Savaş günlərində eşq hekayələri Qarabağ Dekameronu



Download 474,66 Kb.
Pdf ko'rish
bet9/11
Sana22.01.2022
Hajmi474,66 Kb.
#401418
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
on bir gece

Ramizin hekayəti
Əsgərliyə  çağırılana  qədər  rayonumuzun  ki
-
noprokatında  işləmişəm.  Daha  doğrusu,  bu  işlə 
məşğul  olan  böyük  qardaşıma  kömək  etmişəm. 
İşimizin adı kənd klublarına kino aparmaqdı. Daha 
çox hind filmlərini göstərirdik: “Sanqam”, “Bob
-
bi”,  “Zita  və  Gita”,  “Daş  və  Çiçək”.  İran  filmlə
-
rindən  “Mazandaran  Pələngi”,  “Avropalı  gəlin”. 
Başqa filimlər də olurdu. 
Uşaq yaşlarımda kinoprokatçılara həsədlə baxar
-
dım, hər gün filmə baxırlar deyə, ürəyimdə onlara 
qibtə edərdim. Ancaq özüm bu işlə məşğul olmağa 
başlayandan sonra bunun heç də keyf olmadığını 
başa düşdüm. Tamaşaçılar dağılışıb gedəndən son
-
ra lentləri dəmir qablara yığmaq, kinoproyektorları 


90
söküb qablaşdırmaq, naqilləri toplamaq mənə çox 
əziyyətli görünürdü. Üstəlik, hamı dağılışıb gedən
-
dən sonra gecə yarısı, güclə yeriyən  kuzovlu QAZ 
51 maşınında öz kəndimizə qayıtmağımız qəlbimi 
izaholunmaz kədərlə doldururdu. Lap həyatın özü 
kimi  idi,  film  qurtarır  və  sən  bununla  barışma
-
lı  olursan  –  hər  zaman  kədərli  mənzərədir.  Təzə 
film  olanda  bəzən  də  belə  olurdu;  kəndə  çatanda 
öz-bacı qardaşlarımız yatmayıb bizi gözləyərdilər. 
Dəm-dəstgah yenidən başlanardı: divara mələfə çə
-
kib proyektorları qurardıq, hərə bir tərəfdən tökü
-
lüşüb  lentləri  geriyə  fırladardı. Anamın,  bacımın, 
gəlinimizin hind filimlərinə baxıb göz yaşı axıtma
-
sı xoşuma gedərdi. Mən Bobbi filminə iyirmi dəfə 
baxmışdım. Bu filmi yeni görənlərin üz ifadələrinə 
baxıb nə cür təsirləndiklərini seyr etmək əyləncə
-
liydi. Film seyr etmənin bu qəribə yöntəmi hər dəfə 
təkrar  olurdu.  Ekranın  işığı  tamaşaçıların  üzünə 
düşür, onlar səni görmür, sənsə onları görürsən. 
Bu üzlərdən biri həyatımı dəyişdirdi. Dup-duru 
gözləri  olan,  üz  cizgiləri  insanı  ülvi  hisslərə  səs
-
ləyən bir qız. Yan tərəfdən bir cüt gözün ona zil
-
ləndiyini hiss etdi, dönüb baxdı. Artıq ikinci dəfə 
baxanda ona aşiq oldum, ilk baxışdan deyil, ikinci 
baxışdan vuruldum. Düşüncələrimə hakim kəsildi, 
sonrakı  günlərdə  onu  düşündüm,  yalnız  onu.  Bir 
həftə sonra yenidən həmin kənddə film göstərəcək
-
dik. Günlər keçmək bilmirdi. Səbrsizlikdən ölmək 
həddinə  gəlmişdim.  Nəhayət  yola  düzəldik.  Bu 


91
səfər "Fillər mənim dostumdur" filmini aparırdıq. 
Bu film yeni çıxmışdı. Adını bilmədiyim sevgilim
-
lə birlikdə seyr edəcəkdik. Kinoya gələnlərin pulu
-
nu mən yığırdım. Oğlanlar 1 manat, qızlar 50 qə
-
pik - qardaşım belə qayda qoymuşdu. 30 nəfər olsa 
filmi başlaya bilərik. Dinamiklər kəndə hay salır: 
"kinonun başlamasına 10 dəqiqə qaldı". 
Qızım  anasıyla  birlikdə  gəlir,  gözünü  qaldırıb 
mənalı bir baxış atır. Sanki soruşur, nədir onu iz
-
ləməyimin  səbəbi?  Mən  də  dilsiz  baxışlarımla: 
"Səndən xoşum gəlir" deyirəm. Vallah bizim kənd 
uşaqlarının sevgisi bundan artıq olmur. 
Beləcə aramızda dilsiz bir anlaşmayla günlər, 
həftələr keçdi. Həftədə bir dəfə onların kəndinə 
yollanır, açıq havada film göstərir, beləcə baxış
-
larımızla  sevişirdik.  Artıq  adını  öyrənmişdim. 
Adı Solmazdı. 
Günlərin bir günü adi bir təsadüf bizim həyatı
-
mızı dəyişdirdi. Rayon mərkəzinə yeni filmlər gö
-
türmək üçün gedəndə kənd yolunun üstündə Sol
-
maza rast gəldim. Kiçik qardaşıyla birlikdə maşın 
gözləyirdilər. Balaca oğlan maşına əl etdi. Biz də 
saxladıq. Aşağıya  enib  kabində  oturmalarını  tək
-
lif etdim, qız razı olmadı. Kuzova mindilər, kino 
qurğularının yanında yerlərini rahatlayıb oturdular. 
Xəstələri varmış, xəstəxanaya gedirdilər.
Yol  boyunca  başqa  kənd  adamlarını  da  götür
-
dük. Adətən qazanc məqsədilə rayon mərkəzinə iş-
güc dalıyca gedən adamları da özümüzlə aparardıq.


92
Rayon mərkəzinə çatanda adamları boşaltdıq. Sol
-
mazdan pul almaq istəmirdim, xırda qəpikləri ovcu
-
ma basmaq istəyirdi, bir xeyli dartışdıq, ancaq bacar
-
madım, qəpikləri kapotun üstünə qoyub uzaqlaşdı. 
Qardaşım kinoprokat idarəsində öz işləriylə məş
-
ğulkən mən özümə ayaqqabı almaq bəhanəsiylə ara
-
dan çıxdım. Həqiqətən ayaqqabı almalıydım. Ancaq 
məqsədim Solmazı görməkdi. Olacaq iş rast gələr 
deyiblər.  Solmazı  xəstəxananın  girişində  tapdım. 
Qardaşı yanında deyildi. Məni görəndə gülümsədi, 
ancaq qorxduğu da hiss olunurdu. Danışdıq, zarafat 
etdik,  dilim  dolaşa-dolaşa  ondan  xoşum  gəldiyini 
söylədim.  Tanış-bilişlərdən  kimsə  görər  deyə  çox 
həyəcanlıydı. Tələsik aradan çıxdı. Ayrılarkən əl gö
-
rüşdük. Bu o deməkdi ki, qızın mənə könlü var.
Eh, dostlar, uçmağa qanadım yox idi. Hind fi
-
limlərindən başqa bir əyləncəsi olmayan bir oğlan 
üçün bu bir dəqiqəlik görüş əsl xoşbəxtlik idi. Bir 
az  sonra  xəstəxanaya  yenidən  qayıtdım.  Bazar
-
dan "Bobbi" filminin şəkillərini almışdım, bunları 
Solmaza  hədiyyə  etmək  istəyirdim.  Rişi  Kapurla 
Dimpl Kapadiyanın qucaqlaşmış halda, sevgi ifadə 
edən rəsmləri bütün sevənlərin biri-birinə ən yaxşı 
hədiyyəsiydi o zamanlar. 
Tez  bir  zamanda  sevgimiz  alovlandı.  Mən  sə
-
bəb olmadan Solmazın yaşadığı kəndə gedib gəl
-
məyə başladım. Sirrim aləmə faş oldu. Qardaşım 
dolamağa başladı. Bacılarım gecə-gündüz söz at
-
dılar. Anam əvvəlcə acıqlandı: "Eşşək köpəyoğlu, 


93
başına  qız  qəhətdi,  gərək  gedib  qəhbə  Sənəmin 
nəvəsinə ilişəsən?". Məsələ ciddiləşdikcə mən də 
tərsləşməyə  başladım.  Evdəkilər  həqiqətən  israr
-
lıydı, o nəsilin ayağı bizim həyətə dəyməməliydi. 
Hədə-qorxu, yalvarış, acıqlanma heç bir şeyə ya
-
ramadı.  Mən  Solmaza  vurulmuşdum,  ondan  ay
-
rılmaq  fikrim  yoxdu,  biri-birimizə  and  içmişdik. 
Qarlı-çovğunlu qış gecələrində qonşu kəndə piya
-
da səfərlərim həyatımın ən xoşbəxt günləriydi. Mal 
pəyəsində, samanlıqda görüşürdük. 
Evdəkilərin razılığı olmayınca qızı götürüb qaç
-
mağı qərara aldım. Belə də etdim. Əvvəlcə rayon 
mərkəzində bir ev tutdum, sonra qardaşımdan ma
-
şının açarlarını oğurladım. Solmazla qoşulub qaç
-
dıq. Ermənistanda zəlzələ olan gün. Dekabr ayının 
7-si artıq Solmaz mənim idi. 
Çox çətin, əzablı günlərimiz başladı. Ailə həyatına 
hazır deyildik. Ev soyuqdu, yaşamaq üçün heç nəyi
-
miz yoxdu. Hər ikimiz ailələrimiz tərəfindən lənətlən
-
mişdik. Məcbur qalıb işləməyə başladım. Evliliyimiz 
cəmi 4 ay sürdü. Mart ayında Solmaz öldü. 
Mən işdə olduğum vaxt elektrik pilətəsinin spi
-
ralı  qırılıb,  Solmaz  naqili  cərəyandan  ayırmadan 
spiralı birləşdirmək istəyib, yerindəcə quruyub qa
-
lıb.  Mən  evə  gələndə  yerdə  huşunu  itirmiş  halda 
uzanmışdı. Naqil ucları hələ də əllərindəydi. Çox 
çalışdım, oyandıra bilmədim. Solmazım solmuşdu. 
Əbədi olaraq məndən ayrılmışdı.
Bundan sonra həyatımın heç bir mənası qalma
-
dı. Könüllü müharibəyə gəldim.    


94


95
9
SEVGININ NIFRƏTƏ 
ÇEVRILMƏSI

Download 474,66 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish