5/23/23, 3:33 PM
Ali məktəbdə tərbiyə işinin təşkili | Ogtay Ismayil's blog
https://ogtayismayil.wordpress.com/2016/02/19/ali-məktəbdə-tərbiyə-isinin-təskili-2/
1/4
Ogtay Ismayil's blog
PEDAQOGİKA, PSİXOLOGİYA/ PEDAGOGİCS, PSYCHOLOGY
Ali məktəbdə tərbiyə işinin təşkili
FEVRAL 19, 2016 | OGTAY ISMAYİL | BİR ŞƏRH YAZIN
Plan:
1. Ali məktəbdə tərbiyə prosesinin mahiyyəti;
2. Ali məktəbdə təlim və tərbiyə proseslərinin vəhdəti;
3. Ali məktəb müəllimi tərbiyəçi kimi;
4. Nəticə.
Ali məktəbdə tərbiyə prosesinin mahiyyəti.
Ali məktəbdə
tərbiyə işi,
tələbə şəxsiyyətinin
maksimum inkişafını təmin etməklə, ali təhsilli mütəxəssis üçün zəruri olan keyfiyyətlərin
formalaşdırılması prosesidir. Tərbiyə prosesində iki tərəf iştirak edir:
Pedaqoji vəzifələri müəyyənləşdirən, məqsədəuyğun vasitə və metodlar seçən, nəticələri
yoxlayan, korreksiya işi aparan, öz fəaliyyəti, hərəkətləri, davranış tərzi ilə fərqlənən tələbələrə
məqsədyönlü təsir göstərən
müəllim
;
Tərbiyəvi təsirlərə məruz qalan, ona müəyyən münasibət bəsləyən, müxtəlif yaşantılar keçirən,
fəallıq yaxud passivlik göstərən
tələbə
.
Deməli ali təhsil müəssisəsində tərbiyə müəllimlərin və tələbələrin qarşılıqlı fəaliyyətidir. Bu
fəaliyyətin müvəffəqiyyəti, bir tərəfdən öyrədəndən, tərbiyə edəndən, digər tərəfdən təhsil və tərbiyə
alandan, üçüncü tərəfdən isə, təhsil, tərbiyə və təlimin qarşılıqlı əlaqə zamanı tətbiq edilən
metodlardan asılıdır.
Tələbənin tərbiyəsi deyərkən, onun dünaygörüşünün qabiliyyətlərinin, şüurluluğunun, məsuliyyət hissinin,
intizamlılığın, özünütənqid və özünütərbiyənin, özünüdərk və özünüidarə etməyin, adamlarla işləmə
bacarığının və digər şəxsi keyfiyyətlərinin inkişafı məqsədilə onun psixologiyasına, fəaliyyət və davranışına
edilən məqsədə uyğun təsirlər başa düşülür.
Ali təhsil müəssəsində tələbənin tərbiyəsinin əsas istiqamətləri aşağadakılardır:
Aktiv təlim fəaliyyətinin təmin edilməsi;
Ictimai və digər tapşırıqların verilməsi və icrası;
Motivlərin inkişaf etdirilməsi və s.
Ali məkətbdə tələbənin tərbiyəsi işini səmərəli qurmaq üçün onun hər bir şəxsi-psixoloji
keyfiyyətini, tələbatını, psixoloji strukturunu dərindən bilmək lazımdır. Unutmaq olmaz ki hər bir
şəxsi keyfiyyətin formalaşmasının başlanğıcı müəyyən hadisə və faktlarla bağlıdır. Bu və ya digər
keyfiyyətlərin formalaşmasını, sadəcə olaraq, bilik bacarıq və vərdişlərin mənimsənilməsi kimi başa
düşmək düzgün olmazdı. Bununla yanaşı, həm də
motivlərin inkişafi, gerçəkliyə münasibətin dəyişməsi,
zəruri psixoloji situasiyalarin yaradılması, tələbənin fərdi xüsusiyyətləri və inkişaf prosesindəki ziddiyyətlərin
nəzərə alınması
vacibdir.