SeyiD ƏHMƏd mahmudi نام کتاب: آشنایی با ادیان



Download 3,4 Mb.
bet14/59
Sana09.09.2017
Hajmi3,4 Mb.
#20829
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

ON ÜÇÜNCÜ DƏRS


BUDDİZM (1)

BUDDA


On birinci dərsin girişində qeyd olunduğu kimi, hind-brahman cəmiyyətində brahmanların iki ideoloji-konseptual prinsipi tənqid və e`tirazla qarşılanırdı. İki prinsipdən biri karma və samsara, yaxud tənasüxdən ibarətdir ki, əhalinin ağrılı reaksiyasına səbəb olmuşdu. Bu əqidəyə görə, insanlar davamlı doğumlar və ölümlərdə əzab-əziyyətlərə, müsibətlərə dözməli idilər. Digəri isə kasta sinfi quruluşu və brahmanların daimi hökmranlığı idi. Caynizm və buddizm bu iki prinsipə reaksiya və mübarizə qismində formalaşmışdır. Bu iki ayin bir çox cəhətlərdən bir-birinə oxşar və yaxındır. Geniş yayıla və inkişaf edə bilməyən caynizmdən fərqli olaraq, buddizm daha artıq ardıcıl toplamaq yolunda uğur qazanmışdır. Bu din çox sür’ətlə Hindistan sərhədlərini aşmış və bu gün Hindistandan tutmuş Monqolustan, Çin, Yaponiya və Myanmar (Birma), Tailand, Kamboca və s. ölkələrdə yüz milyonlarla ardıcıla malikdir.

Bu dərs buddizm ayininin banisi olan Buddanın həyatı, zühuru və meydana gəlməsi barədədir. Gələn dərslərdə isə buddizmin ideoloji və əxlaqi prinsipləri araşdırılacaqdır.

Buddanın əsl adı Siddharhta, sülaləsinin adı isə Qautamadır. O, təqribən miladdan 560 il öncə Hindistanın Benares şəhəri yaxınlığında anadan olmuşdur. Onun atası kşatrya təbəqəsindən idi və sakya qəbiləsinin əmiri sayılırdı. Deyilənlərə görə Siddharhta onun yeganə oğlu idi və buna görə də əmirlik vəzifəsini özündən sonra ona tapşırmaq istəyirdi. Bu məqsədlə onu dünyaya gəldiyi ilk çağlardan tam firavanlıq, asayiş və rifahda böyüyüb boya-başa çatması üçün dövrünün ən təcrübəli tərbiyəçilərinin nəzarəti altında saxlamışdır. Onun çoxsaylı dayələri olmuşdur. 16 yaşında olanda atası onun üçün 3 cah-cəlallı qəsr tikdirdi; O, hər fəsli onların birində keçirirdi. 19 yaşında ikən qonşu əyalətlərin şahzadələrindən biri ilə ailə qurdu və bir övladı dünyaya gəldi. Deyilənə görə, Siddharhta gənclik çağlarında bir gün əylənmək üçün qəsrdən kənara çıxan zaman dörd gözlənilməz mənzərə ona böyük tə`sir etmişdir: əsasına söykənən əldən düşmüş bir qoca, ağrının şiddətindən qovrulan əlacsız xəstə kişi - ətrafındakılar nə ona kömək edə bilir, nə də ağrılarını azaltmaq üçün bir iş görə bilirdilər, üfunətli iyinin hamıya əziyyət verdiyi cənazə və bir küncdə tam arxayınlıqla oturan, üzündə heç bir iztirab və təşviş hissi görünməyən zahid. Siddharhta həmin zahidlə söhbət üçün əyləşmiş, sakitlik, əminliyin yalnız insanın xəstəlik, qocalıq və ölümdən xilas ola biləcəyi halda mümkün olduğunu öyrənmişdir.

Həmin dövrə qədər firavan, sakit və sağlam həyat sürən, heç bir əzab-əziyyət və məşəqqət görməyən, əzabın dadını dadmayan şahzadə bu səhnələri gördükdə həyatda yeni-yeni reallıqları, varlıq aləminin yeni-yeni təsvirləri gözü önündə canlanmışdır. O, artıq başa düşmüşdür ki, həyat əzab-əziyyətlərlə qarışmışdır; cavanlığın, şadlığın sonu qocalıq və ölümdür; yalnız zahidlik və təfəkkürlə bu qədər əzab-əziyyətlərdən xilas olmaq mümkündür. Bu zaman onda dərin psixoloji dəyişikliklər baş vermişdir. O, ailəsi və övladından, taxt-tacından və imarətdən əl çəkib zahidlik və rahiblik yolunu seçmək qərarına gəlmişdir. Buna görə də başını qırxmış, rahiblərə məxsus olan paltar geyinmişdir. Qədim hind kitablarından birində Buddadan belə nəql olunur: - Qara saçlarıma dən düşmədiyi gənclik dövrümün gözəllik və qüdrətinə, məndən ayrıldıqlarına görə matəmə bürünərək ağlayan valideyn və qohumlarımın istəklərinə, xahişlərinə baxmayaraq saçlarımı qırxaraq əynimə sarı köynək geyinib pərişan və sərgərdan öz yurd yuvamdan çıxdım.”

Siddharhta öz seyr-süluk və həqiqətlərin kəşf olunması dövrünü insani əzab-əziyyətlərə cavab axtarmaqla başladı. Bu məqsədlə brahmanların qurtuluş üçün ən məqbul metodunu tətbiq etdi. Başqa sözlə, insanların varlıq aləmi ilə əlaqəsi barədə dərin düşüncələrə qərq oldu. Bu məqsədlə dağdakı bir mağarada yaşayan 2 brahman filosof və yoqa qoşuldu. Ancaq, onların tə’limlərinin əsasları da onun ruhundakı yanğını söndürüb onun suallarına münasib bir cavab tapa bilmədi. Buna görə də asketizmlə məşğul olmağa başladı. Bu elə caynizm ardıcıllarının nicat və qurtuluş üçün tövsiyə etdikləri yol idi. O, altı il ciddi şəkildə zahidlik və asketizmlə məşğul oldu və bu müddət ərzində hər gününü bir neçə küncüd, düyü və ya bir meyvə ilə keçinirdi. Bu vaxt ərzində o qədər zəifləyib arıqlamışdı ki, bir dəri və bir sümükdən başqa ondan bir şey qalmamışdı. Siddharhta bu dövrdəki fiziki vəziyyətini belə təsvir edir:

- Günümü bir meyvə ilə keçirdiyim dövrdə bədənim son dərəcə zəifləmişdi. Əllərim və ayaqlarım nazik çubuğa, fəqərə sütunlarım bir-birinə dolaşmış iplərə oxşayırdı; arıq qabırğalarım dərimin altında titrəyirdi. Gözlərim dərin bir quyunun dibindən işıldayan iki ulduza bənzəyirdi. Bədənimin və başımın dərisi istidən qurumuş balqabaq qabığı kimi qırışmıdı...”

O, bu qədər məşəqqət və asketizmə dözməsinə baxmayaraq, istədiyi nəticəni ala bilmədi. Siddharhtanın özü bu barədə deyir:

- İnsan üçün dözülməz olan bu qədər məşəqqətlərə baxmayaraq, yenə də həqiqətin dərkindən ibarət olan son məqsədimə və ali məqamıma çata bilmirəm. Nə edim? Bəlkə məqsədə çatmaq üçün başqa bir yolla getmək lazımdır?”

Bir gün Siddharhta zəiflik və aclıqdan huşunu itirir. Onunla olan brahmanlar onun öldüyünə əmin olurlar. Lakin, bir müddətdən sonra ayılır, sürünə-sürünə özünü bir arxa çatdıraraq bir qurtum su içir və yenidən canı bədəninə qayıdır. Bu hadisədən sonra özünə xitabən deyir:

- Belə nəfsani əziyyət və cismin tərk olunması son nəticədə məni məqsədə çatdırmadı. Artıq cismimin ruhumu daşımağa taqəti yoxdur, ona azacıq yeməklə qüvvə verməliyəm.”

Buna görə də dilənçi bir kasası götürərək və yemək dilənmək üçün yola düşür. Onunla yoldaş olan rahiblər bu vəziyyəti gördükdə onun yoldan azdığını, nəfsani istəklərə giriftar olduğunu təsəvvür edərək ondan ayrılırlar. Siddharhta bu mərhələdə dərin düşüncələrdən sonra belə bir nəticəyə gəlir ki, nicat və qurtuluşa çatmaq yolunda ən böyük sədd, maneə və insanın bütün bədbəxtliklərinin səbəbi onun nəfsani istəkləridir. İnsanı kamal və qurtuluş yolundan uğursuzluğa, məğlubiyyətlərə sapdıran da bu meyllər və həvayi-nəfsdir. Buna görə də nəfsani istəklərdən azad olmaq üçün mütləq təslimçilik və razılığa üz tutmalı, insanın nəzərində şadlıq və kədər, əzab-əziyyət və ləzzət eyni olmalıdır. O, bu həqiqəti tapdıqdan sonra artıq öz məqsədinə çatdığını, fəna mənzilinə - nirvanaya nail olduğunu hiss edir. Bundan sonra onu “budda”, yə’ni “elm nuru ilə parlayan” adlandırdılar və bu ad onun, bünövrəsini qoyduğu məktəb və dində də qalmışdır.

Budda həqiqət axtarışları dövrünü dörd prinsip əsasında və həqiqət prinsipləri adı ilə təqdim etmişdir:

Birincisi, hər bir varlıq və vücud dərd və əzab-əziyyətlə çuğlaşıb. İkincisi, bütün əzab-əziyyətlərin səbəbi nəfsani istəklərə və həvayi-həvəslərə yönəlməkdir. Bu tələbat isə zatən heç vaxt tə’min olunmaz. Üçüncüsü, bu meylləri və nəfsani arzuları yatırtmaqla bütün ağrı-acılara məlhəm qoyulacaqdır. Dördüncüsü, istəkləri neytrallaşdırmaq, əzab-əziyyətlərə son qoymaq üçün mö’tədil bir yol seçmək lazımdır (Nə sırf təfəkkür və düşüncə, nə də tam asketizm və rahiblik yolu).

Bu mö`tədil mövqenin özü də səkkiz ünsür və ya mərhələdən ibarətdir:

Düzgün iman, düzgün düşüncə, düzgün danışıq, düzgün əməl, düzgün yaşayış, düzgün sə’y, düzgün diqqət, düzgün müraqibə.

Budda bu barədə belə deyir: “ - Mənim bu dörd müqəddəs və kamil həqiqətin hər biri barədə bilik və görüşlərim kamilləşən kimi nə asimanlarda, nə də yerdə ondan irəliyə gedilməyən üstün bir elmə yiyələndiyimə əmin oldum. İndi azadlıq mənim qəlbimdə kök salaraq möhkəmlənib. Bu mənim yekun vücudumdur. Mən yenidən dünyaya gəlməyəcəyəm.”

Beləliklə, Budda tənasüx (samsara) və davamlı doğumlardan fərqli bir şey olan həqiqəti kəşf etdiyinə əmin oldu. Buna görə də o, özünü əzab-əziyyətlərdən, vəhşətlərdən xilas olmuş görür və nirvanaya qovuşmuş sayırdı.

Bundan sonra Budda öz ayinini təbliğ etmək və camaatı ona də’vət etmək qərarına gəlir. Bu din ədalətsizlik və brahmanın sinfi quruluşu rədd etdiyindən caynizmin dözülməz asketizminə də icazə verilmədiyindən, digər tərəfdən tənasüx problemini həll etdiyi iddiasında olduğundan Hindistan cəmiyyəti tərəfindən geniş müdafiə olunaraq sür’ətlə yayıldı. Budda o dövrdə tezliklə öz ətrafında çoxlu ardıcıl toplaya bildi. Əvvəllər şagirdləri moizəsinə qulaq asmaq üçün ətrafına toplaşırdılar. Bir müddətdən sonra isə uzaq məntəqələrdə yaşayan camaat da onun moizələrini eşitmək istədiklərinə görə o, öz şagirdlərini moizə üçün müxtəlif məntəqələrə göndərməyə başladı. Yavaş-yavaş onun ardıcılları və müridlərinin sayı artmağa başladı; Budda onlar üçün “singə” adlanan monastırlar açdı. Bu monastırlarda nizam-intizam yaratmaq üçün bir sıra qanunlar müəyyən edildi və hamı bu qanunlar qarşısında bərabər idi. Həmin qanunlar aşağıdakılardan ibarət olmuşdur:

Sarı paltar geymək, saçı və saqqalı qırxmaq, əlinə dilənçi kasası almaq, müəyyən bir saatda sükuta qərq olmaq (meditasiya), müraqibə və təfəkkürlə məşğul olmaq, aşağıdakı məzmunda olan bir zikri təkrarlamaq: “ - Mən Buddaya qovuşuram və haqq şəriət olan dharmaya iman gətirmişəm, haqq şəriətə sığınıram və singəlin pənahında dinclik axtarıram.”

Bu qaydalardan əlavə aşağıdakı on prinsipə də riayət olunmalı idi:

1. Canlıları öldürməkdən çəkinmək;

2. İnsanın ona əta olunmayan malı ələ keçirməkdən çəkinməsi;

3. Həyasızlıq və pozğunluqdan uzaq olmaq;

4. Vərh də yakaylay epau okvau$

5. Sərxoşluqdan və şərab içməkdən uzaq olmaq;

6. Çox yeməkdən və qarınqululuqdan imtina etmək;

7. Rəqs, musiqi və kef məclislərinə tamaşa etməkdən çəkinmək;

8. Zinət əşyaları və ətirdən istifadədən, bəzənməkdən uzaq olmaq;

9. Yumşaq yataqlarda yatmamaq;

10. Pul (qızıl və gümüş) qəbul etməmək.

Bu on prinsip buddizmin fundamental əsasları hesab olunur. Budda dininə inanan hər bir şəxs onlara dərindən inanmağa və riayət etməyə borcludur. Əgər qanunları pozarsa və bu prinsiplərin ziddinə iş görərsə, günahlarının yuyulması üçün öz dindaşları, monastır rahiblərinin iştirakı ilə ayda iki dəfə keçirilən yığıncaqda günahlarını e`tiraf etməlidir. Bu metodun xristianlıqla nə qədər oxşar olduğunu görürük. Bu ayin zaman baxımından xristianlıqdan əvvəl yarandığına görə buddizmin onun tə’sirinə düşdüyünü iddia etmək olmaz. Bəlkə də demək olar ki, xristianlığı bürümüş təhriflərdən biri də buddizm dinində mövcud olan və sonradan xristianlığa keçən “günahların e`tirafı”dır.

Bu dərsin əvvəlində qeyd olunduğu kimi, Budda ilə caynizm dinləri arasında müəyyən oxşarlıqlar vardır. Belə ki, nicat və qurtuluş, tənasüxdən və ardıcıl doğumlardan xilas olmaq hər iki dinin məramlarındandır. Brahmanizmdə zülmkar kasta sinifli cəmiyyətindən xilas olmaq da bu iki dinin oxşar xüsusiyyətlərindən sayılır. Bundan əlavə, hər iki din bir sıra göstəriş, ideoloji prinsiplər və əxlaqi normalarda müəyyən oxşarlıqlara malikdir. Ancaq, bu iki dinin arasındakı əsaslı fərq rəftar üslubu və bu rəftarların me’yar və sərhədlərdədir. Nümunə kimi qeyd etmək olar ki, caynizm tam və ağrılı asketizm üzərində qurulmuşdur. Bə’zən bu asketizm ölüncəyə qədər davam etməli; onlar bütün cinsi və instinktual ehtiyaclardan çəkinməlidirlər. Bu ayində nəfsani şəhvət və instinktlər insani dəyərlərə zidd hal kimi qiymətləndirildiyi halda buddizmdə ən mühüm məsələ dünyəvi ləzzətlərdə və maddi işlərdə ifratçılıqdan çəkinməkdir. Bu ayində çox çətin asketizm də tövsiyə olunmamışdır və bunun müqabilində hər bir işdə mö’tədillik məsləhət görülür. Yə’ni, caynizm ayininin əksinə olaraq, burada cinsi ehtiraslar mütləq şəkildə qadağan olunmur, yalnız fahişəlik, zinakarlıq yasaqlanaraq ondan çəkindirilir. Buddizmdəki bu liberallıq və mö`tədillik onun sür’ətlə genişlənib inkişafına səbəb oldu. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu dini qəbul edərək “singələrin” - Budda monastırlarının inkişafı və genişlənməsi üçün külli miqdarda vəsaitlərini böyük həvəslə hədiyyə və nəzir kimi təqdim edirdilər. Caynizm buddizmdən bir əsr öncə meydana gəlməsinə baxmayaraq, özünə çoxsaylı tərəfdar toplaya bilməmişdi. Belə ki, bu gün həmin dinin ardıcıllarının sayı 12-13 milyon nəfərdən artıq deyil.

Nəhayət Budda 35 il moizədən və öz ayinini təbliğ etdikdən sonra 80 yaşında öldü. Buddizm mənbələrində qeyd olunur ki, o, ölümündən qabaq öz ardıcıllarına etdiyi axırıncı tövsiyəsində demişdir:

- İndi ey qardaşlar, agah olun ki, hər bir mürəkkəb varlığın yoxluq və fənaya uğraması qəti və mütləqdir; sə’y və zəhmətlə öz xilasınızı tapın.”


SUALLAR


1. Budda nicat və qurtuluşa çatmaq üçün hansı yolları keçdi?

2. Buddaya görə insanların əzab-əziyyətlərinin əsas amili nədir?

3. Budda əzab-əziyyətdən və möhnətdən xilas olmaq üçün hansı yolu təklif edir?

4. Budda və caynizm arasında hansı oxşar və fərqli xüsusiyyətlər var?



Download 3,4 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish