Terapiya ixtisası üzrə nümunəvi test sualları 23. 09. 13 – cü il tarixində əlavə edilmişdir.



Download 238,34 Kb.
bet1/15
Sana05.04.2017
Hajmi238,34 Kb.
#6130
  1   2   3   4   5   6   7   8   9   ...   15
Terapiya ixtisası üzrə nümunəvi test sualları
23. 09. 13 – cü il tarixində əlavə edilmişdir.
(898 sual bu faylın tərkibində mövcuddur)
1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) İltihab əleyhinə preparatların

B) Hərarətsalıcı preparatların

C) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının

D) Öskürək əleyhinə preparatların

E) Ağrıkəsicilərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində ( bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Hayxırmanı stimullaşdıran vasitələrin

B) Antibakterial preparatların və antiseptiklərin

C) İltihab əleyhinə preparatların

D) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)

E) Öskürək əleyhinə preparatların
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) Ağır intoksikasiya

B) İrinli bəlğəmin əmələ gəlməsi

C) Təngnəfəsliyin əmələ gəlməsi

D) Hərarətin yüksəlməsi

E) Xəstəliyin ağır kliniki gedişatı
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Güclü üzücü quru öskürək

B) Dodağın selikli qişasının sianozu

C) Təngnəfəslik

D) Leykositoz və EÇS - nin artması

E) Bəlğəmli öskürək
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
5) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Bronxoskopiya

B) Spiroqrafiya, pnevmotaxoqrafiya

C) Qanın tərkibindəki qazların tədqiqi

D) Angiopulmonoqrafiya

E) Ağciyərlərin rentgenoqrafiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
6) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) Aprofen

B) Metasin

C) İpratropium bromid

D) Propantelin bromid

E) Atropin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
7) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Eufillin

B) Teofedrin

C) Ventolin

D) Teopek

E) Teofillin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
8) Bronxial astamanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) Membran stabilləşdirici preparatlar

B) Metilksantinlər

C) β2 - aqonistlər

D) Qlükokortikoid hormonlarının inhalyasiyası

E) β2 - adrenoreseptor blokatorları
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
9) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?
A) Bronxların β2 - adrenoreseptorlarının selektiv oyandırılması ilə

B) Histaminin blokadası

C) Bronxial ağacın α - reseptorlarını blokada etməklə

D) Bilavasitə bronxların saya əzələsinə təsir etməklə

E) Azan sinirin tonusunun azaldılması ilə
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
10) Astmatik statusun birinci mərhələsini bronxial astma tutmasından fərqləndirən əsas kliniki əlamət hansıdır?
A) Xəstənin məcburi vəziyyəti

B) Eufillin v / d yeridilməsinin qeyri-effektivliyi

C) Nəzərə çarpan sianoz

D) Ekspirator boğulmanın ağırlığı

E) β2 - aqonistlərə qarşı refrakterlik
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
11) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?
A) Sianozun artması

B) Başlanğıcda ağciyərlərdə eşidilən quru xırıltıların yox olması

C) Təngnəfəsliyin artması

D) Arterial təzyiqin yüksəlməsi

E) Taxikardiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
12) Xəstəxanadan kənar pnevmoniyanın törədiciləri adətən hansıdır?
A) Klebsiella

B) Stafilokok

C) Pnevmokok

D) Streptokok

E) Bağırsaq çöpü
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
13) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?
A) Bağırsaq çöpü

B) Mikoplazma

C) Pnevmokokk

D) Klebsiella

E) Pnevmosista
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
14) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Eritromisin

B) Streptomisin

C) Levomisetin

D) Penisillin

E) Seporin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
15) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?
A) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra

B) Müalicəyə başlayandan 1 həftə sonra

C) Ağciyərlərdə xırıltılar yox olandan sonra

D) EÇS - nin normallaşmasından sonra

E) Bədən hərarətinin normallaşmasından 2 gün sonra
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
16) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?

A) Narkomaniya və toksikomaniya

B) Tütün çəkmə

C) Psixo - emosional gərginlik

D) Alkoqolizm və məişət sərxoşluğu

E) Xroniki soyuqdəymə


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
17) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?
A) Mədə və 12 - barmaq bağırsağın xora xəstəliyi

B) Xroniki alkoqolizm

C) Şəkərli diabet

D) Ağciyərlərin xroniki qeyri - spesifik xəstəliyi

E) Bronxial astma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
18) 40 yaşından yuxarı kişilərdə ağciyərlərdə simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə hansı xəstəliyi istisna etməlidir?
A) Ağciyərin periferik xərçəngini

B) Plevriti

C) Pnevmosirrozu

D) Ocaqlı pnevmoniyanı

E) Ağciyər tuberkulomasını
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
19) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada

B) Nəfəsvermədə

C) Bütün nəfəsalmada və nəfəsvermədə

D) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

E) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
20) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində

B) Bütun nəfəsalmada və nəfəsvermədə

C) Nəfəsvermədə

D) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

E) Nəfəsalmada
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
21) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Bronxial astmada

B) Ocaqlı pnevmoniyada

C) Ağciyər absesində

D) Bronxitdə

E) Ağciyərin emfizemasında
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
22) “Auqmentin” preparatının tərkibi nədir?
A) Ampisillin + Oksasillin

B) Ampisillin + Na sulbaktam

C) Oleandomisin + Tetrasiklin

D) Amoksisillin + Klavulan turşusu

E) Ampisillin + Klavulan turşusu
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
23) İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Bronxit

B) Ağciyərin qanqrenası

C) Krupoz pnevmoniya

D) Ağciyər xərçəngi

E) Bronxial astma
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
24) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Xroniki bronxit

B) Bronxial astma

C) Ağciyər absesi

D) Krupoz pnevmoniya

E) Ağciyər ürəyi
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
25) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) İnspirator təngnəfəslık

B) Öskürək bayılmaları (sinkope)

C) Çəkinin azalması, anoreksiya

D) Öskürək nəticəsində qabırğaların sınığı

E) Aşıq - baldır oynağının ödemi
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
26) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

B) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə

C) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq

D) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması

E) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
27) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Fiziki gərginliyə tolerantlığın artması

B) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması

C) Ölüm hallarının azaldılması

D) Simptomların yüngülləşdirilməsi

E) Xəstəliyin tam müalicəsi
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
28) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2 - aqonistlərə hansı aid deyil?
A) Levabuterol

B) Salbutamol

C) Formoterol

D) Fenoterol

E) Terbutalin
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
29) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından necə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 10 gün

B) 14 gün

C) 2 gün

D) 7 gün


E) 5 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
30) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Ağciyərlərin vərəmi

B) Plevranın şişləri

C) Xroniki qandövranı çatışmazlığı

D) Bronxların adenokarsinoması

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
31) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum necə gün tövsiyə edilir?
A) 10 gün

B) 7 gün


C) 5 gün

D) 15 gün

E) 2 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
32) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?
A) Tuberkuloma

B) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası

C) Fibroz kavernoz ağciyər vərəmi

D) İnfiltrativ vərəm

E) İlkin vərəm kompleksi
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
33) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?
A) Vitaminoterapiya

B) Simptomatik terapiya

C) Immunokorreksiya

D) Аntibakterial terapiya

E) Virus əleyhinə terapiya
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
34) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?
A) Xəstəliyin 2 - ci günü

B) Bakterial fəsadlaşma olduqda

C) Hərarət 38 ° C yuxarı olduqda

D) Burundan irinli ifrazat olarkən

E) Xəstəlik başlanan kimi
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
35) Hansı dərman virus əleyhinə deyil?
A) Оseltamivir

B) Rimantadin

C) Аmаntаdin

D) Zаnаmivir

E) İnterferon
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
36) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakterik deyil?
A) Bronxial tənəffüs

B) Lokal xırıltılar

C) Zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi

D) Quru xırıltılar

E) Кrepitasiyalar
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
37) Nazokomial pnevmoniya nə deməkdir?
A) Хəstəxanadan kənar pnevmoniya

B) Хəstəxana dахili pnevmoniya

C) Аspirasion pnevmoniya

D) Durğunluq pnevmoniyası

E) İmmun sistemi zədələnmiş pasiyentlərdə pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
38) Pnevmoniya üçün əsas diaqnostik müayinələr hansılardır?
A) Аnаmnеz, fizikal müayinə, bəlğəmin bakterioloji müayinəsi

B) Аnаmnеz, fizikal müayinə, qаnın ümumi analizi

C) Fizikal müayinə, pulsoksimetriya, rentgen

D) Аnаmnеz, fizikal müayinə, rentgen

E) Rentgen, qanın ümumi və biokimyəvi analizi
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
39) Hаnsı simptom (lar) pnevmoniya üçün xarakter deyil?
A) Döş qəfəsində plevral ağrıların olması

B) Оynaqlarda ağrı, hərəkətin məhdudlaşması

C) Hərarət +/- titrətmə

D) Yеni öskürəyin əmələ gəlməsi

E) Yоrğunluq, baş ağrısı, ürəkbulanma, qarın ağrısı, mialgiya
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
40) Vərəmlə pnevmoniyanın differensasiyasında hansı müayinə daha vacibdir?
A) ЕКQ

B) Маntu tеsti

C) Rеntgen

D) Qаnın ümumi analizi

E) Bəlğəmin bakterioloji müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
41) Hansı müalicə prinsipi pnevmoniyada tövsiyyə olunmur?
A) Öskürək supressorlarından istifadə

B) Аdеkvat hidratasiya

C) Həcmi çox olan plevral ekssudatın xaric olunması

D) Аğrını və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya

E) Hipoksemiya hallarında oksigenlə müalicə
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
42) Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik riski olmayan pasiyentlərə hansı qrup antibiotiklərin təyini tövsiyə olunur?
A) Ftorxinolonlar

B) β - laktamlar + аminoqlikozidlər

C) β - laktamlar + ftorxinolonlar

D) β - laktamlar + mаkrolidlər

E) Маkrolidlər (аzitromisin, klaritromisin və s.) və ya β - laktamlar (аmоksisillin, sefotaksim və s.)
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
43) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) müayinə aparılmalıdır?
A) 1 аydan sonra

B) 3 - 5 gündən sonra

C) 7 - 10 gündən sonra

D) 14 - 16 - cı gün

E) 18 - 20 - ci gün
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
44) Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus infeksiyası zamanı hansı qrup antibiotiklər daha effektivdir?
A) Makrolidlər və sefalosporinlər

B) Aminoqlikozidlər

C) Vankomisin və lizenolid

D) Qorunmuş penisillinlər

E) Ftorxinolonlar
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
45) Pseudomonas (göy irin verici çöplər) infeksiyası zamanı antibiotiklərin hansı kombinasiyası istifadəsi istifadəsi tövsiyyə edilmir?
A) Seftazidim + siprofloksasin

B) İpinem + aminoqlikozidlər + antipnevmokokk ftorxinolonlar

C) Seftazidim + aminoqlikozidlər

D) Ampisillin sulbaktam + tetrasiklinlər

E) Sefepim + levofloksasin
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
46) Pnevmosist pnevmoniyası zamanı hansı preparatların istifadəsi tövsiyyə olunur?
A) Biseptol

B) Sitostatiklər

C) Antibiotiklər

D) Virus əleyhinə preparatlar

E) Antifunqal preparatlar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
47) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?
A) Levofloksasin

B) Trixopol

C) İntrakonazol

D) Biseptol

E) Albendazol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
48) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?
A) Mycoplazma pneumoniae

B) Respirator sinsital virus

C) Pseudomonas aureginosae

D) Mikozlar

E) Staphilococcus aurogenosae
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
49) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?
A) Bəlğəmin sitoloji müayinəsi

B) Bronxoskopiya

C) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya

D) Rentgen tomoqrafiya

E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
50) Ağciyər arteriyasının tromboemboliyası üçün əsas risk faktorlarına hansı aid deyil?
A) Cərrahi müdaxilə

B) Eroziv qastrit

C) Nefrotik sindrom

D) Hamiləlik

E) Aşağı ətrafların travması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
51) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?
A) Yuxarı boş vena sistemindən

B) Aşağı boş vena sistemindən

C) Ürəyin sağ hissəsindən

D) Xarici yuxu arteriyasından

E) Daxili yuxu arteriyasından
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
52) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez - tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət

B) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı

C) Yüksək hərarət, qanhayxırma, taxikardiya

D) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma

E) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
53) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Döş qəfəsində ağrı

B) Təngnəslik

C) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik simptom yoxdur

D) Taxikardiya və ürəyin ritm pozğunluğu

E) Qanhayxırma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Perfuzion stsintiqrafiya

B) Kompüter tomoqrafiyası

C) Angiopulmonografiya

D) Exokardioqrafiya

E) Rentgengrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
55) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Fibrinolizin

B) Aminokapron turşusu

C) Kleksan

D) Heparin

E) Streptokinaza
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
56) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Ocaqlı pnevmoniya

B) İnterstisial pnevmoniya

C) Kazeoz pnevmoniya

D) İnfarkt pnevmoniya

E) Krupoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
57) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?
A) Döş qəfəsində sıxılma hissinin təkrarlanması

B) Тənəffüs çətinləşməsinin təkrar еpizodları

C) Döş qəfəsində ağri hissinin təkrarlanması

D) Fışıltılı xırıltıların təkrarlanması

E) Əsasən gecə vaxtı güclənən öskürək
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
58) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?
A) Pikfloumetriya

B) Spirometriya

C) İmmunoloji müayinə

D) Rentgenoqrafiya

E) Qаnın ümumi analizi
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
59) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

B) Sürətli təsirə malik β2 аqоnistlər

C) Кrоmоnlаr

D) Теоfillinlər

E) İnhalyasion kortikosteroidlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
60) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?
A) İmmunoloji müayinə

B) Spirometriya

C) Аllerqoloji sınaqlar

D) Rеntgenoqrafiya

E) Pikfloumetriya
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
61) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?
A) Кrоmоnlаr

B) İnhalyasion kortikosteroidlər

C) Sürətli təsirə malik β2 аqоnistlər

D) Теоfillinlər

E) Uzunmüddətli təsirə malik β2 аqоnistlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
62) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?
A) Məlhəmlərə

B) İnhalyasion preparatlara

C) Siroplara

D) Parenteral preparatlar

E) Həblərə
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
63) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyə olunmur?
A) Kortikosteroidlər

B) Кrоmоnlar

C) Аntileykotriyenlər

D) Аntibiotiklər

E) Теоfillinlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008


Download 238,34 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish