Savaş günlərində eşq hekayələri Qarabağ Dekameronu



Download 474,66 Kb.
Pdf ko'rish
bet3/11
Sana22.01.2022
Hajmi474,66 Kb.
#401418
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
on bir gece

Samirin hekayəti
Mənim qadınla ilk tanışlığım Ukraynada olub. 
Günlərin bir günü, məndən 3 yaş böyük olan əmim 
oğlu Zamin mənə birlikdə Ukraynaya getməyi tək
-
lif etdi. Bir il olardı əsgərlikdən gəlmişdi, kənddə 
avaralanıb dururdu, heç bir işin qulpundan yapışa 
bilmirdi. Soruşanda, “buralar ürəyimi sıxır, onsuz 
da çıxıb gedəcəm” deyirdi. Ukrayna qızlarıyla çək
-
diyi keyflərdən mənə bol-bol danışardı. 
-  Əmoğlu,  orda  bilirsən  necə  qızlar  var...  Bu 
tərəfindən baxanda o tərəfləri görünür...
- Necə görünür? – soruşurdum. 
- Şüşə kimidirlər də, yemək yeyəndə boğazla
-
rından yemək görünür. 


20
Ukrayna  haqqında  fantastik  xəyallarım  vardı, 
bu ölkəyə yollanmaq mənə yuxu kimi görünürdü. 
Məktəbi yeni qurtarmışdım, payızda onsuz da əs
-
gərliyə gedəcəkdim, qismət olarsa Zaminin dedik
-
lərini  öz  gözlərimlə  görəcəkdim. Ancaq  o  vaxta 
qədər  gedib  Rusiyanı  görmək  mənim  üçün  göy
-
dəndüşmə idi.
Avqustun  axırlarında  əmioğlumla  Ukraynaya 
hazırlaşmağa başladıq. Getmək pulumuz düzəlmiş
-
di, ancaq orada bir həftə qalmağın və geri qayıtma
-
ğın yolunu tapmalıydıq. Zamin bağçalarındakı narı 
toplayıb  Ukraynaya  aparmağı  təklif  etdi,  bu  işdə 
varsanmı dedi, varam dedim. Qərara gəldik, narları 
yığmaq üçün qutular tapdıq. Bu işə əmioğlu rəh
-
bərlik edirdi, necə, hansı yolla, hara gedəcəyimizə 
o  qərar  verirdi.  Əvvəlcə  “malı”  Bakıya  aparmaq, 
ordan Kiyev qatarıyla yollanmaq istəyirdik. Sonra 
məlum oldu, Abxaziyada ruslar körpünü partlatdı
-
ğına görə Tiflis-Kiyev qatarı Azərbaycan ərazisin
-
dən keçməyə başlayıb. Bu yeni reysdən çox adamın 
xəbəri yox imiş və buna görə də qatar demək olar 
ki  boş  olurmuş.  Zamin  gecə-gündüz  vurnuxurdu, 
Göyçay stansiyasıyla kənd arasındakı yolu demək 
olar  hər  gün  gedib-gəlir,  məlumat  toplayırdı.  Bir 
anda plan dəyişdi, əl yükü nar aparacağımız halda, 
çəki bir tona yüksəldi. Kənddən özümüzlə apardı
-
ğımız bir dəstə uşağın köməyilə yeşikləri sərnişin 
qatarına  yüklədik,  bütöv  bir  kupeni  doldurduq, 
qonşu kupeni isə özümüz üçün tutduq. 1990-cı il, 


21
sentyabr ayının 2-si idi. Həyatımda ilk dəfə Azər
-
baycanın sərhədlərini aşacaqdım.
Vaqon bom-boş idi. Qonşu kupedə Volodya adlı 
bir  Bakılı  rus  vardı.  Tezliklə  onunla  dostlaşdıq. 
Yemək sırası gələndə süfrələrimiz birləşdi, Volodya 
masaya bir şüşə araq qoydu. Yeyib içib keflənəndən 
sonra danışmağa başladı. Qırx yaşlarında bir adam 
idi. Danışdıqlarından başa düşdüyümə görə arvadı 
arxasından bir təpik vurub qapıdan bayıra itələmiş, 
get pul qazan demişdi. Mənə çox yaşlı görünən bu 
adam Rusiyaya öz bəxtini sınamağa gedirdi. O da 
elə  bizim  günümüzdəydi:  qayıtmağa  pulu  yoxdu, 
ancaq satmaqdan ötrü özüylə bəzi şeylər aparırdı: 
bir balon tomat və arvadının hördüyü yun jaket. 
Zamin rusca yaxşı bilirdi, Volodya ilə çənə vu
-
rur, mənsə tambura çıxıb pəncərədən geriyə axan 
təbiət  mənzərələrinə  baxırdım.  Qatarla  getmək 
xoşuma  gəlmişdi.  Getdiyim  yerlərdə  məni  çox 
maraqlı əyləncələrin gözlədiyini bilirdim. Bayır
-
da yağış yağırdı, üşüyüb içəri keçdim, bunu görən 
Volodya toxunma jaketi mənə uzatdı, geyinib on
-
ların yanında oturdum. Canıma istilik yayıldı. Bir 
azdan məni yuxu tutdu. 
Ertəsi gün artıq Rusiya ərazisində idik. Vaqo
-
numuz  yeni  sərnişinlərlə  dolmuşdu.  Volodyanın 
kupesinə  girib  jaketi  qaytarmaq  istədim,  qalsın, 
hava  soyuqdur  dedi.  İçəridə  əsgərliyini  bitirib 
evlərinə  qayıdan  cavan  oğlanlarla  yeyib-içirdi, 
danışıb-gülürdülər. Onlarla oturmaq təklifini qə
-


22
bul etmədim, koridora çıxdım. Burada sarışın bir 
qız dayanıb pəncərədən çölə baxırdı. Son dərəcə 
gözəl idi. Deyəsən Zaminin dediyi həmin qızlar
-
dan biri idi, həqiqətən də mənə elə gəldi bu qızın 
bu tərəfindən baxanda o tərəfi görünürdü. Məndən 
saatı  soruşdu.  Beləcə  tanış  olduq. Adı  Lena  idi. 
Dərin ruscam yox idi, ancaq Lena ilə ordan-bur
-
dan söhbət etdik, sən demə artıq ərə gedib, boşa
-
nıb, bir uşağı da var. Mən də “bizneslə” məşğul 
olduğumu,  Ukraynaya  nar  apardığımı  söylədim. 
Lena  Ukraynanın  Vinnitsa  şəhərində  yaşayırdı. 
Telefonunu  verdi,  Vinnitsaya  gəlsən  mənə  zəng 
et, dedi. Sonra öz kupesinə çəkildi. Mən də şirin 
xəyallar  içərisində  öz  kupemə  çəkildim.  Zamin
-
dən  Vinnitsa  şəhərinin  harada  olduğunu,  oraya 
gedib-getməyəcəyimizi soruşdum. Biz elə Vinnit
-
saya gedirik sözünü eşidəndə sevincimdən az qala 
qışqırdım. Lena haqqında Zaminə danışdım. Eh, 
darıxma hələ, o qədər Lena görəcəksən ki, dedi. 
Qatar Kiyevə çatanda dan yeri ağarmağa başla
-
mışdı.  Mən Volodyanın  kupesinə  keçib  onu  oyan
-
dırdım, jaketi qaytardım, çox sağ ol dedim. Yadda
-
şımda nəcib bir insan kimi qalıb Volodya... Yuxulu 
gözlərini ovuşdurub, key kimi oturdu, cavab olaraq 
nəsə mızıldadı. Sonra birdən diksinən kimi oldu, tez 
sıçrayıb  pencəyini  qapdı,  ciblərini  yoxladı  və  ağır 
zərbə almış kimi zarıdı. Axşam yeyib-içdiyi əsgərlər 
cibindəki olan-qalan pulunu da oğurlamışdılar. İndi 
Volodyanın avtobusa verməyə belə pulu yox idi. 


23
Nar  yeşiklərini  perrona  daşıdıq.  Bir  az  sonra 
baş  verən  hadisə  Ukrayna  haqqındakı  bütün  xoş 
xəyallarımı qara pərdəyə bürüdü. Bir dəstə cavan 
oğlan bizə yaxınlaşdı. Mallar kimindir, soruşdular. 
Məlum oldu ki, bunlar “reket”dir. Zamin irəli yeri
-
yib  onlarla  “razborkaya”  girdi.  Kənara  çəkildilər. 
Nəylə qurtaracağını bilmədiyim bu söhbətlər məni 
çox qorxudurdu. Zamin qayıdıb gəldi, pox yeyir
-
lər, dedi, bir köpük də verən deyiləm. Sonra məni 
yükün  yanında  qoyub  Vinnitsaya  gedən  qatarları 
axtarmağa getdi. Ən xoşagəlməzi də elə bu idi. Yad 
yer,  hava  soyuq,  cavan  oğlanlardan  biri  20  metr 
aralıda dayanıb gözlərini mənə zilləyib. Öldürücü 
təsiri vardı bu baxışların. Bu bir cüt gözdən qurtul
-
maqdan ötrü bütün “mal”dan əl çəkməyə hazırdım. 
Zamin isə görünmək bilmirdi. Bir az aralıda Volod
-
ya  məzlum-məzlum  səkinin  üstündə  oturmuşdu. 
Bu ağır saatda nar qutularından aralanıb Volodya
-
nın yanına getmək böyük təsəlli idi. Birlikdə siqaret 
çəkdik. Volodya Kiyev ətrafındakı bir qohumugilə 
getməkdən  ötrü  elektriçka  biletinə  yetəcək  qədər 
pul istədi məndən. Öz kasıb büdcəmdən ona 1 rubl 
verdim. Yaşarmış gözlərində təbəssüm vardı, nəsə 
demək istəyirdi, ancaq minnətdarlıq hissi deyəcəyi 
sözlərdən daha güclü idi. Pulu almağa bənd imiş 
kimi, çantasını götürüb uzaqlaşdı. 
Bundan  sonrakı  günlərdə  də  bir  neçə  dəfə  bu 
hal  təkrar  oldu:  Zamin  məni  yükün  yanında  qo
-
yub harasa yox olur, o gəlib çıxanacan o dünyanı 


24
görüb qayıdırdım. Nəhayət qayıdıb gəldi, yanında 
kürən bir xoxol vardı. Reketlərin başçısı deyəsən 
bu adam idi. Artıq mənzərə dəyişmişdi; bayaqdan 
bizi hədələyən cavan oğlanlar yeşikləri qonşu plat
-
formaya  daşımağa  başladılar.  Əmoğlum  allahın 
bəlası idi, onlarla necə dil tapmışdısa canla-başla 
qulluğumuzda hazır idilər. Ən qəribəsi bundan son
-
ra oldu. Vinnitsaya başqa sərnişinlər kimi getmir
-
dik. Yükümüz qatarın əks tərəfindəki lokomotivin 
kabinəsinə yüklənmişdi. Biz də maşinistin yerində 
oturub  sürətlə  uzaqlaşan  qatarın  geridə  buraxdığı 
yollara baxırdıq. Sevincimizdən bağırırdıq, mahnı 
oxuyurduq, sanki bütün dünya bizim olmuşdu. 
Vinnitsada Vera Nikolayevnanın evinə gəldik. 
Vera Nikolayevna Nadejdanın anası idi. Nadejda 
Zaminin köhnə sevgilisi. Nadya özü də qonşuluq
-
da yaşayırdı. Təsadüfən Şimaldan məktəb rəfiqə
-
si – Lyüdmila qonaq gəlmişdi. Birdən-birə böyük 
bir şənliyin içinə düşmüşdük. Lüdmila hırhırının 
biriydi, tez-tez adamı qucaqlayır, sürtüşürdü. Pivə 
içməkdən  çəlləyə  dönmüşdü,  qırmızı  yanaqları, 
dombalan gözləri vardı. Lüdmila Vinnitsada do
-
ğulmuş, ancaq Arxangelskə ərə getmişdi. Düzdür 
orada  maaşlar  yüksək  idi,  ancaq  bir  ayağı  bura
-
daymış, gec-tez Vinnitsaya qayıdacaqmış. Elə ilk 
saatlardan bir-birimizi çoxdan tanıyırmış kimi ol
-
duq. Zamin mənə göz vurub, “hə necədir, xoşuna 
gəlir, istəsən...” deyirdi, ancaq mənim ağlım Le
-
nanın yanında idi. 


25
Zaminlə birlikdə onun tanıdığı yerli kooperativ
-
lərə gedir, gətirdiyimiz malı təklif edirdik. İşlərimiz 
yaxşı getmirdi. Pulumuz qurtarmaq üzrəydi. Ertəsi 
gün Zamin qatara minib Çernovtsı şəhərinə yollan
-
dı. Rumınya ilə sərhəddə yerləşən bu şəhərdə böyük 
baraxolka  (bit  bazarı)  vardı.  Zaminin  coğrafiyası 
şəhərlərə görə deyil, sevgililərə görə dəyişirdi. Sev
-
gilisi olan şəhərlər onun vətəni idi. Mən Vera Niko
-
layevna ilə tək qalmışdım. Son dərəcə təmizkar olan 
bu qadının zəif damarı vardı. Masamızın üzərindəki 
araq butulkasına gözucu baxırdı. Ürəyindən keçəni 
anlayıb ona içki təklif edirdim. “Yox, yox, olmaz” 
deyirdi, ancaq tərəddüdü üzündən oxunurdu.
- Bəlkə bir damcı içəsiniz?
- Hə, bir damcı olar...
Sonra bu bir damcı bir qədəh olurdu. İradəsini 
toplayıb:
- Artıq bu qədər yetər – deyirdi.
Həqiqətən də azacıq içki ona yetirdi, kefi yaxşı
-
laşır mahnı oxuyurdu. 
Axşam  Lena  ilə  görüşdüm.  Ukraynada,  gözəl 
bir qızla parkda dolaşıram, nə edəcəyimi bilmirəm, 
ruscam zəifdir, cibimdə qəpik-quruş var. Onunla nə 
söhbət  etdiyim  yadımda  qalmayıb. Yadımda  qalan 
budur ki, Lenanın pula ehtiyacı vardı, Türkiyəyə iş
-
ləməyə getmək istəyirdi, ancaq bunu necə edəcəyini 
bilmirdi.  Mənim  düşüncələrim  daha  romantik  idi, 
parkda  onunla  qucaqlaşmaq,  öpüşmək  istəyirdim. 
Lena  istəklərimi  geri  qaytarırdı.  Yalnız  indi  başa 


26
düşürəm,  ona  yardım  etməliydim,  bir  qafqazlıyla 
yaxınlıq etməsinin başqa səbəbi ola bilməzdi. Tək 
körpəsi ilə ehtiyacın son həddinə gəlmişdi. Ancaq o 
zaman bunu başa düşmürdüm, başa düşsəydim belə, 
Lenanın axtardığı qafqazlı mən deyildim, yəqin ki 
sabah pulum olacaqdı, ancaq bu gün, bu axşam yox
-
sul idim. Həm də, Lenayla pul qarşılığında sevgi ya
-
şamaq istəmirdim. Bəlkə də həyatımı ona bağlaya 
bilərdim, qal desəydi onunla orada, Vinnitsada qa
-
lardım, ancaq Lenanın düşüncələri başqaydı. 
Dükandan  yeyəcək  bir  şeylər  və  içki  aldıq, 
Lenanın evinə yollandıq. Kiçik jurnal masasında 
süfrə  açdıq,  tanışlığımızın  şərəfinə  yarım  qədəh 
“qrilka” içdik. Plastinkada musiqi qoydu, rəqs et
-
məyə başladıq. Köynəyinin altından əlimi çılpaq 
kürəyinə toxundurdum. Qeyri-adi bir istilik vardı 
bədənində.  Lena  bu  tərəfindən  baxanda  o  tərəfi 
görünən həmin o qızlardandı...
Qapı döyüldü. Lena gözlükdən baxıb:
- Ərimdir, - dedi. 
Necə dəhşətli qorxu hissi keçirdiyimi təsəvvür 
edin.  Artıq  hər  şey  bitdi,  bu  iş  qanla  qurtaracaq 
deyə düşündün. Bir anda nə edəcəyimi götür-qoy 
etməyə  başladım.  Gözümün  ucuyla  masanın  üs
-
tündəki bıçağı işarətlədim. Ayaq üstə dayanıb göz
-
ləməyə başladım.
Lena  soyuqqanlı  idi.  Üstünü  qaydaya  saldı, 
tələsmədən  gedib  qapını  açdı.  Cavan  oğlan  içəri 
girdi, demək olar ki üzümə də baxmadan:


27
- Bağışlayın, narahat etmək istəməzdim... – de
-
yib, soyuducuya yaxınlaşdı, içki şüşəsini götürüb 
sağollaşıdı, qapını arxasınca çəkib yox oldu. Lena 
da gedib qapının zəncirini keçirtdi. 
Bu hadisə ovqatımı korladı. Bəlkə bir az içsəm 
özümə  gələrəm  dedim.  Ancaq  Lena  daha  içmək 
istəmirdi. Əlindən tutmaq istədim. Yenə könülsüz 
idi.  Balaca  çarpayıda  uşaq  yuxudan  oyanıb  ayaq 
üstə  qalxmışdı,  çarpayının  kənarlarından  yapışıb 
dartınır, sanki idman edirdi. 
Ərindən yenicə boşanmışdı, hələ rəsmi işləmlər 
tamamlanmamışdı. Ağlıma gəldi, bəlkə də yad bir 
kişini evinə gətirməklə ərindən qisas almaq, “bax, 
mən  heç  də  bədbəxt  deyiləm”  demək  istəyirdi. 
Artıq bu vəzifəni tamamlamış kimiydi. Çünki, ta
-
mamən süstləşdi, öpüşlərimə cavab vermədi, əlinin 
yüngül hərəkətiylə məni özündən kənarlaşdırdı. 
Lenayla sevişmədən ayrıldıq. 
Vera Nikolayevna ilə evdə tək qalmışdım. Qon
-
şu mənzildə Lyuba da tək qalmışdı, çünki Nadejda 
“çamadan ticarəti”ylə məşğul olurdu, biz gəldiyi
-
miz günlərdə Türkiyə səfərinə hazırlaşırdı, bu ax
-
şam  Kiyevə  yola  düşmüşdü.  Babuşka  Vera  dadlı 
borş bişirmişdi. 
- Yaxşı yeməyim olanda istəyirəm qonağım gəl
-
sin – dedi.
Mən buz dolabını açıb araq şüşəsini çıxartdım. 
Qadın ikrahla başını buladı. Ancaq gözucu baxışla
-
rı şüşədən qopa bilmirdi.


28
- Sadəcə bir damcı.
- Hə, bir damcıysa, olar...
Bir  qədəh  içdik.  Ukrayna  araqları  kimi  təmiz 
içki görməmişəm. Vera xalanın içkiylə bağlı özü
-
nün nəzəriyyəsi vardı:
- Çox adam vodkanın quru yeməklə içəndə yax
-
şı getdiyini deyir, ancaq məncə vodka yalnız sulu 
yeməklə içilməlidir...
Bu arada qapının zəngi çalındı. Vera xala yüngül 
addımlarla, deyərdim ki, rəqs edə-edə qapıya doğru 
yeridi. Gələn Lyuba idi. Nadejdanı yola salıb geri 
qayıdırdı.  Hər  zaman  olduğu  kimi  nəşəliydi.  Özü 
ilə bir çanta pivə gətirmişdi. Bu qız pivə xəstəsiy
-
di. İri, ətli dodaqları, parıldayan yanaqları, sıra ilə 
düzülmüş bəyaz inci dişləri xoşbəxtlikdən başqa bir 
anlayış tanımadığından xəbər verirdi. Başdan-ayağa 
ehtiras  idi  Lyuba. Yanımda  oturub,  elə  belə  olma
-
lıymış kimi, əlimdən tutmuş, dizini dizimə söykə
-
mişdi. Xəyalım Lenanın yanındaydı. İndiki ağlımla 
fikirləşəndə, Lyuba çox gözəl və seksual idi, hər bir 
kişi həyatında heç olmasa bir dəfə belə gonbul bir 
qadınla yatmalıdır. Ancaq o anda Lyuba mənə çirkin 
görünürdü. Üzümə baxıb tez-tez deyirdi:
- Mısmırığını sallama...
Məsləhət  gördü,  pivəyə  araq  qarışdırıb  içim. 
Lap azacıq qatdım. Bunun adamı lül-qəmbər sərxoş 
edəcəyi ağlıma gəlməzdi. Bir azdan artıq üçümüz 
də birlikdə var səsimizlə mahnı oxuyurduq. Lyuba
-
nın söylədiklərini güclə qavrayırdım. Ayağa qalxıb 


29
rəqs  etməyə  başladıq.  Maqnit  kimi  biri-birimizə 
yapışmışdıq. Elə rəqs edə-edə qapıya doğru yönəl
-
dik. Bir azdan sonra artıq Lyubanın yatağındaydım. 
Bir begemot kimi məni ovlayıb yatağına salmışdı. 
Soyunub yorğanın altında onu gözləyirdim. Ancaq 
Lyuba tələsmək bilmirdi. Əsl həngamə də bundan 
sonra başladı. 
Lyuba rəqs edirdi.
Dolabdan  çeşidli  rəqs  kostyumları  çıxarıb  ge
-
yinir,  mənə  məlum  olan-olmayan  xalq  rəqslərini 
çılğınlıqla oynayırdı. Rəqs bitdiyində artıq bu so
-
nuncudur,  indi  yatağa  girəcək  deyə  düşünürdüm. 
Ancaq  belə  olmurdu.  Qaraçı  rəqsi,  qafqaz  rəqsi, 
yunan rəqsi, hind rəqsi biri-birini əvəz edirdi. Lyu
-
ba kostyumları bir-bir çıxarır, ərinmədən geyinir və 
dəli kimi oynayırdı. Bədənindən sel kimi tər gedir
-
di. Əsl tamaşa idi. Artıq sonsuzadək bitməyəcəyini 
düşünürdüm bu dəliliyin. Hələ də yadıma düşəndə 
məntiqi izahını tapa bilmirəm onun bu hərəkətinin. 
Sevgiöncəsi bir ritual olsaydı belə bu qədər uzun 
sürməməliydi. Sonralar Lyubanın, Arxangelskə ərə 
getmədən  öncə  Vinnitsa  rəqs  ansamblının  solisti 
olduğunu öyrənsəm də, yenə də mənə görə izah- 
olunmaz idi onun bu sevgi ritualı. Ancaq yataqda 
bu  incəsənətin  heç  izi  tozu  da  yox  idi.  Qaranlıq
-
da  tikanlı  bir  dəliyə  girmiş  kimi  oldum.  Sadəcə 
bir dəfə hıqqıldayıb birdən-birə süstləşdi və dərin 
yuxuya getdi. Beləcə həyatımdakı ilk sevgi təcrü
-
bəm səfehcəsinə sona çatdı.    


30
Gecəyarı rəqqasəsi səhər erkəndən oyanıb “xo
-
lodes”  bişirmişdi.  Bir  erkəyə  necə  qulluq  etmək, 
könlünü necə oxşamaq qaydalarını çox gözəl baca
-
rırdı bu qadın. Parlaq al yanaqları və qırmızı boyalı 
dodaqları yenə də üstündə idi. Boynumda öpüş izi 
buraxaraq öz sevgi oyununu gözəl bir şəkildə ta
-
mamlamışdı. 
Günorta Zamin qayıdıb gəldi və biz axşam qa
-
tarıyla “malları” Çernovtsıya daşıdıq. Lyubanı bir 
daha görmədim.    


31

GƏNCLIKDƏ BELƏ 
SƏHVLƏR OLUR

Download 474,66 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish