SeyiD ƏHMƏd mahmudi نام کتاب: آشنایی با ادیان


ON BEŞİNCİ DƏRS BUDDİZM (3)



Download 3,4 Mb.
bet16/59
Sana09.09.2017
Hajmi3,4 Mb.
#20829
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

ON BEŞİNCİ DƏRS




BUDDİZM (3)

ƏXLAQ


Keçən dərslərdə buddizmin əsas məqsəd və məqamı insanı dünyanın qəm-qüssə, əzab-əziyyətlərindən xilas etmək olduğunu öyrəndik. Sonra bəyan etdik ki, Budda bu məqsədə çatmaq üçün dörd həqiqəti çıxış yolu kimi təqdim etmişdir. Bu dörd həqiqətin ortaq xüsusiyyəti vücud baxımından insanın varlıq aləminə bağlılığı onun bütün əzab-əziyyətlərinin əsas amili olmasındadır. Bu baxımdan buddizmin varlıq aləmi haqdakı baxışları müəyyən mə`nada bədbinlik və pessimizmlə qarışmışdır. Belə ki, bu ayinin əxlaqi tövsiyələrinin çoxu arzuların tərk edilməsi, istək və meyillərin cilovlanmasına dəlalət edir. Bu ayinin tə`lim və göstərişlərinin mənfi, məhrumedici xarakterinə baxmayaraq, müsbət yönlü tövsiyələr də gözə çarpır. Belə ki, bir sıra müsbət əxlaqi keyfiyyət və dəyər nəzərə alınmış, onların yerinə yetirilməsi tövsiyə olunmuşdur.

Buddanın ən mühüm əxlaqi norması eyş-işrəti tərk etmək və ehtirasdan, şəhvətdən çəkinməkdir. Belə ki, bu qəbildən olan işlər insanın sonsuz əzab-əziyyətlərinin əsas amili sayılmışdır. Buddanın özü bu barədə belə demişdir:

Həyatda üzləşdiyimiz əzab-əziyyətlər şəhvətpərəstliyin və ləzzət axtarmağın zəruri nəticəsidir. Buna görə də, nəfsi bu buxovlardan tamamilə azad etmək və bu hissi özündən təmizləmək lazımdır. Başqa sözlə, həyacan və narahtılığa səbəb olan istənilən meyl və istəklərin tərk edilməsi vacibdir.”

Bilmək lazımdır ki, buddizm tə `limlərinin ehtirasların tərk olunması, ləzzət və şəhvətlərdən çəkinməyə aid olan hissəsinə böyük ilahi dinlər və əxlaqi məktəblərin çoxunda da diqqət yetirilmiş, kamillik və səadətə nail olmaq üçün onların tərk olunması tövsiyə edilmişdir. Ancaq, buddizmin başqa dinlərdən fərqi bu əxlaq məktəbinin həmin məsələdə ifrata varması, qadın, övlad, sərvət, elm və s. kimi digər bağlılıqlar da bəyənilməmiş, məzəmmət olunmuşdur. Bu işlər insanı məşğul etdiyindən, onların yoxluğu qəm-qüssəsinə səbəb olduğundan, bununla da səadət və xoşbəxtliyə çatmasına mane olduğundan və nəticədə sonu görünməyən ardıcıl ölüm və doğum dolanbacına düşməyə məcbur etdiyi üçün Budda onların tərk olunmasını əmr etmişdir.

Bu barədə Buddanın həyatından bir əhvalat nəql olunur: “Bir gün öz övladını itirdiyinə görə ah-nalə edən, göz yaşları axıdan bir qoca qarı Buddanın yanına gəlir. Budda bir qədər ona baxır, sakitlik və soyuqqanlılıqla soruşur: - Bu şəhərdə neçə nəfər yaşayır? Qadın ona cavab verir. Onda Budda deyir: - Ey ana! Bu şəhərin bütün sakinlərinin sənin övladların olmasını istəyirsənmi? Qadın cavab verir: - Əlbəttə ki, istərdim. Budda cavab verir: - Sənin bu qədər övladın olsa, gərək hər gün onlardan bir neçəsini itirdiyinə görə qəm-qüssəyə batasan. Çünki, hər gün bu şəhər əhalisindən neçə nəfər ölür. Qarı fikrə gedir, sonra Budda ona deyir: - Yüz nəfər yaxın, əziz adamı olan onlardan ayrıldıqda da yüz dəfə qəm-qüssə çəkməlidir. Əzizlərinin sayı doxsan nəfər olsa, doxsan dəfə, bircə əzizi olan şəxs yalnız bir dəfə ayrılıq əzabını çəkər. Nəhayət, həmin şəxs qohum-əqrəba məhəbbətini qəlbindən silsə ümumiyyətlə əzab-əziyyətdən xilas olacaqdır.”

Buddanın fikrincə, çəkiniləsi xoşagəlməz işlər həddindən artıqdır. Ancaq, onların hamısı on məsələdə toplanmışdır. Bunlara “onluq zəncirlər” deyilir. Bu zəncirlər insanın səadət və qurtuluşa nail olması yolunda maneədirlər. Onları tam qətiyyət və iradə ilə qırıb atmaq lazımdır. Həmin on zəncir aşağıdakılardır:

1. Nəfsi sevmək;

2. Şəkk-şübhə;

3. Dini ayinlərdə adətlərə inam və rəsmiyyətçilik;

4. Şəhvət;

5. Qəzəb;

6. Yenidən doğulma və ideal vəziyyətdə tənasüx arzusu;

7. Yenidən doğulub mücərrədlər aləmində yaşamaq arzusu;

8. Təkəbbür və qürur;

9. Xudbinlik və eqoizm;

10. Cəhalət və nadanlıq.

Öz nəfsini bu zəncirlərdən xilas edə bilən kimsə əslində ozünü hər arzu, təmənna, aludəçilik və asılılıq əsarətindən təmizləyib mütləq sakitlik və asayişə nail olar.

Budda bu məqama çatmaq üçün səkkiz mərhələdən ibarət olan seyr-süluk üslubunu təqdim edir:

1. Düzgün iman; Burada dördlük təşkil edən ana həqiqətə tam iman və öz həyatını ona uyğun qurmağa əzm və iradə göstərmək nəzərdə tutulur;

2. Düzgün düşüncə; Burada cismani şəhvətlərin tərk olunması məsələsində dönməz əqidə, başqalarına qarşı həqiqi məhəbbət bəsləmək, canlılara əzab-əziyyət verməmək və bədbəxtliyə səbəb olduğuna görə arzuları tərk etmək başa düşülür;

3-4. Düzgün danışıq və Düzgün rəftar; Burada əbəs və yersiz sözlərdən çəkinmək, xoşagəlməz əməlləri tərk etmək nəzərdə tutulur. Buna əsasən, insan bütün yaranmışları sevməli, sədaqətli dostluğu ilə öz rəftar və sözlərində onlara məhəbbətini göstərməlidir;

5. Düzgün yaşayış; Yə’ni hər bir şəxsin müəyyən bir məşğuliyyəti, peşəsi olmalı, öz enerjisini və vaxtını ona sərf etməlidir. Əlbəttə, bu peşə və məşğuliyyət buddizmin əsas prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Məsələn, qəssablıq birinci əxlaqi prinsipə, yə’ni canlıları öldürməmək əqidəsi ilə uyğun gəlmir və ona görə də tərk edilməlidir;

6. Düzgün sə’y; Hər bir şəxs haqqı batildən, zərərli istəkləri faydalı məqsədlərdən ayırd etmək, xoşagəlməz meylləri bəyənilən bağlılıqlardan seçmək üçün öz fiziki və əqli gücünü işlətməlidir;

7. Düzgün düşüncə; Hər bir şəxs öz təfəkkür və düşüncə qüvvəsini davamlı müsbət vərdişlərə öyrətməli, sutkanın müəyyən saatlarını ali-insani məqsədlər barəsində düşüncə üçün ayırmalıdır;

8. Düzgün müraqibə. Bu son mərhələdir və onun əsnasında bu yolu gedən şəxs Buddanın öyrətdiyi həqiqətlər ətrafında davamlı təmərküz və müraqibə yolu ilə (dörd həqiqət) ərhət (kamil insan) adlanan məqama çatır. Bu halda salik və rahib tam fənalığa və mütləq paklığa (nirvanaya) nail olur.

Bura qədər bəyan olunanlar buddizmin əxlaq və davranış tə`limlərinin mənfi, məhrumedici xarakterli prinsipləri idi. On üçüncü dərsdə qeyd olunan on ideoloji prinsip isə bu ayinin mənfi xüsusiyyətlərinə aiddir. Ancaq bu dində müsbət əxlaq normaları da nəzərdə tutularaq tə`kid olunmuşdur. Bu xüsusiyyətlərdən biri də ərhət məqamına çatmağın əlamət və sifətlərindən sayılan yaranmışlara mərhəmət və hamıya qarşı xeyirxahlıq hissidir. Bu məqama nail olan şəxs xoş məram, daxili saflıq və pak qəlblə bütün insanlar üçün xeyir və yaxşılıq istəməlidir. Budda bu barədə belə deyir:

Hamı səhra heyvanları kimi dolanmalı, kərkədan tək evsiş-eşiksiz, əhli-əyalsız yaşamaqla ömrünü nəfsini təkmilləşdirmək yolunda sona çatdırmalıdır. Lakin, eyni zamanda şəfqət və mərhəmət kimi bəyənilən sifətləri özündə tərbiyə etməli, ömrünü məxluqata xidmət və yaxşılığa həsr etməlidir. Elm öyrənib öyrətmək, gözəl nəsihətlərlə insanları nicat və qurtuluş yoluna yönəldib rəhbərlik etməli və öz körpəsinə mehriban olan bir ana kimi bütün insanlara qarşı mehriban olmalıdır. Ana öz körpəsini qorumaq üçün öz canını belə fəda etməyə hazır olduğu kimi, o da öz batinini insanlara qarşı o qədər məhəbbət və xeyirxahlıqla doldurmalıdır ki, yaranmışların nicatı üçün öz maddi canını əsirgəməməlidir. Hər yerdə, hər nəyi varsa pak və səfalı qəlblə, aludəlikdən, xudbinliklərdən uzaq olmaqla onlara məhəbbət göstərməlidir.”

Buddizmi qəbul edən hər bir şəxs bu məhəbbət və şəfqətin bu mərtəbəsinə çatmaq üçün öz qəlbini başqalarına qarşı kindən tamamilə təmizləməli, digərlərinə münasibətdə kin-küdurət tozunun onun qəlbinə hakim kəsilməsinə heç bir vəchlə imkan verməməlidir. Belə ki, hətta kimsə onu söysə, yaxud ona qarşı hörmətsizlik etsə belə narahat olmamalıdır. Çünki insan qəlbində “filankəs məni təhqir etdi, məni döydü, mənim malımı oğurladı, yaxud mənə zülm etdi” kimi fikirləri təlqin etsə, tədricən ürəkdə kin-küdurət tozu, pası qəlbə qalib gələr. Bu vaxt belə fikirlərin batini aləmdən təmizlənməsi, silinməsi çox çətin, bə’zən də qeyri-mümkün olar. İnsan yalnız intiqam almaq fikrinə düşər və belə olan halda da əxlaq normalarının ziddinə hərəkət etmiş olar. Buna görə də Budda öz ardıcıllarına başqalarının onlara qarşı etdiyi pislikləri hətta xəyallarından belə keçirməməyi tövsiyə etmişdir, o ki qala intiqam almağı. Buddanın həyatı barədə başqa bir hekayətdə deyilir:

“ - Bir gün Puna adlı şagirdi onun yanına gələrək və ondan meşədə yaşayan vəhşiləşmiş bir qövmə tə’lim-tərbiyə vermək üçün icazə istədi. Budda onun iman və dözümünün nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün dedi:

- Ey Puna, onlar çox kobud, yırtıcı xislətli və əzazildir. Sənə qəzəbləndikdə nalayiq sözlər işlədəcəklər. Bu barədə fikirləşmisənmi?” Puna dedi: “ - Qorxusu yoxdur, ey mənim ustadım! Mən öz qəlbimdə onları mehriban və yaxşı insanlar hesab edəcəyəm. Çünki söysələr də, dillə incitsələr də, mənə cismani əzab-əziyyətləri çatmayıb, daşla, çomaqla məni döyməmişlər.” Budda dedi: “ - Bu qorxu-hürküsüz qəbilə səni daşla, çomaqla döysə necə?” Puna cavab verdi: “ - Yenə də öz-özümə deyəcəyəm ki, onlar mehriban və pak qəlbli insanlardır, çünki məni xəncər və qılıncla qətlə yetirmək istəmirlər.” Budda dedi: “ - Əgər bu işi görsələr nə edəcəksən?” Puna dedi: “ - Öz-özümə deyəcəyəm ki, onlar mənə qarşı çox mehriban və xeyirxahdırlar. Çünki həqiqətdə məni bu alçaq təbiətli cismdən xilas edərək azacıq bir əzabla varlığın əzabından qurtarmışlar.” Budda bu cavabı eşitdikdə belə dedi: “ - Çox gözəl dedin ey Puna! Malik olduğun bu səbr və dözümlülük ne’məti ilə get, çalış, özün xilas olduğun kimi başqalarına da nicat ver...”

Buddanın çıxışlarından birində ona istinadən söyüş barəsində belə nəql olunur: “ - Əgər kimsə öz axmaqlığı ucbatından mənə qarşı səhv bir addım atmış olsa, bu işin müqabilində onu öz sədaqətli məhəbbətimin kölgəsinə alacağam. Mənə qarşı pisliyii artırdıqca, mən də öz yaxşılıqlarımı artıracağam.”

Buddistlərin müqəddəs kitablarından olan Damapadanın nəğmələrindən birində oxuyuruq: “ - Qoy insan öz qəzəbinə məhəbbətlə üstün gəlsin, qoy o pisliklərə yaxşılıqla qələbə çalsın, qoy o tamahkar insanın qarşısında əliaçıq, yalançının müqabilində isə düz danışan olsun.” Başqa bir yerdə isə belə deyilir: “ - Heç vaxt nifrəti nifrətlə aradan qaldırmaq olmaz. Nifrət yalnız mehr-məhəbbətlə aradan gedər.”

Yuxarıdakı cümlələrdən belə nəticə alınır ki, Budda ayininin başqalarına qarşı əxlaq və davranış normalarının əsası tam sülh və qeydsiz-şərtsiz məhəbbət üzərində qurulub. Bu ayində kobud hərəkət hər bir halda qadağandır. Bu baxımdan da buddizmlə xristianlıq arasında çox oxşarlıq vardır.

Bu ayində şəxsi əxlaqın əsasını nəfsin alçaldılması, bütün nəfsani istək və meyllərin, maddiyyat və dünyaya marağın itirilməsi təşkil edir. Buddizm bütün əxlaq və davranış prinsiplərində mö`tədil və loyal yol seçməyə çalışmasına baxmayaraq bu cəhətdən də onunla sufi firqələri arasında oxşar xüsusiyyətlər var. Qeyd etmək lazımdır ki, buddizm nəfsin təmizlənməsi, son qurtuluş məqamına nail olmaq üçün uzun illər boyu monastırlarda mümkün olan düşüncə və müraqibə ilə bütün nəfsani və dünyəvi asılılıqları qırmaq tə’kid etdiyi halda, bu ayinin öz ardıcıllarına mö’tədil mövqe seçməyi tövsiyə etdiyini necə demək olar?! Bu mö’tədilliyin yeri ifrat və təfrit arasında hardadır? Buddizm özünü caynizmdə gördüyümüz üzücü və çətin asketizm, zahidlikdə ifrata varma ilə qeydsiz-şərtsiz azadlıqda təfrit arasında yerləşən mö’tədil mövqeli hesab etdiyinə görə bu tənqid öz yerində qalır.

Əvvəla, inkar etmək olmaz ki, buddizm həmin dövr Hindistan cəmiyyətində brahmanizm və caynizmin yaratdığı ifrata və təfritə varılan ayinlərindən uzaqlaşaraq daha mö`tədil yol təqdim etmişdir. Buddizmdə tövsiyə olunan asketizmlə caynizmdəki asketizm arasında müqayisə aparsaq, buddizm zahidanə göstərişlərinin ifratçılıqdan uzaq olduğunu, bu dində brahmanizmin təbəqələşmə ilə bağlı tələbkarlığının olmadığını aydın şəkildə görərik. Qeyd olunduğu kimi, brahmanizmdə hər şeydən əvvəl insan təkrar doğulmaların dövri sistemində heç vaxt sinfi quruluşdan çıxa bilməz, yalnız insan yaxşı əməl sahibi olduqda daha yüksək təbəqələrə keçə bilər. Əks təqdirdə daha aşağıda olan təbəqələrə süqut edəcəkdir. Buddizm isə yenidən doğulmalardan tamamilə xilas olmaq üçün müəyyən bir yol təqdim etmiş və əsasən sinfi ziddiyyətləri rədd etmişdir. İkincisi, brahmanizmdə hər bir təbəqənin əxlaqi prinsipləri fərqlidir və hər bir təbəqənin özünəməxsus əxlaq normaları vardır. Bir təbəqədə çirkin, xoşagəlməz və haram sayılan bir işin digər bir təbəqə üçün yaxşı, yolverilən sayılması mümkündür. Buddizmdə isə nisbətən mö’tədil və asan bir yol təklif edilmişdir.

Digər məqam bundan ibarətdir ki, buddizmi İslam məktəbinin əxlaq normaları və davranışları ilə müqayisə etmək istəsək, şübhəsiz İslam qanunlarının mö’tədil və məntiqəuyğunluğunu, buddizmin əxlaq-rəftar prinsiplərindəki fanatizmi təsdiqləyəcəyik. Çünki, İslam dini insanın istər maddi, istərsə də mə’nəvi - bütün ehtiyaclarını haqlı sayaraq bütün hallarda loyal və mö’tədil yol seçməyi şərt qoymuşdur. Misal üçün: İslam zahidliyi dünyadan əl çəkmək və tərkidünyalıq demək deyil, maddi və dünyəvi istəklərin cilovlanması, nəzarət altına alınması deməkdir. Bu mövzu barədə “İslam əxlaqı” dərsində daha ətraflı öyrənəcəksiniz.


SUAL VƏ TAPŞIRIQLAR


1. Budda hamıya qarşı sevgi və məhəbbət bəsləmək barədə nəyi tövsiyə edir?
Buddizm nöqteyi-nəzərindən qurtuluş yolundakı maneələri izah edin.

Buddizmdə qurtuluşa nail olmağın səkkiz əsas prinsipini izah edin.


POLEMİKA VƏ ARAŞDIRMA:


İslam əxlaqına diqqət yetirmək və müəllimin köməyi ilə, buddizmin me’yarları doğrudan da onun iddia etdiyi kimi mö’tədil olub-olmadığını müəyyənləşdirin.

Download 3,4 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish