Ana dilsiz diil insan
Onu läzım korumaa.
Ana dilnän biz tamanız,
Bunu olur annamaa!
“Türk halkına” şeirində isə deyir:
Türklüü severim-biz kardaşız:
Hepimizidä bir ecel,
Biz, bezbelli, peydalanmışız
Bir amurdan hem bir gecä.
Halkıma geridä qalmışız
Yaşamakta, işit kardaş!
Kardaşsız necä yalnızız,
Ko ensesin birlää savaş!
Petr Yalancı lirik şeirləri ilə də qaqauz oxucularına özünü
sevdirə bilmişdir. Onun şeirlərinə bəstəkarlar mahnı qoşmadan da
gənclər nəğmə kimi oxuyurlar. Şair lirik şeirlərinin birində deyir:
Sana, yarım, türkü çalerem,
Kızğın ederem canını.
Tenini canıma dayerım,
Severim herbir saçını.
Şair böyük maraq və həvəslə Bakıya gəlmişdi.
Burada rast-
laşdığı nöqsanlar onu hövsələdən çıxarır, əsəbiləşdirirdi. Bu-
nun səbəbini də belə izah edirdi: “Başqa yerlərdə də bu nöq-
sanlar, çatışmazlıqlar var. Amma Azərbaycanda bunların olma-
sını mən istəmirəm. Hamımız buraya ümid yerimiz, göz dikdi-
yimiz yer, sabahımıza yol göstərən mayak kimi baxırıq”.
Tina Petrov qızı Sürme
(1965,
indiki Ukrayna Respublika-
sı Odessa vilayəti Bolqrad rayonunun Kurcu kəndi).
Pedaqoji
məktəbi bitirdikdən sonra Komrat Dövlət Universitetinə
daxil
olmuş, yeniyetməlik çağlarından şeir yazmağa başlamışdır.
Yaradıcılığında lirik şeirlər və uşaqları təlim-tərbiyəyə, elmə
həvəsləndirən əsərlər çoxluq təşkil edir. Aldığı pedaqoji təhsil
ona uşaq dünyasını anlamağa kömək etdiyi kimi, uşaqlara təsir
göstərə bilmə yollarını tapmaqda da yardımçı olur. Əsərlərinin
əksəriyyəti qaqauz türkcəsində nəşr edilən qəzet və jurnallarda
çap olunmuşdur. İlk şeir kitabı 1996-cı ildə “Kır çiçeği” adı ilə
çıxmışdır. Çapa hazırladığı iki şeir kitabı da vardır.
Çağdaş qaqauz şairləri arasında istedadı ilə seçilən Tina
Sürmeli hansı mövzuda, hansı təbəqə üçün yazmasından asılı
olmayaraq milli düşüncəni həmişə öndə saxlayır. “Türklər bizə
qardaş” şeirində yazır:
Sölardı dädular bizim -
Türklär bizä kardaş!
İnanmeenm, ani buluştuk-
Gözlerimdän aker yaş.
Sevinmeliktän Kurcu uçer havada,
En paalı musaafirlär
Onun topraanda.
Bizä siz nasıl saadıç,
Paalı dostlarımız,
Sizä oynaycez karşı,
-Hiç yorulmaycez.
Te neredä haliz yortu,
Birerdä kardaşlar toplu,
Kol-kola tutunuk
Oyneerlar horu büük.
Bu misralar qaqauz şairlərinin əksəriyyətində olduğu kimi,
Tina Sürmenin də böyük müstəmləkəçilərin millətini “əridə-
cəyi” qorxusunu ifadə edir. Onlar bundan qurtarmağın
yolunu
da soydaşları, qardaşları ilə yaxınlaşmaqda, eyni dilin və mə-
dəniyyətin daşıyıcısı olduqları xalqlarla sıx birlikdə görürlər.