(Türkiye dışındakı...,
1999:351, 12-ci cild).
Xalqının dini anlayaraq sitayiş etməsi üçün “İnciP’dən və
başqa din kitablarından çox istifadə olunan duaları ana dilinə
və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O,
xristian dininin müqəddəs kitabı olan “Evangeliya” (İncil),
“Psaltır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasos-
lov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”,
“Keçmiş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və
yazmışdır(Çebotar,7). Hətta 1907-ci ildə qaqauz türkcəsində
bir səhifəlik dini qəzet də çıxarmağa nail olmuşdur.
O, qaqauzların keçmişini, adət-ənənəsini, xalq ədəbiyyatını
araşdırıb ‘Taray3bi BeH^epcKoro yesaa” (“Bender vilayətinin
qaqauzları”) adlı irihəcmli bir əsər və “Qaqauzca-Romence
laflık” kimi sözlük də yazmışdır. Latın hərfləri ilə və rumın
(romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər
yüksək bədii dəyərə malik olmasa da, qaqauz türkcəsinin söz
ehtiyatından yararlanmaq baxımından bugün də diqqətçəkən-
dir. Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı
nəşr olunmuşdur. Əsasən xristian dininin yayılmasına xidmət
etməsi planlaşdırılmış bu əsərlər milli şüurun oyanmasına da
səbəb olurdu. Yazar öz xalqının tarixini, soykökünü öyrəndik-
cə özünün də milli duyğuları güclənirdi. Onun yaradıcılığının
ən məhsuldar dövrü Bessarabiyanın Rumıniya hökumətinin
tərkibində qaldığı dövrdür.
M.Çakır bu dövrdə Türkiyənin Rumıniyadakı səfıri, böyük
millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. O,
M.Çakıra güclü təsir göstərir, elmi araşdırmalar aparmasına
münbit şərait yaradır, onu hakimiyyət orqanlarının basqıların-
dan qoruyur.
Qaqauzlar 1918-ci ildə Rumınyanın tərkibində deyil SSRİ-də
yaşasaydılar, yəqin ki, bolşeviklər din adamı kimi M.Çakırı da
ya gülləyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcəkdilər.
SSRİ-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qa-
pandığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura-
xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yaran-
dı. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticəsində
Mixail Çakırın da qəbrini ziyarət edənlər olmur. 1980-ci illərin
ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun
müddət Mixail Çakırın qəbirini axtarsalar da, tapa bilmirlər.
2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları
oğurlayıb satanların sayəsində Mixail Çakırın da qəbrinin yeri
müəyyənləşir. Qəbirüstü başdaşı öncəki şəklinə salınır. İndi
qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn
qonaqları da oraya aparırlar.
* * *
Sovetlər Birliyi dağıldıqda qaqauzlar da tarixi keçmişlərinə,
mədəniyyətlərinə üz tutmağa başladılar. Var səsləri ilə ümum-
türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin varisləri olduq-
larını bildirdilər. Ədəbiyyat tarixlərinin Orxon-Yenisey abidə-
ləri ilə, “Divan-i lügat it-Türk”lə, “Kutadqu biliq”lə, “Kitabi-
Dədə Qorqud”la və b. əsərlərlə başladığını yazdılar.
Stalinin ölümündən sonra keçirilən Sov.İKP-nin XX qurul-
tayında quruluşun nöqsanlarının böyük qismi ölkənin rəh-
bərinin adına yazıldı. Stalin şəxsiyyətə pərəstişdə suçlandı. Bu
təkcə SSRİ-də deyil, sosialist ölkələrində də bir yumşalma
yaratdı. Vəziyyətdən istifadə edən qaqauz ziyalıları 1957-ci
ildə kiril əlifbası əsasında yeni qaqauz əlifbasının yaradılma-
sına, məktəblərdə ana dilində dərslərin keçilməsinə, dərsliklə-
rin hazırlanmasına, rayon qəzetlərində qaqauz türkcəsində sə-
hifələrin hazırlanmasına razılıq ala bildilər. Bu da yazılı
qaqauz ədəbiyyatının formalaşmasına şərait yaratdı. Rus, uk-
rayna və moldov dillərində təhsil alan qaqauzlar bundan sonra
toplu yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində ibtidai
siniflərdə ana dilində oxumağa başlayırlar. Yuxarı siniflərdə
isə qaqauz türkcəsi və ədəbiyyatı tədris olundu.
1957-1960-cı illərdə “Moldaviya Sotsialiste” qəzeti həftədə
bir dəfə qaqauz türkcəsində səhifə çap etməyə başladı. Dionis
Tanasoğlunun və Nikolay Baboğlunun hazırladığı bu səhifələr
qaqauz yazılı ədəbiyyatının inkişafına təkan verdi. Burada Ni-
kolay Baboğlu (Baboqlu), Vasili Duloğlu, Aleksey Tukan, Filip
Topaz, Mina Kösə, Stepan Kuroğlu, Savel Ekonomov kimi ya-
zarların ədəbi yaradıcılıq nümunələrinin çapına, bununla da
onların qələminin püxtələşməsinə şərait yarandı. 1959-cu ildə
Kişinyovda “Bucakdan sesler - Literatura yazıları” adlı toplu
çap olundu. Topluya folklor nümunələri ilə yanaşı, qaqauz şair-
lərinin də əsərləri daxil edildi. Qəzet-jurnal olmadan günümüzdə
ədəbi əsərlərin yayılması, yaranması və formalaşması çox çə-
tindir. Qaqauzların qəzet-jurnalları ardıcıl çıxmadığı zamanlarda
yazıçı və şairlər əsərlərini dərs kitabları nəşr etdirməklə ana
dilini zənginləşdirir, yetişməkdə olan nəslə təsir göstərirdilər.
1960-cı ildən sonra “Moldaviya Sotsialiste” qəzetinin qa-
qauz türkcəsindəki əlavəsi və ana dilində tədris dayandırıldı.
Lakin qaqauzlar bununla razılaşmadı, ana dilində nəşrlərə nail
olmaq üçün müxtəlif təşkilatlara müraciətlər edirdilər.
Sovet dövründə müttəfiq respublikaların hamısında və bir
çox muxtar respublikalarda da yazıçılar ittifaqlarının ədəbi-
bədii jurnalları, qəzetləri buraxılırdı. Moldova Yazıçılar İttifa-
qının orqanı “Literatura iş arta” qəzeti də 1986-cı ildə qaqauz
türkcəsində səhifə verməyə başladı. Bu səhifənin materiallarını
Nikolay Baboğlu hazırlayırdı.
1988-ci il avqustun 14-də isə “Sovetskaya Moldaviya” qə-
zetinin əlavəsi kimi qaqauz türkcəsində, gənc şair Todur Za-
netin redaktorluğu ilə “Ana sözü” adlı qəzet nəşrə başladı. Ki-
çik formatda (A3 formatında) 4 səhifəlik, ayda iki dəfə çap
olunan bu qəzet qısa müddətdə böyük nüfuz qazandı. Azərbay-
canlı oxucular, qəzet bağlanmasın deyə ona abunəçi olmağa,
oraya məqalələr göndərməyə başladılar. Az müddətdə qəzetin
tirajı 80 minə yaxınlaşdı. Kommunist partiyasının göstərişi ol-
madan 200 min əhalisi olan bir xalqın 80 min tirajla qəzetinin
çap olunması görünməmiş hadisə kimi qarşılandı. Bundan
narahat olan sovet məmurları “Ana sözü” qəzetinin adını ümu-
mittifaq abunə kataloqundan çıxardılar.
1988-ci ilin noyabr ayında Azərbaycanda qaqauz ədəbiyyatı
günləri keçirilməsi planlaşdırılmışdı. Lakin Moskvanın Qara-
bağ problemini ortaya atması bu cür tədbirlərin keçirilməsini,
Azərbaycanın türk respublikaları və toplumları ilə birbaşa
əlaqəsini əngəllədi.
SSRİ-nin dağılması respublikalar arasında rabitə xidmətini
pozdu. Beləliklə “Ana sözü” qəzetinin abunəçiləri azaldı və
qəzet maliyyə çətinliyi ilə üzləşdi. “Ana sözü” qəzeti səhifələ-
rində ədəbi-bədii yazılara, folklor nümunələrinə geniş yer
verirdi.
Qaqauz Yeri muxtariyyat əldə etdikdən sonra yeni qəbul
edilmiş latın əlifbası ilə “Gagauz sesi” qəzeti, 1996-cı ildən
Stepan Bulqarın redaktorluğu ilə “Sabaa yıldızı” ədəbi-bədii,
publisistik, etnoqrafik jurnal, jurnalın əlavəsi kimi uşaqlar
üçün “Güneşçik” və “Ana sözü” qəzetinin əlavəsi kimi uşaqlar
üçün “Kırlangaç” jurnalı buraxılmağa başladı. Bu nəşrlər ar-
dıcıl çap olunmasa da, qaqauz ədəbiyyatını istiqamətləndirir.
Do'stlaringiz bilan baham: |