proqramı efırə çıxmışdır. Bu proqram N.Baboğlunun rəhbərliyi
ilə hazırlanırdı. Todur Zanet də bu proqramın hazırlanmasında
yaxından iştirak edir. Onun millətini oyatmaq, vətənini dirçəlt-
mək üçün apardığı mübarizə televiziyaya baxan qaqauzların
ürəyindən idi. Odur ki, qaqauz xalqının həyatında xüsusi yeri
olan “Ana sözü” qəzeti 1988-ci ildə nəşrə başlayanda qaqauz-
lar arasında yaşlı və təcrübəli, ədiblər, qəzet işçiləri olsa da,
onlar bu işin altına girməmiş, gənc
Tudor Zaneti redaktor ol-
mağa razı salmışlar.
Todur Zanetin cəsarəti, təşkilatçılıq bacarığı sayəsində “Ana
sözü” qəzeti böyük nüfuz qazanmış, partiya funksionerləri, hö-
kumət məmurları, respublikanın xüsusi xidmət orqanlarının
əməkdaşları bu çılğın gənci ram edə bilməmişlər. Onun özü də,
redaktoru olduğu qəzet də demokratiyanın, milli azadlıq hərə-
katının öncüllərindən olmuşdur.
O, 1993-cü ildə daha bir cəsarətli addım ataraq, qəzeti latın
əlifbası ilə çap etməyə başladı. Zaman da T. Zanetin nə qədər
doğru olduğunu göstərdi.
Azərbaycan, Türkiyə və başqa türk respublikaları ilə sıx əla-
qə qurmağa çalışan, oralara tez-tez səfər edən, milli ruhlu
ziyalılarla, ictimai-siyasi xadimlərlə görüşən T.Zanet “Ana
sözü”nü ümumtürk qəzeti etməyə çalışırdı.
Onun ilk şeirlər kitabı 1989-cu ildə işıq üzü görmüşdür. Elə
həmin il çap olunan “İlkyaz türküsü” almanaxı da şairin şeirlə-
rinə geniş yer ayırmışdır. Şeirlərində sosial məsələlər, dünya
problemləri, insanların arasında sevgi və dostluq ön plana çəkilir
və bütün bunlar qaqauz xalqının timsalında verilir.
Onun milli
duyğularla yüklənmiş misraları qaqauz xalqının müstəqillik
mübarizəsinə öncüllük etmiş və bu işə işıq salmışdır. T.Zanet
“Zamanayersin, evim!”(1989, 1990), “Karımcalık” (1989), “Bö-
cecik” (1991), “Akardı Batıya Güneş” (1993), “Gıcırdeer ka-
Devlet da kurmuş.
Duşman esnemiş,
“Memleket” şeirində də babalarına üz tutaraq deyir:
Memleket kaç diiştirdin
Bu erda, dedäm benim,
Ne kadar kahır çekdin...
Todur Zanet də xalq yaradıcılığından əsərlərində geniş
isti-
fadə edir. Buna görə də onun şeirlərini oxuyanda adamın ya-
dına bayatılarımız düşür. Məsələn:
...Şu yaldızlı duygumu,
Yarım alsa uykumu.
Yıllar kıta dönmesä
Sevda-kısmat ölmesä.
Şair təbiətlə bir varlıq, insan kimi danışır, ona müraciət edir.
Torpağa, suya, dağa, aya, ulduza, günə müraciət edən şair deyir:
Koy adımı benim günəş,
Da çin sabaalan geleyim.
Dan yerindän seftä ateş
Suradına bän serpeyim.
SSRİ Bessarabiyanı tutduqdan sonra oranın kənd təsərrü-
fatını kollektivləşmə, kolxoz quruculuğu adı altında dağıtmış-
dır. Müqavimət göstərənlər isə güllələnmiş, həbs edilmiş və
sürgünə göndərilmişdir. Bölgəni aclıq bürümüş, yüzlərlə insan
acından ölmüşdür. Qaqauzların bir qismi 1947-1948-ci illərdə
Azərbaycana sürgün edildilərsə, bir qismi də aclıqdan yaxa
qurtarmaq üçün buraya özləri gəlmişdir.
Uzun illər xalqın bu böyük faciəsi haqqında danışmaq yasaq
idi. İlk dəfə Todur Zanet nəinki bu mövzuda danışdı, hətta onu
ədəbi mövzuya çevirdi. Onun “Aaçlık kurbannarı” pyesi qa-
qauzların arasında böyük maraqla qarşılanmışdır. Yazıçı və
şairlər, ictimaiyyət məsələni gündəmdə saxlamış, nəticədə ac-
lıq qurbanlarına abidə qoyulmuşdur.
Todur Zanet isə bu mövzunu soyqırım kimi dəyərləndirirdi.
Şair “Aclıq” şeirində yazır:
Yaamur yaayardı nerdä sä,
Salt diyil Bucaamızda.
Toprak olmuştu kırımsa,
Bitmişti su punarlarda.
“Toum için kaldı tenä.
Oncaz da az afet.
Uşaam, istemä sän imää,
İnan hiç yoktu bereket”,-
Ana düüler bir kuş gibi.
Nedän bu takaza?
Uşak işitmeer:
“Ver imää... İmää ver, mamu... ver imää...”
Bitti tenä, bitti tozak,
Bitti kabuk fidannarda
Aman, çirkin bu iş kurak,
Sündü cannar doz dolayda.
Kim söleycek:
Kaç insanı
Öpemedi yalpak ana?
Kim söleycek:
Kaç insanı başka hiç görmedi tarla?
Aala canım, aala...
Do'stlaringiz bilan baham: