Samirin hekayəti
Mənim qadınla ilk tanışlığım Ukraynada olub.
Günlərin bir günü, məndən 3 yaş böyük olan əmim
oğlu Zamin mənə birlikdə Ukraynaya getməyi tək
-
lif etdi. Bir il olardı əsgərlikdən gəlmişdi, kənddə
avaralanıb dururdu, heç bir işin qulpundan yapışa
bilmirdi. Soruşanda, “buralar ürəyimi sıxır, onsuz
da çıxıb gedəcəm” deyirdi. Ukrayna qızlarıyla çək
-
diyi keyflərdən mənə bol-bol danışardı.
- Əmoğlu, orda bilirsən necə qızlar var... Bu
tərəfindən baxanda o tərəfləri görünür...
- Necə görünür? – soruşurdum.
- Şüşə kimidirlər də, yemək yeyəndə boğazla
-
rından yemək görünür.
20
Ukrayna haqqında fantastik xəyallarım vardı,
bu ölkəyə yollanmaq mənə yuxu kimi görünürdü.
Məktəbi yeni qurtarmışdım, payızda onsuz da əs
-
gərliyə gedəcəkdim, qismət olarsa Zaminin dedik
-
lərini öz gözlərimlə görəcəkdim. Ancaq o vaxta
qədər gedib Rusiyanı görmək mənim üçün göy
-
dəndüşmə idi.
Avqustun axırlarında əmioğlumla Ukraynaya
hazırlaşmağa başladıq. Getmək pulumuz düzəlmiş
-
di, ancaq orada bir həftə qalmağın və geri qayıtma
-
ğın yolunu tapmalıydıq. Zamin bağçalarındakı narı
toplayıb Ukraynaya aparmağı təklif etdi, bu işdə
varsanmı dedi, varam dedim. Qərara gəldik, narları
yığmaq üçün qutular tapdıq. Bu işə əmioğlu rəh
-
bərlik edirdi, necə, hansı yolla, hara gedəcəyimizə
o qərar verirdi. Əvvəlcə “malı” Bakıya aparmaq,
ordan Kiyev qatarıyla yollanmaq istəyirdik. Sonra
məlum oldu, Abxaziyada ruslar körpünü partlatdı
-
ğına görə Tiflis-Kiyev qatarı Azərbaycan ərazisin
-
dən keçməyə başlayıb. Bu yeni reysdən çox adamın
xəbəri yox imiş və buna görə də qatar demək olar
ki boş olurmuş. Zamin gecə-gündüz vurnuxurdu,
Göyçay stansiyasıyla kənd arasındakı yolu demək
olar hər gün gedib-gəlir, məlumat toplayırdı. Bir
anda plan dəyişdi, əl yükü nar aparacağımız halda,
çəki bir tona yüksəldi. Kənddən özümüzlə apardı
-
ğımız bir dəstə uşağın köməyilə yeşikləri sərnişin
qatarına yüklədik, bütöv bir kupeni doldurduq,
qonşu kupeni isə özümüz üçün tutduq. 1990-cı il,
21
sentyabr ayının 2-si idi. Həyatımda ilk dəfə Azər
-
baycanın sərhədlərini aşacaqdım.
Vaqon bom-boş idi. Qonşu kupedə Volodya adlı
bir Bakılı rus vardı. Tezliklə onunla dostlaşdıq.
Yemək sırası gələndə süfrələrimiz birləşdi, Volodya
masaya bir şüşə araq qoydu. Yeyib içib keflənəndən
sonra danışmağa başladı. Qırx yaşlarında bir adam
idi. Danışdıqlarından başa düşdüyümə görə arvadı
arxasından bir təpik vurub qapıdan bayıra itələmiş,
get pul qazan demişdi. Mənə çox yaşlı görünən bu
adam Rusiyaya öz bəxtini sınamağa gedirdi. O da
elə bizim günümüzdəydi: qayıtmağa pulu yoxdu,
ancaq satmaqdan ötrü özüylə bəzi şeylər aparırdı:
bir balon tomat və arvadının hördüyü yun jaket.
Zamin rusca yaxşı bilirdi, Volodya ilə çənə vu
-
rur, mənsə tambura çıxıb pəncərədən geriyə axan
təbiət mənzərələrinə baxırdım. Qatarla getmək
xoşuma gəlmişdi. Getdiyim yerlərdə məni çox
maraqlı əyləncələrin gözlədiyini bilirdim. Bayır
-
da yağış yağırdı, üşüyüb içəri keçdim, bunu görən
Volodya toxunma jaketi mənə uzatdı, geyinib on
-
ların yanında oturdum. Canıma istilik yayıldı. Bir
azdan məni yuxu tutdu.
Ertəsi gün artıq Rusiya ərazisində idik. Vaqo
-
numuz yeni sərnişinlərlə dolmuşdu. Volodyanın
kupesinə girib jaketi qaytarmaq istədim, qalsın,
hava soyuqdur dedi. İçəridə əsgərliyini bitirib
evlərinə qayıdan cavan oğlanlarla yeyib-içirdi,
danışıb-gülürdülər. Onlarla oturmaq təklifini qə
-
22
bul etmədim, koridora çıxdım. Burada sarışın bir
qız dayanıb pəncərədən çölə baxırdı. Son dərəcə
gözəl idi. Deyəsən Zaminin dediyi həmin qızlar
-
dan biri idi, həqiqətən də mənə elə gəldi bu qızın
bu tərəfindən baxanda o tərəfi görünürdü. Məndən
saatı soruşdu. Beləcə tanış olduq. Adı Lena idi.
Dərin ruscam yox idi, ancaq Lena ilə ordan-bur
-
dan söhbət etdik, sən demə artıq ərə gedib, boşa
-
nıb, bir uşağı da var. Mən də “bizneslə” məşğul
olduğumu, Ukraynaya nar apardığımı söylədim.
Lena Ukraynanın Vinnitsa şəhərində yaşayırdı.
Telefonunu verdi, Vinnitsaya gəlsən mənə zəng
et, dedi. Sonra öz kupesinə çəkildi. Mən də şirin
xəyallar içərisində öz kupemə çəkildim. Zamin
-
dən Vinnitsa şəhərinin harada olduğunu, oraya
gedib-getməyəcəyimizi soruşdum. Biz elə Vinnit
-
saya gedirik sözünü eşidəndə sevincimdən az qala
qışqırdım. Lena haqqında Zaminə danışdım. Eh,
darıxma hələ, o qədər Lena görəcəksən ki, dedi.
Qatar Kiyevə çatanda dan yeri ağarmağa başla
-
mışdı. Mən Volodyanın kupesinə keçib onu oyan
-
dırdım, jaketi qaytardım, çox sağ ol dedim. Yadda
-
şımda nəcib bir insan kimi qalıb Volodya... Yuxulu
gözlərini ovuşdurub, key kimi oturdu, cavab olaraq
nəsə mızıldadı. Sonra birdən diksinən kimi oldu, tez
sıçrayıb pencəyini qapdı, ciblərini yoxladı və ağır
zərbə almış kimi zarıdı. Axşam yeyib-içdiyi əsgərlər
cibindəki olan-qalan pulunu da oğurlamışdılar. İndi
Volodyanın avtobusa verməyə belə pulu yox idi.
23
Nar yeşiklərini perrona daşıdıq. Bir az sonra
baş verən hadisə Ukrayna haqqındakı bütün xoş
xəyallarımı qara pərdəyə bürüdü. Bir dəstə cavan
oğlan bizə yaxınlaşdı. Mallar kimindir, soruşdular.
Məlum oldu ki, bunlar “reket”dir. Zamin irəli yeri
-
yib onlarla “razborkaya” girdi. Kənara çəkildilər.
Nəylə qurtaracağını bilmədiyim bu söhbətlər məni
çox qorxudurdu. Zamin qayıdıb gəldi, pox yeyir
-
lər, dedi, bir köpük də verən deyiləm. Sonra məni
yükün yanında qoyub Vinnitsaya gedən qatarları
axtarmağa getdi. Ən xoşagəlməzi də elə bu idi. Yad
yer, hava soyuq, cavan oğlanlardan biri 20 metr
aralıda dayanıb gözlərini mənə zilləyib. Öldürücü
təsiri vardı bu baxışların. Bu bir cüt gözdən qurtul
-
maqdan ötrü bütün “mal”dan əl çəkməyə hazırdım.
Zamin isə görünmək bilmirdi. Bir az aralıda Volod
-
ya məzlum-məzlum səkinin üstündə oturmuşdu.
Bu ağır saatda nar qutularından aralanıb Volodya
-
nın yanına getmək böyük təsəlli idi. Birlikdə siqaret
çəkdik. Volodya Kiyev ətrafındakı bir qohumugilə
getməkdən ötrü elektriçka biletinə yetəcək qədər
pul istədi məndən. Öz kasıb büdcəmdən ona 1 rubl
verdim. Yaşarmış gözlərində təbəssüm vardı, nəsə
demək istəyirdi, ancaq minnətdarlıq hissi deyəcəyi
sözlərdən daha güclü idi. Pulu almağa bənd imiş
kimi, çantasını götürüb uzaqlaşdı.
Bundan sonrakı günlərdə də bir neçə dəfə bu
hal təkrar oldu: Zamin məni yükün yanında qo
-
yub harasa yox olur, o gəlib çıxanacan o dünyanı
24
görüb qayıdırdım. Nəhayət qayıdıb gəldi, yanında
kürən bir xoxol vardı. Reketlərin başçısı deyəsən
bu adam idi. Artıq mənzərə dəyişmişdi; bayaqdan
bizi hədələyən cavan oğlanlar yeşikləri qonşu plat
-
formaya daşımağa başladılar. Əmoğlum allahın
bəlası idi, onlarla necə dil tapmışdısa canla-başla
qulluğumuzda hazır idilər. Ən qəribəsi bundan son
-
ra oldu. Vinnitsaya başqa sərnişinlər kimi getmir
-
dik. Yükümüz qatarın əks tərəfindəki lokomotivin
kabinəsinə yüklənmişdi. Biz də maşinistin yerində
oturub sürətlə uzaqlaşan qatarın geridə buraxdığı
yollara baxırdıq. Sevincimizdən bağırırdıq, mahnı
oxuyurduq, sanki bütün dünya bizim olmuşdu.
Vinnitsada Vera Nikolayevnanın evinə gəldik.
Vera Nikolayevna Nadejdanın anası idi. Nadejda
Zaminin köhnə sevgilisi. Nadya özü də qonşuluq
-
da yaşayırdı. Təsadüfən Şimaldan məktəb rəfiqə
-
si – Lyüdmila qonaq gəlmişdi. Birdən-birə böyük
bir şənliyin içinə düşmüşdük. Lüdmila hırhırının
biriydi, tez-tez adamı qucaqlayır, sürtüşürdü. Pivə
içməkdən çəlləyə dönmüşdü, qırmızı yanaqları,
dombalan gözləri vardı. Lüdmila Vinnitsada do
-
ğulmuş, ancaq Arxangelskə ərə getmişdi. Düzdür
orada maaşlar yüksək idi, ancaq bir ayağı bura
-
daymış, gec-tez Vinnitsaya qayıdacaqmış. Elə ilk
saatlardan bir-birimizi çoxdan tanıyırmış kimi ol
-
duq. Zamin mənə göz vurub, “hə necədir, xoşuna
gəlir, istəsən...” deyirdi, ancaq mənim ağlım Le
-
nanın yanında idi.
25
Zaminlə birlikdə onun tanıdığı yerli kooperativ
-
lərə gedir, gətirdiyimiz malı təklif edirdik. İşlərimiz
yaxşı getmirdi. Pulumuz qurtarmaq üzrəydi. Ertəsi
gün Zamin qatara minib Çernovtsı şəhərinə yollan
-
dı. Rumınya ilə sərhəddə yerləşən bu şəhərdə böyük
baraxolka (bit bazarı) vardı. Zaminin coğrafiyası
şəhərlərə görə deyil, sevgililərə görə dəyişirdi. Sev
-
gilisi olan şəhərlər onun vətəni idi. Mən Vera Niko
-
layevna ilə tək qalmışdım. Son dərəcə təmizkar olan
bu qadının zəif damarı vardı. Masamızın üzərindəki
araq butulkasına gözucu baxırdı. Ürəyindən keçəni
anlayıb ona içki təklif edirdim. “Yox, yox, olmaz”
deyirdi, ancaq tərəddüdü üzündən oxunurdu.
- Bəlkə bir damcı içəsiniz?
- Hə, bir damcı olar...
Sonra bu bir damcı bir qədəh olurdu. İradəsini
toplayıb:
- Artıq bu qədər yetər – deyirdi.
Həqiqətən də azacıq içki ona yetirdi, kefi yaxşı
-
laşır mahnı oxuyurdu.
Axşam Lena ilə görüşdüm. Ukraynada, gözəl
bir qızla parkda dolaşıram, nə edəcəyimi bilmirəm,
ruscam zəifdir, cibimdə qəpik-quruş var. Onunla nə
söhbət etdiyim yadımda qalmayıb. Yadımda qalan
budur ki, Lenanın pula ehtiyacı vardı, Türkiyəyə iş
-
ləməyə getmək istəyirdi, ancaq bunu necə edəcəyini
bilmirdi. Mənim düşüncələrim daha romantik idi,
parkda onunla qucaqlaşmaq, öpüşmək istəyirdim.
Lena istəklərimi geri qaytarırdı. Yalnız indi başa
26
düşürəm, ona yardım etməliydim, bir qafqazlıyla
yaxınlıq etməsinin başqa səbəbi ola bilməzdi. Tək
körpəsi ilə ehtiyacın son həddinə gəlmişdi. Ancaq o
zaman bunu başa düşmürdüm, başa düşsəydim belə,
Lenanın axtardığı qafqazlı mən deyildim, yəqin ki
sabah pulum olacaqdı, ancaq bu gün, bu axşam yox
-
sul idim. Həm də, Lenayla pul qarşılığında sevgi ya
-
şamaq istəmirdim. Bəlkə də həyatımı ona bağlaya
bilərdim, qal desəydi onunla orada, Vinnitsada qa
-
lardım, ancaq Lenanın düşüncələri başqaydı.
Dükandan yeyəcək bir şeylər və içki aldıq,
Lenanın evinə yollandıq. Kiçik jurnal masasında
süfrə açdıq, tanışlığımızın şərəfinə yarım qədəh
“qrilka” içdik. Plastinkada musiqi qoydu, rəqs et
-
məyə başladıq. Köynəyinin altından əlimi çılpaq
kürəyinə toxundurdum. Qeyri-adi bir istilik vardı
bədənində. Lena bu tərəfindən baxanda o tərəfi
görünən həmin o qızlardandı...
Qapı döyüldü. Lena gözlükdən baxıb:
- Ərimdir, - dedi.
Necə dəhşətli qorxu hissi keçirdiyimi təsəvvür
edin. Artıq hər şey bitdi, bu iş qanla qurtaracaq
deyə düşündün. Bir anda nə edəcəyimi götür-qoy
etməyə başladım. Gözümün ucuyla masanın üs
-
tündəki bıçağı işarətlədim. Ayaq üstə dayanıb göz
-
ləməyə başladım.
Lena soyuqqanlı idi. Üstünü qaydaya saldı,
tələsmədən gedib qapını açdı. Cavan oğlan içəri
girdi, demək olar ki üzümə də baxmadan:
27
- Bağışlayın, narahat etmək istəməzdim... – de
-
yib, soyuducuya yaxınlaşdı, içki şüşəsini götürüb
sağollaşıdı, qapını arxasınca çəkib yox oldu. Lena
da gedib qapının zəncirini keçirtdi.
Bu hadisə ovqatımı korladı. Bəlkə bir az içsəm
özümə gələrəm dedim. Ancaq Lena daha içmək
istəmirdi. Əlindən tutmaq istədim. Yenə könülsüz
idi. Balaca çarpayıda uşaq yuxudan oyanıb ayaq
üstə qalxmışdı, çarpayının kənarlarından yapışıb
dartınır, sanki idman edirdi.
Ərindən yenicə boşanmışdı, hələ rəsmi işləmlər
tamamlanmamışdı. Ağlıma gəldi, bəlkə də yad bir
kişini evinə gətirməklə ərindən qisas almaq, “bax,
mən heç də bədbəxt deyiləm” demək istəyirdi.
Artıq bu vəzifəni tamamlamış kimiydi. Çünki, ta
-
mamən süstləşdi, öpüşlərimə cavab vermədi, əlinin
yüngül hərəkətiylə məni özündən kənarlaşdırdı.
Lenayla sevişmədən ayrıldıq.
Vera Nikolayevna ilə evdə tək qalmışdım. Qon
-
şu mənzildə Lyuba da tək qalmışdı, çünki Nadejda
“çamadan ticarəti”ylə məşğul olurdu, biz gəldiyi
-
miz günlərdə Türkiyə səfərinə hazırlaşırdı, bu ax
-
şam Kiyevə yola düşmüşdü. Babuşka Vera dadlı
borş bişirmişdi.
- Yaxşı yeməyim olanda istəyirəm qonağım gəl
-
sin – dedi.
Mən buz dolabını açıb araq şüşəsini çıxartdım.
Qadın ikrahla başını buladı. Ancaq gözucu baxışla
-
rı şüşədən qopa bilmirdi.
28
- Sadəcə bir damcı.
- Hə, bir damcıysa, olar...
Bir qədəh içdik. Ukrayna araqları kimi təmiz
içki görməmişəm. Vera xalanın içkiylə bağlı özü
-
nün nəzəriyyəsi vardı:
- Çox adam vodkanın quru yeməklə içəndə yax
-
şı getdiyini deyir, ancaq məncə vodka yalnız sulu
yeməklə içilməlidir...
Bu arada qapının zəngi çalındı. Vera xala yüngül
addımlarla, deyərdim ki, rəqs edə-edə qapıya doğru
yeridi. Gələn Lyuba idi. Nadejdanı yola salıb geri
qayıdırdı. Hər zaman olduğu kimi nəşəliydi. Özü
ilə bir çanta pivə gətirmişdi. Bu qız pivə xəstəsiy
-
di. İri, ətli dodaqları, parıldayan yanaqları, sıra ilə
düzülmüş bəyaz inci dişləri xoşbəxtlikdən başqa bir
anlayış tanımadığından xəbər verirdi. Başdan-ayağa
ehtiras idi Lyuba. Yanımda oturub, elə belə olma
-
lıymış kimi, əlimdən tutmuş, dizini dizimə söykə
-
mişdi. Xəyalım Lenanın yanındaydı. İndiki ağlımla
fikirləşəndə, Lyuba çox gözəl və seksual idi, hər bir
kişi həyatında heç olmasa bir dəfə belə gonbul bir
qadınla yatmalıdır. Ancaq o anda Lyuba mənə çirkin
görünürdü. Üzümə baxıb tez-tez deyirdi:
- Mısmırığını sallama...
Məsləhət gördü, pivəyə araq qarışdırıb içim.
Lap azacıq qatdım. Bunun adamı lül-qəmbər sərxoş
edəcəyi ağlıma gəlməzdi. Bir azdan artıq üçümüz
də birlikdə var səsimizlə mahnı oxuyurduq. Lyuba
-
nın söylədiklərini güclə qavrayırdım. Ayağa qalxıb
29
rəqs etməyə başladıq. Maqnit kimi biri-birimizə
yapışmışdıq. Elə rəqs edə-edə qapıya doğru yönəl
-
dik. Bir azdan sonra artıq Lyubanın yatağındaydım.
Bir begemot kimi məni ovlayıb yatağına salmışdı.
Soyunub yorğanın altında onu gözləyirdim. Ancaq
Lyuba tələsmək bilmirdi. Əsl həngamə də bundan
sonra başladı.
Lyuba rəqs edirdi.
Dolabdan çeşidli rəqs kostyumları çıxarıb ge
-
yinir, mənə məlum olan-olmayan xalq rəqslərini
çılğınlıqla oynayırdı. Rəqs bitdiyində artıq bu so
-
nuncudur, indi yatağa girəcək deyə düşünürdüm.
Ancaq belə olmurdu. Qaraçı rəqsi, qafqaz rəqsi,
yunan rəqsi, hind rəqsi biri-birini əvəz edirdi. Lyu
-
ba kostyumları bir-bir çıxarır, ərinmədən geyinir və
dəli kimi oynayırdı. Bədənindən sel kimi tər gedir
-
di. Əsl tamaşa idi. Artıq sonsuzadək bitməyəcəyini
düşünürdüm bu dəliliyin. Hələ də yadıma düşəndə
məntiqi izahını tapa bilmirəm onun bu hərəkətinin.
Sevgiöncəsi bir ritual olsaydı belə bu qədər uzun
sürməməliydi. Sonralar Lyubanın, Arxangelskə ərə
getmədən öncə Vinnitsa rəqs ansamblının solisti
olduğunu öyrənsəm də, yenə də mənə görə izah-
olunmaz idi onun bu sevgi ritualı. Ancaq yataqda
bu incəsənətin heç izi tozu da yox idi. Qaranlıq
-
da tikanlı bir dəliyə girmiş kimi oldum. Sadəcə
bir dəfə hıqqıldayıb birdən-birə süstləşdi və dərin
yuxuya getdi. Beləcə həyatımdakı ilk sevgi təcrü
-
bəm səfehcəsinə sona çatdı.
30
Gecəyarı rəqqasəsi səhər erkəndən oyanıb “xo
-
lodes” bişirmişdi. Bir erkəyə necə qulluq etmək,
könlünü necə oxşamaq qaydalarını çox gözəl baca
-
rırdı bu qadın. Parlaq al yanaqları və qırmızı boyalı
dodaqları yenə də üstündə idi. Boynumda öpüş izi
buraxaraq öz sevgi oyununu gözəl bir şəkildə ta
-
mamlamışdı.
Günorta Zamin qayıdıb gəldi və biz axşam qa
-
tarıyla “malları” Çernovtsıya daşıdıq. Lyubanı bir
daha görmədim.
31
3
GƏNCLIKDƏ BELƏ
SƏHVLƏR OLUR
Do'stlaringiz bilan baham: |