Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet4/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   2   3   4   5   6   7   8   9   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

6
I BÖLÜM
RADİO NƏDİR? / 
RADİONUN ÖZƏLLİYİ VƏ MEDİADA YERİ
RADİONUN ÖZƏLLİYİ VƏ MEDİADA YERİ
Universal ünsiyyət vasitəsi olan radio ötən illərdəki 
qüdrətini itirsə də, media vasitəsi kimi yenə bir 
neçə saniyəyə böyük qitələri qısa dalğalar vasitəsilə 
birləşdirir, insanları müxtəlif məlumatlarla təmin edir. 
Internetin yaranması ilə o, yeni arena qazanır. Minlərlə 
radiostansiya geniş auditoriya spektrinə xidmət 
etməkdədir. Bu həm də tələbələrin radiostansiya 
yaratmasının ən sadə və ucuz üsuludur. Radio digər 
elektron KİV-lə olduqca effektli surətdə rəqabət 
aparmaqdadır. Bu onun yüklənmə zamanı çox az 
yer tutması və ya məlumat axınında böyük yer tələb 
etməməsinin nəticəsidir. Radionun özəlliyini aşağıdakı 
xüsusiyyətlər müəyyənləşdirir:
1. Radionun əsası səsdir; söz (nitq), səs lövhələri və 
musiqi radionun əsas ifadə palitrasıdır;
2. Media vasitəsi olaraq yazılı mətnə deyil, şifahi nitqə 
əsaslanır;
3. Qəzet və TV ilə müqayisədə materialın çatdırma 
üsulunda fərqlər mövcuddur;
4. Qavrayış (dinləmə şəraiti) fərdidir, intimdir;
5. Məlumatın çatdırılmasında radionun öz müsbət-
mənfi cəhətləri (görüntü, dəqiqlik və s.) var;
6. Radio portativdir. Radio iPhone-larda, androidlərdə, 
tabletlərdə, bütün portativ vasitələrdə daşına bilər.
Televiziya, jurnallar, qəzetlər, kinoteatrlar, teatrlar, 
internet saytları, DVD və CD arasında yüksək 
rəqabətin getdiyi bir zamanda radio prodüserləri 
radionun bu rəqabətə necə qoşula biləcəyini dəqiq 
nəzərə almalıdırlar.
Dinləyici səsi eşidən kimi görüntünü xəyalında 
canlandırır. Onun təxəyyülündə danışılan olay 
haqqında fərqli görüntülər yaranır. 
1. TV təqdim etdiyi konkret görüntü ilə insan 
təxəyyülünün sərhədlərini məhdudlaşdırır, amma 
radio insan təxəyyülü üçün hüdudsuz imkanlar 
yaradır. Görüntü prosesi görməyə imkan verir. Sadə 
qrafiklər isə minlərlə sözü əvəz edə bilir. Bunlar TV-nin 
üstünlükləridir.
2. Radionun təxəyyülə əsaslanması insanların 
müxtəlif faktiki hadisələrə fərdi yanaşması və 
hətta bu hadisələrin şişirdilərək təsvir olunması ilə 
nəticələnməməlidir. Radio müxbirləri hər hansı bir 
hadisəni təsvir etmək üçün münasib sözlər seçir, 
bununla da dinləyicinin beynində obrazlar yaradır 
və o hadisəni unudulmaz edir. Hadisənin real 
mənzərəsini yaratmaq üçün həmin məkana aid olan 
səs lövhələrindən (interküylərdən) faydalanmağın da 
üstünlükləri var.

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish