Savaş günlərində eşq hekayələri Qarabağ Dekameronu



Download 474,66 Kb.
Pdf ko'rish
bet2/11
Sana22.01.2022
Hajmi474,66 Kb.
#401418
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
on bir gece

Çingizin Hekayəti
Uşaqlar, heç bilmirəm hardan başlayım söhbətə. 
Düzü,  intim  məsələlər  haqqında  danışmaq  mənə 
görə  deyil.  İndi  sizə  danışacağım  bu  əhvalatı  da, 
inanın,  bu  günə  qədər  heç  kimsəyə  danışmamı
-
şam. Ancaq indi, nədənsə danışmağa ehtiyac hiss 
edirəm. Bəzi şeylər var ki, insan onları əvvəl-axır 
kiməsə  danışmalıdır.  Bax,  mən  də  sizə  danışmaq 
istəyirəm ilk sevgim və ilk qadınım haqqında. 
Bilmirəm bu mühasirədən salamat çıxa biləcəm 
ya  yox,  ancaq Allahdan  daha  bir  şans  istəyirəm, 
burdan  qurtulsam  düz  onun  Sovetskidəki  evinə 
gedəcəm, qapısını döyəcəm və ona yalvaracam ki 


12
məni bağışlasın, elədiyim bütün səhvlərə görə gü
-
nahımdan keçsin. 
Onunla  tanış  olanda  19  yaşım  vardı.  Məndən 
10  yaş  böyükdü.  Evinin  yerini  heç  cür  yadımda 
saxlaya bilmirdim. İri bir tut ağacı vardı qapıları
-
nın ağzında, əsas məsələ o tut ağacını tapmaq idi. 
Sovetskinin dolanbac küçələrində Nəzakətin evini 
axtarmaq indi həyatımın ən işıqlı xatirələrindən bi
-
rinə çevrilib, inanın.
Cəsarət  adlı  uzaq  qohumumun  maşınında  Nə
-
zakətin iş yerinə gedirdik. Keşlə tərəflərdə dəmir
-
yol  stansiyasına  gedib  sonra  geri  qayıtmalıydıq. 
Bekarçılıqdan mən də yol yoldaşı olmuşdum. Nə
-
zakət burada, dəmiryol stansiyasında işləyirdi. Ya
-
dımdadı ki, aylıq maaşını alacaqdı. Maşını idarə
-
dən aralı bir yerdə saxlatmışdı. Yolu kəsən böyük 
diametrli boruların üzərindən quş kimi hoppanaraq 
idarəyə  doğru  qaçdı,  əynində  geniş  ətəkləri  olan 
güllü bəyaz tumanı vardı, boruların üstündən adla
-
yanda qəşəng baldırlarını görmüşdüm və çox xoşu
-
ma gəlmişdi. Cəsarət bicbala bir adamdı, o saat ürə
-
yimdən keçənləri oxumuş, “isteyirsən munu sənə 
düzəldim” demişdi. Heç nə deməyib susmuşdum. 
Qohumum məni həyatın abırsızlıqlarına alışdırmaq 
vəzifəsini  könüllü  olaraq  boynuna  götürmüşdü. 
Deyəsən bu da mənim xoşuma gəlirdi, ona görə də 
səsimi çıxartmadım. Ancaq nəyə görəsə, Nəzakət 
haqqında dediyi bu sözlər xətrimə dəydi, ürəyimdə 
ondan incidim. Nəzakətə qarşı beynimdən gizli fi
-


13
kirlər keçmişdisə də, kənardan onları kiminsə oxu
-
ması qüruruma toxunmuşdu.
Bir  az  keçəndən  sonra  qayıdıb  gəldi,  yanında 
da özü yaşlarında bir kişi vardı. Çox nəşəliydi, gü
-
lür, danışır, ətrafa işıq saçırdı. Maşının arxa otura
-
cağında  mənimlə  yanaşı  oturdu,  aradabir,  söhbət 
əsnasında,  heç  nə  olmamış  kimi  əlini  dizlərimə 
toxundurur,  maşın  sağa-sola  dönəndə  rahatca  qo
-
lumdan tuturdu. Eyni hərəkətləri Cəsarət ön sırada 
oturmuş adamla da edirdi. Bu qadının fınış oldu
-
ğunu başa düşürdüm. Ancaq bu məni o qədər də 
hirsləndirmirdi.  Onun  yanımda  olmasından  çox 
xoşbəxt  idim,  istiliyini  hiss  edirdim  və  bu  istili
-
yin azalmamasını diləyirdim. Görünür Nəzakət də 
bunu hiss edirdi, lom udmuş kimi oturan bu cavan 
oğlanın, bütün varlığıyla onun təsiri altında olması 
qadına ləzzət eləyirdi.
Çoxdanın söhbətidir, hər şey yadımdan çıxıb... 
Necə oldusa həmin gecə Nəzakətin evində qaldım. 
Sonradan tikilmiş məhəllə eviydi. Küçə qapısından 
girən kimi sola burulub ikiotaqlı mənzilin qapısı
-
na çıxırdın. Həyətin quruluşu eləydi ki, qonşuların 
diqqətini çəkmədən xəlvətcə bu evə gəlib-getmək 
olardı... Nəzakət süfrə açmışdı, biz üç kişi divan
-
da və kresloda, o özü isə stulda oturmuşdu, tez-tez 
qalxıb  süfrəyə  nəsə  gətirirdi.  Bizimlə  birgə  araq 
içdi, - ilk dəfəydi qadının araq içməyini görürdüm. 
Ondan  sonra  daha  da  nəşələndi,  mahnı  oxuyur, 
bərkdən qəh-qəhə çəkib gülürdü.


14
Sarışın, bəyaz tənli bir qadındı, boğazının altı
-
na qırışlar düşmüşdü. Sakit oturanda üzündə dəh
-
şətli kədər ifadəsi yaranırdı, çox qoca görünürdü. 
Ancaq,  güləndə  son  dərəcə  gözəlləşirdi,  sanki 
bunu özü də bilirdi, buna görə də yeri gəldi-gəl
-
mədi, hey gülürdü.
Arada  gəlib  divanda  mənim  yanımda  oturdu, 
qolunu boynuma salıb özünə tərəf sıxdı, nə üçün 
heç nə danışmadığımı soruşdu.
- Nə danışım? - dedim sakit səslə.
- De görüm istədiyin qız varmı?
- Var idi, ancaq indi yoxdur.
Yenə qəhqəhə çəkib güldü:
- Gör necə düz danışır, var idi indi yoxdur...
Cəsarət,  sonra  adını  unutduğum  həmin  adam 
siqaret  çəkə-çəkə  nərd  oynadılar,  sonra  ikisi  də 
birdən  ayağa  qalxıb  sağollaşdılar,  mənə  ağzımı 
da açmağa imkan vermədən evdən çıxıb getdilər. 
Nəzakətlə  evdə  tək  qalmağım  qəlbimi  sirli  bir 
həyəcanla döyündürürdü. Sanki elə belə də olma
-
lıydı, mən burada qalmalıydım, Nəzakət də buna 
təəcüblənməməliydi, sakitcə ayağa qalxıb süfrəni 
yığışdırmalı, qabları yumalı idi. Oğrun-oğrun ona 
göz  qoyurdum,  gözəl  ayaqları,  yuvarlaq  arxası 
vardı. Bir azdan sonra bu qadın mənim olacaqdı, 
buna inanmağım gəlmirdi. Eyni zamanda qəlbimi 
dərin bir qüssə bürümüşdü, hər şeyin belə asanlıq
-
la başa gəlməsinə təəssüflənirdim.


15
Deyəsən o özü də utanırdı, birdən-birə mənimlə 
nə cür rəftar edəcəyinə qərar verməmişdi. Təkrar 
masaya  iki  dilim  kolbasa,  şoraba  və  araq  gətirdi. 
Ürəyimdən olmuşdu, mən də içmək və utancaqlı
-
ğımı yox etmək istəyirdim. Üzündə hiyləgər təbəs
-
süm  vardı,  sanki  məni  ovcunun  içində  tutmuşdu, 
hər şeyimi görürdü, onun bu təbəssümündən qaç
-
maq, gizlənmək çox çətin idi. 
-  Madam  sevgilin  yoxdur,  onda  qoy  mən  sənin 
sevgilin olum, - dedi, bic-bic gözümün içinə baxaraq, 
cavabımı  gözlərimin  içindən  oxumaq  istəyirmişcə 
lap yaxınıma gəldi. Ürəyim şiddətlə döyünürdü. Yox, 
əslində belə bir sevgili xəyal etməmişdim, ideallarım 
başqaydı. Ona yalan söyləmək istəmədim.
- Bilmirəm, - dedim. 
Ən  doğrusu  da  buydu,  bilmirdim  onu  sevə 
bilərəm, yoxsa bilmərəm. Mənim düşüncəmə görə 
sevgililər bulvarda əl-ələ tutub gəzməli, öpüşməliy
-
dilər. Ərdə olmuş, boşanmış, yad kişilərlə qol-bo
-
yun  olan  bir  qadından  mənə  nə  sevgili  olacaqdı. 
Ancaq, indi, bu saat kainatın bütün cazibə qüvvəsi 
bu sarışın, bəyaz tənli qadının üzərində toplanmış
-
dı, onun qarşısında iradəsiz idim.
Birdən yadına nəsə düşmüş kimi ayağa qalxdı, 
qapını kilidlədi, pərdələri əliylə düzəltdi. İşığı sön
-
dürüb  başıyla  mənə  yataq  otağına  keçməyi  işarət 
etdi.  Üzünə  yenə  də  kədər  çökmüşdü.  Deyəsən 
özünü zorla gülümsəməyə vadar etdi, əlimdən tu
-
tub məni arxasınca çəkdi.


16
- İstidən bişmirsən? Paltarını çıxart – dedi. 
Paltarımı soyunub yatağa girdim. Onu gözləməyə 
başladım. İlk dəfə idi bir qadının soyunmasını gö
-
rürdüm. Yəqin ki bundan sonra 50 il də yaşasam o 
mənzərə  yadımdan  çıxmayacaq.  Şifonerin  qapısı 
arxasında  dayanıb  bir-bir  üstündəkiləri  çıxarırdı, 
ancaq mən onu güzgüdə görürdüm. Səninçün soyu
-
nan qadın, bu elə xoşbəxtlik deyilən şeyin özüdür. 
Birdən qapının arxasından boylanıb “Baxma!” dedi.  
Üzündə yenə təbəssüm vardı. Məncə hər bir qadın 
bu  soyunma  anına  xüsusi  diqqət  verməlidir.  Kişi 
üçün  dəyərli  olan  elə  bu  soyunma  anıdır.  Üstəlik, 
Nəzakət kimi gülümsünüb “Baxma!” deməlidir. 
Bir dəqiqədən sonra artıq biz yataqda qucaqlaş
-
mışdıq. Öpüşməyə başladıq. Yalnız indi hiss etdim, 
Nəzakətin ağzından dəhşətli iy gəlirdi, buna döz
-
mək  mümkün  deyildi.  Özü  bunun  fərqindəydimi, 
bilmirəm. Ancaq ilk gün də, sonrakı görüşlərimiz
-
də də mən onun nəfəsindən yayınmağa çalışırdım. 
Elə o gecə öz əhvalatını mənə danışdı. Nəzakət 
kənd qızıydı. Orta məktəbi bitirən kimi onu öz istə
-
yi olmadan bir oğlana nişanlayıblar. Ailə adlı-san
-
lıymış, ancaq oğlan elə ilk baxışdan qızın xoşuna 
gəlməyib. Ata-anasının iradəsinə qarşı gedə bilmə
-
yib. Bütün qızları elə bu cür ərə verirdilər, o da hər 
şeyin yaxşı olacağına inanıb. Ancaq elə toy gecəsi 
oğlanın iqtidarsız olduğu ortaya çıxıb. Oğlan tərə
-
fi hay-küy salıb, qızın “bağlı” olduğunu deyiblər. 
Rayon yerində belə söhbətləri çox eşitdiyinə görə 


17
həqiqətən  “bağlı”  olduğunu  düşünüb.  Türkəçarə 
çağırıblar. Bağlı qızları açan bu qadın barmaqları
-
nın arasında ülgüc tutaraq əlini Nəzakətin vajina
-
sına soxub, problemi aradan qaldırıb. Ancaq qızcı
-
ğaz ölüb ölümdən qayıdıb. Güclü qanaxma keçirib, 
təcili yardımla xəstəxanaya çatdırılıb. Bundan son
-
ra 5 il evlilik həyatı yaşayıb, uşağı olmamaq adıy
-
la boşayıblar. “Qaynatam yaxşı adam idi, - deyirdi 
Nəzakət, - ancaq qaynanam çox rəhimsizdi, məni 
məcbur boşatdırdı”. Sonra Bakıya köçüb Nəzakət. 
Bu balaca evdə kirayədə qalırmış. 
Çox  kasıb  idi.  Hər  dəfə  ona  zəng  edəndə  Pa
-
saj  bazarının  giriş  qapısında  görüşərdik.  Bazarın 
alt qapısından girib mənə lazım olan şeyləri aldı
-
rardı,  üst  qapıdan  çıxıb  evə  yollanardıq.  Məktəbi 
təzə  qurtarmışdım,  heç  yerdə  işləmirdim.  Bəzən 
istədiklərini  ala  bilməyəcəyimdən  qorxub  aylarla 
ona zəng etmirdim. Onu himayə edəcək bir adama 
ehtiyacı vardı. Mənimlə heç bir gələcəyinin olma
-
dığını başa düşürdü. Bəlkə də buna görə yavaş-ya
-
vaş aranı soyutmağa çalışırdı. Bəlkə də yanılıram. 
Küçədə məni qarşılayanda üzündə yenə o qorxulu 
kədər ifadəsi olurdu. Sanki özünü bilərəkdən yaş
-
lı göstərmək istəyirdi. Ancaq evdə, yarımqaranlıq 
məkanda yenə də ay kimi işıq saçardı. 
Burdan  salamat  qurtarsam,  birbaşa  Nəzakətin 
yanına gedəcəm, həyatımda mənə xoşbəxt günlər 
yaşatmış o qadını tapacam, onun üçün əlimdən nə 
gəlirsə edəcəm...



19
2
 
GECƏYARI RƏQQASƏSI

Download 474,66 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish