Tamazılar içer
Can şu suyundan.
Tä başleer tomuruk
Laaleya qonmaa,
Erken çin duruk
Diz çökün, iilmää.
(Filioğlu Vasi, 1995:31)
Göz aterım: bu dolay
Ne gözäl, kıvrak giimni,
Yamaçlar,
inip yola,
Karşıleerlar geleni!
Soluerım bol-bola,
Yutkunup damna-damna.
Güüs doymaz hiç bu solaa,
Tuz-taştan koparılma.....
(Baş düverim)
“Benim Beşalmam”, “Bucak”, “Kısmet”, “Sevda”, “Ax, Ka-
ra deniz!” ,“İnsanın ustalıı”, “Xoş gelmişin”, “Ko güller”,
“Mamu” və b. şeirlərinin adları şairin mövzu və əhval-ruhiyyə-
sindən xəbər verir.
Stepan Stepan oğlu Bulgar
(10.06.1953,
Ukrayna Respub-
likası, Odessa vilayəti, Bolqrad rayonunun Kurçu kəndi).
Qaqauz ədəbiyyatına nasir və naşir kimi daxil olmuşdur. Onun
rəhbərliyi ilə qaqauz türkcəsində ilk ədəbi-bədii, tarixi,
etno-
qrafık jurnal - “Sabaa İldızı” çıxır. Jurnalda çap olunan yazılar
qaqauz ədəbiyyatının gəlişməsində (inkişafında) önəmli rol
oynamaqdadır. Bu jurnalın sayəsində gənc istedadlar əsərlərini
xalqa çatdıra bildiyi kimi, jurnal yeni nəslin ədəbiyyata gəlmə-
sinə də yardımçı olur. Stepan Bulgar bir ara Qaqauz Yazıçılar
Birliyinin sədri işləmişdir.
Unudulmuş qaqauzların taleyini daim diqqət mərkəzində
saxlayan nasir tarixi mövzuya daha çox diqqət yetirir. İkinci
Dünya Savaşında Sovet dövləti tərəfındən mükafatlandırılan,
lakin az təbliğ olunan insanlar haqqında yazmaqla onları ədəbi
qəhrəmana çevirir. Hekayələrində ayrı-ayrı bölgələrdə yaşayan
qaqauzların işlətdiyi, lakin ədəbi dilə keçməmiş şivə sözlərini
gətirməklə ədəbi dili zənginləşdirir.
Yazıçı portret yaradarkən və personaj seçərkən xalq ənənə-
lərindən - adamları ləqəblə, ayama ilə çağırmadan bacarıqla
istifadə edir. Bu da elə ilk andaca oxucuda surətlərin
xarakteri
haqqında fikir formalaşdırır. Yazıçının əsərlərində xalqın gün-
dəlik həyatından alınmış mövzular da çoxdur. Xəyanət, doğru-
luq, xəsislik, tənbəllik, dostluq, çalışqanlıq və b. məsələlər istər
tarixi, istərsə çağdaş mövzularda yazdığı hekayələrdə özünə
geniş yer tapmışdır.
Qaqauzlar arasında geniş yayılmış nağılların üzərində işlə-
məklə onları yazılı ədəbiyyat nümunəsinə çevirmişdir. “Dev
adamın oolu”, “Trakalı Öküz” kimi nağılları ilə çağdaş qaqauz
ədəbiyyatına yeni bir üslub gətirmişdir. “Kaurma” povesti də
nağıl üslubunda və etnoqrafik cizgilərlə zəngindir. Yazarın “O
insan”, “Annadılmadık istoriya”, “Kırmızı küpa taşı” , “Ekmek
için”, “Utancak”, “Kendi başına”, “Joltay məzarlıı” və başqa
kiçik hekayələrinin dili sadə, mövzusu hər birimizin bildiyimiz
hadisələrdən olsa da, daşıdığı məna yükü, təsir gücü böyükdür.
Do'stlaringiz bilan baham: