sənətkarlıq da, bədii dəyər də ideologiyaya qurban verilmişdir.
Abdulla Mahammadovun “Lenin pamyatniqi”, Abdulla Başi-
rovun “Lenin kim?”, Anvar Hajiyevin “Ürekge singen at”,
“Partiya”, Əli Qaziyavın “Leninin gücü” kimi onlarla şeir və
poeması sırf ideoloji məqsədlərlə yazılsa da, bunlar qumuq di-
linin, poeziyanın inkişafına, ədiblərin sənətkarlığının cilalan-
masına müsbət təsir göstərirdi.
Qumuq ədəbiyyatına dramçılıq, nəsr
kimi yeni janrlar da
gəlirdi. 1920-ci illərin qumuq nəsrində K.Abakarovun adı bi-
rinci Sovet qumuq povesti - “Avamlığın qurbanı”nın yazarı
kimi çəkilir. Çünki ondan öncə Abdulhüseyin İbrahimov
(1890-1962) xanı öldürdüyünə görə özü də ölümə məhkum
edilən şair Amanxorun yırlarından ilhamlanaraq yazdığı ey-
niadlı romanını çap etdirə bilməmişdi. Çetin Pekaçar isə xalq
hekayələrindən, dastanlarından və yırlarından faydalanaraq
yazılmış „Amanxor“ romanının ilk variantını A.İbrahimov
1915-ci ildə çap etdirdiyini, sonralar üzərində işləyərək bir
xeyli dəyişikliklərlə iki dəfə nəşr etdirdiyini yazır.
K.Abakarovun “Avamlığın qurbanı” povesti çap olunandan
sonra Abdulhüseyin İbrahimovun „Ana ürəyi“, „Gəncliyim“,
„Amanxor“, Kamal Abukovun (1938) „Halal savaşa gedib“,
„Balyurdun işıqları“, „Üz-üzə“, Xayrulla Davudovun „Əziz
təbiət“, „Meşə“ və başqa nəsr əsərləri oxucuların mühakimə-
sinə verilmişdir. Gənc ikən denikinçilər tərəfındən güllələnən
Zeynalabidin anası Ümugülsümün dilindən Atqayın yazdığı
„Mən ötkemmen“ (“Mən qürurluyam”) povesti uzun illər
gənclərin stolüstü kitabı olmuşdur. Bədii yaradıcılıqda
ideo-
logiyanı əsas götürən yazıçı və şairlər mükafatlandırılır, onlara
fəxri adlar və vəzifələr verilirdi. Bu, bir tərəfdən əsərin bədii
dəyərini aşağı salır, sənətkarlığa mənfı təsir göstərirdisə,
o biri
tərəfdən isə bu sahəyə marağı artırır, ədəbiyyata yeni gənclər
nəslinin gəlməsini şərtləndirirdi. Otuzuncu illərdə qumuq türk-
cəsində “Yanqı kumuk adabiyatnı ösümleri” (1932), „Çiçek-
ler“ adlı ədəbiyyat topluları, eləcə də A.Mahammadovun,
N.Xanmurzayevin, A.Suleymanovun, A.Başirovun, Y.Qereye-
vin, Atqay, A.Hasıyevin müxtəlif kitabları, Vahit Dadımovun,
A.Latip (Latip Mollayev) və b. əsərləri nəşr olunmuşdur.
1920-30-cu illərdə vətəndaş savaşından, kolxoz quruculu-
ğundan, dinə qarşı mübarizədən yazan qumuq yazıçı və şairləri
İkinci Dünya Savaşının başlanması ilə savaş mövzusunu önə
çəkirlər. Alimpaşa Salavatov, Yusup Qereyev kimi gənc is-
tedadlar savaşda həlak olurlar. Savaş illərində “Fronta, yoldaş,
fironta” (1942), “Alqa, yoldaş, alqa” (1944) topluları ilə yanaşı,
Anvar Hajiyevin, Atqayın, Abdulvahap Suleymanovun bu
mövzuda yazdıqları əsərlər ayrıca kitab şəklində nəşr olunur.
Faşizm üzərində qələbə mövzusu 70-ci illərədək qumuq ədə-
biyyatında aparıcı mövqedə olmuşdur.
Do'stlaringiz bilan baham: