Fəxrinin hekayəti
Lap balaca yaşlarımdan bu günə kimi taleyin
qara buludları başımın üstündən əksilmədi. Hələ
4 yaşım olanda anamın ölümünə bais oldum. Özü
də ad günündə. İndi də yadıma düşəndə dəli kimi
oluram. Təsəvvür edirsiz, özüm, öz anamı... Süfrə
bəzənib, qadın bir azdan şamları püfləyib söndürə
-
cək.. və birdən-birə bu hadisə baş verir.
Atam Rusiyadan qayıdıb gəlmişdi. Əlində olan
pulla özünə ferma yaratmışdı. Muğan düzün
-
də, kənd-kəsəkdən aralıda təsərrüfat qurmuşdu.
Sevdiyi qadınla və uşaqlarıyla burada yaşamaq,
insanlardan uzaq olmaq istəyirmiş. Atam Rus tə
-
biətli idi, yerli adətlərdən xoşu gəlmirdi. Bəlkə
də elə hamıdan fərqlənməkdən ötrü bizim yerlər
üçün fərqli olan bir təsərrüfat növü seçmişdi, do
-
54
nuz saxlayırdı. Bizimlə birlikdə yaşayan nənəm
onun donuz saxlamasına qarşıydı. “Ay bala, do
-
nuzdan xeyir gəlməz, rədd elə getsin” deyirdi.
Ancaq anam həvəsli idi. Sabah erkəndən atamla
birlikdə qalxıb fermaya gedərdi. Bacımla birlikdə
mən nənəmin himayəsində qalırdıq.
Həmin gün, anamın ad günündə atam sabah
erkəndən rayon mərkəzinə yollanmışdı, anama və
bizə hədiyyələr, çoxlu şirniyyat və çeşidli limonad
-
lar almışdı. Ən çox sevdiyim “qrilyaj” konfetlərini
də yaddan çıxartmamışdı. Kirovabad istehsalı olan
bu konfetlerin bir qutusunu bir anda yarıya qədər
boşaltdım. Anam acıqlanıb konfetləri əlimdən aldı.
Ağlamağa başladım. Özümü yerə sürtüb konfetləri
tələb edirdim. Anam üstümə acıqlanıb ağzımın üs
-
tünə yüngülcə bir şillə vurmuşdu.
Fevral ayıydı. Bayırda şiddətli çovğun vardı.
Bir gün öncə fermaya canavarlar hücum çəkmiş
-
di. Bu gün də, axşam düşəndən bəri tükürpədən
ulaşma səsləri canımıza vəlvələ salırdı. O günün
hadisələri, olan söhbətlər hamısı nöqtəsinə qədər
yaddaşıma həkk olunub. Anam acıqlanıb deyirdi,
bax, canavarlara deyərəm gəlib səni yeyər. Bu söz
məni gerçəkdən qorxudurdu.
Süfrəyə oturmazdan öncə atam divardan asdı
-
ğı qoşalüləsini götürüb bayıra çıxdı. Canavarlara
güllə atıb qorxutmaq istəyirmiş. Bir azdan qayı
-
dıb gələndə özüylə birlikdə üst-başında çoxlu qar
gətirdi. Rusiyadan gətirdiyi qıllı papağı və qalın
55
kürkü çıxarıb qapının girəcəyindəki mıxçadan
asdı, soyuq əlləriylə yanaqlarımızı şappıldatdı.
Nə üçün mısmırığımı salladığımı soruşdu. Mən
bir az da ürəklənib barmağımla anamı göstərdim.
Atam qapının ağzında divara söykədiyi tüfəngi
götürüb yerindən asmaq istəyirdi. Bir an dayanıb
zarafatla lüləsini anama tuşladı, ağzıyla yalandan
“Part” elədi. Mən qışqırıb, yalandan yox, doğru
-
dan vur dedim. Yadımdadır ki, nənəm də atama
acıqlandı, “ay bala, tüfənglə zarafat olmaz, qoy
yerinə” dedi. Ancaq mən qışqırırdım: “Vur! Vur!”
bu səfər atam tüfəngin lüləsini anamın gicgahına
dayadı. Anamın 26 yaşı tamam olacaqdı o gün.
Süfrəyə qabları düzürdü, çeşid-çeşid yeməklər
bişirmişdi. Soyuducunun üzərində 26 şam düzül
-
müş tort bizi gözləyirdi. Alnında tüfəngin lüləsi
üzündə xoşbəxt bir ifadə vardı. Ağappaq dişlə
-
ri üzünə işıq saçırdı. Atəş açıldı və anamın son
sözləri bu oldu: “Tahir, sən neylədin?” Hamımız
dəhşətə gəldik, atam sarsıntıdan ağlını itirmişdi,
ağlayır, qışqırır, nə edəcəyini bilmirdi. Tüfəngin
iki gülləsinin ikisini də canavarlara atmışdı. Bu iş
necə olmuşdu, anlaya bilmirdi...
O gündən qara günlərim başladı. Atamı həbs et
-
dilər. Bacımla mən nənəmin himayəsində qaldım.
Qara tale buna deyərlər bax. İllərlə üzüm gülmə
-
di. Anamı mən öldürmüşdüm, üzərimdə onun ahı
vardı. Bax burda da neçə dəfə odun alovun içinə
girmişəm, ancaq heç nə olmayıb, sağ-salamat çıx
-
56
mışam. Elə bil Allah məni daha böyük cəzalar üçün
qoruyub saxlayır.
And içmişdim, həyatımda evlənməyəcəkdim.
Anamın boşluğunu heç kimsə doldura bilməyə
-
cəkdi, daha doğrusu onu unutduracaq heç bir şey
istəmirdim həyatda. Ürəyimin dərin qatlarında əhd
eləmişdim, anamın müqəddəs ruhuna sədaqətimi
pozmayacaqdım. Atam türmədən qayıdıb gələndə
mənim 21 yaşım vardı. Ancaq atamda bir atalıq
qalmamışdı. Baş verən hadisə onun şəxsiyyətini
yerlə-yeksan etmişdi. Canlı-cüssəli atam keçən
bu illər ərzində yaşlanıb kiçilmişdi. İçki düşkünü,
davakar bir adama dönmüşdü. Tez-tez hirslənib
hay-küy salır, sonra sel kimi göz yaşı töküb peşi
-
man olduğunu deyirdi. O türmədəykən günlərimiz
daha xoş keçirdi. Bir il sonra yenidən əski sakit
günlərimizə qayıtdıq. Atam şəhərdə bir qadınla
evlənib oradaca qaldı. Mən cəbhəyə gələnə qədər
bir daha üzünü görmədim. Deyirlər Ağdama qə
-
dər gəlib məni axtarıb. Yəqin ki bir daha onunla
görüşməyəcəyik.
Bığım-saqqalım çıxmağa başlayan gündən
nənəmin dilinə bir söz düşdü, “gəl sənin əlini-aya
-
ğını yığaq”. Yəni, arvad məni evləndirmək istəyir
-
di. Onun diliylə desəm, məni iki baş dörd əl-ayaq
eləmək istəyirdi. Canının sağlığı ilə məni “bir tərəfə
çıxartmaq” istəyirdi. Qabağımda bacım vardı. Mən
ev-eşik olmalıydım ki ona da yol açılsın. Belə bir
fikrim yox idi. Heç zaman da olmayacaqdı. Ancaq,
57
eyni mövzuda bir neçə il dalbadal danışanda get
-
dikcə təsirli olmağa başlayır.
Qəflətən işlər tərsinə döndü. Atları çidarlayıb
evə qayıdanda nənəmin vay-şivənini eşitdim. Ba
-
cımı qaçırtmışdılar. Tez tüfəngi qapıb yola doğru
qaçdım. Qaranlıqda uzaqlaşan maşının işıqlarını
görürdüm. Ona çatmağım imkansız idi. Arxasınca
güllələri boşaltdım. Ancaq bunun bir faydası ol
-
madı. Həyatımdakı faciələr hələ də davam edirdi.
Ailəmiz parça-parça olub tökülürdü. Bir ay sonra
nənəmi itirəndə artıq tək-tənha qalmışdım. Heç
kimsəm yox idi. Heç kimsəm.
Aylarca ağladım. Fermamız magistral yolun
yaxınlığında idi. Yolun kənarındakı qoç heykəlinin
üstündə oturub gəlib keçən maşınlara baxırdım.
Gecə gec saatlara qədər buradaca oturub qalırdım.
Uzaqdan bir işıq görünür, yavaş-yavaş yaxınlaşır,
gurultu salaraq yanımdan ötüb keçir, gözdən itin
-
cəyə qədər arxasınca baxırdım. Boş məşğuliyyət
idi, ancaq maraqlıydı. Həyatın özü kimiydi bu
əyləncə. Bir ümid kimi üfüqdə işıq doğar, yanına
gələr və sonra yoxa çıxardı. Yeni bir işığın doğma
-
sına qədər dəqiqələrcə gözləyərdin.
Günlərin bir günü, keçən ilin dekabr ayının
axırlarında belə bir hadisə oldu. Axşam saatların
-
da magistral yolda bir avtobus xarab olub. İçindəki
yolçular yerə tökülüşüb yoldan keçən başqa avto
-
buslarla yollarına davam ediblər. Sürücü də rayon
mərkəzinə yollanıb, ertəsi gün təmirçi ustayla geri
58
qayıdacaqmış. Köhnə sovet modeli LAZ avtobu
-
sun uzaqdan qaraltısını görürdüm. Yoldan keçən
çobanlardan biri avtobusun xarab olduğunu, yol
-
çuların başqa maşınlarla getdiklərini danışdı mənə.
Gecə saat bir olardı. Qoç heykəlinin üstündə
oturub üfüqdə canavar gözü kimi parıldayan qoşa
faralara baxır, siqaretimi tüsdülədir, həyatın fanili
-
yini düşünürdüm. Birdən qulağıma bir ciyilti səsi
gəldi. Bu səsin nə olduğunu və haradan gəldiyini
anlamaqdan ötrü qulaqlarımı şəklədim. Nəhayət
səsin avtobusdan gəldiyini anlaya bildim. Ön pə
-
cərədən sanki bir əl bayıra çıxaraq yellənirdi. Qu
-
laq verdim, doğrudan da bu bir uşaq səsiydi. Sanki
köməyə çağırırdı. Avtobusa yaxınlaşanda heyrə
-
timdən donub qaldım. Gənc bir qız avtobusun dar
pəncərəsindən başını bayıra çıxardıb qışqırırdı. Qa
-
pıları açmaq mümkün olmadı. Onu sakitləşdirməyə
çalışır, içəridə sürücünün oturacağının altında lin
-
gə bənzər bir şey tapmasını istəyirdim. Qız sanki
ağlını itirmişdi, nə danışdığını bilmirdi, qorxudan
səsi titrəyirdi. Məcbur qalıb evə yollandım. Qapını
açmaq üçün alətlərlə geri qayıtdım. Bir xeyli əl
-
ləşəndən sonra qapını zorlayıb aralaya bildim. Qız
içəridən çıxanda ayaq üstə uçunurdu.
Birlikdə evə gəldik, isti sobanın kənarında oturt
-
dum onu, qaynar çay verdim. Qızışıb özünə gəldi.
Başına gələn əhvalatı danışdı. Bakıda Azərbaycan
Dövlət Universitetində, filologiya fakültəsində
oxuyurdu. Yeni il tətilinə buraxmışdılar, indi kən
-
59
də, evlərinə qayıdırdı. Avtobusda qızcığazı yuxu
tutub, sonrakı hadisələrdən xəbəri olmayıb. Soyuq
olduğuna görə kürkünü üstünə atıb, avtobusdan
düşənlər də, sürücü də ona fikir verməyiblər. Bir də
gecə saat 1-də yuxudan ayılıb. Hə, bir də özünün
qəribəliklərindən, yuxu xəstəsi olmasından danışdı.
Gözlərini yumandan iki dəqiqə sonra dərin yuxuya
gedirdi. Bunu evdəkilər də, rəfiqələri də bilirmiş.
Birdən-birə sanki təkrar yuxudan ayıldı. Gecə
-
nin bir aləmində tanımadığı bir evdə, yad bir oğlan
-
la baş-başa qalmışdı.
- Artıq mən gedim, - deyib qəflətən ayağa qalx
-
dı. Elə bil qonşudan gəlmişdi. Hara gedəcəkdi və
necə? – gülməli idi. Ona yatmaq üçün yer, qıfıllı
otaq göstərdimsə də xeyri olmadı. Üst başını ge
-
yinib, çantasını götürdü, sağollaşıb qapıdan çıxdı.
- Ay qız, dəli olmusan, axı hara gedəcəksən bu
gecə vaxtı, ətraf canavarla doludur.
Sözümə baxmadı. Mən canavardan daha qorxu
-
lu idim. Magistral yola çıxıb dayandı. Gəlib keçən
maşınlara əl edəcəkdi. Ancaq bu da heç ağıllı
hərəkət deyildi. Hər cür avaraya rast gələ bilərdi.
Naəlac qalıb geri qayıtdım, atımı yəhərləyib yolun
kənarına çəkdim.
- Gəl otur tərkimə - dedim.
Qız, - adı Zeynəb idi, - qoç heykəlinin üstünə
dırmaşıb oradan da atın belinə aşırıldı.
- Belimdən bərk tut, dedim. Yavaşca tutdu. An
-
caq at sürətini artırdıqca məcbur qalıb var gücü ilə
60
sarıldı. Bu da mənim həyatımda qadınla ilk təmasım
oldu. Qeyri-adi bir hiss idi. Qalın kürkün üstündən
döşlərinin istisini açıq-aşkar hiss edirdim. Bu əsl
xoşbəxtlik idi. Qəsdən atın sürətini artırırdım, daha
möhkəm sarılsın deyə. Qışqırır, yavaş sür, deyirdi.
Ancaq mən sanki yerlə deyil göyün üzüylə süzür
-
düm. Altımdakı kəhər at da bu xoşbəxtlikdən nəsi
-
bini almışdı, məni çox yaxşı hiss etməsindən əmin
idim, çünki yerişində qeyri-adi bir yorğalıq vardı.
Buludsuz, ulduzlu bir gecəydi. Qaranlıqda yol
görünmürdü. Başıma gələn bu hadisə uşaq vaxtı
nənəmin danışdığı nağılları xatırladırdı. İndicə qar
-
şımızda qızıl kərpicli bir saray peyda olacaq və biz
əbədi xoşbəxtliyə qovuşmaq üçün o saraya girə
-
cəkdik. Ancaq qarşımıza qızıl saray deyil, çoban
itləri çıxdı. At hürküb yoldan kənara sıçradı və sov
-
rulmuş pambıq tarlasının ortasıyla çapmağa başla
-
dı. İtlər dabanqırma arxamızca gəlirdi. 3 dənəsini
görə bilirdim. Bu yırtıcı heyvanlarla tez-tez rast
-
laşdığıma görə qorxmurdum. Tüfəngim yanımda
idi. Ancaq qorxum tərkimdəki bu qıza görəydi. At
hürkmüşdü, idarə edə bilmirdim, Zeynəb də düz
qulağımın dibində ciyildəyirdi. Atın cilovunu çə
-
kib saxladım. Havaya dalbadal iki atəş açdım. İtlər
izimizi buraxıb geri qayıtdı.
Təhlükə sovuşsa da, başqa bir təhlükə çıxmışdı
ortaya. Zeynəbin dili tutulmuşdu, bədəni əsim-əsim
əsirdi. Su kimi axıb yəhərin üstündən az qala yerə
yıxılacaqdı. Təkrar tüfəngi doldurub qaranlığa atəş
61
açdım. Deyəsən artıq vəhşilərdən canımız qurtar
-
mışdı. Atı mahmızlayıb qaranlıqda bilinməz bir is
-
tiqamətə yol almışdım. Maşın yoluna çıxacağıma
ümid edirdim. Oturduğum yerdə zibilə düşmüş
-
düm. Geriyə, fermaya qayıtmaq istəsəm də, gerinin
hansı tərəf olduğunu çıxarda bilmirdim. Yol yolda
-
şım hələ də əsməcədən qurtulmamışdı. Uçunmuş
haldaydı, hər an aşırılıb yerə düşə bilərdi. Odur
ki, atdan enib yeriyərək getməyi qərara aldım.
Bir az gedəndən sonra Zeynəb qışqırıb dayandı.
Ayaqqabısının bir tayı itmişdi. Ay dadi-bidad. İndi
nə edəcəkdim, bu qaranlıqda ayaqqabının tayını
necə tapacaqdım? Yanımda fənər yox idi. Pambıq
çubuqlarından lopa düzəltmək istədim, ancaq bir
işə yaramadı. Zeynəbin çantasında kitablar vardı.
Vərəqlərini bir-bir qoparıb kibritlə alışdırır, keç
-
diyimiz yolda ayaqqabı axtarırdıq. Qız özü yerə
çömbəlib əlini torpağın üstündə gəzdirirdi. Birdən
qəribə ciyiltili bir səs çıxartdı. Yaxınlaşıb baxdım,
çox qəribəydi, bu xaraba düzənlikdə heç ağıla gəl
-
məyən bir iş olmuşdu. Ayaqqabı axtardığı yerdə
üzük tapmışdı. Qaşlı-başlı bir üzük idi. Bir az əv
-
vəl canavarların qorxusundan zağ-zağ əsən bu qız
indi yanan vərəqlərin işığında üzüyü bu barmağın
-
dan çıxarıb o barmağına taxır, açıq-aşkar sevinirdi.
"Bax gör qızıldır?" deyirdi. Kimin idi bu üzük, necə
olmuşdu buraya düşmüşdü, allah bilir. Sovrulmuş
pambıq tarlasının ortasında, gecənin bir aləmində
belə bir tapıntı əsl möcüzə idi. Artıq ayaqqabının o
62
biri tayını tapmadan yola davam etməli olduq. Bu
yol nə yol idi, bizi hara aparırdı, bilə bilmirdim. Bu
səfər Zeynəbi ata mindirib, özüm yeriyərək yüyə
-
nini çəkirdim. Mənə elə gəldi ki saatlarca yol get
-
dik. Torpaq yola çıxıb, kollektorun kənarıyla uza
-
nan yolda irəliləyirdik. Ətrafda kəndlər olmalıydı.
Ancaq heç bir tərəfdə işıqlar gözə dəymirdi. Gecə
saatlarında kəndlərə işıq vermədiklərini bilirdim.
Heç olmazsa bir ocaq işığısada görünmürdü. Qar
-
şımıza bir motoskiletçi çıxıdı. Tərkində başqa biri
-
si də vardı. Balıq ovuna gedirdilər. Buranın Saatlı
rayonu ərazisi olduğunu söylədilər. Hiss etmədən
bir rayonun ərazisini keçib başqa rayona girmiş
-
dik. Bu necə olmuşdu. Elə bil fələk bizi girləyirdi.
Təzədən geri qayıtmalı olduq. Havanın işıqlanma
-
sını gözləyəcəkdik. Başqa çarəmiz yox idi. Zeynəb
üfüqdəki xəfif bir işartını göstərib, bax, səhər açılır,
dedi. Ancaq, mən bilirdim. Bu işartı Əli Bayramlı
tərəflərdəki qaz məşəlindən gəlirdi. Yorulmuş, so
-
yuqdan donmuşdum. Yolumuza çıxmış bir xaraba
-
lıqda dayanmağı qərara aldım. Köhnə bir qoyun
yatağının qalıqlarıydı. Tez-tələsik çırpı toplayıb
ocaq qaladıq. Uçuq divarların daldasında qızınma
-
ğa başladıq. Ocağın hisi istiliyindən çox idi. Amma
yenə də canımız qızdı. Ocaq böyük təsəlliydi.
Zeynəb təlaş içindəydi. Ata-anasının sabaha
qədər yatmayacağını, nigaran qalacaqlarını söylə
-
yirdi. Düşdüyü bu vəziyyətə görə əsl kənd arvad
-
ları kimi deyinirdi. Mənimlə rəftarı çox qəribə idi.
63
Bütün məsafələri götürmüşdü. Davranışları bir az
bacı-qardaşlığa, bir az da ər-arvadlığa bənzəyirdi.
Sözlərində bundan sonrası da vardı. Yəni, bizim
tanışlığımız sanki davam edəcəkmiş kimi ifadə
edirdi hər şeyi. Yuxuya getmənin əvvəl-axır başına
bəla olacağını bilirmiş. Bakıda yaxın rəfiqələrinə
sirrini açıb danışmışmış: “avtobusda mürgüləsəm,
dərhal məni oyandırın”. Yoxsa, bir anda çox dərin
yuxuya gedər və oyandırmaq çətin olarmış. Bun
-
ları boşuna danışmırdı, əgər indi yuxuya gedərsə,
ayıq-sayıq olmamı eşitdirirdi.
Qəflətən motor səsi eşitdik. Yerimdən sıçrayıb
açıqlığa çıxdım. Ağ rəngli bir jiqulu idi, düz xa
-
rabalığa sarı gəlirdi. Üzərində dayandığım yoldan
keçəcəkdi, məni görməməsi imkansız idi. Gəlib
çatdı. Bir qədər aralıda saxladı. Arxada üç qadın
oturmuşdu. Ortada oturmuş yaşlı qadının qoluna
girərək maşından endirdilər. Qadın çox xəstəhal idi,
demək olar ki ayaq üstdə dura bilmirdi. Xarabalığa
sarı yönəldilər. Sabah açılmamış onların burada nə
işi vardı? Cinayət filmlərindəki səhnələri xatırla
-
dırdı. Ağlıma gəldi, bəlkə də qadını burada buraxıb
gedəcəkdilər. Ancaq mən düşündüyüm kimi deyil
-
di. Bu iki qadın və sürücü yaşlı qadının övladlarıy
-
dı. Qadını dəriyə salacaqdılar. “Dəriyə salmaq” el
arasında bilinən qədim türkəçarə üsullarından biri
-
dir. Adətən, hər yerdən ümidlər kəsiləndə bu müali
-
cə üsuluna əl atırlar. Bundan ötrü, xəstəni xarabalıq
bir yerə aparıb təzə kəsilmiş dananın dərisinə bü
-
64
rüyərək bir saat saxlayırlar. Guya belə olanda şər
ruhlar xəstənin bədənindən çıxmış olur.
Gələnlər sanki bizi görmürdülər. Qışın bu soyu
-
ğunda yaşlı qadını lüt soyundurub dərinin içinə uzan
-
dırmaq istəyirdilər. Ancaq halsızlıqdan ayaq üstdə
dura bilməyən, nəfəsi kəsiləcəkmiş kimi zarıyan qadın
birdən-birə cana gəlib dirənməyə başlamışdı. Qışqırır,
ağlayır, vay-şivən qopardırdı. Onun bu vay-şivəninə
qızlarının da qara-qışqırığı qarışmışdı.
Biz Zeynəblə kənarda dayanıb bu mənzərəni
seyr edirdik. Qızcığaz yeni bir şok yaşayırdı, çiy
-
nimə qısılaraq titrəyirdi. Mən özüm də belə bir
mənzərəni ilk dəfəydi görürdüm. Nə olduğunu da
başa düşmürdüm. Kəndə qayıdandan sonra yaşlı
adamlara gördüklərimi danışdım, onlar da dəriyə
salmanın nə demək olduğunu mənə başa saldılar.
Yaşlı qadını təzə soyulmuş buxarlanan qanlı
dana dərisiylə büsbütün bürüdülər. Qadın əl-qol
atır, çığırır, səsi sanki quyunun dibindən gəlirdi.
Ancaq onun bu hərəkətlərinə baxan yox idi. Əksinə
dərini üstündən atmasın deyə hər tərəfdən əlləriylə
basdırırdılar.
Artıq hava işıqlaşmışdı. Biz yolumuza davam
etdik. Zeynəb tərkimdə oturub dinməz-söyləməz
belimi qucaqlamış, başını da kürəyimə söykəmiş
-
di. Sanki elə belə də olmalıydı. Yolunu azmış tək
ayaqqabılı bir gözəl idi.
Onu sağ-salamat evlərinə çatdırdım.
Bir aydan sonra əsgərliyə yollandım.
65
6
NASOS STANSIYASINDA
IŞLƏYƏN ADAM
Do'stlaringiz bilan baham: |