B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində səh.15-də belə yazırlar :AVUR KƏNDI. Yardımlı r. Yaşayış məntəqəsinin adı av (ov) sözünün qədim variantı və «ur» qədim türk dillərində «bol», «çox» sözlərindəndir (Bol sulu kəndi).26
Halbuki Türk toponimlərində və o sıradan Azərbaycan toponimlərinin ad tərkibində olan "av"/"ov" ,heç zaman "su" anlamında olmayıbdır.Səbəbdə budur ki Türk ərazilərindəki toponimlərin yaranma və təşəkkül tarixi Hind-Avropa dilli Farslardan və Farskökənli xalqların bu Türk əraziyə gəlməsindən çox qabaqlara ayiddir.Bu toponimin haqqında olan ehtimalları burada gətirmək istəyirik.Ehtimala görə bu kəndin adı "Amaru" ilə ilgili olmuş ola.F.Guirand yazır ki Amaru,Şumerlərin yer üzü və hava tanrısı sayılan,Enlil tanrının silahı adlanırmış. Amaru`nun anlamı"böyük tufan"dır. 27 Biz "Amaru" ilə "Avur" kənd adının bağlantısını belə açıklaya bilərik ki "Amaru" əslində ("b","m" səslərinin əvəzlənməsinə görə)"Abaru"imiş. "Abaru" adı da "Ab.Aru" /"Ab.Aeru" olub. Bu adın tərkibində olan türkcə "Ab"//"Abı"//"Aba" sözü "Tanrı" anlamındadır və "Aeru"//"Ayru"//"Aru" ,hava və yel anlamındadır.Yeri gəlmişkən bunu da izahlamalıyıq ki adların və sözlərin yazılışında sonuna "U" səsi və hərfinin artırılması ,qədim Akkadların yazı uslublarından və qaydalarından biridir. Akkadlar yazılış zamanı sözün soluğuna "u" hərfi artırarmışlar. Latin və ingilizcə hava anlamında olan "Aero" sözü də həmən bu şumer tanrısı "Enlil"in silahı olan "Amaru"(=böyük tufan ya fırtına)dan alınmadır. Avur yel və hava tanrısı olduğu üçün və hava eyni halda hər tərəfə axıb-yayıldığı üçün , avaralıq və sərgərdanlıq anlamlarını da özündən törədib və indi də türk dilində "Avur" tanrısı ilə ilgili ,qədim türklər "Avara"(= sərgərdan),Avaraçılıq(=sərgərdanlıq) sözləri yaradıb işlədirlər. Avara (sərgərdanlıq) sözü bu mifik adın 3-cü,4-cü dərəcəli anlamıdır. Burada yeri gəlmişkən hörmətli oxucunun diqqətini bir önəmli məsələyə cəlb etmiş olaq və o da budur ki bütün dillərdə işlənən sözlər (kələmələr,terminlər) Türk mifləri ilə bağlıdır və bu miflərdən törənmişlər.O zamanki Avropanın yerli aborigen xalqı tam vəhşiyyətdə yaşayarkən və bir-biri ilə danışmaq və ilgi qurmaqa belə söz və termin tapa bilməyirdilər , və şayəd çox sözlərini və istəklərini ima-işarə və əl-qol dəbərtmək ilə başa salırdılar və vəhşi halətdə cəngəllərdə ,ağaclar başında yaşayırdılar , o zaman eyni halda Türk xalqı möhtəşəm bir sosial və mədəni səpkidə ,öz tikdikləri və saldıkları şəhərlərində ,köylərində ,Anadoludan tutmuş Asianın şərq və şimal-şərqinə qədər uzanan türk ərazisində yaşayırdı. Avropanın vəhşiyyətdə və bər-bər halda yaşadığı dövrüdə,artıq türk xalqı mədəni həyatının bir mərhələsində idi və o səviyyəyə çatmışdır ki Bu türk xalqı ,möhtəşəm bir mifologiaya və zəngin mənəvi,ruhsal və duyğusal inanclara və dinlərə və inkişaf tapmış mükəmməl bir danışıq dilinə,yazı-pozuya malik bir xalq olmuşdur.Türklər əyər Avropa quruluğuna köçlərini başlamasa idilər,Avropa xalqı bəlkədə yarısı hələ cəngəllərdə və ağaclar başında vəhşi meyvələr axtarmaqda olacağ idilər və bəlkə də hələ indiyə qədər adi danışıqlarına söz və termin tapa bilməyirdilər və əl-qol tərpətmək ilə danışırdılar.Avropa yerlisinə dili,mədəniyyəti,şəhərdə, köydə toplum halda yaşamağı,din nədir,inanc nədir,Tanrı nədir,mif nədir, qəhrəman nədir,ilahə nədir,hammısını Türk və onun uyqarlığı və möhtəşəm mədəniyyəti verib və onun müəllimi olubdur. Avropalıların danışdığı dilin yüzə altmış faizi 60% türk panteonunun tanrıları və tanrıçalarının,Türk mifləri və mitlərinin adlarından və onların daşıdığı mifik vəzifələrindən alınma və yaranma sözlərdir.Bir çox terminləri Türkün miflərinin daşıdığı vəzifədən götürüb öz dillərində termin kimi işlədirlər. Misal üçün həmən Aborigen sözünü ,Türkün "Avur" Tanrısının özəllyindən və mifik vəzifə və xarakter daşımasından alıbdır .Latinlər və Avropalılar bu türk mifinin adından ,avara –sərgərdan ,boş-boş dolanıb gəzən öz yerli xalqlarına (Avropanın ilkin yerli sakinlərinə) da "Aborigen" terminini yaradıblar və onlar çünki boş-boş cəngəllərdə meyvə dalısıca gəzişib dolanırdılar və nə şəhərləri var idi və nə qanun deyə ,heç nə bilmirdilər və yeməklərini də cəngəldə ağaclarda meyvə axtarıb yığırdılar, bunun üçün Avaraçılık anlamını yetirən bu termini onlar haqqında işlədirdilər.Aborigen terminini məcazi olaraq əsli və ümdə millət ya xalq adlandırıblar.Qədim dünya törənləri və mifləri insklopediası kitabında "Aborigines" sözü qarşısında yazılıbdır : "Roma əfsanələrində Aborigenlər (=Avropanın ilkin sakinləri) İtalianın ən qədim məskunları imiş ki onlara ağacların evladı deyərmişlər.Aborigenlərin heç bir şəhəri ya toplumsal yaşayış mərkəzləri və mədəni qanunları olmadan, avaraçılıqla və sərgərdanlıqla yaşayırdılar və yeməklərini ağaclardan vəhşi meyvələr dərmək ilə hazırlayırdılar. Onların adı ümumən "əsli xalq" tərcümə olunurdu". 28 Deməli biz bu Yardımlı kəndin adını "Ab.Aru" ,"Ab.Uru" ya "Aburu" formasında bərpa edə bilərik. Ab.uru ----> Av.uru ----> Av.ur Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Yardımlının "Avur" kənd əhalisinin ulu əcdadı,Azərbaycandan başqa ölkələrə köç edərkən,Misirə də gedib çıxmışlar və qədim misirdə öz etnos adlarını və tanrılarının adını qoymuş "Avaris"(Avuris) şəhərini tikib yaradırlar. L.Delaport`un dediyinə görə,Avaris qədim misirdə "Hiksus"lar dövründə şəhər adıymiş.29 Bizcə Hiksus etnik adı əslində İksus ya "Ek.sus" iymiş ki "h" səsi sonradan ona artırlanıbdır və "Ek" sözü qədim türk dilində "Ana" deməkdir və "Eksus" etnos adı əslində "Sus ananın","Sus ilahəsi"nin adı deməkdir. Deməli Eksuslar//Hiksuslar,Avun türklərin bir qolu ola bilərlər və Avunların da"sus"// "şuş" tanrısını sitayiş edirdilər.Avurlar isə həmən Avun soydaşlarının tapındığı "sus" ya "şuş" tanrını da Misirə aparıb və orada yaydılar.Avurlar,"sus"//"şuş" tanrısına tapındıqları üçün,Hiksus ya Eksus da adlanırdılar və buna görədə Misirdə yerləşdiyi yerdə də öz etnos adları ilə uyğun,tikdikləri şəhərə də "Avaris" adı veriblər. "Avurlar"Misirdə,tapındıqları Tanrının(Ek.sus) adı ilə, "Eksus" ya"Hiksus" adlandılar və L.Delaport`un dediyinə görə "Hiksuslar" bir şahlıq sülaləsi kimi,bir müddət Misirdə hökmranlıq etdilər.30 Azərbaycanda və o sıradan Yardımlı rayonundakı"Avun"lar və"Avur"ların ulu əcdadı , Türkistanın Fin-uyğur türklərinə mənsub soy və etnosdular. Onlar eyni halda Azərbaycana və Anadoluya köçmüş Fin-uyğurların nəslindədilər ki bu bölgədə Finiki adı ilə tanınıblar və Finikiyyə ölkəsinin də qurucuları sayılırlar. Bunun üçün də Avur, Avun,Erevan,Şuşa ,qədim Elam-Evan türkləri,şimali sibirdə "Evenk"lər və sibiryanın şərqində "Amur" toponimlərinin ilk sakin olmuş türk xalqları,həmən Finiki(Fin-uyğur)türkləri ilə bir kökə və etnik soya və bir mifologiyaya mənsubdular.Azərbaycanda və Anadoluda məskun olmuş Finiki türkləri türk mifologiyasını da Yunana aparıb və orada həmən türk finiki panteonunu yenidən qurdular. L.Delaport açıq-aşkara iqrqr və e`tiraf edir ki Eranın 1-ci yüzilliyin son illərinin,və İskəndəriyyə şəhərindən olan yəhudi filosofu "Filo"//"Philo",bizə göstərdi ki Yunanın mifləri ,Finiki mifləri əsasında yaranıb və beləliklə eliyə bildi ilk bəşər nəslinin tarixini açıklaya bilsin.L.Delaport qeyd edir ki Filonun mənbəyi və qaynağı,Finikiyalı müəllif "Sanxuniaton"un (Sanchunianthon) yazıları və informasiasıdır. 31 Filon bu finiki müəllifin bilgilərinin əsasında Yunanın,"Uranusian Tarixi"ni qələmə alıb yaratdı. Bu Tarixin əsasında deyilir ki"Oranus" ya "Oran"ın "kronus"la muharibəsində, evladları "Avur"(Hour=saat) və "Destini"ni(= təqdir,sərnivişt, başa gələn,olacaq) onun savaşına göndərdi və"Kronus"onları da məğlub edib öz yerlərində oturtdu. 32 Deməli L.Delaport`un dediyindən belə əldə olunur ki Yunan mifləri və mifologiası,Azərbaycan Finiki Türklərinin panteonunda olan miflərin kopyasıdır.Yardımlının "Avur" toponimi Yunan Türk Fin-uyğur kopyalı mifologiasında,zaman keçidinin tanrısı yəni saat Tanrısı vəzifəsini daşıyan Tanrıdır.Tovrat`da Türk soylu Finikilərin haqqında verilən məlumatlara əsasən belə bəlli olunur ki Bəni-İsrailin süleyman adlı hökmdarı zamanı(-929-961) Finikilər ilə,Ahiram`ın hökmranlığı zamanı,çox yaxşı olmuş və buna səbəb oldu ki Ahiram,Süleymanın düzəltmək istədiyi məbədlər,tapınaqlar və sarayların tikdirməyinə ciddi şəkildə yardım edib və bu işə ayid tikinti matrialları və peşəkar sənətgərləri onun ixtiyarına qoysun.Tovratda sonra yazılır ki Bəni-İsrailin hökmranı "süleyman" və Finikilər hökmranı"Ahiram"birgə "Ophir" (Ofir) yurd və ölkəsinə qoşun yürüdürlər."Ofir"in yerini normal olaraq "Yəmən"də (Ərəbistanın cənubunda)yerləşdiyini qeyd edirlər.33Bizcə müəlliflər Şumerlərin behişti adlanan"Maşu"dakı yanıldıqlarını burada da təkrar edirlər və Şumerlərin "Maşu"sunu indiki Bəhreyn ərazisində sandıqları kimi,"Ofir"(Ophir) yurdunu da səhv olaraq,Ərəbistanın cənubundakı"Yəmən"adlı ölkədə yerləşdiyini zənn edirlər,halbu ki qızıl,bahalı –qiymətli daşların və ağacın yeri,susuz çöllük olan Ərəbistanın cənubi ola bilməz.Bəlli edəli bu"Ofir" haradırsa ,onun ilkin adı olmayacaq və belə məlum edir ki Finikilər oranı tutduqdan sonra ,ola bilər ki öz yurdlarındakı yer adı"Avur"u ,bu şəhərə qoymuş olsunlar.Bizcə bu "Ofir" yurdu qara dənizin şimali-qərb "Deniester"və"Denieper" çaylarının arasındakı ərazidə ,Qara dəniz sahilində yerləşməli olmalıdır və bir güclü ehtimala görə də "Ophir" (ofir) yurdu qara dənizin şimal-şərqindəki sahilində yerləşməli olsun və bizcə həmən"İberi"ya"İveri"yurdu(indiki Gürcüstan Ərazisi),adını bu"Ofir"ya "Avır" dan alıbdır,yəni "Ofir" həmən "Avır" //"İvir"ya"Avur"deməkdir.Deməli bu hesabla bu ehtimal yaranır ki"Avur"kənd əhalisinin ulu əcdadı ,Azərbaycandan başqa ,bir qolu da indiki Gürcüstan adlandırdığımız ərazidə məskunlaşıb və yeni yurdlarına da öz sevdikləri "sus ilahəsi"nin adı ilə ilgili , o bölgənin də adını "Avur" qoyublar və bu ad zaman keçdikcə fonetik dəyişiliynə uğramış və "ibir" /"iber" və sonda "İberia" formlarına düşübdür. Gürcüstan ərazisində indi də "Avranlu" adında toponim və oronim vardı ki əslində "Avıranlı" ya"Avuranlu" deməkdir."Ofir"(Ophir) adı əslində həmən"Ovir"ya"Avir"və"Avur"dur və anlamı "Sus ilahəsinin evladı","təskin verici ilahənin yurdu" ,"Sülh və əmniyyət ilahəsi" deməkdir.Bu adın ilk hissəsi olan"Ov"/"Of"(Op) sözündən,latin dilində "Ophion" (= nəşə verici,susdurucu,sakitləşdirici,sakitlik verən,narkotik maddə) kimi işlənir və bizim dil və ləhcədə "Afyun" kimi ifa edilir. "Avur" türk mifi ,Hindistan mifologiasında "Apris" və ya "Apri" formunda özünü göstərməkdədir və "Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə ,sanskrit dilində özünə yer açarkən "toxtaxlıq","təskin","sakinləşdirmə" anlamlarında işlənir. 34 Avır.is ---> Afır.is ----> Apır.is ----> Apris. Avur Tanrısı "Amurru" formasında , Mezopotamia mifologiasında,Akkad ölkəsinin dağlıq ərazisinin Tanrısı kimi,çadırlarda yaşayanların,köçəri və gündə bir yerdə köş salanların,avara-sərgərdan qalmışların,və bəlkəm də tərk-i dünya edənlərin,subay qalmış qadınlar və başqa dağda yaşayanların tanrısı sayılır.Bu Tanrının arvadı yəni "Belit-Seri" ölülər aləminin hesab-kitab ,səbt-i zəbt dəftərində işləyibdir və Amurru ona "Səhra ilahəsi" ,"səhra və çöl qadını" ləqəbini veribdir.35 Amurru tanrı adının sonundakı"U"hərfi sonradan Akkadca yazılışında artırlanıbdır,çünki kələmələrin akkadca yazılışında,sonuna"u"hərfi artırlanardı. Amurru adında,"b"-"m" hərflərinin qədim türk dillərində dəyişilmə özəlliyini nəzərdə alaraq ,Amurru əslində ,ilk öncə Avur imiş.Avur//Abur ----> Amur + u = Amurru . Avur türk panteonunun Tanrısı,"Amor" formasında Roma(Rum) dilində və luğət qamusunda "sevgi"və"İstək" anlamında və Roma mifologiasında,"Venus" ilahəsinin oğludur ki qızıl yumurtanın içindən çıxıbdır. 36 Qədim Roma mifologiasında ölüm mələkəsinin adı "Averna"(=Avır ana),həmçinin bu türk Avun Tanrısının adı ilə ilgilidir və eyni halda Roma ölkəsində "Kampania"da volkan ağzında əmələ gəlmiş gölün adı,"Avernus" da bu türk Avur tanrısı ilə ilgilidir.Qədim zamanlarda bu gölü,cəhənnəmin giriş qapısı kimi hesab edirdilər. Qədim antik dövrləri mifologiası əsasında,özəlliklə də Roma ölkəsində "Avernus",yer altı qaranlıq dünyadan ibarət imiş ki bütün insanların ruhları ,ayırt-seçgi olmadan orada məskulaşırdılar. 37 Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Bu izahatdan məlum olur ki Azərbaycanın Yardımlı rayonundayerləşən "Avur" kəndi də Azərbaycanın və eyni halda yardımlının başqa kəndləri kimi olaraq , bir mifik addır və türk mifologiyasından qaynaqlanan addır və Azərbaycandan da geniş şəkildə Afrikaya və Avropaya da Türk xalqların köçləri sayəsində yayılıbdır. Azərbaycanın Yardımlı bölgəsinin digər bir toponiminin adı "Anzo" ya "Anzov" dur. Azərbaycanın vikipediasının yazdığına görə :" Kənd haqqında geniş məlumatları Malik Balaşovla Şirəli İsayevin yazdıqları "OĞUZ ELİ ANZOV" kitabından almaq olar Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir. Əhalsi 1000 nəfərdən artıqdır. Anzov kəndini tarixi 400 ildən artıqdır, yəni ilk məskunlaşma 400 il bundan əvvələ təsadüf edir. Kənddə İlk məskunlaşan QILINCXAN olmuşdur. O, buraya İranın KƏLƏNSURA kəndindən gəlmişdir. İlk məskunlaşma Həsən Kərimin adıyla əlaqələndirilsə də, Həsən Kərim Qılıncxanın oğlu olmuşdur. Görünür, Qılıncxanın yaşı cox olduğundan o, burada çox ömür sürə bilməmiş və sonradan kənddə məskunlaşanlar Həsən Kərimi burada görmüş və onu buranın ilk insanı sanmışlar. Kəndin ümumi ərazisi genişddir". Bu mənbə sonra bu kəndin adının etimologiasını açıklamağa təşəbbüs göstərib və belə yazır :" Anzov sözünün mənasını talış dilinin sözü hesab edənlər olsa da, belə burada tarix boyu talış yaşamamışdır. Əslində ANZOV sözü Türk dilindən tərcümədə XANSOYLU, XANNƏSİLLİ deməkdir". http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931. Əlbətdə biz bu tərcümə haqqında nə qədər fikirləşdik, ki "Anzov" sözü necə "Xan soylu" ya "Xan əsilli" anlamını daşıya bilir, bir yerə çatmadıq! Görünür ki bu ada belə anlam bağışlama ,uydurmadan başqa bir şey deyil.Bu mənbə Anzo kəndinin cöğrafia və iqlimi haqqında deyir: Anzov kəndi Talış silsilə dağlarının qərb qurtaracağında, maili dağ yamaclarının ətəyində yerləşir. Kəndin iqlimi Yardımlıya və cənub bölgəsinin dağlıq hissəsinə məxsus sərt kontinental iqlimə uyğundur. Ərazi üçün demək olar ki,bütün fəsillər xarakterikdir. Burada payız və qış fəsillərinin iqlimi Naxçıvanın quru və sərt iqliminə oxşayır. Bu iqlimsə Türkiyənin, hətta Yunanıstanın cənubundakı ərazilərin iqliminə bənzəyir. Otlaq sahələrinin əksər hissəsi güney hissədə yerləşir. Burada ilk sakinlərin çoxillik təcrübələrinə əsaslanan əməli iş – qoyun yatağının, yəni Qışlaq adlı sahədə qış qoyun yatağının salınması çox diqqətə layiqdir. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının yaylağa köçü başlanır, yeni yurd yerləri – Sarıbulaq, Əmbüs, Haça yurd, Qoyunyatan dərə, Tiy daş, Vənəköç, Çəktə alaçıqlarla bəzənərdi Kəndin digər torpaqları ərazinin şərq hissəsində güneybasarda yerləşən piramida şəkilli ərazidən, Ban diki, Pojalar, Yaz yurdu, Percon, Tülcon, Gənci yatağı, İmam yeri, Yol Əli, Söyüdbulaq, Gədik, kənd ərazisindəki Xırdalar, Çolakəş, Ləjon, Mkomon, Əyri ulas, Əliməmməd ölən poja sahələrindən ibarətdir. http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931 Anzov kəndin bu torpaq ərazisi adları da qədim Azərbaycan və Türk mifologiasından qaynaqlanmış və nəş`ət tutmuş adlardılar. Bu ərazi torpaqlardan sayılan birisi "Əyri ulas"dır. Bu qədim mifik ad əslində "Aryulas" olub ki zaman sürəsində "Əyri ulas" formantını əldə edibdir və bununla da əsil və düzgün məna və anlamını da itirmiş olubdur. "Aryulas" adını əslində "Ar.yalaz"//"Ar.yalas" kimi bərpa etmək lazimdir. Bu mifik və Teofor qədim türk adı , "Ar"(= müqəddəs,qırmızı,Tanrı) , "Yal" (= od,şö`lə , nur ,ışıq) və "As//us" (= Günəş ,od) sözlərinin tərkibindən yaranıb və ümumiyyətdə anlamı "müqəddəs Günəş ışığı" ," Günəş Tanrının işığı"deməkdir. Bu kutsal türk-Azərbaycan mifi , Azərbaycan Türklərinin eradan 1900 il öncə indiki Yunan yurduna və ərazisinə köçləri zamanı ,özlərilə apardığı miflərdən birisi sayılır. Qədim Dünya Mifləri və Ayinləri İnsklopediası" adlı əsərdə bu ad haqqında belə qeyd olunub : "Qədim Yunan əfsanələri və mifologiasında "Erilaus" Troylardan birisi idi ki "Patroclus" əli ilə öldürülür. Erilaus ,"Clite" (oxunuşu: klite) ilə evlənir və "Meilanion" adlı oğlu olur ki bu da savaş heynində öldürülür". 38 Burada işarə olunan "Troylar" ,həmən Türklərdir yəni Yunan ölkəsinə köç etmiş Azərbaycan Türkləridir(Daha doğrusu Türk tayfalar və boyları) . İnsklopedia qadının adını "klite" yazmaqda ,səhv və yanlış qeyd edibdir ,çünki bu Türk qadının adı əslində "Səlitə" və ya "Salta"dır."İmam yeri" adlı ərazi haqqında da deyə bilərik ki bu ad əslində "Əməm yeri" olmalıdır.Qədim türkcə söz olan"əməm",türkcə "Əmə" (=hörmətli xanım, Ana,qadın və məcazi olaraq İlahə,Tanrıça) və"Əm"(= əlac,çarə,dərman , tədavi) sözlərinin tərkibindən yaranıb və külliyyətdə anlamı "Təbib ana" ,"Tibabət və dərman ilahəsi" deməkdir.Anzov kəndin digər bir torpaq ərazilərindən birisinin adı "Pojalar" gedir."Poja" sözünü açıklamadan öncə ,yeri gəlmişkən Azərbaycan Müəllimlər İnstitutu filologiya üzrə fəlsəfə doktoru ELMAN MİRZƏYEV, Azərbaycan milli elmlər akademiyası M.Fzuli adına əlyazmalar institutunun"Filologiya məsələləri"adlı elmi dərgisinin №10, 2013-da çap olunmuş "BƏZİ MİKROTOPONİMLƏRİN MƏNŞƏYİNƏ DAİR(DİALEKT VƏ ŞİVƏ MATERİALLARI ƏSASINDA) adlı məqaləsində ,Azərbaycan dilçiliyinin dialektolojia sahəsinə işarə edərək, dialekt leksikasında xüsusi adların kompleks şəklində öyrənilməsini vurğulayaraq ,onun tədqiqatdan kənarda qaldığını e`lan edir. Elman Mirzəyev ,Professor A.Qurbanova istinad edir və sözünün davamında yazır ki :"A.Qurbanov qeyd edir ki, - “Azərbaycan onomastikasını öyrənmək üçün əsas mənbələrdən biri dilimizin dialekt və şivələridir. Bu mənbələr müasir Azərbaycan dilinin şifahi-fərqli danışıq formasıdır.Burada ləqəblərin,mikrotoponimlərin öyrənilməsi daha əhəmiyyətlidir.Dialekt leksikasının bu vacib sahəsi lazımi şəkildə və bəlkə də işlənməyib desək, daha düzgün olar” . Elman Mirzəyev sonra işarə edir ki :"Qeyd olunan sahənin öyrənilməsinin zəruriliyini nəzərə alaraq, biz də bu məqaləmizdə Lerik, Yardımlı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsindən qeydə aldığımız bəzi mikrotoponimlərin mənşəyini açıqlamağa çalışacağıq. Elman Mirzəyev məqaləsinin davamında Cəlilabad,Lerik və Yardımlı bölgələrində geniş yayılmış "Poja" topoformantı haqqında belə yazır :" Yardımlı, Cəlilabad və Lerik rayonlarının mikrotoponimləri sistemində geniş yayılmış topoformantlardan biri də pocə//poçə//poja//pojə komponentidir. “Azərbaycan dilinin dialektoloji lüğət”ində Yardımlı şivələrində «yamac» mənasında pocə leksemi qeydə alınmışdır . Bu söz eyni anlamda Yardımlı, Lerik və Cəlilabad rayonları ərazisində müxtəlif mikrotoponimlər arasında da geniş işlənmə mövqeyinə malikdir. Müqayisə üçün bəzi nümunələrə diqqət yetirək: Lüməpojə“Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroadonim” – lümə Yardımlı şivələrində “qısa” + pocə//pojə “yamac” – tam mənada “qısa yamac”, Şorpoçə “Yardımlı rayonunun Əsədabad kəndi ərazisində mikroadonim” şor Lənkəran qrupu şivələrində – siğırçın quşu + poçə “yamac” – tam mənada “sığırçın quşunun olduğu yamac”, Tınıxlı poja “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroadonim” – tınıx//tinix Lənkəran qrupu şivələrində “fıstıq ağacı” + pocə//pojə“yamac” – tam mənada “fıstıq ağacı olan yamac” , Ropojə “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroadonim” – Ro “talış dilində yol” (müqayisə et: fars və
tacik dillərində rah) + pocə//pojə “yamac” – tam mənada “yol yamacı”, Rəzdəğ pojəsi “Lerik rayonunun Buruğ kəndi ərazisində mikroadonim” – Rəzdəğ “şəxs adı” + pojə “yamac” – tam mənada “Razdaq adlı şəxsə məxsus yamac”,Əli pojəsi “Lerik rayonunun Buruğ kəndi ərazisində mikroadonim” – Əli “şəxs adı+ pojə “yamac” – tam mənada “Əli adlı şəxsə məxsus yamac”, Nilli pocə “Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində mikroadonim” – nil Lənkəran qrupu şivələrində“azatağacı” + pojə “yamac” – tam mənada “azatağac olan yamac”, Yoncalı pocə “Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində mikroadonim” – yonca “bitki adı” + pojə “yamac” – tam mənada “yonca bitkisi bitən yamac”, Şirli pocə “Cəlilabad rayonunun Əsədli kəndi ərazisində mikroadonim” – şir “heyvan adı”+ pocə“yamac” – tam mənada“şirin olduğu yamac” və s.
Eyni semantikaya malik olan bu topoformant poçə şəklində Lerik rayonunun talışdilli mikrotoponimlərində də müşahidə olunur. Məsələn, Ziyadi poçə “Lerik rayonunun Noda kəndi ərazisində mikrotoponim” – Ziyad “şəxs adı” + -i şəkilçi +poçə “yamac” – tam mənada “Ziyada məxsus olan yamac”, Serəpoçə “Lerik rayonunun Noda kəndi ərazisində mikrotoponim” – ser talış dilində “əzgil” + -ə “bitişdirici səs” + poçə “yamac” – tam mənada “əzgil olan yamac”, Morəpoçə “Lerik rayonunun Noda kəndi ərazisində mikrotoponim” – mor talış dilində “ilan” (müq.et: digər İran dillərində mar) + -ə “bitişdirici səs” + poçə “yamac” – tam mənada“ilanlı yamac”.İran dillərinə dair mənbələrdən aydın olur ki, bu qrupa daxil olan bir sıra dillərdə pa//po “ayaq” mənasında çıxış edir. Bundan başqa, bəzi İran dillərində həmin sözün sinonimi olan poçə vahidinin işlənməsinə də təsadüf olunur. Müqayisə üçün: talış və tacik dillərində poçə “ayaq”, “ayaqcıq”, “qılça”. Talış dilinin leksikasında qeyd olunan leksem bənzərlik əsasında həm də “dərə və çay kənarlarında yamac” semantikasını da qazanmışdır.
Dil faktlarına əsaslansaq belə bir nəticəyə gəlmək olar ki, poçə etimoloji cəhətdən İran dillərində po//pa “ayaq” (müq. et: müasir fars dilində pa [ پا ], tacik və talış dillərində po, gilək dilində på) və çə>cə//jə «şəkilçi» tərkib hissələrindən ibarət olmaqla, substrat hadisəsinin nəticəsi olaraq Cəlilabad, Yardımlı və Lerik rayonlarının mikrotoponimləri sistemində də yer almışdır. 39
"Pojalar" ərazi adının anlamı bizim düşündüyümüzə görə ,həmən Yunan mifologiasında "Nayad"ların bir qısmi olmalıdır ki "Pegaea"adlanırlar və bunlar bulaqlarda yaşayan nimflərdilər. "Naiad"lar bulaqlar,çeşmələr və su gözələrində olurlar və bulaqlar,arxlar və su gözələrinin suyunu,Tanrıların çayları və nehirləri kimi hidayət edib istiqamətləndirirlər.40Deməli "pojalar"ərazisinin adı"Naiad nimflərin yeri" deməkdir.Digər bir güclü ehtimala görə "poja" sözü əslində türk sözü "Boşa"nın fonetik dəyişiliyinə uğramış forması olmalıdır."Boşa"sözünün anlamı "atmaq", "vasil etmək","ulaşdırmaq","nail etdirmək","hidayət etmək" ,"istiqamətləndirmək", "göstəriş vermək və bələdçilik etmək" deməkdir. Amerka və Mekzika yerli xalqının mifologiasında "Boşa" ,"poşa" formasında təzahür edir və ,"Dünya Mifləri Ensiklopediası"əsasında,dünyanı yaradan "Avona vilona" tanrının ,yerin dərinliyindəki zağada yaratdığı 4 kişidən birisinin adıdır və bu mənbəyin dediyinə görə bu kişi Tanrının məxluqatını işıqlığa, aydınlığa və nura hidayət etməkdir.Bu kişinin əsl adı "poşaiyankya"dır. 41 Biz bu adın haqqında çoxlu çalışdıqdan sonra belə bir sonuca vardıq. Bizcə "Poşaiyankya" mürəkkəb addır və "poşa"(= öndər,lider, rəhbər,yol göstərən ,sərdar, bələdçi, yol aparan) və "yankıya" (oda,atəşə,işığa, nura,qurtuluşa uğratmaq) deməkdir və beləliklə bu ad külliyyətdə "Tanrının yaratdıqlarını (məxluqatını) işıqlığa və Aydınlığa sövq vərən və yönəltən" deməkdir. Buradan bəlli olur ki türklərin işlətdiyi "paşa" (= sərdar,qoşun və ordu başçısı,ali və yüksək rütbəli baş komandan) sözü ,əslində həmən türk mifik adı "Boşa" ya"Başa" sözündən və adından alınmadır və "başa vermək","başarılı olmaq", "başarı" sözləri də elə həmən bu "başa" sözü ilə bir kökdən və anlamdandır. " Ban diki" ərazinin adı isə bizcə qədim Azərbaycan Türklərinin tarla tanrısı adı "Man" ilə bağlı olmalıdır.Bu mif Türklər vasitəsilə Yunan ərazisinə də köçürlənib və Yunan mifologiasında "pan" formunda özünə özəl yer tutmaqdadır. ,"Dünya Mifləri Ensiklopediası"əsasında,Yunan mifologiasında "pan", tarla,meşə,cəngəl, heyvanlar,sürülər və çobanlar Tanrısı sayılır.42Beləliklə Anzov kəndinin "Ban diki" adlı ərazisinin ad-anlamı ,"Ban (Man) tanrısı yüksəkliyi"deməkdir."Ban diki" adı haqqında digər güclü bir ehtimal da budur ki bu ad əslində "Vanlik" ya"Vənlik"olmuş olsun və bu ad zaman sürəsində "Ban diki" formasına düşmüş ola. "Ban" (van) sözünün qədimtürk dilində "Qurştili"(göyrüş) ağacı anlamında nəzər də tutsaq, o zaman bu Anzov kənd sahəsinin adının anlamı "kurştili ağacları(göyrüş,vən ağacları) bitən təpə" deməkdir. Bunu da artırmalıyıq ki Fars dilində bu qədim Türk mifik Qurştili ağacın adını ,sözün əsil və düzgün formasını və həmçinin onun mifik xarakter və özəlliyini nəzərə almayaraq ,və ya xud onun düzgün mifik mahiyyətini bilmədən və baş çıxartmadan,zahiri səslənişinə uyaraq ,onu "Quş dili" anlamında bilib və eləcə də farsca bərabərini ,yəni "zəban gonceşk" deyib ,qeydə alıblar.İndilikdə Fars dil və ədəbiyyatında bir səhv və yanlış qondarma anlam kimi özünü əks etdirməkdədir və bütün Farsca lüğət ensiklopedialarında bu hal davam etməkdədir və Farslar "Göyrüş" ya həmən "Vən" ağacına "zəban gonceşk"(= Serçə quşu dili aəacı) deyirlər. Bu səhvin və yanılmağın səbəbi budur ki Fars dili lüğət və sözcük ustaları və uzmanları,bu adın tərkibində olan"R"hərfini nəzərə almayıb və onu saqit ediblər və "Qurştili" əsil türk sözünü "Quş tili" kimi oxuyub və elə də onun hərfi mənasını qeyd ediblər.Görünür bir sözün tərkibində yerləşmiş hərfi salanda və ya nəzərə almadan,kəlmə və sözün anlamı yerdən-göyə cə fərq edir."Quş tili" yəni uçan quşun dili və iki sözün tərkibindən yaranıbdı ,amma "Qurştili"sözü üç sözün tərkibindən yaranmış sözdür:Qurş (= bel,kəmər,əhatə,dövrə,sikl)+ti (şəkilçi) + li (mənsubiyyət şəkilçisi) == kəmərlik,bellik,dövrə vuran,əhatə edən . Bura da"Qurştili"adı,o ağaça deyilir ki həyat ağacı və kosmik ağacıdır.Qədim Türklər və o sıradan Avropanın şimalına köçən Türk soylu xalqların mifologiasında ,belə inanırdılar ki həyat kosmik ağacı (Ygg drasill) yer kürəsinin dörd çevrəsini bürüyüb və onun butaları bütün dünyanı və kosmusu dövr(kuruq vurur) edir və onun 3 böyük kökü ,kosmusun ya uzayın 3 səthini bir-birinə yapışdıran və qovuşdurma sorumluğunu daşıyır.Deməli belə məlum olur ki "Qurşti" sözü həmən türk"Qurşaq" sözünün başqa variantı sayılır və "Qurşti"nin bu məbhəsdə anlamı, yer kürəsini əhatə edən və onun bel qurşağı sayılır və burada heç uçan quşun dilindən söhbət getmir və quşun dili burada anlamsız,uyarsızdır və bu həyat və uzay ağacını quş dilinə mənsub etmək və bağlamaq boş yerə və yersizdir. Burada sadəcə Farsların və yaxud sonrakı Türk müəlliflərin,səslənmə və fonetik oxşarıqdan yanılmalarıdır və qələt yerə bir termin və söz yaratmadan başqa bir iş görülməyibdir. Göyrüş ağacı, dünya ağacı,həyat ağacı ,uzay və kosmus ağacı deyilən ağacın bəlgəsi və simgəsi sayılır. "Göyrüş" türk kökənli bir ağac adıdır. Bu ağac adını gərəkdir "Göyraş" kimi bərpa etmək. Bu ağac adı iki türk sözü "Göy" (=yaş,yaşıllıq,göyərti,bitgi və məcazi olaraq "ağac") və "Raş" (=ağac növü və cinsi adı) sözlərindən təşkil tapıb və külliyyətdə anlamı "Raş ağacı" deməkdir."Raş" isə"Günəş","işıqlı gün","gün işığı" deməkdir.Deməli Raş ağacı ,"Günəş Tanrısının ağacı" deməkdir. Əyər "Ban" sözünü "uca","yüksək", "təpə" anlamında nəzərdə alsaq ,o zaman bu kənd sahənin adı"Təpə başı" deməkdir. Əyər "Ban"sözünü qədim türk dilində "gölək","su yığıntısı gölcək","göl" anlamını nəzərdə alsaq,o zaman bu kənd sahənin adı "Göl başı" deməkdir. Anzov kənd ərazisindəki"Xırdalar"adlı sahə, bizcə qədim Misir mifi olan "Cherti"(oxunuşu:kerti) ya"Xerti"ilə ilgililidir."Dünya Mifləri Ensiklopediası" əsasında ,Qədim Misir mifologiasında "Xerti" ölülərin qayıqçısı və qayıq sürəni imiş.Bu mifin başı, qoç başı imiş.Bir ehtimala görə də bu kənd ərazi səhəsinin adı "Zevs"(Zeus)dən,uşaqlıq çağında qoruyub-gözətləyən Tanrılar və mələklərin adı "kuret"lər ilə ilgili olmuş olsun.43 "Ləjon" sahə adı ,bizcə çox ehtimal ki "Lugun" ,"Lagon" olmuş ola. "Lagon" mifik adını gərəkdir "Lugan" formunda bərpa etmək.Bu mürəkkəb mifik ad "lu" (Nəhəng, Balina,Əjdaha)və"Gan//Ğan" (= Türklərdə Su Tanrısı) sözlərinin tərkibində yaranıbdır və külliyyətdə anlamı "Nəhəng Tanrı","Dəniz dev balığı" , "Dəniz əjdahası" deməkdir. "Lok"//"Luk"//"Log"//Lug" Çin mifologiasında "Lung" formantına düşərək,beş caynaqlı əjdaha mifinə çevirilib və"yağış"ın(yağmurun) bəlgəsi və ağ kutsal ruhu sayılır."LU"//"LÜ","Leviathan"formunda, J.C. Kooperin dediynə görə, bir növ əjdaha ya dəniz devi sayılırmış ki Timsaha çox oxşarı vardı və Fin-ogarit mifologiası əsasında,o dəniz əjdahası sayılırdı ki doğa üstü bir şəkli və fiqurası var imiş.44Bu kənd sahəsi haqqında digər bir güclü ehtimal da budur ki bu ad qədim Türk kökənli Mezopotamia mifologiasında "Nergal" Tanrının eşi və mələkəsi sayılan "Ləs" ya "Ləz" Tanrıça və ilahə ilə bağlı və ilgili addır. "Jeremy Black" və "Anthony Green" öz ortaq əsərlərində yazırlar ki :"Nerqal tanrı ,yeraltı dünya ilə ilişkidə olmuşdur və ümumiyyətdə "Ereşkigal" yeraltı dünyanın mələkəsi və ilahəsinin əri və eşi sayılırdı, amma başqa ilahələr də gahdan Nerqalın eşi hesab olunurdu ki onlardan birisi "Ləs" ilahəsidir". 45 "Ləş" və "Ləj","Ləs" ilahəsi adının başqa fonetik variantları sayılır. Bizcə Türk dilində insan və heyvanların ölmüş cisimlərinə və cəsədlərinə işlədilən,"Ləş" ya "Leş" sözü də ,əslində həmən bu yeraltı dünyanın ilahəsi "Ləs" ya "Ləş"ın adından alınmadır və biz cəsədə "ləş" ya "leş" deyərkən ,əslində "Ləs" Tanrıça ya ilahəsinin adını çağırırıq. Anzov kəndinin "Ləjon" sahəsinin adı da həmən bu "Ləs" ilahəsinin adı ilə bağlı və ondan alınmadır. "Ləjon" adının tərkibindəki "on" ,əslində "an" formasında olub və iki anlamda ,yəni cəm bağlayıcı şəkilçi və ya "Tanrı/Tanrıça" anlamında ola bilər və iki anlamdan birisin ifa edə bilər,yəni "Ləs"(Ləş/Ləj)lər və digəri isə "Ləs" ya "Ləş"//"Ləj" Tanrısı. Anzov kəndin daha bir səhəsi "Yol əli" adlanır.Bizcə çox ehtimal ki bu sahənin adı "Yal Alı" olmuş ola. "Yal" qədim türk dilində "od şö`ləsi","alov" ,"işıq","atəş" və "Al" sözü isə "qırmızı","isti","Tanrı","Günəş", "Günəş Tanrısı" deməkdir və külliyyətdə bu mifik və kutsal adın anlamı "Günəş odu və şö`ləsi","Günəş Tanrısı" deməkdir. Anzov kənd sahələrindən birisi də "Əli Məmməd ölən poja" adlı yerdir.Bizcə bu sahənin adı fonetik oxşarlığının bəlasına giriftar olub və belə "Əli Məmməd" şəxs adı formuna düşübdür. Əlbətdə çox ehtimal ki Anzov kənd əhalisi bu ad`a görədə bir nağıl ya son əsirlərə ayid bir biografia ya sujet hazırlamış olalar ki güya şah Abbas zamanı burada bir Əli Məmməd adlı bir xan ya hakim var imiş və burada ölüb-basdırılıb və ya buna oxşar bir dastanlardan birisi... Halbuki Anzov kəndin bu sahəsinin adı ,bir teofor və mifik türk adıdır və buradaheç Əli Məmməd adlı bir adamdan söhbət getmir.Burada yalnız bir fonetik oxşarlığı vardır."Əli Məmməd"adın"Əli"hissəsi,əslində qədim türkce"Al"//"Alı"(= qırmızı Günəş,Tanrı,müqəddəs)deməkdir və"Məmməd"hissəsi ,əslində "im"//"imi"// "eme"(=dev,dəhşətli,iri çüssəli,çox yekəpər,bədheyvərə və yırtıcı leş yeyən Tanrı) +"Met"//"Mot"//"Mat"(=ölü,cəsəd,leş)=="ölü yeyən dev Tanrı" deməkdir.Deməli bu dediklərimizin əsasında "İmi.Mot" və yaxud "İm.Mat" adı zaman sürəsində ,xalqın leksikasında ,fonetik dəyişikliyə uğrarkən,onun oxşar fonetikası olan "Məmməd" formantını əldə edibdir və eyni halda "Al.im.mat" adı da "Əli Məmməd" formantına düşübdür. Şah-Mat oyununda olan "Mat" sözü də həmən qədim Türk-mifik sözü olan "Mat" sözüdür və anlamı şahın ölməsi ilə bərabər və qaçaq yolu olmaması və yaxalanmağı deməkdir. Türk dilində indilikdə işlətdiyimiz "Mat" sözü də həmən qədimdə işlənən mifik "Mat" sözüdür və anlamı da "quruyub qalmaq, heyrətdən şok olub, donub bir halda qalmaq" deməkdir ,çünki insan "Mat" qalanda ,sanki ölü kimi donub hərəkətsiz qalır və özünə gələ bilmir.Yuxarıda sözü gedən qədim Türk mifi "Alimmat", Türk tayfalarının Azərbaycandan köçlər vasitəsilə Misir ölkəsinə də gedib çıxmış və Misir mifologiasında ölüm və ölüyə həsr olunmuş mifik vəzifəni öhdədar olmuşdur.Ünlü sosiyal-Antropoloj ,mifolog alim "Dr.Roy Willis",bu mifin Misir panteonundakı mahiyyəti və daşıdığı vəzifəsi haqqında belə yazır : " Qədim Misirlilərin inancına görə ölülərin təqdiri və müqəddəratı,"Oziris zalında təyin və bəlli olunurdu və bu zalda ,Tanrılar həkəmlik edirdilər bir halda ki ölünün ürəyini bir quş tükü ilə tərəzidə ölçüb və çəkirlər.İtbaşlı bir meymun (Tuth tanrının bəlgəsi) təqdir və alınyazısını müqəddər vətəklif edən tərəzini ələ alırdı və çaqqal başlı Anubis Tanrı da tərəzi hər cəhətli düz və qaydasında olsun deyə ,nəzarət edir.Əyər ölünün ürəyi quş tükündən ağır olurdursa ,ölənin ruhu "Amemot"(= ölüləri yeyən) adlı dev Tanrı vasitəsilə yox və nabud olunurdu". 46 Əlbətdə ünlü mifolog alim və mif ensiklopedia yazarı "Richard Cavendish"in yazdığına görə "Amemot" bir qorxunc və dəhşətli bir varlıqdır ki bu qəzavət və həkəmiyyətdən alnı açıq və üzü aq çıxmayan ölüləri udurdu. 47 Beləliklə "Əli Məmməd ölən poja" adlı kənd sahəsi adının əsil düzgün formasının "Al.Eme.Mat ölüm poşa" olduğu bəlli olunur. Bu adın tərkibində olan "poşa" həmən indiki türk dilində işlənən "paşa" (= sərdar,sərvər,Ağa,lider,sərkərdə, qoşun başçısı) deməkdir və bu izahata görə ,Anzov kəndinin bu sahəsinin anlamı və etimologiası "Alemmat, ölüm sərvəri" , "Alimmot ,ölüm dev-tanrısı" . Bizcə indiki İran`ın şimal-mərkəzində yerləşmiş Azərbaycanın böyük və qədim şəhəri sayılan "Qəzvin"in yaxınlığında ,Həsən Səbbah`ın və onun terorist fədailərinin qərargahı və qalası sayılan "Alemmut" ya "Ələmut" qalasının adı da ,bu qədim türk mifi olan "Al.Em.Mat" (Alemot//Alımat//Almad/Ələmut) ölüm ağası və sərvəri ,ölüm Tanrısının adıdır. Bizcə Kazaxıstanın "Almata" yaxud "Almatey" şəhərinin adı da ,həmən türk mifologia tanrısı olan ,ölüm Tanrısı "Al.em.mat" adıdır və eyni halda Güney Azərbaycanın "Ələmdar" şəhərinin adı da,həmən türk miflərindən olan ölüm Tanrısı "Al.em.mat" adıdır. Bu şəhərin adı əsil düzgün forması "Al.em.mat.ar" olmuş və adın sonundakı "ar"sözü "kutsal", "müqəddəs" deməkdir. Beləliklə "Ələmdar" şəhərinin anlamı və etimologiası "Kutsal və Müqəddəs Ölüm Tanrısı" deməkdir. "Əli Məmməd ölən poja" adın tərkibində olan "ölən" sözü ,əslində "ölüm" olmuş və qədim türk dilləri sülaləsində "m"-"n" səslərinin bir-birinə əvəzlənməsi qanununa görə "ölüm" , "Ölün"ə çevirilibdir və yerli türk xalq leksika və dialekt şivəsində ,sonda bu söz ,"ölən" sözünə çevirilibdir. Burada bəlli olunur ki Ərəb dilində ölum və fəna anlamında işlənən "Mot"// "Movt" sözü də elə həmən bu qədim türk kökənli "Mat" sözündən alınıb və yalnız "A" saiti "O" saitinə çevirilibdir.Qədim Türkcə olan "Mut"(=ölüm,fəna, yoxluq) sözündə ,"M" səsinin "B"ya çevirilməsi ilə,Mut sözü "Fut"a çevirilibdir ki Fut sözüdə ərəb dilində "Mot" ilə yanaşı "ölüm" və "ölmək" anlamında həmçinin işlənilir. İndi də birisi öləndə ,ərəbcə ona deyilir ki "Fo`t" eləyibdir. Ərəblər bu "fut" sözündən, "vəfat"(=ölüm) kimi söz və termin yaradıblar."Fut" sözünü eyni halda Farslar da götürüb fars dilində də "püfləmək //fitləmək// fütləmək" anlamında və söndürmək kimi anlamlarda işlədirlər.Mat ---> Mut ---> But ---> Vut ----> Fut /Fot. Anzov kəndin səhələrindən birisinin adı "Çolakəş"dir. Bu səhənin adı haqqında irəli sürdüyümüz ehtimallardan birisi bu adın,"Karagas" türk etnoniminin təhrifə uğramış forması olmasıdır.Bizcə bu kənd sahəsinin adı,ilk öncə "karagas" və yaxud "karakas" olubdur və zaman sürəsində yerli xalq diyalekt şivəsində təhrifə və səs dəyişimə yğramışdır. Yəni "k">"ç" və eyni halda "r">"l" səslərin bir-birisinə əvəzlənməsi ilə "Kara" sözü "Çala"// "Çola" sözünə çevirlənibdir. Eyni halda "kas" sözü də "kaş" ya "kəş"ə çevirlənibdir. Karagas -----> (k >ç) Çarakas -----> (r> l) Çalakas -----> (s> ş) Çalakaş -----> (a>o ,a>ə) Çolakəş . Fransalı ünlü mifolog və mitholog "Alen Girbran"(Alain Gheerbrant) ,"Jan Şevaliye"(Jean Chevalier) və digər 15 dünya şöhrətli alimlər ilə birlikdə yazdığı "simvollar Ensiklopediası" adlı əsərdə "Karagas" və "Karagaslar" sözü haqqında belə izah verir :" Karagas`lar ,Samuid kökənli Sibir Türk xalqlarından birisidir. Onlar Türk dinində danışırlar". 48 Anzov`un bu kənd sahəsi haqqında digər bir ehtimal da budurki ,bu sahənin adı Sibir etnoslarından olan "kalar" qəbilə və tayfa adı ilə bağlı olsun və əslində "kalargas" ya "kalarkas" olmuş olsun ki zaman`la çevirlənib "çolakəş" formuna düşmüş olsun. "kaş" çox ehtimal ki burada diklik və təpə və yüksəklik yer anlamında olmuş olsun və "çolakəş" adı külliyyətdə "Kalar`ların təpəsi(dağı)" ,"kalar yüksəkliyi" deməkdir. "Kalar.kas" ----> kala.kas ----> kala.kaş ----> kola.kaş ----> çola.kaş ----> çola.kəş . Deməli bizcə çox ehtimala görə bu kənd sahənin adı,"karagas" və ya "kalar" tayfalarının adı ilə bağlıdır və bir etnonim olmalıdır.Anzov kəndin "Percon" sahəsinin adı haqqında deyə bilərik ki bu adda "Marmara" dənizində də bir ada var və ad "Proconnese" kimi yazılıbdır. Bizcə əyər adın ilk hissəsini "pro" götürsək (=ilkin,ibtida,başanğıc) və adın ikinci hissəsini "con"(oxunuşu "son" = evlad,oğul,nəsil,soy) nəzərdə alsaq,o zaman bu adın anlamı ümumiyyətdə"ilk nəsil", "ilk insanlar" ,"ilk bəşər grupu" olmalıdır. Amma əyər bu adın ilk hissəsini,qədim türk dilində olan "par" sözü nəzərdə alsaq və adın ikinci hissəsini də "cun"(oxunuşu:san/sun=Günəş) nəzərdə tutsaq, o zaman bu adın anlamı "parlaq və parıldayan günəş" ,və məcazi olaraq "Günəş Tanrısı" deməkdir.Belə çıxır ki Anzovun bu kəndsahəsinin adı çox ehtimala görə əslində"par.gün"olmuş və yerli xalq leksikalarında,fonetik dəyişiliyə uğramışdır və pargün//parkün adı sonda "percon" formuna düşübdür.Digər bir güclü ehtimal da budur ki bu toponimin ilk hissəsi "per"(=Tanrı,Tək-vahid Tanrı) və ikinci hissəsi də əslində "kün"(=gün,günəş) olmuş olsun və "kün" xalq leksikasında "cün" və "con"a çevirilmiş olsun. Beləliklə də "percon" adı ,əslində "Bir.Gün"//"pir.Gün" olub və zaman seyrində "percon"a çevirilibdir. Bu hesab ilə ,indiki zamanda Azərbaycan ərazisində işlənilən "pir" sözü də "Tək və vahid Tanrı" ,"Tanrı" deməkdir. Deməli bu əsasla "percon" toponim adı həqiqi formantı "Bir.kün" ya "Pir.gün" olmuşdur. Əyər toponimin ikinci hissəsini "son" kimi tələffüz oluna , o zaman bu toponim adın bir anlamı hərfi mənası da "Tək insan" ,"vahid insan" "insan özü" deməkdir. Latinlər və İngiltərəlilər də həmən bu türk sözünü Türklərdən alıb indi də "person" deyib –yazıb ,"şəxs" anlamında işlədirlər. Buradan bəlli olunur ki Anzov kəndin bu sahəsinin adı qədim teofor türk adı "pir.kün"//"pir.gün" // "pir.ğun" ,"Günəş Tanrı" olub və sonralar ki "Gün"//"kün" leksik dəyişiliyində "çün" və "sün"ə çeviriləndə , "son" tələffüzü tapıb və "oğul","evlad" anlamı qazanıb və bütövlükdə anlamı "Tanrı oğlu" olur və sonralar Türklər vasitəsilə "Misir" ərazisinə köçüb və bu türk teofor mifik ad orada geniş şəkildə Misir şahları ünvanına və tituluna çevirlənib və Misirlər "Firon" kimi işlədiblər. Deməli "Fir.on" sözü ,anlamı "Tanrı oğlu","Günəş tanrının oğlu"dur. Bir.Gün ---> pir.gun ----> pirğun ----> Firğun ----> Fir.un . Digər bir güclü ehtimal da budur ki "percon" adı əslində "par.cin" yəni "parlaq və yanar cin" ,"oddan yaranmış cin" ,"odlu cin" anlamında olmuş olsun. Mifolog "Richard Kavendish"ə görə ,"Cen" ya "cin"lər ,mifologia aləmində ,bədənləri heyvandan və başları insan başı olan varlıqlar sayılır.Bu varlıqların vəhşiyanə hiss və duyğuları qadınları görmək həmən və eyni halda şərabın iyisinə çoşa gəlirdi.49 Bizcə bu sahə adı "percon" ,Yardımlının "Bərcan" adlı kəndin adı ilə eynidir və eyni kökdən və eyni anlamdaddır. Yəni "Bərcanda yaşayan Türk xalqı ,həmən bu "percon" adı ilə ilgili olmuş olalar. Anzov kəndin başqa bir sahəsinin adı "xuaxıl"dır.Bizcə bu kənd sahəsinin adı ,əslində "xax.il" ya "xax.el" olmalıdır. "Xax" ,"Xu.Ax" tərkibinin ,qıssalmış variantıdır."Xu.ax" mürəkkəb sözdə , "xu" həmən qədim türk dilində işlənən "ku"/"kü" (=səs,küv,ağac,qələmə və söyüd ağacı,meşə,) və "Ax"(əslində "Ağ" ,Tanrı anlamında) sözlərinin tərkibindən yaranmış addır və ümumiyyətdə "səs tanrısı ","Ağac ,"meşə" və "El" (=Tanrı,günəş tanrısı) və külliyyətdə "Ağac Tanrısı","Meşə Tanrısı" ,"səs Tanrısı" deməkdir. "Xuax" və yaxud "Xax" adında ,Azərbaycanın Naxçıvan bölgəsində "qala"nın olduğunu tarixçilər qeyd ediblər. "Xaxı" Naxçıvan bölgəsində bir qədim qalanın adıdır.Bu qala Mir Əli Seyidov`a görə "indi "Gavur qalası" adı ilə məşhurdur. Bu qalanın ilkin adı "Xaxı" ,"xax" sözündən alınıbdır. "Xax" sözü müxtəlif Türk dillərində , o sıradan Teleut,Altay,Qırqız,Qara Qırqız, Tatar və sair türklərdə(Qaq),möhkəm və sərt məna verir.50Deməli"Xaxı" yəni o kəs ki sərt və möhkəm və qudrətlidir.Adın"Xuax"hissəsini,Azərbaycanın şimalında yerləşən "Qax" şəhər adı ilə də müqayisə etmək olar. "Xuaxıl" adında ,əyər adın ikinci hissəsini "el"//"il" (=xalq,nəsil,soy) nəzərdə tutulsa, o zaman "xuaxıl" yəni "Ağac Tanrıya tapan el" ,"Meşə Tanrısına tapan nəsil və soy" deməkdir.Digər bir ehtimal "xuaxıl"adı haqqında budur ki bu ad "xu" və "Axıl" sözlərinin tərkibindən düzəlmiş olsun. Bizcə bir ehtimala görə "xu" ,həmən qədim türk sözü olan "ku"/"kü"(=səs,küv) və "Axıl" isə "çay","su","axar su və çay" deməkdir və "xu.axıl",bütölükdə "Aşıb-coşub daşan çay və su" , "çox dolu və səs-küvlü axan çay" deməkdir.Xuaxıl türk Azərbaycan mifi ,Türklərin vasitəsilə Yunan`a da köçüb və Yunan panteonunda "Axılus" formunda özünü əks etdirməkdədir. Dünya mifləri Ensiklopediasının verdiyi məlumata görə , "Axıl mifi və ya Yunanca ifa etsək "Axılus" ,çay və axar su ,nehir Tanrısı sayılır. O eyni halda Yunan mifologiasında su pərilərin atası da sayılır. Axıl //Axılus öz qardaşları arasında ,yəni 3000 çay Tanrısı içində ,hamısından böyük və tanınmışdır". 51 .Az. Vikipediasının yazdığına görə Kəndin yay otlaqları – yəni elat heyvandarlıq sahələri isə daha böyük əraziləri əhatə edir. Bu yaylaqların hamısı kəndin cənubundadır. Azərbaycan Vikipediası yazır :" Tarixlər şahidi Haça yurd, Halavar daşı, Dib yurd, Vənəköç, Soyuqbulaq, Balaxan yurdu, Güney və Quzey üstə kolat, Sarıbulaq, Əmbüs, Tiy daş, Aslan yurdu, Çəktə, Xuaxıl (Şahbazəli bəyin payız oturacağı), Ağasən yurdu, Bəbir yurdu, Qoyunyatan dərə, Çur-çur və Yuvagah yaylaqlarıdır... . http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931 "Halavar" yaylaq adını bizcə "Holavar" kimi bərpa etmək lazim gərəkir. "Holavar" yaylağın adı türk dilində "xərməngah", "xərmən yeri", "küləş döymə yeri","öküzləri boyundan birgə bir sırada bağlayıb taxıl xərmənini döymək" deməkdir. "Halavar daşı" isə "taxıl xırmanını ,küləşi böyük daşın içində ya üzərində böyük ağac toxmaq`la döyməkdir".Olabilər ki bu daş iki tikədən ibarət olsun ki bir-birinin üzərində durub və taxılı üstdəki daşın deşiyindən töküb və onu dəstər ilə ,altdakı daşın üzərində çəkib fırlatmaq`la taxıl dəni üyüdülürmüş. "Dib yurd" otlağın adı qədim türk mifik addır. Bu ad bizə açıklayır ki bu "Anzov" kəndinin bu otlaq və yaylaq yerisi zamanında bir yaşayış məskəni olubdur ,baxmayaraq ki indiki zamanda ora bir çöl və yaylaq kimi görünür. "Dib" qədim türk mifologiasında "Tanrı" ,"Böyük Tanrı" ,"Dev" ,"Dev Tanrı" deməkdir. "Dib"/"dev"/"Devə"/"Dəevə"/"Dəvə"/"Tiv"/"Tev"/"Tevə"/"Təvə" hamısı bir-birinin fonetik variantları sayılır və hamısı eyni sözdür. "Dib yurdu" ,"dev tanrı yurdu" deməkdir. Türk dilində "Dəvə" dediyimiz heyvanın adı da (çox iri yapalı və böyük çüssəyə malik olduğuna və eyni halda bəd-heybərə bir qiyafəyə və sifətə malik olduğuna görə ,elə həmən bu "Dev"//"Devə" sözündən alınıb yaranıbdır.Bizcə çox ehtimal`la ,"Anzov" toponim və yaşayış bölgəsinin bu hissəsi və zonası ,yaşayış yeri olub və bu yaylaq yerində yaşayan "Anzov"lılar ,Avropanın Britania adasına və indiki "İrləndia"da məskunlaşıblar və öz ilkin doğma yurdlarının adını orada ,məskunlaşmış yerə qoymuşlar və Yardımlı`nın Anzov zonasındakı doğma yerin adını Britaniada kı yerə veriblər. Yardımlı`nın Anzov türklərinin "İrlandia"dakı məskun olmuşları , öz yaşayış yerlərinin adını "Dib yurdu"nun bərabəri və eyni anlamdaşını ,yəni "Diblin"i qoydular.Bu ad əslində düzgün forması"Deb.El.İn"olmuş və sonra latinlərin tə`siri altında indiki"Dublin"formasına düşübdür.Əlbətdə oxuculara mümkündür ki bu məlumat və açıklamalar gülünc və inanılmaz nəzərə gəlmiş ola və inana bilməyə, necə ola bilər ki bir boş otlağı və yaylağı ,Avropanın İrlandia`sına və onun indiki paytaxtına bağlamaq ola?! Amma bunu unutmayaq ki bu bəşər və Türk- bəşər Tarixinin həyat yolu və tarixinin gedişidir.Burada 500 ildən və ya 1000 ildən söz və danışıq getmir.Bu tarixi olay,ən azı 2000 il eradan öncəyə ayiddir.Bizim çox tarixi yaşayış yerlərimiz və şəhərlərimiz olub ki öz zamanında bir böyük şəhər sayılırmış ,amma indiki zamanda ondan təkcə tarix kitablarında və tarixi qaynaqlarda ,bir quru ad qalıbdır və hətta çox şəhərlər var ki onun indiki yerini və hansı ərazidə olduğunu,tarix və arxeologia alimləri dəqiqləşdirə bilmirlər. Bunun üçün Azərbaycan və türk toponimlərini araşdırarkən bu gözə gəlməz detaylara diqqət və fikir vermək lazimdir. Bunu tam əminliklə qeyd edə bilərik ki belə bir gerçəkləri Avropa və Batı dünyası onmin illər sonra da ,heç zaman qəbul edə bilməyəcək və belə bir həqiqi kəşfiyyatı və tapıntıların üzünə örtük çəkib ,qapadacakdır. Avropalıya vəhşət vericidir ki qəbul etsin Britania adasının bir çox xalqı (o siradan "Skoth"lar,"İrlandia"lılar,"Veylz"lər) türk soylu xalqlardılar və onların ata-baba və doğma ilkin yurdları"Azərbaycan" olubdur. Bizim öz türk xalqımız bu həqiqətə inana bilmir , harda qalsın min illər boyu tarixən duşmanımız olan Avropa və batı xalqlarına.Necə ola bilər ki Azərbaycanın Yardımlı rayonundakı Anzov kənd cəmaətinin ulu əcdadları gedib ingiltərədən baş çıxartsın?! və ya Azərbaycanın Gilar kənd cəmaətinin ulu əcdadları Fransadan baş çıxartsın və böyük bir nəhəng dövlət qurmuş olsun və neçə əsrlər "Roma" imperiası ilə qılınc-qılınca çalsın. Təkcə Yardımlı rayonun kəndləri ,Azərbaycan türk xalqları və tayfalarının Avropa mədəniyyətinin qurulması və yaradılmasındakı böyük rol oynadığı, bizə və tarixşunaslıq elminə kifayət edər.Amma hanı görən göz və eşidən qulaq?! Azərbaycanın Anzovlu türkləri yeni yurdlarında yerləşdikdən sonra ,öz doğma yurd adını bu yeni məskun olduğu yurdlarına yəni "Deb.El.İn"i qoydular. Bu adın tərkibində olan "Deb" həmən "Dib yurdu"nun "Dib" sözüdür və əslində bizim indiki"Dev"(=Yer üzü və yer altı dünyanın həyulaları) deməkdir. "EL" isə həmən "Tanrı" və həmçinin "xalq" deməkdir."İn" isə "yurd", "Ev","Məskən","Yuva" deməkdir."İn" sözünü Azərbaycan türk xalqı indi də toyuq-cücə yeri və onun yatdığı-qaldığı yerə işlədir və "toyuq ini" deyirlər. Bizim bu türk sözümüz indi də Avropada və İngiltərədə "Hotel","Qonaq və misafir qalan yerə" işlədilir və "İNN" yazıb ,"in" oxuyurlar. Deməli bu izahat`la İrlandianın paytaxtı "Dublin"in ad anlamı olur : "Dev Tanrının yurdu" və eyni halda Anzov kəndinin "Dib yurdu" otlaq və yaylağının anlamı da eynən həmən anlamdır. "Çəktə" otlaq və yaylağın adı da qədim türk sözüdür və "çəkmək" sözündən alınma sözdür. Çəkmək işi və fe`li Türk dilində iki anlamda işlənə bilər.Birisi rəsm etmək ,şəkil çəkmək və digəri isə tüstü ya başqa qaz ya buğu boğaz və burun hava yolları ilə bədənin içinə sorub-çəkməkdir(misal üçün siqaret çəkmək). Bizcə bu qədim türk sözünə diqqət edərkən belə əldə olunur ki ,qədim türk dilində "ayna" və "Güzgü" sözünə və eyni halda ağızdan və boğazdan bədəninin içinə tüstü çəkənə və ya çupuq və tütün çəkənə də "Çəkatlı","Çəkətli" deyirmişlər və beləliklə belə düşünmək olar ki "Çəktə" çox ehtimal`la "tütün","tənbəki","çədənə" və digər kullanılan narkotik maddələrə də deyilirmiş. Bizcə narkotik maddə kimi də qurudub işlədilən həmən "çədənə" bitgisinin adı da həmən qədim türk sözü olan "çəktə" sözü ilə bir kökdəndir və farsca "şahdanə" deyilən söz bu bitgiyə səhv və yanlışcadır və fonetik oxşarlıqdan uydurulub-yazılma sözdür. "Çədənə" dediyimiz narkotik və nə`şə verici bitginin adı əslində "çəktə dənə" olubdur və zaman sürəsində qısalmış ,təlxisləşib və "çədənə" formuna düşübdür. Farslar isə bu türk sözünü türklərdən eşidərkən ,onu "çadane" və ya "şadane" və sonda da "şahdane" kimi qeydə alıblar.Bu bilgilərin əsasında , bir ehtimala görə də ,çox mümkündürki Anzovun bu otlaq sahəsi narkotik və nəşə verici "çədənə" kimi bitgilərin əsas gövərən yeri imiş və bu otlağın bu növ bitginin bitib gövərməsinə çox əl-verişli imiş. Anzov kəndinin digər bir otlaq sahəsinin adı "Ağa sən yurdu"dur. Bizcə bu otlaq adında zahirdə şəxs adı kimi (ağa həsən) göründüyünə rəğmən, burada söz konusu , "yel" haqqındadır. Bu yaylağın və ya otlağın adını gərəkdir düzgün forması olan "Ağ əsən yurdu" kimi bərpa etmək lazimdir. Bu adda "əsən" (=yel,nəsim,rüzkar) sözünün birinci hərfi olan "ə" səsi saqit olunub və bu indiki forma düşübdür. Deməli bu sahənin adının həqiqi adı "Ağ yel əsən yurdu" anlamındadır və yəqin ki bu otlaq və yaylaq coğrafi və təbii cəhətdən,çənubdan və güneydən əsən"Ağ yel"in əsdiyi və tutduğu səmtindədir . Bu otlaq və yaylağın adı haqqında digər bir güclü ehtimal da budur ki ,bu ad qədim türk və eyni halda İran türk mifologiasında özünə yer açmış "Ağas" ya "Agas" qara quvvə və dev və şərr Tanrısı adı ilə bağlı olmuş olsun. "Agas" qədim İran Türk mifologiasında qara və kötülük quvvəsi və Tanrısı olan bir "Əhrimən" (əyrimən), "Ağriman" (yalan danışan, qeybdən deyən, öncədən görən)dır. İran türk kökənli mifologiasında "Agas",yalandan doğulubdur və bir dişi bəd nəzər dev və həyula kimi tanınılır ki insana o bəd nəzəri ilə göz vurub ziyan verirmiş. Bizcə bu "Agas" həmən insana və onun əkininə və bitgilərə zərər verən ,cənubdan əsən zəhərli və səmmili ,isti ,zərərli yeldir ki ,türk mifologiada "Ağas" Tanrı ilə göstərilib və özünə özəl bir zərər verici Tanrı və qara quvvə mənşəyi kimi təzahür edir. "Agas" mifik adında "Ağ"ın bir neçə çaları vardır və o sıradan birisi "Tanrı" deməkdir.Bu baxımdan adın mənası,"As"ı Günəş anlamında nəzərə alaraq,"Günəş Tanrısı" deməkdir."Ağ"ın bir anlamı "səmm"və"zəhər" deməkdir, və burada "As" ,əslində "Əs" ,"yel" ,"nəsim" deməkdir və bunun əsasında "Agas",yəni "Ağ yel","zəhərli və zərər yetirən yel" deməkdir.Deməli "Fars dilində "zərər ,ziyan , xəsarət və sədəmə" anlamında işlənən "Asib" sözü də elə həmən bu qədim türkcə "As" ya "Əs" sözündən alınıb və işlədirlər. "Agas"ın bu zərər verici ,dağıdıcı və viran edici mifik xarakterinə görədir ki qədim Mezopotamia mifologiasında "Agasaya" savaş ilahəsi kimi ,özünü göstərir və Babil "İştar"ı ilə bərabər sayılırdı. "Agasaya"nın höviyyət,kimliyi və xarakterikası göydə və göy üzündə ,bir savaşçı və döyüşçü kimidir. Bu məlumat əsasında ,deməli "Ağasən yurdu" yaylağın adı bir mifik addır ki Yardımlının Anzovundan qədim İrana,Mezopotamiaya,Yunanistana, Hindistana və hətta Afrikaya(Dahumi qəbiləsi içinə) və Karaib adalarına da zaman-zaman köçüb gedibdir.Dünya Mifləri Ensiklopediasına istinadən "Agas hindistanda "Agastia" adı kimi özünü əks etdirir və hindistan panteonunda özünə özəl vəzifələr əldə edir. O Hindistanda müsbət rola malik bir mif-insandır və yellər tanrısı "Vindhya"nın müəllimi və eyni halda dağlar və təpələrin tanrısı da sayılırmış. O atasının təbəiyyətində və yurdunda olan suları udur və içir ta ki "Əhrimən"lərin və qara quvvəli dev tanrıların ,suların dibində gizlənməsini və Tanrıların cəzasından qurtulub qaçmasının qarşısını alıb qaçmalarına mümaniət edirdi. "Agas" Karaib adalarında və Afrikanın Dahumi qəbiləsi əfsanələri və mifləri içində "Agassu" formasında ,bir ovsuncu və cadugər ruh kimidir ki minlər tayı və bərabəri vardı". 52 Anzov kəndinin daha bir otlağı və yaylağının adı "Vənəköç"dür. Bizcə bu ad "Vən Ağac" adının fonetik variantıdır və ola bilər yerli xalqın leksik və diyalekt şivəsində bu adın saitləri bir az fonetik dəyişikliyinə uğramış olsun . Vən Ağac ----> Vən Agac ----> Vən Akac ----> Vən Akaç ----> Vən Əköç . Deməli belə məlum olur ki vaxtilə bu yaylaq və otlaq bütün Vən ağaclar ilə örtülü imiş. Anzov yaylaqlarından birisi də "Əmbüs"dür. Bizcə bu ad əslində "Embas" və ya "Əmbas" kimi bərpa etmək lazimdir. Bu ad "Embas" formasında nəzərdə alsaq ,deyə bilərik ki bu ad qədim türk dilində olan "Əm"/"Em"(= sağ,salim,sağlam və məcazi olaraq ağıllı ,bilici, fərasətli, mahir,işbilir) və türkcə "Bas"//"Baş" (= baş kəllə , qafa, və məcazi anlamda lider,sərkərdə,rəhbər,başçı,yol aparan) sözlərinin tərkibindən yaranmış türk antroponim şəxs adıdır və anlamı "ağıllı ,ağlı-hüşü başında olan, zəki, fərasətli lider və sərkərdə","Ağıllı rəhbər" deməkdir. Bu ad qədim Azərbaycan türk xalqları arasında işlək və mərsum adlardan sayılırdı və buna misal olaraq ,qədim Türk Ermənistan dövlətinin (e.ö 5-ci yüzilliyin sonlarında) padişahı "Sabran"ın sərkərdəsinin adı olubdur. 53 Digər güclü bir ehtimala görə Əmbüs türk mifik adı ,türk mifologiasında bir ilahə adı olmuş olsun. Bu türk ilahəsinin adı "Ambus"//"Ambis" olmalıdır. Azərbaycanin Yardımlı-Cəlilabad bölgəsində yerləşən Alar kənd sakini olan şair-yazıçı və tədqiqatçı alim "Bilal Alarlı"nın "Alar" kənd haqqında yazdığı məruzəsində Alarlı Alıxan ailəsindən və Alıxan kişinin qoçaq-dilavər qızı "Niyar" xanımdan söz açarkən ,"Əmbüz" adlı xalq nağılı və əfsanəsinin olduğunu vurqulayırlar ve yazır ki"“Dərəkeçməz”, “Əmbüz”, “Qara at yolu” adlı digər əfsanələrdə isə alarların məskunlaşma tarixindən söhbət açılır...54 Deməli belə aydın olur ki Azərbaycan türk mifi "Əmbüs" özünü şifahi xalq ədəbiyyatında və nağılda qoruyub saxlayıb.Bilal Alarlı`nın "Əmbüz"a işarə etdiyi izahatdan yazdığı məqalədə belə anlaşılır ki "Əmbüz" nağılı və əfsanəsi aşk,sevgi, aşkda sədaqət və bağlanan əhdə və peymana vəfalı qalmaq,qoçaq sevərlik ,igidliyi pula-vəzifəyə və maddiyyata satmamaq və zülmə ,zalimə baş əyməmək xarakterli bir türk-Azərbaycan əfsanəsidir. Əlbət də bizim bu nağıldan anladıqlarımız, Bilal Alarlı`nın bu nağılı "Niyar"xanımın əfsanəsi ilə müqayisəsindən irəli gələn təxmindir. Bizcə "Ambus" Türk mifologiaslnda ,eşq və sevgi ilahəsidir.Bu türk mifinin ad-tərkibində olan "Am" ,ilahə və ana anlamındadır ,"bus"/"bis" isə sevgi ,sevmək və evlənmək deməkdir və nəhayət bu ki "Ambus" ,"sevgi və aşk ilahəsi" deməkdir. Öpüş və öpmək anlamında Fars dilində işlənən "Bus" sözüdə əslində həmən bu aşk və sevgi xarakteri daşıyan "Ambus" türk mifinin adından alınma bir sözdür və bu türk mifi indiyə qədər Fars dilində özünü qoruyub saxlayıbdır.Bu qədim Türk mifi ,Azərbaycan ərazisindən "Yunan" və "Misir" ölkələrinə də köç edib və bu ölkələrin panteonunda da özünə özəl yer tutubdur. "Ambus" mifik adın "Bus" hissəsi,Misir panteonunda ,"Bes" formasında özünü əks etdirməkdədir."Richard Kavendish"ə görə "Bes" ,Misir panteonunda "yaxşı və gözəl taleh və bəxt Tanrısı","Aşk və evlənmək Tanrısı" ,"Musiqi Tanrısı" deməkdir. 55 "Bes" Tanrı ,Misir mifologiasında eyni halda qadınların bəzəyinə və süsünə də nəzarət edirmiş.Bu "Bes" tanrı əslində "Liliput" Tanrılardan sayılırdı.Richard Kavendiş`in yazdığına əsasən, məlum olunur ki qədim Quzey Misirdə ,Bu Türk Tanrının adında ,bir Toponim ya şəhər də salınmışdır ki "Ombus" formunda qeydə alınıbdır. 56 "Ambus" türk mifi ,qədim Yunan mifləri və əfsanələrində bir xəyali və şəbəh kimi varlıq sayılırdı və yeraltı dünyayə ayid idi. O gecələr vəhşət və qorxuya səbəb olurdu. O istədiyi hər bir şəkilə və formaya çıxa bilirdi və özəlliklə də qadınlara və uşaqlara zahir olub və onların qorxu və vəhşətinə səbəb olurdu. O insan ətindən yeyib qidalanırdı və qurbanlarını öz toruna və tələsinə salmaq üçün , özünü çox gözəl və gənc qadın şəklinə salarmış. Bu Tanrının Yunan mifologiasında adı ,"Empusa" kimi qeyd olunubdur. Anzov kəndinin digər bir yaylaq və otlaq sahəsinin adı "Balaxan yurdu"dur.Bu kənd yaylağı adının hərfi mənası iki cürə açıklamak olar : 1) bir yer ki orada bal pətəyi çoxdur və onun üçün "bal axan yeri" adlansın. 2) kiçik xan və hökmranın qaldığı və yaxud anadan olduğu sahə . Amma mifologia baxımından bu adı belə açıklaya bilərik ki bu kənd sahənin adı "Bal Akan", iki sözün tərkibindən yaranıbdır. Bu adda "Bal" qədim türk dilində ,özəlliklə də "Fin-oyğır" soylu Finiki türklərin dillərində "Tanrı" deməkdir və "Bel"//"Bil"//"Bul"//"Bəəl" onun variantları sayılır.Adın ikinci hissəsi olan "Akan" , türk Azərbaycan mifik adlarından birisidir. Bizcə "Akan" ,qədim türk dilində "od","atəş","dağdan axıb gələn od","axan od" ,"volgan odu və atəşi" ,"volkanlı dağdan püsgürən və axan od və atəş" deməkdir. Bu qədim Türk mifi ,Azərbaycan ərazisindən xaricə də yayılıb və başqa millətlərə və yurdlara da (o sıradan Hindistana,Yunana, Misirə Avropaya, Amerka qitəsində "Maya"lar arasına) gedib və ya aparılıbdır.Avropa latinleri bu türk tanrı mifini eləcədə "Volkan" kimi götürüb işlədirlər. Volkan latin sözü əslində elə həmən qədim Azərbaycan Türk mifi olan "Balaxan" Tanrısının adıdır və yalnız bir-az fonetik dəyişikliyə məruz qalmışdır və səslənmə baxımından latin dili fonetikasına uyğunlaşıb. "Bal.Axan ----> Bal.Akan ----> Bol.Akan ----> Bol.kan ----> (B>V) Vol.kan . Azərbaycanın "Beyləqan" ya "Biləqan" şəhərinin adı da məhz həmən qədim Az. Türk mifi olan "Balaxan" Tanrının başqa bir fonetik formada olan adıdır. "Bal.Axan ----> Bel.Akan ----> Beyləkan ----> Beyləqan. ///// Bal.Axan ----> Bil.Akan ----> Biləqan.///// Bakı şəhərinin "Balaxanı" adlı rayonun adı da , məhz bu Türk tanrısının adıdır. Avropanın "Balkan" yarımadasının adı da həmən bu Türk mifinin adı ilə bağlıdır və həmən "Bal.Axan" Tanrının adıdır. "Axan" türk mifik adı "Fin-Oyğır" türkləri köçü vasitəsilə Amerka qarəsinə də gedib çıxıbdır və "Maya" mədəniyyəti və mif panteonunda özünə özəl yer tutubdur. Bu Fin-Uyğur türk mifi ,Maya əfsanələri və mifləri içində "Mey və Şərab (çaxır) Tanrısı" sayılır. Bəllidir ki şərabın qırmızı rəngi,od və atəşi xatırlatmağı bu od-atəş tanrısı ilə ilgili və oxşarlığı burada əsas rol oynayır. Bu türk mifi Hindistan mifologiasında "Agni" adı altında özünə yer tutmuşdur və od tanrısı sayılırmış. Axan ----> Ağan ----> Ağani ----> Ağni ----> Agni . Türk mifi olan "Axan" ,Misir panteonunda "Aken" adı ilə, başqa bir vəzifə daşımaqda olubdur. Aken Misir panteonunun ən önəmli və əhəmmiyyətli Tanrılarından olubdur və ümumiyyətlə bir qoç başı ilə rəsm olunubdur. "Axan" türk mifi, eyni halda "İnuit" mifləri içində bir ilahə kimi çıxış edir və "artım ,doğum" ilahəsi və "Maya" mifləri içində "doğum və analıq" ilahəsi kimi adlanıbdır.Anzov kəndin daha bir başqa sahə ərazisinin adı "Güney və Quzey üstə kolat" adlanır.Bu kənd sahəsinin adındakı "Kolat" sözü ,Türk mifik sözdür. Bu "Kolat" sözü ,tarixdə "Nadir" şahın dövründə ,Məşhəd şəhərinin şimalında yerləşmiş bir təpə və zağa adı olmuş ki Nadir şahın xəzanəsi sayılırmış və "Kəlat-i Nadiri" adlanırdı. Bizcə Kolat Türk mifologiasında "Təqdir","Sərnivişt","alın yazısı" ,"başa gələcək" ilahəsinin adıdır və 3- "Fata"dan ya sərnivişt ilahələrindən (mələk qız) birisinin adıdır. Bizim belə yanaşmamıza və nəticə çıxartmağımıza səbəb ,Yunan mifologiasında bu mifin belə vəzifə daşımasından və həmçinin Yunan mifologiasının ,Türk və Azərbaycan mifologiasından qidalanmağı və qaynaqlanmağı faktorundan irəli gəlir. Artıq Yunan mifologiasının əsasları və himinin ,Türk və Azərbaycan mifləri və mifologiası əsasında və himi üzərində bina olduğunu açıq-aşkara görüb və hiss olunur və artıq dünya mifologia elmi bu faktiki həqiqəti qəbul etməlidir ki bütün xalqların və dünya mifləri və mifologiası Türk və Azərbaycan mifləri və mifologiasından qaynaqlanıb və Azərbaycan terminalından başqa yerlərə və xalqlara yayımlanlbdır.Dünya mifologia elmi artıq qəbul etməlidir ki bütün dünyada olan hər bir mifin özəyi və çəyirdəyi Türk yurdu Turandan və Azərbaycan kanalından gedib və ya aparılıbdır. Yunan mifi ,Azərbaycan və Türk mifinin bir kopyası kimi özünü "Yunan mifi" adı altında özünü əks etdirir və yaşadır. Yunan mifləri Azərbaycan və Türk –Turan dünyasının miflər arxivi və galeriyası sayılır. Demək bu əsasla ,dünyaya hay-küv və ün salmışYunan mifologiası , əslində həmən Türk və Azərbaycan mifləri və mifologiasıdır.Biz tarixi ,siyasi,və dini olaylar və gərginliklər ucubatından itirdiyimiz və mifologia tariximizdən silinmiş və itgin-batqın düşmüş miflərimizi və mifologiamızı və onun izlərini və daşıdığı vəzifələrini və mifik obrazlarını,Avropa və özəlliklə də Yunan,Roma və İskandinavia mifologiasında görə bilərik.Demək Yunan ,Roma,iskandinavia mifologiası ,əslində Türk-Turan və Azərbaycan mifləri panteonunun və mifologiasının yaddaşı xəzinəsidirlər. Richard Kavendish bu mif-qızların haqqında yazır ki :"Yunan mifologiasında Təqdir və sərnivişt(başa gələn) ilahələri və qızların sayı 3- dür və"Fate"deyilir. Bizcə indiki zamanda da gəlinin gəlin donunda ,gəlin çıxarkən başında olan ağ qumaşdan tikilib-hazırlanmış başlıqa "Fata" deyilməsi də elə bu mələklərin "Fate" deyilən adı ilə ilgili və bir sözdür. Bu üç Fate ya qız-ilahənin adları"Lachesis"(oxunuşu:Laxesis), "Klotho" (oxunuşu:kloto) ,"Atropos"dur.Bu qızlar keçmişdən,indiki haldan və gələcəkdən deyirdilər. 57 J.C.Kooper bu adı "Clotho"(oxunuşu:kloto) kimi qeyd edir və açıklamasında yazır ki:"Üç Muar,Yunan mifologiasında təqdir və sərnivişt ilahələridirlər.Muar`lar(Mories,Morilər) Yunan miflərində sərnivişt və başa gələnin bəlgəsi sayılırmış və 3 bacıdan ibarətdirlər.Onlardan birisi təqdir və başa gələni,ipini əyirir,birisi onu dolayır və üçüncü də şəxsin ömrü sona çatanda,onu dərir.Onlar daş ürək və rəhimsiz idilər.Morilər(Muarlar) elə bir qanunun göstərgəsi idilər ki hətta Tanrılar da onu dəyişməyə qadir deyil idilər. 58Bizcə daha bir güclü ehtimala görə"Kolat"sözü,əslində "Günəş atı","Nurlu at" deməkdir.Adın ilk hissəsi olan"kol"əslində"Sol"imiş və qədim türk dilində, anlamı "Ağ günəş işığı","Ağ günəş nuru","nurlu" olmalı imiş.Türk dilində "Ağ" anlamında işlənən "zal" sözü də bu "sol"sözü ilə bir kökdəndir.Hətta Rus dilində işlənən "zalatoy"(золотой) sözü də və qədim əfsanəvi saka türklərindən olan Rüstəm adlı pəhləvanın atasının adı "Zal" da ,eyni sözdülər və bir kökdəndilər. Deməli bu "kolat" sözü əslində "zalat"imiş və sonra leksik dəyişilikə uğramış və sonda "kolat" formuna düşmuş olub. Zal.At ----> Zolat ---> Solat ----> Çolat ----> Kolat(Günəş Atı , Günəş nurlu at) .Günəş atı ,günəşin kalıskasını(faytununu) çəkir və özünü günəşə qulluqda olmağa həsr edir. İnsan oğlu tarixdən öncə zamanlardan ta tarixə qədər "At"ı müqəddəs sayıbdır. At türk mifologiasında bir çox əfsanələr ,nağıllar və dəstanların qəhrəmanı sayılır. Osıradan biz qədim Türk ölkəsi olan İran Saka Türklərinin ünlü pəhləvanı "Rüstəm"in ağ atı "Rəxş"i ad apara bilərik. Koroğlu dastanında olan "qırat" ,"Bozat"dan ad apara bilərik. Anzov kəndinin daha bir otlaq və yaylaq sahəsinin adı "Tiydaş"dır. Bizcə "Tiydaş" sahə adı əslində "Yağmur Taşı" ilə ilgili bir addır. Bu adın ilkin hissəsi olan "Tiy" əslində "su","çay" və yaxud "yağmur//yağış" anlamındadır və adın ikinci hissəsi həmən "taş"//"daş" deməkdir və çox ehtimal ki bu sahədə yağmur və yağışa ayid bir yekə qaya ya daş olmuş ola ki qədim türklər onu yağmur ilə ilgili bilmiş olsunlar. "Tiy" sözü ilə ilgili ,qədim türk mifologiasında "Tiştər" adlı "yağmur Tanrısı" olmuş ki zərdüştism əsasında ,o bir ağ at kimi göstərilibdir. Bu tanrının adı Avesta`da qeyd olunubdur. At ,yeraltı suların sırdaşı sayılır və yeraltı suların hərəkəti səmtini tanır və biz buradan bulaqların və çeşməlrin suyunu eşiyə çıxıb axması,atın yerə dırnaq döymələri ilə mənsub oldugunu görürük. Deməli at yağmur tanrılarının eyni zatı və bərabəri və bəlgəsidir. Az. Vikipediasında sonra yazılır ki :"Haça yurd yaylağındakı Xoca Döngə dəniz səviyyəsindən 2230 metr hündürlükdə yerləşir. Kənddə ta qədimdən bir neçə bol sulu bulaq olmuşdur. Bu bulaqlardan biri kəndin şərq hissəsini su ilə təmin edən Böyük bulaqdır... Kəndin qərb hissəsi isə daha çox Yolçu bulağı və Ləjon bulağından istifadə ediblər... Kəndin bir hissısi isə Drosun bulağından istifadə ediblər... Sadalanan bulaqlardan başqa kəndin örüş-otlaq və biçənək sahələrində Daşbulaq,Söyüdbulaq,Percon bulağı, Liməpoja bulağı, Xosu lingi bulaqlarından yayda dəryaz çalınarkən, ot yığılarkən əhali içir, yuyunur, ətrafında dincəlirlər. Kəndətrafı meşə zolağında Qarabulaq (kükürdlü su), Kəndəlaşbulaq, Batdaq bulaq (Batdaqlı göl də deyirlər), İsti su (müalicəvi əhəmiyyətlidir), Çinarbulaq, Şahverdi bulağı, yaylaqlardakı büllur kimi şəffaf, diş göynədən Soyuqbulaq, Çur-çur bulağı, Daş bulaq dillər əzbəri olmuşdur... ərazi müalicəvi əhəmiyyətli suları (kükürdlü su) ilə də zəngindir. Ümumiyyətlə, ərazi bol sulu olması ilə fərqlənir. Belə ki, kənddə xırda və böyük bulaqlarla yanaşı 25-dən artıq, ətraf ərazilərdə isə 20-yə yaxın bulaq (şirin sulu ) vardır... http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931 Lazim görünür qeyd edək ki yuxarıda sayılan bulaqların adları da mifik addır və Azərbaycan panteonununTürk miflərindən alınma adlardılar və hər biri Azərbaycan Türk mifologiasında olan miflərini özlərində əks etdirir. "Xosu Lingi" bulağın adı Az.Türk soy,nəsil artımı mifidir . Bu bulaq adı ,soy və nəsil artımı Tanrısının adını daşımaqdadır və iki türkcə sözün tərkibindən yaranmış addır. Adın ilkin hissəsi ,ərkəklik cinsəl organına ayid "Xosiyə" (= ərkəklik alətinə vəsl olmuş cüt beyzələr ya xayalar) ,ərkək toxumluğu və toxum yığılıb toplanan iki yumurta üzv və hissədir. Türkcə "Xosu" sözündən ,Türklər "Qoza"(pambıq kimi bitkilərin başında yumurta formunda olduğu kimi)və "Koza"//"Kuza"(su küzəsi kimi),"Qasıq"//"Qosıq"(insan organında göbəkdən aşağı, ərkəklik cinsəl alətinin və xayaların bitişən yerin üst hissəsi)və hətta xörək yemək üçün işlənən "Qaşıq" (onun ağıza girən hissəsinin yumurta şəklində dayazlığı səbəbdən ),sözlərini yaradıblar.Bununla Türklər hər bir nəsnənin inhina tapması , içəriyə ya eşiyə qövs tapması və yumurta formu tapmasına və girdəliyi olmasına "koz" sözünü və ya onunla tərkibləri işlədiblər. Beləliklə "Koz"//"Kaz" sözündən "kozbel" (=köşşək çıxartmış adam) ,"Kaz"(=dağ ,təpə,zirvə) ,"Gaz"(=buğ,buxar,uçub göyə gedən bir şey),"Goz" (= cəviz ya girdəkan) ,"kasa"(=içi girdə oyulmuş və boşatılmış qab,cam),"Qazan" (=böyük içi qövsli və gird oyulmuş qab ya qastruka),gözün üstündəki "Qaş" dediyimiz qövs yemiş tüklü üzv və bu kimi sözləri yaradıblar. Türkcə "Koz" sözündən ,ərəblər həmən "Qövs"(=kəmani forma,yay formu) sözünü əxz edib və işlədirlər.Adın ikinci hissəsi "Lingi" sözü haqqında çoxlu araşdırma və çalışıklardan sonar bu nəticəyə vardık ki "lingi" ,ərkəklik aləti və orqanının özüdür və eyni halda Türk mifologiasında soy və nəsil artırımın bəlgəsi sayılır."Lingi" sözü bəlli edəli, qədim Türk dili qamusunda uzunsov və lülələnmiş (truba formu) alətə və şeyə deyilirmiş və bir nəsnənin dil kimi uzunvarı olduğunu və uzunluğunu bəyan edən və bildirən termin olmuşdur. Bu türk sözünün "uzunluq" anlamını daşıdığı baxımdan,Avropalılar və latinlər,Türk dilindən alaraq onu"Long"(=uzun,draz) kimi və həmçinin"dil" anlamında olan"Language" və "Linguisit"kimi işlədib,kullanırlar. Lingi Türk mifik adı eyni halda Çin mifologiasına "Long" formasında girərkən,əjdaha anlamında işlənibdir."Qədim Türk Abidələrinin sözlüyü" adlı sözlükdə "Long"//"Lonq" sözünün qarşısında yazılıb: Əjdaha ,çin.59"Lingi" mifik sözü həmçinin Hindistan mifologiasında özünə "Linga" formunda geniş yer tutubdur. "Linga" ,Hindistan mifologiasında "Richard Kavendish"in yazdığına görə ,Hindilərin böyük Tanrısı sayılan "Şiva"nın bəlgəsi və simvolu sayılır. Bu mifolog və mitholog qeyd edir ki nəuz halda (nəhayət həddə qalxmış ərkəklik aləti (=orqanı,üzvü) və həmçinin üç şaxəli süngü ,"Şiva" Tanrısının bəlgələri sayılır.Şiva,Hindlılərin təqva,pisliklərdən özünü qoruyan və eyni halda ərkəklik aləti Tanrısı ,yəni "linga" sayılır.60 J.C.Cooper ,Thames və Hudson`un birgə yazdıqları simgələr və simvollar ensiklopediada "linga" haqqında belə yazılıbdır :" linga ,Hind mifologiasında ,Şiva Tanrının yaradıcı rolonun bəlgəsidir.61"Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə :"Hindistanda ərkək çinsəl alətini sitayiş etmək üçün bir-sıra məbədlər və tapınaqlar vardır ki "Falilism" deyilən firqə ya qrup ,o məbədlərə ya tapınaqlara ,özəlliklə də Nipal və Bənarəs məbədlərinə müraciət edirlər".Bu mənbə sonra artırır ki "Lingayat"lar (Lingiçilər,Xosu lingi bulağın adında olduğu "lingi" sözü ilə bir kökdəndir),hindistanın cənubunda və Bəmbei də bir qrup ya firqəyə deyilir ki "Şiva" Tanrının pərəstiş edənləridilər təxminən 3 miliyona yaxın nifusları olar. Onlar Şiva`nı bu pərəstiş və inancın Tanrısı və ərkəklik cinsəl alətini də onun bəlgəsi və simgəsi sayırlar.Hindlilər "Lingə"ni (=ərkəklik cinsəl alətinə oxşar konusvarı daşı)müqəddəs bilib və onu yerin döllənməsi, mayalanması və artım vericisi sanırlar.Özəlliklə də "Şaktı" firqə və qrupunda və Falisismlərin ayin və törənlərində bu növ pərəstiş və sitayiş çox zövq və həvəslə yerinə yetirilir.Cinsəl erkək və dişi alət və orqanlarının pərəstiş və sitayişi ,özəlliklə də ərkək cinsəl aləti ya Falisism,bir çox yurdlarda və ölkələrdə ,müxtəlif dövrlərdə ,ən qədim zamanlardan bəri ta 20-ci əsrə qədər var idi və Misirdə və Japoniada bu ayin və törən çox qabarıq şəkildə özünü qoruyub saxlamışdır .Japonianın "kumaki" adlı kəndində belə bir növ sitayiş və pərəstiş üçün özəl məbəd indi də bu ayin və sitayiş üçün vardır. 62 Deməli bu izahatdan belə bəlli olunur ki Anzov kəndinin bu bulağının adı Türk mifologiasındakı "nəsil və soy artımı"mifi ilə bağlıdır və adının anlamı ümumiyyətdə"nəsil və soy artımı Tanrısı" deməkdir.Anzov kəndin digər bulaqlarından biri,Limə poja bulağıdır. Bizcə Anzovun bu bulağının adı,qədim mezopotamiya mifologiasındakı leh və lim anlamında olan "Lahmu"/ "Lehmu" varlığıdır.Fransalı mitholog "F.Jiran" (F.Guirand)ın yazdığına əsasən, Mezopotamiya yaradılış himasə və epizoduna görə,yaranışın ilkin mərhələsində Əpsu(=şirin sular okiyanı) və Tiyamat (=şor sular okiyanı) birləşirlər və onların birləşməsindən sonra,iki böyük əjdahaya oxşar ilan,birisi dişilik daşıyan "Lehamu" və digəri isə ərkəklik daşıyan "Lehmu" peyda olunurlar.Bundan sonra bu iki əjdahanın evlənməsindən"ənşar"(=göy dünyası) və"kişar"(=yer üzü dünyası) doğulub yaranılır.63 Xanım Nancy.K. Sandars`ın yazdığına görə "Lehmu" və "Lehamu" dünya yaranışı prosesinin ilkin ərkək-dişi cüftü sayılır. 64 Görünür Anzov kəndin bu bulağı,öz adını,qədim Türk Şumerlərin(kəngərlərin) mifologiasında özünə özəl yer tutmuş və sonra da şumer mifologiasından başqa semit soylu xalqların mifologiasına daxil olub və özünə xass rolunu az-çox dəyişiliklərlə oynamaqda olubdur.Mifologiada yazılmış mezopotamiya mifi "Lehmu" ,əslində həmən Türk sözü və adı olan"leh-lim"(palçıqlı su) deməkdir və bu ad öz düzgün və köklü yeri olan Azərbaycan ərazisində və o sıradan Yardımlı rayonun Anzov kənd ərazisində,bir bulaq adında özünü qoruyub-saxlamaqdadır.Bizcə Anzov kəndindəki bu bulağın adı ilə latin Amerkadakı "Peru" ölkəsinin paytaxtının adı "Lima" şəhərinin adları eynidir və bir kökdəndir və hər ikisi də qədim protürk mifik ad sayılır. Peru ölkəsinin "Lima" şəhərinin adı "İnka"dan öncə və yaxud pro-inka Türk kökənli mədəniyyətinə ayid bir mifdir.İnka mədəniyyətindən öncə,Günəş pərəstlik inancı ,xalqın hakim inancı sayılırmış. Deməli bu bulağın adı (Limə poja), "Limə//Lehmu sərvəri", "Leh və lim iyesi" deməkdir.Anzovun digər bir bulağının adı "Yolçu bulağı"dır. Anzov əhalsinin əsas məşğuliyyəti üçün oturaq maldarlıq xarakterik olmuşdur. Əhalinin bir qismi oturaq(əkinçilik,sənətkarlıq),başqa bir qismi isə heyvandarlıq, əsasən də qoyunçuluqla məşğul olmuşdur. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının qərbindəki Çinarbulaq adlı ərazidəki çinar ağacı özünəməx –susluğu ilə seçlir. Belə çinar ağacına eyni bir düz xətt boyunca rayonun ətraf ərazilərində, o cümlədən Ökü kəndində, Urakəran, Zenqaran, Solqard ərazilərində rast gəlinir. Maraqlı burasıdır ki, bu çinarlar çoxalmır, başqa yerlərdə təsadüf olunmur... Hamısı da bol sulu bulaqların üstündədir. Çinarların ətrafında qədim yaşayış məskəni olmuşdur. Belə ki, Çinarbulağın ətraf ərazisi böyük bir qədim qəbristanlıqdır. Bu ağaca əhali arasında müqəddəs ağac kimi baxırlar. Onun qorunmasına xüsusi fikir verirlər. Son vaxtlar ətrafı qırıldığıdan bu çinar ağacı daha da əzəmətli görünür. Kölgəsində yerləşən, rişələrindən süzülüb çıxan su isə içməliliyi, şirinliyi və özünəməxsusluğu ilə seçilir. Göründüyü kimi bölgənin özünəməxsus flora və faunası vardır." 65 Azərbaycanın yardımlı rayonundan olan alim "Şahlar Məmmədov" (Göytürk) öz facebook səhifəsində ortaya qoyduğu Yardımlı rayonun toponimlərinin adı haqqında statusun əsasında, bu kəndin "Anzov"adı haqqında məlumat verərkən iddia edirlər ki bu kəndin ilkin adı "Zivirs" olub və deyirlər ki " Zivirs adını mən demirəm, mənbələr deyir..Hərfi mənası "Sulu yer" deməkdir..." O kəndin adı haqqında deyir ki "Ad fonetik cəhətdən daşlaşıb, onu sadələşdirməkdən söhbət gedə bilər.." O sonra "Ansu" adını "Anzo" yerinə qoyulmasını məsləhət görüb qeyd edirlər ki " Ansu ilə Anzov arasında ciddi fərq yoxdur... Başqaları da Anzov sözü haqqında elə düşünür.. Onomastik vahidlər aydın olmalıdr, pis səslənən adlar isə dəyişdirilib həmin kəndi xarakterizə edən adla əvəz olunmalıdır, məncə! Şahlar Məmmədov sonra bu kəndin adı haqqında daha bir məqama da toxunur və qeyd edirlər ki tədqiqatçılar bu kəndin adını "Ənzua" kimi izah edib, Ancaq kəndin adını Ansu qoysaq elə qələtlər olmayacaq... Şahlar Məmmədov kəndin adının başqa variantları izahında qeyd edirlər ki " Anzo (v) kəndinin əvvəlki adı XIX əsrdə Zivirs olub..Bizim yerli tədqiqatçıların bundan xəbəri yoxdur..Monqol mənşəli sözdür. "Sulu yer" deməkdir. Sonradan ləğv edib Anzo(v) qoyublar.. Yəni , əslində kalka üsulu ilə Ansu.. Lakin bəziləri bu adı "Ənc ov" kimi izah edir..Ənc Yardımlı şivələrində "çox", "bol" deməkdir, "ov" da talış dilində "su" deməkdir....Ansu isə təmiz türk mənşəli olub "An" türk dillərində "çökək", "yeraltı boşluq" deməkdir, yəni,hərfii mənası "Yerin altından çıxan su" deməkdir... Şahlar Göytürk 66 Biz Anzo kənd adını Türk dili əsasında hərfi mənası ilə açıklamaqda belə düşünürük ki : " Anzo və Anzov , Zivirs adına görə ən qədimdir.Anzo və yaxud Anzov adı ,bu kəndin ilkin adıdır və eyni halda teofor və müqəddəs bir ad sayılır.Bu kəndin adını əyər "Anzov" hesab etsək , Anzov özü mürəkkəb addır və iki hissədən ibarətdir. Birinci hissə "An" göy Tanrısının adı və ikinci hissə "Zov"(zav,zab,sav, sab= sifariş,Allah tərəfindən gələn vəhy,tapşırıq,buyuruq, fərman) ibarətdir və külliyyətdə "Tanrı buyuruğu","vəhy və buyuruq alan yer" deməkdir. Əlbət də məcazi olaraq "Tanrı elçisi" ,"pegəmbər" anlamındadır. Demək ola bilər ki vaxtilə bu kəndin həndəvərində bir müqəddəs tapınaq, məbəd,kilisə və ya indiki adı ilə demiş olsaq "pir","ocaq"ya sehirli-sirrılı adlanan bir yer olmuş olsun və yaxud bir müqəddəs və əsrarəngiz bir dağ ya təpə də ,həmçinin orada olmuş olsun.Bu kəndin adından,cənubi Azərbaycanın "Urmiya" gölünün şimalında yerləşən "Güney" bölgəsində ,indi də bir kənd vardır və xalq "Ənzob"deyib,"Ənzab"yazırlar.Azərbaycan kənd adlarının özəlliklərindən birisi, onların qədim Türk mifləri və mitləri ilə sıxı şəkildə bağlılığıdır.Əyər bu kəndin adını "Anzo" nəzərdə alsaq ,deyə bilərik bu kəndin adı iki hissədən,"An"(=göy tanrısı An,Tanrı) və"zu"(=su, sular,dənizlər və okyanlar) qədim türk sözlərindən yaranıbdır və külliyyətdə hərfi mənası"Su Tanrısı","Su Allahı","Su xanı" deməkdir.Anzu eyni halda ehtimala görə Şumercə"İmduqud" adlı qorxunc quşun ,Akkadca yazılış adıdır. 67 Bizcə Yardımlının bu toponiminin adı bir güclü ehtimala görə əslində yer altı şirin sular və bulaqlar,quyular və göllər tanrısı "Abzu" ya "Abzo"dur. "Abzo" ad və sözündə ,"b"-"n" səslərinin qədim türklərdə və o sıradan Şumer (kəngər) türklərinin dilində bir-birinə çevirilməsi faktorunu nəzərə alaraq,"Anzo"ya çevirilibdir. "Abzo"(və onun başqa fonetik variantı olan "Anzo") xanım N.K.Sanders`in dediyinə görə Babil panteonunda "ilahə Tiyamat`ın eşi və əri ,Ənşar və Kişşaru`nun atası,bütün tanrıların şirin suların hökmranı sayılır.O şumer panteonundakı "An"(=göylər Tanrısı) ilə bərabər bir tanrıdır.68 Azərbaycan xalqının toponimlərinin sırrını və onların etimologiyasını öyrənmək və açıklamak üçün,bizim tez-tez Azərbaycan və türk mifologiasına müraciət etməmiz çox təbii və normal bir məsələdir.Türkdilli xalqların və o sıradan Azərbaycan mifologiasında elə ongunlar,Tanrılar və mifik obrazlar vardır ki onların öyrənilməsi və açıklanması ,yalnız türk toponimlərinin mifologiasının üzə çıxarılması yox , bəlkə ümum halda Türk-Turan xalqlarının ümumi inkişaf səviyyəsini göstərgəsidir. Türk-Turan xalqların onqunları və Tanrılarının hər tərəfli araşdırılması ,Türk xalqların bəşəriyyət və mədəniyyət aləmindəki nailiyyətlərini və mənəvi ,mifologi ,fəlsəfi və bədii düşüncə aləmindəki inkişafını üzə çıxarmış olur. "Yer" və "su" ,türk xalqlarında və o sıradan Azərbaycan türk xalqının mənəviyyatında kutsal sayılmış və bunların hərəsinin də ayrıca Tanrısı olbdur. Türklərin baharda Novruz bayramı təntənəsindən sonra suya atlanmaq və bir-birinə su səpməkləri də elə həmən bu suya və su tanrısına və ya su ilahəsinə inamları ilə bağlıdır. Bu gerçəyi hətta qədim Yunan mənbələri də qeyd ediblər və deyirlər ki Türklər o zaman su`ya tapınarmışlar və ona qurbanlar kəsərmişlər. 69 Alban Tarixçisi Musa Kalankatlı Hun türklərinin inamları və əqidələrindən söz açarkən qeyd edir ki Hunlar su`ya tapınarmışlar. 70 Ərəb səyyahı İbn-i Fədlan da yazır ki türklərdə su tanrısı variymiş. 71 Əbdulqadir İnan`ın dediyinə görə Hun türklərin 24 boyunun başçıları ,ilin 5-ci ayında "Lung-çenq" şəhərinə toplaşıb ,göy tanrıya,yer,su ruhlarına qurban verərmişlər. 72 Ə.İnan eyni halda qeyd edir ki Qıpçaq qəbilə birləşməsi silsiləsinə daxil olan "Qımıq" türklərdən bəhs edərkən "Gərdizi" qeyd edir ki onlar suyun tanrısı olduğuna inanır və suya tapınırlar. 73 Dədə qorqut boylarının yazıya alındığı əsirdə də bu güclü inam varmış və suyun müqəddəsliyinin ,suya tapınmanın açıq-aşkara izlərinə bu dəstanlarda tuş gəlirik. Görünür zaman,mifik təfəkkürdən sonra yaranmış dünya görüşləri və dinlər,suya olan inamı Azərbaycan və türk əfsanələrindən təmamilə silib çıxara bilməmişdir və "Amudux piri" əfsanəsini buna şahid göstərmək olar. Başqırt türklərinin "ulu qatay","Saluvit","Barın-Tabın" və başqa oymaqları ,yağış yağdırmaq məqsədi ilə bir-birini suya basar,bir-birinə su atarmışlar. 74 Mir əli Seyidovun yazdığına görə Əskilərlə səsləşən və səfəvilər hakimiyyəti illərində keçirilən su səpmə və bir-birlərini palçıqla suvamağa ,sulamaq və itələmək və palçığa bulamaq ,mərasimi son vaxtlara qədər Azərbaycanın əksər bölgələrində və o sıradan Ermənistanda yaşayan Azərbaycanlılar arasında qalırdı. Bu törəndə xalqın bir-birini sulama,suya basma mərasiminə "su cəddim" deyərmişlər. "Su cəddim" "su" və "cəddim"(=Baba) sözlərindən yaranmış mürəkkəb sözdür."su cəddim"(Su Baba) mürəkkəb sözünün özündə də suya inamın izi var.Elə buna görə də mərasim "su-cəddim"// "su baba" adlanmışdır.Türk xalqlarında müqəddəslərə,məbudlara ara bir "Baba" da deyərmişlər.Bu suya inamla bağlı olaraq Azərbaycanın "Quba" bölgəsünün "Alpan" kəndində "su baba" adlı əski bir türbə bu günə kimi mövcuddur. 75 Altay türkləri arasında su Tanrısını "Yu iyesi " //"su iyesi" ,Yakutlarda isə "Qaran"//"Ğaran" adlandırmışlar. 76 Görünür ki "Su Tanrısı" ,Türk xalqlarının mifolojisində çox önəmli yer tutduğundan , onun adına Şaman dualarında tez-tez tuş gəlinir. Əbdulqadir İnan`ın dediyinə görə Qamın //Şamanın çağırışı ilə insanların yardımına gələn ilk tanrı məhz "Yayik xan" ya "Yayiq xan" adlı "Su Tanrısı"dır. 77 Qədim türk dini sayılan "Zərdüşt" dinində də öz əksini tapan "Od" və "Atəş"ə tapınma,Türk xalqların ən ilkin inanclarınını ,yəni od`a ,atəşə tapınmanı əks etdiridi və Zərdüşt dini zamanında da Türklər oda ,atəşə müraciət edərkən ,mütləq su Tanrısının adını çəkirmişlər: "Ey Atəş anamız,sən doqquz irmaqın qovuşduğu yerdə,doqquz bucaqlı pak evdə oturan və çayların,dənizlərin ilahəsi "su Tanrısı" ilə danışırsan". 78 Ə.İnanın bu gətirdiyi od və atəş duasından bəlli olunur ki "Su Tanrısı" ,"Atəş Ana" kimi müqəddəs məskəndə ,müqəddəs yerdə əyləşir (doqquz irmaq,doqquz bucaqlı ev və sairə) ,suya,su tanrısına tapınma türkdilli xalqlarda o qədər geniş yayılmışdır ki hətta uşağı olmayan qadınlar sudan uşaq da diləmişlər. Qırqız və qazax türk xalqlarında ,doğmayan qadının evladı olması üçün tək bitən ağaca ,bulağa, suya qurban kəsib ,orada gecələrmişlər. 79 Sudan və ağacdan uşaq diləməyin türk xalqları arasında ,çox əski mifologia kökləri vardır. Türk xalqlarnın suya inamı haqqında Mir əli Seyidov ,Murat Uraz, Əbdulqadir İnan, Biçurin , Fuad köprülü kimi alimlər müxtəlif araşdırmalar və tədqiqatlar aparıblar.Türkdilli xalqların bir çoxu suyu ilk başlanğıc hesab etmişlər və elə buna görədir ki onların mifologiasında deyilir ki Tanrı ilə bərabər kainatda,öncə yalnız"su"variymış."Əski türk xalqların inamına görə ,müqəddəslərin olduqları yer,bulaq ,çay başları və sular imiş. 80 Bu da suya,su tanrısına inamla sıxı bağlıdır. Türk xalqların nağıl və dastanlarında pərilərin tez-tez su kənarında görünməsi də bu inamla səsləşməlidir. Bir sıra türk xalqlarının pəri`yə adicə "su pərisi" (=dərya qızı) deməsi də fikrimizin doğruluğunu isbat edir. 81 Dədə Qorqut ölümdən yaxa qurtarmaq üçün ,sonda "su"ya və "çay"a pənah gətirir və çayın üzərində xalça sərir və orada qopuzunu çalır. Ancaq ölüm onu su və çayın üzərində də yaxalayır.Dədə Qorqutun ölümdən yaxa qurtarmaq üçün ,su və çay üzərində yaşamalı olmağı tədqiqatçıların diqqətini və marağını çəlb etmişdir. Bunun səbəbini Mirəli Seyidov belə açıklır ki ,vaxtilə türkdilli xalqlarda belə inam varmış ki ,su ,daha doğrusu "su tanrısı" ,insanı dərd-bəladən,hətta ölümdən belə qurtarır.Belə bir inam olmasaydı , onda Dədə Qorqut kimi müdrik və ağıllı ,ölümdən yaxa qurtarmaq üçün çay üzərində məskən salmaz idi. 82 Çox maraqlıdır ki türk xalqının inamına görə , 17 xan ya mə`bud ,uca dağların başında ,eləcə də ölkəni yaşıllaşdıran çayların başında olurmuşlar. Bu 17 xanın , mə`budun ,Tanrının başçısı ,ən qudrətlisi "Oqan xan" ya "Qğan xan" təpəsi "Bay ulgen"nin iqamətgahına çatan şam ağacının ortasında əyləşir. Onun iki oğlundan birinin adı "Su xan"dır. 83 Suxan həmən su tanrısı deməkdir. Biz əyər "Anzo" kənd adını şumer mifologiasındakı "imduqud" adlı həyula quşunun ,Akkadca yazılış forması olduğunu nəzərdə alsaq, onda belə bir nəticə də əldə olunur ki "Apsu"//"Abzo"(b--->n Anzo) yeraltı şirin suların Tanrısının , "Anzo"(=şumercə imduqud) adlanan qorxunc əjdaha-şer ,qum girdibadi və tufan quşu ilə ilgili və bağlantısı var. Bu tufan və girdbad quşunun başı şer başıdır və təni –peykəri əjdahadır. Əjdaha şərq dünyasında uğur və tanrısal gücün nişanəsidir halbu ki qərb və batıda yeraltı dünyanın tanrıları ilə ilgili olaraq , veran edici və şərr mənşəyidir. Deməli əjdaha eləyə bilər həm şərr quvvə ola və həm xeyir quvvəsi. Uzaq doğuda əjdaha doğa üstü bir güc və quvvə ,ağıl ,zəka,qudrət və həyat verici suların güc və quvvəsidir. Əjdaha eyni halda gizli quvvənin , ram olmayan təbiətin və suların həyat verici və həyat bağışlama bəlgəsidir.Əjdaha iki xarakterlidir ,həm yağış(=yağmur) tanrısıdır ,həmyağmur tanrısının duşmanı sayıla bilər ki yağış yağmanın qarşısını alır. Buludların əjdahası Çin mifologiasında ıldırım ,şimşək və yerin dərinliyində olan suların və bulaqları artımlı ,artım verici yağışıdır. Şumer və mezopotamiya mifologiasında əjdaha şərr və veran edici xarakter daşımaqdadır. 84 Şer(aslan) heyvanının başı Günəş və günəşin istiliyinin ,əsaləti oddan yaranmış,əzəmət, qudrət,qorxmazlıq,ədalət,qanun,hərbi qudrətin bəlgəsidir və yirtıcıların şahı sayılır ,eyni halda rəhimsizliyin,qəsavət,savaş və savaş tanrılarının bəlgəsi də sayılır. Şer eyni halda dişi xarakterli də ola bilər və böyük ana ilahənin yanında və onun kalıskasını çəkəndir və analıq qərizəsinin bəlgəsidir və əksər hallarda bakirə və qız savaş ilahələrinin yanında olur . 85 Anzo bir quş heybətində rəsm olunub və başı şer başı təni,peykəri çox böyük və bir dev kimidir və qanad çalmağı qum tufanı və girdibadın yaranmasına səbəb olur.Anzo`nun başqa rəsmlərində ,onun buxcu kimi dimdikinin olmasından xəbər verir və başı quş başına oxşayır.Assur incəsənətində o bir dev həyula formasındadır ki iki quş və şer elementlərindən yaranıbdır və bir əjdaha-şer (Lion-Dragon) sayılır. 86 Anzo//Anzu mezopotamiya mifologiasında tufan quşu və "An"//"Anu"nun evladı sayılır.Enlil (havaTanrısı) onu özünə can qoruyucu və öz odasının qoruyucusu kimi seçir.Bu tufan və fırtına quşu olan Anzu Enlil tanrının ixtiyarında olan təqdir və sərniveşt tabletlərini oğurlayıb və bir əl çatmaz dağa qaçır və bu iş ilə Enlil tanrının qudrətini özü ilə aparır.Anzu bu iş ilə qəsdi o idi ki bütün tanrılara hökmranlığı ələ gətirsin və onlara hökm və fərman sürsün.Enlil Anzu`nu öldürmək üçün,oğlu"Adad"dan istəyir ki öz silahı ıldırım və şimşək ilə , "Anzu"nu aradan aparsın ,amma adad bu işdən imtina edir. Sonra Tanrılar "Gerra"dan istəyirlər ki öz od silahı ilə Anzo`nu yandırsın. Gerra da bu işdən imtina edir.Sonra "Şara"dan (İştar`ın oğlu) istəyirlər ki Anzonu öz silahı ilə öldürsün. O da bu iıdən imtina edir və Tanrılar sakit qalırlar. Sonda "EA" ,"Belet ili"dən istəyir ki bir oğlan yaratsın ki Anzonu öldürə bilsin.Belet ili də güclü qol-biləkli və enlikürək və döşü enli "Ningirsu" ya "Ninorta"nı yaradır. Sonda ninurta ,Anzunu tapıb ona qələbə çalır və sərniveşt və təqdir tabletlərini ələ keçirib ,Enlilə verir. 87 Deməli bu məlumatlardan belə əldə olunur ki "Anzu" ,Tufan və fırtına quşudur və "Anzu" adında "zu" hissəsi , mənbələr əsasında ,Tufan və fırtına deməkdir.Demək bu hesabla "Anzo" kəndin adı haqqında "Abzu" variantı və "Anzu" variantı göz önündə durur və diqqətlə ,köklü araşdırarkən ,görünür ki hər ikisi də kök baxımından bir-birinə bağlı variantlardır və hər ikisinin kökündə ,sular və Tufan //fırtına elementlərinin kökündə əjdaha (Dragon) mifik elementi ortaq səviyyədə rol oynayır. Babil və Assur və ümumiyyətlə mezopotamia mifologiasında "Abzu"//"Apsu" şirin suların əjdaha və dev həyulası sayılır 88 Azərbaycanın əslən Yardımlı rayonundan olan tədqiqatçı "Şahlar Məmmədov" qeyd etmişdir ki "Anzo" kəndin ilkin adı "Zivirs" olmuşdur və bu ad moğolcadır və anlamı mənbələr əsasında "sulu yer" olmasını irəli sürür. Bizcə "Sulu yer" anlamını mənbələrin əsasında "Zivirs" sözünə düzgün nəzərə gəlmir və bu adın sonunda gələn "s" səsi və hərfi , anlamı dəyişdirir. Bu ad əyər "zivir" olmuş olsa ,onda bu "sulu yer" anlamı bu ada düzgün və uyğun gələ bilər ,çünki "Zivir" mürəkkəb sözdür və "ziv" (=yaş,sulu,nəmli) və "İr"(= yer,məhəl,məkan,mahal,bölgə) sözlərinin tərkibindən yaranıb və külliyyətdə "sulu yer" deməkdir. Amma söz konusu "Zivirs" olmuş olsa ,onda "sulu yer" anlamı bu ad`a uyğun gəlmir və "zivirs"i sulu yer demək düzgün görünmür. Bizcə əyər Şahlar Məmmədov`un dediyi ki güya bu kəndin ilkin adı "Zivirs" iymiş ,həqiqəti olmuş olsa ,qeyd etməliyik ki "Zivirs" adı ,elə yerində və düzgün olaraq bu kəndə seçilib qoyulubdur ,çünki Zivirs adı əslində ,elə həmən "Anzo"//"Anzu" deməkdir və zivirs`in də anlamı "Anzu","Tufan və fırtına quşu" ,"zu quşu" deməkdir. Zivirs adı qədim türkcə addır və iki türk kökənli qədim söz ,"Zi" və "virs" sözlərinin tərkibindən yaranıbdır. "Zi" həmən "Zu"yun başqa fonetik variantıdır və mifik anlamı "Tufan", "fırtına","girdibad","qum və toz dumanı","Dəniz burulğanı və girdabı" deməkdir. "virs" isə qədim türk dilində ,özəlliklə də qədim Türk yurdu olan "İran","Aria","hind" bölgələrində (Hind-Avropa dilli xalqların bu əraziyə gəlməsindən ən azı 10.000 il öncə)əslində düzgün forması "pırz"/"pırı
Do'stlaringiz bilan baham: |