31
RADİOYAYIM. TEXNİKİ VƏRDİŞLƏR /
YAXŞI TƏLƏFFÜZ VƏ İFADƏLİ OXU ÜÇÜN NƏ ETMƏLİ?
III BÖLÜM
YAXŞI TƏLƏFFÜZ VƏ İFADƏLİ OXU ÜÇÜN NƏ ETMƏLİ?
Artikulyasiya danışarkən sözləri nə dərəcədə aydın
tələffüz edilməsini bildirən termindir. Bura sözləri
bircə-bircə tələffüz etmək və danışıq səslərini aydın
səsləndirmək də daxildir.
Yaxşı yayım aparıcısı, xəbərçisi olmaq üçün bir az
səsinin üzərində işləməlisən:
▪ Cümlənin sonunda səsin kəsilməməlidir. Bu, nəfəs
çatışmazlığından olur, ona görə də uzun-uzadı
cümlələrdən yayın (daha ətraflı VI bölüm).
▪ Ucadan danışma və təsəvvür etmə ki, sən
otaq dolu
insanlarla danışırsan. Bu, belə deyil. Studiyadan
kənarda olduğun kimi rahat və özün ol, bir nəfərlə
söhbət edirmiş kimi danış. Azca formallıq da lazımdır,
amma o qədər də yox.
▪ Yayımda boşluqlar buraxmayasan deyə, nəfəsalmanı
məşq et, yavaş- yavaş amma dərindən nəfəsalmağı
öyrən.
▪ Oxuyacağın hər şeyi başa düşdüyünə əmin ol;
oxuduğunu qavrasan, hansı yerdə vurğu qoymaq
lazım olduğunu, səsini hansı hissədə yüksəltməli,
alçaltmalı olduğunu biləcəksən. Bu, dinləyicinin də
anlaması üçün vacibdir.
AYDIN (TƏMİZ) TƏLƏFFÜZÜN 3 ŞƏRTİ VAR:
1. Səs dəqiqliklə formalaşmalıdır.
2. Səsi qədərincə nəfəslə doyurmaq lazımdır,
yəni nəfəs səsi lazımınca dəstəkləməlidir.
3. Səs bütünlüklə bitməlidir.
32
XƏBƏRLƏR VƏ GÜNLÜK OLAY PROQRAMLARI ÜÇÜN MƏZMUN YARATMA
HADİSƏ YERİNDƏN XƏBƏRLƏMƏ
IV BÖLÜM
HADİSƏ YERİNDƏN XƏBƏRLƏMƏ
İstər qaynar, istərsə də soyuq xəbər olsun, onun
keyfiyyətli məzmun təmin etmək üçün
jurnalist
bir az çox çalışmalıdır. Söhbət səslərlə olayı insana
çatdırmaqdan gedirsə, təbiidir ki, reportyor səsin
yanında olmalıdır. Dinləyici sənə qulaqlarını verir, sən
ona gözlərini. Radio dinləyiciyə eşitməklə hadisəni
görməsinə yardım edir. Çünki təbii səslər, reportyorun
təsvirləri, olay iştirakçılarının danışdıqları, hadisəni
qulağa sızdıran təbii dialoqlar və sair mənzərəni
insan
görmədən belə onun üçün canlandırır.
Beləliklə, hadisəni yerindən xəbərləmək xəbərçiliyin ən
optimal yoludur.
Beyin həmləsi:
Bunun üstünlükləri nədir?
Öz cavablarını bunlarla tutuşdur:
▪ Reportyor nələr baş verdiyinə özü şahid olur –
aldadılma, subyektivləşmə ehtimalı azalır,
obyektivlik
artır.
▪ Şikayətçi, zərərçəkənlə birbaşa ünsiyyət -
məlumat toplanması, olayın yaşadılması və dəqiq
çatdırılmasında əhəmiyyətli rol oynayır.
▪ Hadisəni təsvir etmək üçün müşahidə imkanı yaranır,
hadisə yerinin reportyoru seyrçinin gözünü əvəz
edir. Odur ki, reportaj daha inandırıcı və inamlı alınır.
▪ Hadisə yerindəcə dinləyicini maraqlandıracaq, olaya
dərinlik qatacaq suallarına cavab tapmaq şansın var.
Do'stlaringiz bilan baham: