_______________ Milli Kitabxana _______________
57
Heyhat, çıxış yolum yox... dəmir həlqəyə düşdüm,
Bağlı qapı dalında çox qaldım, çox döyüşdüm.
Qabıq qoydum yolunda. Dedim: qaya, daş yarım,
Təki sənin yanında yüksəlsin etibarım.
Gördüm arxam, önüm də aslanlarla doludur,
425
Qılınclarla kəsilmiş yolum - ölüm yoludur.
Qılınclarla qapanmış bu ölkədə, qoy dedim,
Ən uca, güclü səslə sənə bir xitab edim.
Çəkdim sənin qapına qaynayan söz çeşməmi,
Özüm yerimdə qaldım bir qum danəsi kimi.
Mən sənin qabağında bir zərrəyəm, ey Günəş!
Səhər dualarımı qəbul eylə, fikirləş.
İnci dolu dənizin atdı, tutdu təbimi,
Kəmərindən asıldı ürəyim daş-qaş kimi.
Nə qədər ki həyat var, hər keçən gündüz olsun,
430
Gecə şahlıq gövhərin qoy min-min ulduz olsun.
Gör nə qədər parlaqdır sarayda bəxt ulduzun.
O qəsrin bu qəsrdən bir az da üstün olsun!
Do'stlaringiz bilan baham: |