30
RADİOYAYIM. TEXNİKİ VƏRDİŞLƏR
REPORTYORUN SƏSİ / MƏTNİ OXUMAğIN BİR SIRA PRAKTİK QAYDALARI
III BÖLÜM
REPORTYORUN SƏSİ
MƏTNİ OXUMAğIN BİR
SIRA PRAKTİK QAYDALARI
Radioda ən vacib səslərdən biri reportyorun səsidir.
Yazdığı mətni oxumaq elə də asan deyil. Burada
ssenarinin necə oxunması və necə təqdim olunması
kimi bir çox incə nüanslar var. Öncəliklə yadda saxlayın
ki, ssenari informasiyanı dinləyiciyə çatdıran vasitədir.
O, səninlə dinləyicilər arasında maneə yox, körpüdür.
Dinləyici sənin yazını üzündən oxuduğunu hiss
etməməlidir. Bu, sənin dinləyici ilə danışığındır, söhbət
edirmişsiniz kimi. Diqqətini mövzunu söyləməyə
cəmlə, oxumağa yox. Sən danışmağa başlayanda
auditoriya səni mühakimə edir, qiymətləndirir. Geyimin
münasibdirsə və sən özünü rahat hiss edirsənsə, bu,
radiodakı abu-havaya da təsir edəcək və dinləyicilərin
sənin haqqında təəssüratı müsbət olacaq. Sən gərgin
və əsəbisənsə, səsin cingiltili və ya çox yüksəkdirsə,
sözlərin anlaşılmazdırsa, bu da təsirsiz ötüşməyəcək.
Dinləyicinin reaksiyası mənfi olacaq, hiss edəcək
ki, nəsə yolunda deyil. Effektli ünsiyyət qurmaq
istəyirsənsə, nə demək istədiyinə hazır olmalı və bunu
aydın ifadə etməlisən: doğru yerdə, doğru vurğuyla,
doğru sürətlə söyləməlisən. Bütün bunlarla yanaşı,
səsin qırılmamalı, sözlər bir-birinə dolaşmamalıdır. Təbii
ki, bu vaxt alır və praktikadan asılıdır, amma bu, bütün
yayımçıların əməl etməli olduğu vacib bir amildir.
▪ İşə başlamazdan əvvəl səsinin səviyyəsini yoxla
▪ Oxumağa başlamazdan əvvəl həmişə bir neçə dəfə
dərindən nəfəs al. Bundan sonra mətnin ilk bir neçə
cümləsini oxumaq üçün nəfəsalmaya (fasilə etməyə)
ehtiyacın olmayacaq.
▪ Oxuduğunuz xəbərlərdirsə, hər bir xəbər ayrıca
səhifədə olmalıdır ki, rahat oxunsun.
▪ Həmişə mətndə ikiqat boş yer burax. Bu, son dəqiqə
lazım olan dəyişikliklər üçündür.
▪ Özünlə studiyaya qələm götürməyi unutma. Bu,
dəyişiklikləri, yerdəyişmələri düzəltməyə, vurğuları
və fasilələri qeyd etməyə gərəkdir.
▪ Mətni oxuduğun zaman qısa fasilələrdən çəkinmə.
Dinləyicinin də informasiyanı qavraması üçün
zamana ehtiyacı var. Bir az uzun fasilə onlara şüuraltı
olaraq sənin yeni mövzuya keçid aldığını xəbərləyir.
▪ Taxırsansa, gözlüyünü də özünlə götürməyi unutma
▪ Səs salan şeylər geyinmə. Məsələn, metal elementli
paltarlar, dəri gödəkçə, iri qolbaq və boyunbağılar.
Çalış, qələmini stolun üstünə atmayasan.
▪ Ağzın quruya bilər, odur ki, özünlə su götür.
▪ Efirdən və ya səs oxumazdan əvvəl şirniyyat, şokolad
yemə. Şəkər tüpürcəyi artırır.
▪ Vərəqləri bir-birinə tikmə. Oxuyan zaman onları
çevirmək çətinləşir. Tikəndə sən hansısa hissəni
qaçıra bilərsən, vərəq ikili çevrilər və gözündən
yayınar.
▪ Studiyaya getməzdən əvvəl mətni tam götürdüyünə
və ardıcıllığın düzgün olduğuna əmin ol.
▪ Mətni kompüterdən oxuyacaqsansa, hər ehtimala
çap versiyasını da əlinin altında saxla. Texnikaya
etibar yoxdur – dona və ya sönə bilər.
▪ Oxuduğun səhifələri səssizcə bir tərəfə qoy, ard-
arda əlində cəmləmə.
▪ Saatı yoxla, qulaqlıqların və mikrofonu söndürən
düymənin olduğuna (və necə işlədiyinə) əmin ol.
▪ Nəyisə ixtisar edəcəksənsə, əvvəlcədən daha az
əhəmiyyətli hissələri işarə et və onları ən sonda
yerləşdir.
Studiyada xəbər oxuyan rahat oturmalıdır, amma bu
yöndəmsiz oturuş olmalı deyil. Sərbəst olmalıdır, bu,
hər şeyi boşuna buraxmaq demək deyil. Danışmağa
başlamazdan əvvəl, normal nəfəs almalı və dərindən
bir-iki əlavə nəfəs dərməlidir.
Do'stlaringiz bilan baham: