11
RADİONU ANLAMAQ /
SƏS DALğASI / SƏSİN XARAKTERİSTİKASI
II BÖLÜM
SƏS DALğASI
SƏSİN XARAKTERİSTİKASI
Səs dalğası
– səs dalğalarla yayılır və metrlə ölçülür.
Onlar dalğavari, üfüqi xətlər şəklində ola bilər.
Radiodalğalardan 3-ü kommersiyaya yararlıdır. Onların
ölçüləri belədir:
▪ Uzun dalğa (1000 metrdən uzun)
▪ Orta dalğa (150m-900m)
▪ Qısa dalğa (10m-50m)
AM
– radio yayımları ilkin olaraq analoq
texnologiyadan istifadə edilərək yaradıldı. Bu,
“Amplitud Modulyasiya” adlanır və radiodaşıyıcı
dalğanın gücü (amplituda) səsi yaymaq üçün dəyişir.
Bu zaman dalğanın uzunluğu (tezliyi) olduğu kimi qalır
(aşağıdakı diaqrama bax).
FM
– bir çox müasir analoq radio yayımları FM
(Frequency Modulation - tezlik modulyasiyası) istifadə
edir. Burada dalğanın tezliyi (və ya uzunluğu) dəyişir,
amplituda sabit qalır (aşağıdakı diaqrama bax). Bu,
daha aydın və yaxşı keyfiyyətli səs yaradır.
Radioda səsin dinləyiciyə çatdırılması məzmun olaraq
keyfiyyətli materialın hazırlanması ilə bitmir. Bu
materialın necə çatdırılması da önəm daşıyır. Bir halda
ki, dinləyicinin geri qayıdıb dinləmək imkanı olmur, ona
“təmiz” səs ötürmək lazımdır.
Odur ki “təmiz” səsin ötürülməsi təkcə, səsi yığıb
gətirən, montaj edən jurnalistdən yox, həm də bu
məhsulu efirə verən texnologiyadan və onunla
çalışanlardan asılıdır.
Studiyada mikşer pultu, mikrofonlar, kompüterlər,
diktofonlar – hamısı prodüserin sərəncamında
olmalıdır. Bəzi prodüserlər bu texnika ilə
maraqlanmadıqlarını bəyan edirlər. Təəssüf ki texniki
cəhətdən nəyin mümkün olduğunu bilmirsənsə,
o zaman onun potensialını bütövlüklə dərk edə
bilməzsən.
Səsin xarakteristikasına ton (ing. pitch), keyfiyyət və
səsin yüksəkliyi aiddir. Ton insan qulağının qəbul etdiyi
səs tezliyidir. Yüksək tezlik yüksək ton, alçaq tezlik
alçaq ton yaradır. Biz eşitdiyimiz və yazdığımız səslərin
tonlarını tənzimləyə bilmərik, amma biz onların
keyfiyyətinə və yüksəkliyinə nəzarət edə bilərik.
Bizə düzgün akustikada və düzgün səviyyədə səsi
yazmaq lazımdır: səsin yazılma səviyyəsi həddindən
artıq yüksək olarsa, səs korlanacaq. Bu, o deməkdir
ki, səsyazma sisteminin elektronikası səsin db
səviyyəsinin öhdəsindən gələ bilməyib və səs “qırılıb”.
Eyniylə, çox aşağı səviyyədə yazılmış səs (deyək ki,
-42db) istifadəyə yararlı ola bilməz. Səsin keyfiyyətinə
səs yazılan məkandakı kənar səslərin yüksəkdən olması
təsir edə bilər. Mikrofonun səs mənbəyindən çox uzaq
və çox yaxın tutulması da səsin yazılma keyfiyyətini
aşağı salır. Mikrofon və diktofonun keyfiyyəti də səs
yazılmasında önəmlidir. Mobil telefonla, ya da təkcə
diktofonla yazılan səsin keyfiyyəti yaxşı olmayacaq.
Do'stlaringiz bilan baham: