1. ÜMumi DİLÇİLİk I indd


tunatov, Boduen de Kurtene



Download 10,63 Mb.
Pdf ko'rish
bet53/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   49   50   51   52   53   54   55   56   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

tunatov, Boduen de Kurtene bu və ya digər dərəcədə “gənc 
qrammatiklər”in tərəfdarları olmuşlar.
“Gənc qrammatiklər” cərəyanının prinsipləri bir sıra 
əsərlərdə formalaşmışdı. Bunlardan biri K.Bruqman və 
G.Osthofun 1878-ci ildə yazdıqları “Morfoloji tədqiqatlar” 
adlı əsərin I cildinə girişdir. Bu nəzəri girişdə “Gənc qram-
matiklər”in əsas təlimatı verilmişdir. Buna görə də həmin 
giriş “Gənc qrammatiklərin manifesti” hesab olunurdu. Diq-
qə ti cəlb edən ikinci əsər G.Paulun 1880-ci ildə nəşr etdir-
diyi “Dil tarixinin prinsipləri” adlı tədqiqatdır. Burada dil-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
96
çiliyin bir sıra mühüm problemləri “Gənc qrammatiklər” 
mövqeyindən şərh olunmuşdur. Eyni zamanda, kitabda 
nəzəri ümumiləşdirmələr də çoxdur. “Gənc qrammatik-
lər” cərəyanının prinsiplərini aydınlaşdırmaqda B.Delbru-
kun “Hind-Avropa dillərinin öyrənilməsinə giriş” (1880) adlı 
əsərinin də rolu az olmamışdır.
Gənc qrammatizmin məqsədi, onun tədqiqat istiqamət-
ləri bu üç əsərdə bütün aydınlığı ilə öz şərhini tapmışdır.
“Gənc qrammatiklər”in proqramı. Bu cərəyanın proq-
ramını bir sıra əsas müddəalar təşkil edirdi.
1. İlk növbədə A.Şleyxerin dil haqqında təlimindən uzaq-
laşmaq. “Gənc qrammatiklər” Şleyxerin naturalizminə 
qarşı çıxıb, onun dili canlı orqanizm adlandırmasını 
ciddi tənqid etmişlər. Onlar dili tarixi hadisə kimi ay-
dınlaşdırmağa çalışmışlar. “Gənc qrammatiklər”in 
nəzəri başçısı H.Paulun öz əsərini “Dil tarixinin prin-
sipləri” adlandırması da bu ideya ilə bağlı olmuşdur.
2. Dilin fonetik dəyişikliklərini tədqiq etmək. “Gənc qram-
matiklər” fonetik dəyişikliklərdə dəqiq qanunauyğun-
luq olduğunu göstərirdilər. Bunun da əsasında hind-Av-
ropa dillərinin fonetikası yeni aspektdə öyrənilmişdir.
3. Canlı dilləri və onların dialektlərini öyrənmək. “Gənc 
qrammatiklər” dilin tarixini və xüsusiyyətlərini şərh 
etməklə yazılı abidələri əsas mənbə hesab etmirdilər. 
Onların fikrincə, müasir dil və onların ləhcələri hər 
bir dilin tarixini öyrənmək üçün əvəzsiz məktəbdir. 
“Gənc qrammatiklər” deyirdilər ki, dilin tarixi üçün 
müasir dilin və dialektlərin verdiyi faktları yazılı dil-
dən almaq qeyri-mümkündür. “Gənc qrammatiklər”ə 
görə, ləhcə dilin varlığını tam şəkildə mühafizə edən 
mötəbər və zəngin mənbədir. Onların bu ideyaları 
əsasında XIX əsrdə dialektologiya və bununla yanaşı, 
dilçilik coğrafiyası xüsusi inkişaf etmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
97
4. Dilin qrammatik cəhətlərini araşdırmaq. “Gənc qram-
matiklər” dillərin qrammatik xüsusiyyətlərinə müra-
ciət edərkən ən çox morfoloji problemlərin şərhinə yer 
vermişlər. Sintaksisdən bəhs olunanda sintaktik kons-
truksiyalara, cümlənin təhlilinə, həmçinin sintaktik 
münasibətlərə nəzər yetirilmişdir.
Ümumiyyətlə, “gənc qrammatiklər” bir sıra dillərin tarixi 
fonetikasının, qrammatika və dialektologiyasının tədqiqində 
xüsusi rol oynamışlar. Bununla bərabər, onlar ümumi dilçili-
yin də bir sıra problemlərini həll etməyə qadir olmuşlar.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish