71
Studiyaya edilən telefon zəngləri, əslində, adi
insanlara öz düşüncələrini, çətinlik və problemlərinə
aid fikirlərini efirdə demək imkanı verməkdir.
Digər tərəfdən dinləyicilərə tribuna vermək, sıravi
vətəndaşlara bu və ya başqa problemlərlə bağlı söz
demək imkanı yaratmaq, cəmiyyətdə müəyyən birlik
hissi yaratmaqdır. Bu onların özlərini cəmiyyətin bir
hissəsi olduqlarını hiss etmələrinə imkan verir, yaxud
bu düşüncənin formalaşmasına yardımçı olur. Mobil
telefonların geniş yayılması dinləyicilərlə bağlantını
xeyli asanlaşdırır. Lakin “telefon proqramları” istər
texnologiyalar, istərsə də iştirakçılar və “məhsul”
baxımından olduqca həssas formatdır.
Bəzi texniki məsələlər.
Dinləyiciləri verilişə zəng
etməyə dəvət edərkən yaxşı olar ki, adi nömrə deyil,
xüsusi nömrə olsun. Çünki telefon xətlərində olan
problemlər verilişin uğursuz olmasına səbəb ola
bilər. Zəngləri qəbul etməyin əsas vasitələrə bunlar
daxildır:
1. Canlı yayıma verilməmişdən əvvəl zənglərə cavab
vermək.
2. Bir neçə zəngin qəbulu – eyni zamanda dörd ya
beş.
3. Zəngi lazım olan qədər uzatmaq, zəng edənə
proqram haqqında ipucular və replikalar vermək.
4. Canlı yayımda eyni zamanda iki zəngi qəbul etmək
bacarığı.
5. Studiyadan gələn zənglər.
6. Canlı yayımda iştirakından sonra zəngin ona
əvvəlcə cavab verənə yönəldilməsi.
Telefon proqramının təsnifatı.
Zənglərlə olan
verilişin prodüseri həmin proqramın məqsədini dəqiq
müəyyənləşdirməlidir. Əgər xətlər sadəcə bütün
dinləyicilər üçün açıq olsa, onda bu, xaos yaradacaq.
Nə qədər acı olsa da, mənasız danışan boşboğazlar
və sadəcə, kiminləsə danışmağa ehtiyac duyan tənha
insanlar çoxdur. Təcrübəsiz adamların müəyyən bir
mövzu haqqında verdiyi məsləhətlər həmin mövzu
haqqında daha çox məlumata malik olan insanların
narahatlığına səbəb olacaq və sualı verən adam üçün
əlavə problemlərə yol aça bilər. Telefon zəngi ilə
hazırlanan verilişlərin bu formaları var:
Aktual debat. Proqramın mövzusu əvvəlcədən seçilir
və dinləyicilər öz fikirlərini bildirmək üçün zəng
etməyə dəvət olunurlar. Mövzu fərdi suallara faktiki
cavab verməyə həsr edilə bilər – tibbi problemlər,
vətəndaşların hüquqları, şəriət qanunu və s. Ya da
proqram daha çox fəlsəfi xarakterli ictimai diskussiya
əldə etmək üçün bir fürsət kimi istifadə edilə bilər
– siyasi davranışlar, iqtisadiyyatın durumu, səhiyyə
və ya təhsil. Təqdimatçının proqramın əvvəlində
mövzu haqda bir az danışması və müzakirə ediləcək
məsələləri qaldırması mahiyyyət etibarilə yardımçı
olur. Proqramda qonaq ekspert ya da ekspertlər
iştirak etməyə dəvət edilə bilər.
Açıq xətt. Öncədən mövzu hazırlanmır və dinləyicilər
hər hansı mövzuda danışmaq üçün dəvət olunurlar.
Çox zaman müzakirə aktual maraqda olan bir məsələ
üzrə inkişaf edir. Zəng edənlərə sözünü kəsmədən
öz istədikləri mövzuda bir dəqiqə danışmağa imkan
vermək yaxşı nəticə verir, əlbəttə ki, onlar ədəbli
olarsa və qanun çərçivəsində qalarlarsa.
Suallar və cavablar. Dinləyicilər cavab tapa
bilmədikləri suallarla zəng edirlər. Təqdimatçı digər
dinləyicilərə zəng edib cavab verməyə çağırır. Bu
“Tibb işçisi Smit Roud bu adı necə qazanıb?” yaxud
“Dəmiryolu xəttinin yeni qolunu kim çəkib və niyə?”
kimi yerli mövzular üçün daha uğurlu olur.
Viktorina şousu. Təqdimatçı dinləyiciləri efirdə
qoyduğu suallara cavab vermək üçün zəng etməyə
dəvət edir. Gözəl seçilmiş musiqi ilə qarışdıqda
(adətən, zənglər arasında qalan vaxtda ardıcıllıq üçün)
nəticə çox əyləndirici, maraqlı və tərbiyəvi olur – bu,
uşaqlar, yeniyetmələr üçün verilişlərdə xüsusilə yaxşı
təsir bağışlayır.
İstehlakçı çempionları. Dinləyicilər həll etməkdə
çətinlik çəkdikləri problemlərlə bağlı zəng edirlər.
Ola bilsin ki, onlar keyfiyyətsiz mal alıblar ya da
yararsız xidmətlə üzləşiblər. Məsələn, efirə çıxıb
problemlərini açıqlayandan sonra radiodan bir nəfər
arxa planda daha çox məlumat toplayıb sorğu-sual
araşdırması aparır. Bu, xidmət təminatçısı, peşəkar
qurumlar və ticarət assosiasiyaları və rəsmilər kimi
bir çox insanlarla zəng edib əlaqə qurmaq deməkdir.
Radio stansiyalar hər iki tərəf, həm istehlakçı, həm
də istehsalçılar qarşısında da məsuliyyət daşıyırlar.
Xüsusi bir işə cəlb olunduğu halda proqram ədalətli
olmalıdır. Ən yaxşı halda bu format ictimaiyyətə
ümumi tətbiq edilən məsləhətlər verməyə xidmət
edir. İstehlak işləri ilə məşğul olanlar daha çox
şikayətçinin tərəfində olurlar, amma unutmaq olmaz
ki, şikayətçilərin sayı artdıqca onlara nəzarət etmək
də çətinləşir. İnsanlara kömək etmək çox yaxşıdır,
bir daha xatırladıram, radio stansiyalar iş adamları
və istehlakçıların qarşısında da məsuliyyət daşıyırlar.
Do'stlaringiz bilan baham: