Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet87/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   83   84   85   86   87   88   89   90   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

Verilişin vaxtı. 
Stansiyaların çoxu gündəlik cədvəllərini 
3 və ya 4 saatlıq sabit blokların ardıcıllığı ilə qururlar. 
Hər vaxt çərçivəsində uyğun aparıcı və münasib 
material olmalıdır. Daha peşəkar maqazin üçün də 
eyni prinsiplər mövcuddur. Müntəzəm proqramlar 
müəyyən vaxtlarda və verilməli və orada sabit 
materiallar olmalıdır, bu materiallar dinləyicidə növbəti 
proqramlar haqqında fikirlər oyatmalıdır. Bu qaydaya 
ciddi əməl olunsa, verilişin təkmilləşməsi daha da artar. 
Məsələn, yarım saatlıq kənd təssərüfatı haqqında olan 
proqramda 3 dəqiqə bazar qiymətlərinə ayrılmalıdır. 
Bu məqamla maraqlanan dinləyici radionun səsini 
artıracaq ki, xəbəri eşitsin. Beləliklə, o, verilişin ümumi 
məzmununa fikir verməsə də, verilişi dinləyəcək. Daha 
geniş auditoriya üçün nəzərdə tutulmuş verilişləri 
arxa fonda eşitmək dinləyici üçün xoşdur, buna görə 
də verilişin vaxtında dəyişiklik edilərsə, dinləyiciləri 
xəbərdar etmək lazımdır. Bununla belə, dinləyici 
səhər saatlarında ödənişlər, valyuta məzənnələri və ya 
müəyyən reseptləri dünən dinlədiyi vaxtda dinləmək 
istəyir, bu günün nəbzini tutmağa kömək edir.
Aparıcı 
daimi üslub yaratmaq üçün lazım olan əsas 
elementdir. O, dinləyicilərə fərdi münasibəti ilə verilişi 
ələ ala bilir. Ünsiyyətcil, səmimi, mehriban, sakit, 
qeyri-rəsmi, savadlı və bunlarla yanaşı, həm də gözəl 
nitqi, yapışıqlı səsi olan aparıcı radio üçün sözün həqiqi 
mənasında tapıntıdır. Qoşa aparıcının xasiyyətlərinin 
uyğunluğu da proqramı davamlı edə bilər, proqramlar 
bəyənmə və inam əsasında qurulduğuna görə 
dinləiyicilərin diqqətini çəkər. Aparıcısını tez-
tez dəyişən şəbəkə və stansiyalar uğurlarını 
əldən buraxırlar. Çox vaxt bunun açıqlamasında 
“dinləyicilərin bezməsinin qarşısını almaq” və ya 
“stansiyada işləyənlərin hamısına qarşı ədalətli olmaq” 
kimi ifadələrlə qarşılaşırıq. Əksər veriliş direktorları 
həftədə bir dəfə çıxan proqramlar üçün aparıcıya ən 
azı 6 ay, gündəlik verilişlər üçün isə 3 ay vaxt məsləhət 
görürlər. Bundan az olsa, onda dinləyicini cəlb etmək 
çətin olar.
İxtisaslaşmış maqazinlər üçün aparıcı seçərkən 
prodüser iki variant qarşısında qalır: yaxşı yayımçı,
yoxsa mövzuda ekspert olan bir şəxs. Təbii ki, məqsəd 
hər iki xüsusiyyəti özündə cəmləyən birini tapmaqdır. 
Çox vaxt eksperti yaxşı yayımçıya çevirməyə cəhd 
göstərirlər. Əgər bu, mümkün olmasa, onda iki 
nəfərdən istifadə olunur. Etimadlıq verilişin dinlənib-
dinlənilməməsində əsas faktordur və ekspert rəyi, 
hətta əla ifadə edilməsə də, onun özülüdür. Başqa 
sözlə, əgər tibbi proqramlarda həkim və ya bağçılıq 
verilişlərində bağban qonaq olursa, bu, o deməkdir ki, 
uşaq proqramlarında uşaqlar, əlil proqramlarında da 
əlillər olmalıdır? Gözdən əlillər üçün olan proqramlarda 
kağızların xışıltısı mikrofondan uzaqda ola bilər və 
Brayl oxusu adi oxu kimi sürətli və dəqiq olmaya bilər, 
amma nəticədə dinləyicilərə daha çox təsir və hədəfdə 
olan auditoriyanı cəlb etmək mümkündür.

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   83   84   85   86   87   88   89   90   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish