1. ÜMumi DİLÇİLİk I indd


“ÜMUMİ DİLÇİLİK” FƏNNİNİN MƏQSƏD



Download 10,63 Mb.
Pdf ko'rish
bet5/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   2   3   4   5   6   7   8   9   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

0.02. “ÜMUMİ DİLÇİLİK” FƏNNİNİN MƏQSƏD 
 
VƏ VƏZİFƏLƏRİ
Ümumi dilçiliyin müasir dilçilikdə məqsəd və vəzifələri 
nədən ibarətdir? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 
bir-birindən çox uzaqda olan dillər mahiyyətcə bir-birinə uy-
ğundur. Başqa sözlə desək, bu dillər öz mövcudiyyətinə, istifa-
dəsinə, “quruluşuna”, xarici əlaqəsinə, vəzifəsinə, tarixinə görə 
nədə isə bir-birinə uyğun gəlir. Müxtəlif dillərdə bu ümumilik 
olmasa idi, müxtəlif dil işarələri arasında qarşılıqlı əlaqə də ola 
bilməzdi. Müxtəlif qrammatik quruluşa malik olan dillərdə bu 
ümumiliklər, əsasən, aşağıdakılardan ibarətdir:
a) bizə məlum olan dillərin hamısı səslərdən, sözlərdən, 
qrammatik vasitələrdən və cümlələrdən ibarətdir;
b) bütün dillər insanlar arasında şifahi və yazılı fikir mü-
badilə vasitəsi vəzifəsini yerinə yetirir;
c) bütün dillər fikrin formalaşmasında və ifadəsində 
yaxından iştirak edir;
ç) bütün dillər inkişaf prosesində ədəbi dil normalarına, 
üslubi keyfiyyətlərə yiyələnir.
“Ümumi dilçilik” fənninin vəzifəsi məhz bu ümumi 
xüsusiyyətləri öyrənməkdən və onun nəzəri əsaslarını iş-
ləyib hazırlamaqdan ibarətdir.
Başqa linqvistik fənlər kimi, “Ümumi dilçilik” fənni-
nin də əsas məqsədi yüksək ixtisaslı, yaradıcı filoloq-müəl-
lim hazırlanmasına xidmət etməkdən ibarətdir. Bu fənnin 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
15
qarşısında duran məqsədə aşağıdakı vəzifələrin icrasında 
nail olmaq mümkündür.
Tələbələrin orta məktəbdə dilçiliyin əsaslarından al-
dıqları bilikləri davam və inkişaf etdirmək bu fənnin başlı-
ca vəzifələrindəndir. Tədris prosesində tədricən əldə olun-
muş linqvistik biliklər “Ümumi dilçilik”də elmi-məntiqi 
əsasda ümumiləşdirilir. Bununla yanaşı, dil hadisələrinə 
dair hər bir elmi məlumat həm də genişləndirilərək dərin-
ləşdirilir. Bütün bunların nəticəsində oxucu-tələbə planlaş-
dırılmış bilik sisteminə əsaslı şəkildə yiyələnə bilir.
“Ümumi dilçilik” fənni tələbələrdə linqvistik dün-
yagörüşün formalaşmasında xüsusi rol oynayır. Dilçilik-
də bu vəzifənin yerinə yetirilməsi üçün tələbələrin bütün 
dilçilik fənlərində mənimsədikləri nəzəri məlumatlarla 
ideya-fəlsəfi əhəmiyyəti olan biliklərin vəhdəti yaradılmış 
olur. Belə vəhdət “Ümumi dilçilik” kursunun tədrisində 
fəlsəfi məsələlər öyrədilən materiallarla daha da möhkəm-
ləndirilir. Bu sahədə “Ümumi dilçilik” özünü həm başlan­
ğıc, həm də bünövrə fənn kimi göstərir.
Nəhayət, tələbələrdə tədqiqatçılığa olan meylin güc-
ləndirilməsi, onların linqvistik təhlilin müasir elmi me-
todları və metodikası ilə silahlandırılması da “Ümumi 
dilçilik” fənninin əsas vəzifələrindən biri hesab olunur. 
Buna görə də fənnin tədrisi prosesində elmi tədqiqata dair 
məsələlərə xüsusi yer vermək, müntəzəm referatlar yaz-
dırmaq həmişə diqqət mərkəzində durmalıdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish