik düşmənçlik məqsədilə məhv edilməsi idi. Belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də daxili işlər idarəsinin baçında ermənilər dururdular.
Beləliklə XX əsrin 30-cu ullərində milyonlarla adam Stalinin şəxsiyyətə pərəstişinin qurbanı olmuşdur. Bunun isə ölkənin gələcək iqtisadi,siyasi,mədəni və hərbi inkişafı üçün çox ağır nəticələri oldu.
XVI MÖVZU
Azərbaycan ikinci Dünya müharibəsi illərində.(1939 – 1945-ci illər)
PLAN
1.Azərbaycan ikinci Dünya müharibəsi illərində
2.Azərbaycan vətəndaşları partizan, müqavimət və milli –azadlıq hərəkatlarında.
3.Xalq təsərrüfatı müharibə illərində
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2005, səh II-297.
2.Siyasi tarix.(müh.kursu) II hissə,Bakı, 1995, səh.44-51.
3.Siyasi tarix. (dərs vəsaiti) II hissə, Bakı, 1998, səh.67-100
4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,
1965, səh,10-33.
5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində.Bakı, 1984, səh.7-17.
6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. Almaniyanın qəsbkar siyasətində Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hitler SSRİ-də yaşayan türkdilli xalqları “müsəlman monqoloidləri”adlandıraraq “Mənim mübarizəm” kitabında yazırdı ki, onlar ali irqin qullarına çevirilməlidirlər.
Almanlar Bakı neftini ələ keçirməyi Şərqin istilası üçün mühüm amil hesab edirdilər. Faşist Almaniyası Sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına, qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı .Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çİn və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.
Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında alman faşizmi-nə qarşı mübarizəyə qalxdı.
Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Azərbaycanlılar könüllü sürətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı batalyonlara” daxil olurdular. Müharibənin ilk günlərində 40 min nəfər o cümlədən 1000 nəfər qız könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdilər. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.
Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü,1942-ci il mart-sentyabr aylarnda 416-cı (Taqanroq),avqust-sentyabr aylarnda 271-ci diviziyalar təşkil olunmuşdu.77-ci diviziya Krımın müdafiəsində iştirak etmişdi.
1941-ci ilin avqustuna qədər 186 mindən çox Xalq qoşunu dəstələrinə yazılmışdı. 1941-ci ilin iyulundan 16 yaşdan 50 yaşına qədər olan kişilər ümumi icbari hərbi təlimlərə cəlb olundular.
1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, cəsuslara və sərhədi pozan-lara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradıldı. Bu batalyonlara 12 min adam cəlb edilmişdi.
Azərbaycan oğul və qızları müharibə cəbhələrində böyük şücaətlər göstərmişlər. Müharibənin ilk günlərində əfsanəvi Brest qalası döyüşlərində Azərbaycandan onlarla döyüşçü-həkim Qədirov, əsgərlər İ.Səfərov, İ Dadaşov, A. İmanov, Ə.Əliyev və başqaları böyük mərdlik göstərmişlər.
Leninqrad səması müdafiəçilərdən biri leytenant Hüseynbala Əliyev böyük igidlik göstərmişdi. O, şəhər üzərində 4 döşmən təyyarəsini vurmuşdu. İyulun 17 –də döyüş tapşırığını yerinə yetirən Əliyev 3 Alman təyyarəsi ilə üz-üzə gəlmiş, onlardan ikincini vurmuş, üçüncüyə tarana gedərək yaralandı. 80-dən şox yara alan H.Əliyev təyyarəni yerə endirə bilmişdi.
Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova, S.Quliyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşlar. Cərrah Aliyə Rüstəmbəyova onlarla yaralının həyatını xilas etmişdi.
1941-ci il dekabrın əvvəllərində Moskva uğrunda gedən döyüşlərdə İ. Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. O, təkbaşına 700-dən çox faşist öldürmüşdü. Dekabrın 11-də ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi və bu ad ilk azərbaycanlı olaraq ona verilmişdi.
Stalinqrad döyüşlərində bir çox azərbaycanlı döyüşçülər mərdliklə vuruşmuşdular.Onlardan Mikayıl Qədirov, Ə.Rəcəbov, A.Axundov, B.Abbasov və başqaları faşist qüvvələrinin darmadağın edilməsində böyük şucaət göstərmişdilər.
Stalinqrad ətrafında əks hücum zamanı 55-ci xüsusi tank alayının komandiri Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirdi.1942-ci ilin noyabrında onun tank alayı hücuma keçərək düşmənin 4 tankını, 5 minamyot batareyasını, 1 ağır topunu, 3 piyada rotasını və 700-dən çox faşist əsgərini və zabiti əsir aldı. Sonrakı döyüşlərdə H.Aslanov düşmənin 45 tankını məhv etmişdi. 1942-ci il dekabrın 31-də H.Aslanova “Sovet İttifaqı Qəhrəmanı ” adı verildi.
Ukraynanın azad edilməsi zamanı göstərdiyi igidliklərə görə 20 nəfər Azərbaycan oğlu “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü.
Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə Qafur Məmmədov böyük igidlik göstərərək səngərdən çıxaraq 13 faşist əsgərini öldürmüş, öz rota komandirini öz həyatı bahasına xilas etmişdi.Gəray Əsədovun da qəhrəmanlığı bütün ölkəyə yayılmışdı. Belə ki, o öz sinəsi ilə atəş açan plemyotun qarşısını alaraq sovet əsgərinin hücumuna şərait yaratmışdı. Bütün bu igidliklər yüksək mükafatlandırılaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.
Azərbaycan döyüşçüləri Krımın, Belarusiyanın, Pribaltikanın azad edilməsində çox böyük rəşadət göstərmişdilər. Həzi Aslanovun tank briqadası Pribaltikanın azad edilməsində çox böyük şücaət göstərmiş və Ali Baş Komandanlığın 8 dəfə təşəkkürünə layiq görülmüşdü. Göstərdiyi igidliyə görə H.Aslanov ikinci dəfə Qəhrəman adına layiq görülməsinə təqdimat verilmişdi. Təəsüf ki, 1945-ci il yanvarın 24-də General H.Aslan-ov döyüşlərdə qəhrəmancasına həlak oldu. Layiq görüldüyü təltif ona ölümündən sonra 1991-ci il iyunun 21 –də verildi.
Pribaltika döyüşlərində 77-ci atıcı divizya xüsusilə fərqlənmişdir. Debele rayonunda iki həftəlik döyüşlərdə bu divizya düşmənin 178 tank özüyeriyən topunu, 2 alayını sıradan çıxarmışdı.
416-cı Taqanroq divizyası 1944-cü ilin avqustunda Moldovanın azad edilməsində fərqlənmişdi. Bu divizya sonralar avropa ölkələrinin faşizmdən azad olunmasında fəal iştirak etmişdir.
Azərbaycan oğul və qızları partizan və antifaşist müqavimət hərəkatında da fəal iştirak etmişdirlər.
Müharibənin ilk aylarında uğursuzluqlar nəticəsində əsir düşmüş sovet əsgərləri əsirlikdən qaçaraq yerli partizanlara qoşularaq mübarizəni davam etdirirdilər.
Müharibə dövründə partizan hərəkatının ən geniş vüsət aldığı yer Belorusiya idi. Burada çoxlu sayda azərbaycanlı digər xalqlarla çiyin-çiyinə faşizmə qarşı vuruşurdular.Brest vilayətindəki partizan hərəkatında Q.Abbasov, M.Abdullayev, M.Əliyev, İ.İsmayılov və başqaları partizan hərəkatının fəalları idilər.M.Əliyev bir pota komandiri kimi düşmənin 50 qatarını qəzaya uğratmış, 1000-dən çox əsgərini məhv etmişdi.
Böyük vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bütün partizan dəstələrində azərbaycanlı döyüşçülər iştirak etmişdilər. Onlardan Aslan Əliyev, Müslüm Bağırov,Babaş Dadaşov bir sıra çətin məsul tapşırıqları uğurla yerinə yetirmişlər.
Ukraynada xalq intiqamçıları sırasında azərbaycanlı qadınlar da kişilərlə bərabər cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nə-srullayeva, Lidiya Drozdova partizan dəstələrinin fəal üzvləri idilər.
1943-44-cü illərdə Krımda vuruşan partizan dəstələrindən biri də tərkibinin 90%-dən çoxu azərbaycanlı olan Azərbaycan partizan dəstəsi idi. Bu dəstə 7 ay ərzində faşistlərə qarşı mübarizədə onlara böyük ziyan vurmuşdular.
1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri”Gənc Qvardiya ”adlı gizli komsomol təşkilatı yaratmışdılar. Bu təşkilatın ən fəal üzvlərindən biri Əli Dadaşov idi. O, digər təşkilat üzvləri ilə birlikdə şəhərin ən yüksək binalarından birinin üzərinə al bayraq sancmışdılar. Onlar haqqında müharibədən sonra məşhur sovet yazıçısı Fadeev “Gənc qvardiya ” adlı əsər də yazmışdı.
Kalinin vilayətində fəaliyyət göstərən Liza Çaykina adına partizan briqadasının qərərgah rəisi İsmayıl Əliyevin qəhrəmanlığı dillərdə əzbər olmuşdu.
Azərbaycanlı partizanlardan İ.Alxasov, İ. Dadaşov, Q.Şabanov Litva, Latviya və Estoniyanın partizan hərəkatının ən fəal üzvlərindən olmuşdular.
Azərbaycandan olan hərbi əisrlər Almaniya, Polşa, İtaliya, Fransa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə üsullarından istifadə etmişlər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasına şərait yaradırdılar.
Hərbi əsirlərin saxlandığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi.Burada H.Qiyasbəyov, M.Məmmədov, X.Hacıyev, Ə.Süleymanov və başqalarının rəhbərlik etdiyi gizli təşkilat yaradılmışdı.
Polşada fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin tərkibində 12 azərbaycanlı partizan fəaliyyət göstərirdi.Onlar alman generalının əsir alınmasında fəal iştirak etmişdilər.
Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500 nəfərə qədər azərbaycan döyüşçüsü vuruşurdu.
Hələ müharibənin əvvəlindən faşist komandanlığı hərbi əsirlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. 1941-ci ilin dekabrında Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması haqqında əmir verdi. Bu məqsədlə vətənlərindən xaricdə, mühacirətdə yaşamaqda məcbur olan Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən M.Ə.Rəsulzadə Berlinə dəvət olunmuşdu. Azərbaycanlı siyasi mühacirlərin məqsədi Almaniyaya qalib gələrsə onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlərin ölümdən xilas edilməsinə nail olmaq idi. 1943-cu ilin yazında Berlində “Milli Azərbaycan Komitəsi” yaradıldı. Lakin Hitler Azərbaycanın müstəqilliyi şərtini irəli sürən bu komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk edir. Lakin azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi hissədə birləşdirildi.
Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət “Boz qurd”, “Aslan ”,”Vətən”, “Dönməz”və s.bölmələr var idi.
Azərbaycanlılar hərbi əsir düşərgələrində və hərbi hissələrində gizli antifaşist təşkilatları yaradır, mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın “Ştrans”düşərgəsində saxlanılan Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkimli, Mirdamət Seyidov və başqalarının rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.
1943-cü ildən başlayaraq Almaniyadakı hərbi əsirlərdən düzəldilmiş hərbi hissələr İtaliya-Yuqoslaviya sərhədlərinə gətirildilər. Hərbi əsirlər qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdular.
1944-cü ilin əvvəllərində Yuqoslaviya Xalq Azadlıq Ordusunun qərərgahında xüsusi kəşfiyyatçılar qurupu yaradıldı. Onun tərkibinə azərbaycanlılardan M.Seyidov, T.Əliyev, Ə.Məmmədov da daxil oldular. Kəşfiyyat qurupunun başçısı M.Hüseynzadə idi. O, “Mixaylo” ləqəbi ilə əfsanəvi qəhrəmanlıqlar göstərərək bütün Adriatik dənizi sahillərinin əhalisinin böyük rəğbətini qazanmışdı.
Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman Mixaylo hərbi təyyarə meydanına daxil olaraq 3 təyyarəni, benzin ambarını partladaraq, çoxlu sayda faşisti məhv etmişdi. Onun partlatdığı kinoteatır, yeməkxana və kazarma binalarında minlərlə faşist məhv edilmişdi.
1944-cü il noyabrın 2-də əməliyyatdan qayıdanda, Vitovle kəndi yaxınlığında almanların keçirdiyi əməliyyat zamanı qəhrəmancasına həlak olmuşdu. O, 1957-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü. 1944-cü ildə azərbaycanlı döyüşçülər kütləvi surətdə qaçaraq İtaliya partizanlarına qoşulurdular. Faşist diktatoru Mussolinun həbs edilməsində Vilayət Hüseynovunda rolu olmuşdur. Ümumiyyətlə, Şimali İtaliyada müqavimət hərəkatında 300-dən çox azərbaycanlı partizan vuruşmuşdu.
Fransa müqavimət hərəkatında da azərbaycanlılar böyük şücaət göstərmişlər. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, H.Abdullayev və başqaları cəsur partizan kimi tanınmış, fransız hərbi orden və medalları ilə təltif olunmuşdular. Bunlardan Əhməddiyyə Cəbrayılov “Armed Mişel” adı ilə bu ölkənin azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda generaldan irəli getmək kimi şərəfli hüquq verən yüksək mükafatla, hərbi medalla təltif olunmuşdu. O, eyni zamanda Fransanın vətəndaşı fəxri adına layiq görülmüşdü.
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış antifaşist təşkilatının işində yaxından iştirak etmişdilər. Onlardan M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen, Daxay, Zaksenhauzen ölüm düşərgələrində fəal iş aparmışdılar.
Göründüyü kimi Böyük Vətən Müharibəsində digər xalqlarla yanaşı azərbaycanlılar da böyük hünər göstərmişdilər.Onlar həm döyüş cəbhələrində, həm ölkə daxilində davam edən partizan hərəkatlarında, həm də xaricdə antuifaşist müqavimət hərəkatında fəal iştirak etmişdilər. 416-cı Taqanroq diviziyası Berlinə qədər şərəfli döyüş yolu keçmişdi. Müharibə cəbhələrində 700-mindən çox azərbaycanlı iştirak etmiş, onlardan 300 min nəfəri qəhrəmanlıqla həlak olmuşdular.
Böyük Vətən Müharibəsində H.Aslanov, S.Qəniyev, M.Əbilov, M.Hüseynov, A.Vəzirov kimi bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər.
Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü.30 nəfər azərbaycanlı döyüşçü Şöhrət Ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin müxtəlif orden və medalları ilə təltif olunmuşdular.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində ölkənin qalib çıxmasında öz layiqli töhfəsini vermiş, adı XX əsrdə faşizmə qarşı mübarizə səlnaməsinə qızıl hərflərlə yazılmışdır.
-Müharibə illərində “arxa cəbhə” adı atında Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatı müharibənin tələblərinə uyğun şəkildə quruldu.
Fəhlə və qulluqçuların iş günü rəsmi olaraq 11-12 saata qaldırlırdı. İşçilər çox zaman 18-20 saat işləyirdilər. Məzuniyyətlər ləğv olundu,işdən yayınanlara və ya gecikənlərə cinayət maddəsi müəyyən edildi. Ciddi əmək intizamı rejimi yaradıldı. Ərzaq və sıənaye mallarının satışı üzrə kartoçka (talon) sistemi tətbiq olundu. Döyüşkən cəbhəyə səfərlər olunmuş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olundular.1941-ci ilin yayında neft sənayesinə 13 min yeni işçi götürüldü. İxtisaslı fəhələ kadrlarının hazırlanması işi genişləndirildi. Az müddətdə 40 mindən çox ixtisaslı fəhlə hazırlandı. Bakı döyüşkən ordunun cəbhəxanalarından birinə çevrilmişdi. Burada “Katyuşa”raketi, “Şnakin”pulemyotu, “YAK-3”qırıcı təyyarələri yığılaraq düzəldilirdi. Ümumiyyətlə, Bakıda -130 növ silah və hərbi sursat istehsal olunurdu.
Neft maşınqayırma zavodlarının çoxu hərbi sursat istehsal edən müəssisələrə çevrilmişdilər. Leytenant Şmidt adına zavodda minamyot, pulemyot və tank hissələri hazırlandı.
Gənəcə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələblərinə uyğun olaraq yenidən qurulduqdan sonra 26 adda hərbi məhsul istehsal edirdi.
Neft sənayeçiləri cəbhəni neft məhsulları ilə təmin etmək üçün gecə-gündüz çalışırdılar. Onlar 1941-ci ildə 23,5 min ton neft və 26 min kub metrə yaxın qaz istehsal etmişdilər. Məhz neftçilərin fədakar əməyi sayəsində Azərbaycan 1941-1945-ci illərdə ölkəyə 75 milyon ton nefti vermişdi. Bu da SSRİ-də hasil lunan neftin 82,5 faizini təşkil edirdi.
Azərbaycanın digər sənaye sahələri də öz işlərini müharibənin tələblərinə uyğun qurmuşdular.Yüngül sənaye müəsssisələri 1942-ci ildə cəbhə ehtiyacları üçün 30 –a qədər məhsul növü istehsal etmişidlər.
Bakıda əsgərlər üçün keçə ayyaqıbı, paltar, kimyəvi silahlar əleyhinə geyim,hərbi xəstəxanalar üçün mebel, yanğın əleyhinə alətlər vəs. ləvazimatlar istehsal edilirdi.
Respublikanın kənd əməkçiləri də müharibə tələblərinə uyğun olaraq işləməyə başlamışdılar.1941-ci ilin yay və payızında kolxoz sahələrində işləmək üçün beş mindən çox mexanizator qadın cəlb olunmuşdu.Respublikada kənd təsərüffatı üçün gənc mütəxəsis kadrlar hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.Mexanizatorların 70 faizini yeniyetmələr təşkil edirdi.
Müharibə illərində taxıl əkin sahələri 240 min hektara qədər artmışdı. Müharibə illərində nəqliyyatın işi yenidən qurulmuşdu.1941-1945-ci illərdə Cənubi Qafqaz dəmir yolunun Bakı şöbəsi dəmir yolçularının fədəkar əməyi sayəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon və 500 min sistern neft məhsulları göndərilmişdi.
Xəzər dənizçiləri neft daşıyan gəmilərlə Mahacqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları,o cümlədən 135 min ton benzin daşımışdılar.
Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və Böyük Britaniyadan İran körfəzi vasitəsilə İran ərazisindən SSRİ-yə daşınan hərbi sursat, sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq göstərmişlər.
Azərbaycan ziyalıları da müharibədə qələbəyə öz töhvələrini vermişdilər. Azərbaycan alimləri zirehli texnikaya qarşı top gülləsi, özüidarə olunan bombalar, tanka qarşı elektrik minaları, çoxpiləli minalar və s.hazırlamışdılar.
Y.Məmmədəliyevin rəbərliyi altında bir qrup kimyaçı alim yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı. Ümumən, Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində 38 növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.
Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı maddələr istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin misilsiz xidmətləri olmuşdur.Hətta O, kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.
Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu. Mirəli Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs. yataqlar kəşf edilmişdi.
Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyəyə böyük yeniliklər gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş cəbhələrinə qayıtmışdılar.
Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-ci ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikillik müəllimlər institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.
Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar qələbə naminə əllərindən gələni etmişdilər.Onlar öz əsərlərində insanlarda Vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində qələbəyə inam yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir, əsgərlər və zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini qüvvətləndirirdilər.Bu sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim, R.Rza, Ə.Vəliyev və başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan ruhaniləri də xalqın düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak etmişdilər. Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim ön cəbhə üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, cəbhəyə təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində Azərbaycanın fəhlə və kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl istirqaz vermişdilər.
1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146 vaqon ərzaq göndərmişdilər. 1941-1943-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti geyim, sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s.göndərilmişdi.
Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət almışdı.
Alimlər, ədəbiyyat və incəsənət xadimləri, istehsalat qabaqcılları tank kolonları və hava eskadronları fonduna öz şəxsi qənaətləri hesabına 215 milyon manat vəsait vermişdilər.
Respublikanın kənd əhalisi öz şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı məhsulları vermişdilər.
Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-nin faşizm üzərində qələbə çalmasında çox müüm rol oynayan Bakı öz layiqli qiymətin almamışdı. O,əslində qhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə təltif edilmişdi.
Do'stlaringiz bilan baham: |