131) Qrip infeksiyasından sonra yorğunluq, zəiflik və s. postinfeksion asteniya əlamətləri neçə müddət davam edə bilər?
A) 3 - 4 gün
B) 1 həftə
C) 10 gün
D) 1 ay
E) 2 - 3 həftə
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
132) Kəskin respirator infeksiya zamanı hamilələrdə əsasən hərarəti endirmək məqsədilə hansı qeyri - steroid iltihabəleyhinə preparatın istifadəsi nisbətən təhlükəsizdir?
A) Parasetamol
B) İbuprofen
C) Amidopirin
D) Aspirin
E) Analgin
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
133) Hansı profilaktik vasitə qrip infeksiyasına qarşı tam müdafiəni təmin etməyə imkan verir?
A) Vitamin C və Exinaseya preparatları
B) Qripə qarşı vaksinasiya
C) Qrip infeksiyasına qarşı tam müdafiəni təmin edən vasitə yoxdur
D) Virus əleyhinə preparatların qəbulu
E) Şəxsi gigiyenaya riayət
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
134) Qripə qarşı vaksinasiyaya əks-göstəriş?
A) Keçmişdə vaksinə qarşı ağır reaksiyası olanlar
B) Sadalananların hamısı
C) 6 aylıqdan kiçik uşaqlar
D) Toyuq yumurtasına ağır allergiyası olan şəxslər
E) Yüksək hərarətlə müşaiyət olunan xəstəliyi olanlar
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
135) Hansı bronx-ağ ciyər patologiyası döş qəfəsində ağrı ilə müşaiyət ola bilər?
A) Pnevmotoraks
B) Plevrit
C) Sadalananların hamısı
D) Şiş xəstəlikləri
E) Traxeobronxit
Ədəbiyyat: Ədəbiyyat: “Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol”, Bakı 2008
136) Bəlğəmli öskürəkdə hansı preparatı təyin etmək tövsiyə olunmur?
A) Karbosistein
B) Asetilsistein
C) Ambroksol
D) Mukaltin
E) Libeksin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
137) İnhalyasion kortikosteroidlərin yaratdığı orofaringeal kandidozun qarşısını nə ilə almaq mümkündür?
A) Preparatları nebulayzerlə qəbul etmək
B) Ağız boşluğunu yaxalamaq
C) Preparatı yeməkdən öncə istifadə etmək
D) Antifunqal preparatları qəbul etmək
E) Preparatı yeməkdən sonra istifadə etmək
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
138) İnhalyasion kortikosteroid hansıdır?
A) Ksolar
B) Beklametazon
C) Terbutalin
D) İpratropium
E) Formoterol
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
139) Bəlğəmdə Şarko-Leyden kristalları və Kurşman spiralları hansı xəstəlik üçün xarakterdir?
A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
B) Sarkoidoz
C) Bronxial astma
D) Mukovissidoz
E) Pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
140) Əvvəlcə hansı müayinə olmadan bronxoskopiya aparmaq tövsiyə olunmur?
A) Bəlğəmin müayinəsi
B) Elektrokardioqrafiya
C) Döş qəfəsinin rentgenqrafiyası
D) Qanın müayinəsi
E) Spirometriya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
141) Ağciyərlərin morfofunksional vahidi nədir?
A) Asinus
B) Bronxiollar
C) Alveollar
D) Surfaktant
E) Ağciyər seqmentləri
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
142) Surfaktant sekresiyasını tormozlayan preparat hansıdır?
A) Androgenlər
B) Estrogenlər
C) Tiroksin
D) Qlükokortikosteroidlər
E) β - adrenomimetiklər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
143) Surfaktant sekresiyasını artıran preparat hansıdır?
A) Atropin
B) İnsulin
C) Propranolol
D) Surfaktant lipidləri
E) Karnitin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
144) Bronxial astma üçün xarakter olan əlamətlər varsa, lakin ventilyasiya pozuntuları aşkar edilməyibsə, hansı testin aparılması əhəmiyyətsizdir?
A) Metaxolinlə bronxoprovokasion test
B) Fiziki gərginlik testi
C) Bronxodilyatasion test
D) Histaminlə bronxoprovokasion test
E) Aşner - Danini testi
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
145) Patoloji materialda sitoloji müayinə zamanı Piroqov-Lanqhans hüceyrələri hansı xəstəlikdə aşkarlanır?
A) Histiositoz X
B) Pnevmomikozlar
C) Vərəm
D) Pnevmokonioz
E) Sarkoidoz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
146) Aktinomikozun spesifik müalicəsi nə ilə aparılır?
A) Amfoterisin B
B) Aktinolizat
C) Metronidazol
D) Gentamisin
E) İntrakanazol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
147) İnsanlarda ağciyər vərəminin əsas törədicisi nədir?
A) Mycobacterium africanum
B) Mycobacterium bovis
C) Mycobacterium kansasii
D) Mycobacterium tuberculosis
E) Mycobacterium avium
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
148) Vərəmin hansı klinik forması ÜST təsnifatına görə ağciyərdən kənar vərəmə aiddir?
A) Ocaqlı vərəm
B) Miliar vərəm
C) Vərəmli plevrit
D) Birincili vərəm kompleksi
E) Tuberkuloma
Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
149) Mantu sınağı hansı məqsədlə aparılmır?
A) Tuberkulinə qarşı postvaksinal və infeksion allergiyanın differensial diaqnostikası
B) Müalicəyə nəzarət
C) Tuberkulinə individual həssaslığın təyini
D) Vərəm prosesinin aktivliyinin təyini
E) Vərəm və digər xəstəliklərin differensial diaqnostikası
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
150) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə, müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?
A) 1 aydan sonra
B) 2 aydan sonra
C) 1 ildən sonra
D) 6 aydan sonra
E) 3 aydan sonra
Ədəbiyyat: Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
151) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?
A) Hipotenziv preparatların
B) Kortokosteroidlərin
C) Qeyri - steroid iltihab əleyhinə preparatların
D) Vitaminlərin
E) Antibiotiklərin
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
152) Birinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Sikloserin
B) Streptomisin
C) Kanamisin
D) Amikasin
E) Kapreomisin
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
153) İkinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Pirazinamid
B) Etambutol
C) Levofloksasin
D) Rifampisin
E) İzoniazid
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
154) Vərəmin məhdudlaşmış forması ilə vərəm mikobakteriyasının dərmanlara qarşı qorunmuş həssaslığı olan ilk dəfə aşkar olunmuş xəstələrin müalicə müddəti nə qədərdir?
A) 1 il
B) 4 ay
C) 2 ay
D) 6 ay
E) 8 ay
Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
155) Vərəmin yayılmış forması ilə ilk dəfə aşkar olunmuş xəstələrin müalicə müddəti nə qədərdir?
A) 1 il
B) 2 ay
C) 8 ay
D) 6 ay
E) 4 ay
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
156) İlk dəfə aşkar olunmuş və ya əvvəllər müalicə almış və ağciyərlərdə hər növ yayılma prosesi olan, vərəm mikobakteriyalarının mono- və polidavamlı formaları olan vərəm xəstələrinin müalicə müddəti nə qədərdir?
A) 2 ayl
B) 1 il
C) 8 ay
D) 4 ay
E) 6 ay
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
157) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin Ia kateqoriya üzrə təkrar rentgenoloji müayinəsi nə zaman aparılmalıdır?
A) 1 və 4 - cü aylarda
B) 2 və 5 - cı aylarda
C) 3 və 12 - ci aylarda
D) 3 və 8 - ci aylarda
E) 3 və 6 - cı aylarda
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
158) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin II kateqoriya üzrə təkrar rentgenoloji müayinəsi nə zaman aparılmalıdır?
A) 3 və 8 - ci aylarda
B) 2 və 5 - cı aylarda
C) 3 və 6 - cı aylarda
D) 3 və 12 - ci aylarda
E) 1 və 4 - cü aylarda
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
159) Qeyri - spesifik iltihabi prosseslərlə spesifik vərəm prossesinin differensial diaqnostikası məqsədilə aparılan ex juvantibus qeyri-spesifik antibakterial müalicədə hansı qrup antibiotiklərin istifadəsi tövsiyyə olunmur?
A) Sefalosporinlər
B) Antifunqal preparatlar
C) Penisillinlər
D) Aminoqlikozidlər
E) Makrolidlər
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
160) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin Ia kateqoriya üzrə təkrar bəlğəm müayinəsi nə zaman aparılmalıdır?
A) 2 və 5 - cı aylarda
B) 2, 5 və 6 - cı aylarda
C) 1 və 4 - cü aylarda
D) 3, 5 və 8 - ci aylarda
E) 2, 6 və 8 - ci aylarda
Ədəbiyyat: Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
161) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin II kateqoriya üzrə təkrar bəlğəm müayinəsi nə zaman aparılmalıdır?
A) 2, 6 və 8 - ci aylarda
B) 2 və 5 - cı aylarda
C) 1 və 4 - cü aylarda
D) 2, 5 və 6 - cı aylarda
E) 3, 5 və 8 - ci aylarda
Ədəbiyyat: Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
162) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağ ciyər xərçəngi riski tütün çəkən insanlara nisbətən 70% - dən çox azalır?
A) 5 il
B) 5 - 9 il
C) 1 il
D) 10 - 15 il
E) 2 - 4 il
Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
163) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağciyərlərin funksiyaları tütün çəkməyən insanlarda olduğu vəziyyətə gəlir?
A) 1 il
B) 10 - 15 il
C) 5 - 9 il
D) 5 il
E) 2 - 4 il
Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
164) Tütünçəkmədən imtina etmək üçün dərman vasitəsinə aşağıdakılardan hansı aid deyil?
A) Nikotin tərkibli sorulan həb
B) 1%- li Nikotin turşusu inyeksiya şəklində
C) Nikotin tərkibli saqqız
D) Nikotin tərkibli inhalyator
E) Nikotin tərkibli plastır (dəriüstü istifadə üçün)
Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
165) Tütünçəkmədən imtina edən pasientlərin müalicəsində hansı dərman vasitələrinin istifadəsi tövsiyə olunmur?
A) Anksiolitiklər
B) Sadalananların hamısı
C) Opioid antaqonistləri
D) β - blokatorlar
E) Benzodiazepinlər
Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
166) Passiv tütünçəkmə nədir?
A) Sadalananların hamısı
B) Günə 1-2 siqaret çəkmək
C) Siqaretçəkməyənlərin tütünün təsirinə məruz qalması
D) Günə 5-10 siqaret çəkmək
E) Ara bir, nadir halda siqaret çəkmək
Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
167) İdiopatik ağciyər hipertenziyasının müalicəsində hansı qrup dərmanlar az və ya effektsizdir?
A) Ca antaqonistləri
B) Prostaqlandinlər
C) Endotelin reseptorlarının antaqonistləri
D) Teofillinlər
E) Antikoaqulyantlar və dezaqreqantlar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
168) GİÇS – də baş verən pnevmoniyanın əsas klinik əlamətləri hansılardır?
A) Quru spastik öskürək, boğaz ağrısı
B) Kəskin tənginəfəslik, yüksək hərarət
C) Quru öskürək, diarreya
D) Kəskin tənginəfəslik, normal hərarət
E) Subfebril hərarət, qanhayxırma
Ədəbiyyat:
169) Sinus bradikardiyası üçün xarakter EKQ?
A) PQ intervalının azalması
B) QT intervalının qısalması
C) ÜVS < 60
D) T dişinin amplitudasının azalması
E) PP və RR intervalının azalması
Ədəbiyyat: V.N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.
170) Sinus taxikardiyası üçün xarakter EKQ?
A) PQ intervalının uzanması
B) T dişinin amplitudasının artması
C) RR və PP intervalının uzanması
D) ÜVS > 90, 1 dəq - də
E) QT intervalının uzanması
Ədəbiyyat: V. N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.
171) Sağlam adamlarda qanda xolesterinin optimal konsentrasiyası hansıdır?
A) 6 mmol/l
B) 7, 5 mmol/l
C) 6, 2 mmol/l
D) 5 mmol/l
E) 7 mmol/l
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.
172) Aterosklerozun korreksiya edilən risk faktoru hansıdır?
A) Anemiya
B) İrsi meyillik
C) İrq
D) Cinsin təsiri
E) Arterial hipertenziya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
173) Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Dilyatasion kardiomiopatiya
B) Mitral qapağın prolapsı
C) Koronar damarların 70 % və daha çox aterosklerotik daralması
D) Kəskin miokardit
E) Xroniki miokardit
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
174) Tac arteriyalarının aterosklerozunun ən informativ diaqnostik üsulu hansıdır?
A) Stress exo - kardioqrafiya
B) EKQ
C) EXO - kardioqrafiya
D) Ssintoqrafiya
E) Koronar angioqrafiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
175) Prinsmetal stenokardiyanın əlaməti hansıdır?
A) Qadınlarda daha tez - tez rast gəlir
B) Stenokarditik tutmalar yuxuda səhər saatlarına yaxın əmələ gəlir
C) Stenokardik tutma emosional gərginlik zamanı əmələ gəlir
D) EKQ - da “T” dişciyinin inversiyası
E) Qanda troponinin miqdarı artır
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
176) Kəskin miokard infarktının diaqnostikasında aşağıdakılardan hansı əsasdır?
A) EKQ - də patoloji "Q" dişinin olması
B) Protrombinin miqdarınn qanda normallaşması
C) Xolesterinin qanda azalması
D) Miokard nekrozunun markeri troponinin miqdarının azalması
E) ST seqmenti izoxətdə yerləşir
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.
177) Kəskin koronar sindrom zamanı β - blokatorların təyinatına göstəriş hansıdır?
A) I dərəcəli AV blokada
B) Bradisistolik formalı səyrici aritmiya
C) Reflektor sinus taxikardiyası
D) Kəskin ürək çatışmazlığı
E) Arterial hipotoniya
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
178) Hansı preparat qeyri - düz antikoaqulyantlara aiddir?
A) Heparin
B) Fondaparinuks
C) Streptokinaza
D) Fraksiparin
E) Varfarin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
179) Miokard infarktı və mədəcik ekstrasistoliyası olan xəstələrdə seçim preparatı hansıdır?
A) Amiodaron
B) Adenozintrifosfat
C) Novokainamid
D) Amlodipin
E) Nitrosorbid
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
180) IV funksional sinif stabil gərginlik stenokardiyanın kliniki əlamətləri hansıdır?
A) Veloerqometrdə 60 w yüklənmə stenokardiya tutulması yaradır
B) Cüzi fiziki iş anqinoz ağrılara səbəb olur
C) I mərtəbəyədək qalxarkən stenokardiya tutması baş verir
D) Düz yerdə 100 - 200 m gəzinti anginoz tutuma verir
E) 10 - 12 km/saatda sürətlə velosiped sürmək stenokardiya yaradır
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
181) Sinus bradikardiyası ilə müşayiət olunan stenokardiyanın müalicəsində antianginal preparatın seçimi hansıdır?
A) Riboksin
B) Amlodipin
C) Propranalol
D) Verapamil
E) Metoprolol
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
182) Miokard infarktı zamanı ən informativ biokimyəvi marker hansıdır?
A) Laktatdehidrogenaza
B) Troponin I
C) Alanintransferaza
D) Mioqlobin
E) Kreatininfosfokinaza
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
183) Reyno sindromlu xəstələrdə stenokardiya müşahidə edilirsə, antianginal preparatlardan əsas seçim hansıdır?
A) Kalsium antaqonistləri
B) β - blokatorlar
C) Nitratlar
D) Molsidomin
E) AÇF inhibitorları
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
184) Arterial hipertenziya zamanı hədəf orqanına hansı aid deyıl?
A) Beyin
B) Qaraciyər
C) Ürək
D) Göz dibi
E) Böyrək
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
185) Arterial hipertenziyanın fəsadına hansı aid deyil?
A) Dislipidemiya
B) Beyin qan dövranı pozulmaları
C) Koronar çatışmazlıq
D) Xroniki ürək çatışmazlığı
E) Böyrək funksiyasının pozulmaları
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
186) AÇF (angiotenzin çevirici fermentin) inhibitorlarının spesifik yanaşı effekti hansıdır?
A) Ürək döyüntüləri
B) Dəri səpqisi
C) Quru öskürək
D) Aşağı ətraflarda ödem
E) Üzün qızarması
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
187) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?
A) Qanda triqliseridlərin miqdarının azalması
B) Yuxarı sıxlıqlı lipoproteidlərin artması
C) Şəkərli diabet
D) Sol mədəciyin hipertrofiyası
E) Şəkərsiz diabet
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
188) Hansı preparat qrupu hipotenziv preparatların əsas qrupuna aid deyil?
A) β - blokatorlar
B) Kalsium antaqonistləri
C) AÇF inhibitorları
D) Periferik vazodilatatorlar
E) Diuretiklər
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
189) Hansı hipotenziv preparat AÇF (angiotenzin çevirici ferment) inhibitorlara aid deyil?
A) Kaptopril
B) Ramipril
C) Valsartan
D) Lizinopril
E) Perindopril
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
190) Bədənin normal çəkisinin göstəricisi hansılardır?
A) 12, 0 - 16, 0
B) 16, 0 - 20, 0
C) 29, 0 - 33, 0
D) 20, 0 - 24, 0
E) 25, 0 - 29, 0
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
191) Arterial hipertenziyanın müalicəsi zamanı hipotenziv preparatların kombinasiyasından hansı səmərəli deyil?
A) Adrenoreseptorların blokatorları + diuretik
B) AÇF (angiotenzin çevirici fermentin) inhibitoru + kalsium antaqonistləri
C) α – adrenoblokator + kalsium antaqonisti
D) β - blokator+ dihidropridin qrup kalsium antoqonistləri
E) AÇF (angiotenzin çevirici fermentin ) inhibitoru + diuretik
Ədəbiyyat: «Arterial hipertenziyanın diaqnosnika və müalicəsi üzrə klinik protokol» 2009 il.
192) Endokrin vəzilərin patologiyası ilə bağlı hipertonik kriz əsasən hansında rast gəlir?
A) Addison xəstəliyi
B) Hipotireoz
C) Feoxromositoma
D) Hipoparatireoz
E) Şəkərsiz diabet
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
193) Arterial hipertenziya zamanı hansı əlamət böyrəklərin zədələnməsini göstərir?
A) Qanda protrombinin miqdarının 100 % - dən çox olması
B) Proteinuriya
C) Epiteluriya
D) Sidikdə dəyişilməmiş eritrositlərin olması
E) Sidikdə duz kristallarının olması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
194) Şəkərli diabet böyrək çatışmazlığının erkən mərhələsi ilə müşayiət olunarsa arterial təzyiqin endirilməsinin məqsəd səviyyəsi hansıdır?
A) AT 130 / 80 mm c.s. yuxarı
B) Sistolik AT - nin 10 % - ə qədər azalması
C) Diastolik AT 90 mm c.s. qədər azalması
D) AT - nin 140 / 190 mm c.s. qədər tədricən azalması
E) AT 130 / 80 mm c.s.aşağı
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
Do'stlaringiz bilan baham: |