lirik. Sonrakı dövr yazıçı və şairlərin əsərləri arasında da uşaqlar
üçün yazılmış bədii ədəbiyyat örnəklərini görmək mümkündür.
Vətənə qayıtdıqdan sonra şair və yazıçılar ədəbi fəaliyyət-
lərini davam etdirərək, boşluğu doldurmağa çalışsalar da, üzər-
lərində güclü senzor nəzarəti vardı. Sürgün illərinin acılarını
olduğu kimi təsvir etmək yasaqlanmışdı. Ədəbi yaradıcılıqda
estafeti gənc nəslə verməklə xalq ənənələrinin yaşaması üçün
zəmin yaradıldı. Yeni əsərlər çap olunur, qaraçay poeziyasının
inkişaf yolları müəyyənləşdirilirdi. Əsərlərin rus dilinə tərcümə
edilməsi qaraçay ədəbiyyatının çoxmillətli ölkədə tanınmasına
səbəb olurdu. Dirçəlmiş qaraçay poeziyasının ilk nümunələri
olan kitablarda O.Xubiyevin, X.Bayramukovanın, A.Söyün-
cevin, N.Xubiyevin, A.Ebzayevin, X.Caubayevin və başqala-
rının şeirləri dərc olunmuşdu. 1960-cı illərdə qaraçay poeziyası
da önəmli uğurlar əldə etmişdi. Şeirlərin yeni nəzəri quruluş
metodları işlənib hazırlanırdı. Sərbəst şeirə meyl artırdı.
3.9.
Ədəbiyyatda yeni yüksəliş və milli mövzuların önə
çıxması
1970-80-ci illərdə məşhur qaraçay şairləri lirikanın inkişafına
daha çox diqqət yetirmişlər. Gənc nəslin istedadlı nümayəndələri
sərbəst vəzndə daha çox yazır, yenilik axtarışı ilə şeirin inkişaf yol-
larını müəyyənləşdirməyə çalışırdılar. A.Akbayev, B.Lauranov,
Turkliyev, J.Sozarukov, K.Salpaqarova, D.Mamçuyeva və b. poe-
ziyanın müxtəlif janrlarında-mahnı mətnləri, sonet, ballada, poema
və s. yazdıqları üçün bu janrlar getdikcə təkmilləşirdi, yazıçıların
sənətkarlığı yüksəlir, poeziya yeni üslublarla zənginləşirdi.
Sovet ədəbiyyatına 1960-cı illər nəsli kimi daxil olmuş ədə-
bi mühitin təsiri ilə qaraçay-malkarlarda
da Tanzila Zumaku-
lova, İbraqim Babayev, Bayçora Soslanbekov, Salix Qurtuyev,
Svetlana Mottaiyeva,
Ali Bayzullayev, Muxamat Moqayev,
Muradin Ölmezov,
Abdullah Beqiyayev, Bilal Laupanov, Sa-
kinat Musukayeva, Rakay Semenov və b. istedadlı ədiblər
meydana çıxmışdı. İndi onların əsərlərinin mövzusu da, yazı
manerası da dəyişmişdir. Onlar vətənin, millətin tarixindən,
başlarına gətirilən müsibətlərdən yazır, xalq yaradıcılığının
zəngin poetik formalarından bacarıqla istifadə edirlər.
Aşkarlıq və yenidənqurma hərəkatından bəhrələnən qaraçaylar
“Camağat“, “Alan“, malkarlar “Birlik“ ictimai təşkilatlarını qur-
muşlar. Yazıçı və şairlərin əsərləri “Nur“, “Şohluk“, “Töre“ jur-
nallarında, “Zaman“, “Mingi tav“, “Üyge igilik“ və b. qəzetlərdə
çap olunur. Çox təəssüf ki, iqtisadi çətinlikdən qəzet və jumallar
müntəzəm çap olunmadığı kimi, yazıçı və şairlər də əsərlərini
vaxtında nəşr etdirib oxucuların mühakiməsinə verə bilmirlər.
Sonuc
Müstəmləkəçilər xalqları nə qədər bir-birindən ayırmağa
çalışsalar da, insanların dünyagörüşləri genişləndikcə,
oxuyub
yeni bilgilərə yiyələndikcə yetərincə milli kimliyini ortaya
qoymağa, zor şərtlər altında olsa belə həqiqəti yazmağa, doğru
olanı xalqa çatdırmağa çalışacaqlar. Bunu qaraçay-malkar
ədiblərinin timsalında da görmək olar. Belə ki, Qaraçay-Çər-
kəz Muxtar Vilayətində şagirdlər üçün 1976-cı ildə hazırlan-
mış “Ana literatura” dərsliyinə qaraçay yazıçı və şairləri ilə
yanaşı, Kabarda-Balkar Muxtar Respublikasında yaşamış, yəni
bu günün bölgüsünə görə malkar ədibləri hesab edilən Qaysın
Quliyevin, Canakayıt Zalixanovun, İssa Botaşovun,
Xabi Xat-
sıyevin də əsərləri daxil edilmişdir. Həmin dərsliyin 1988-ci
ildə hazırlanmış yeni nəşrində Kazim Meçiyevə də geniş yer
ayrılmışdır
Do'stlaringiz bilan baham: