_______________ Milli Kitabxana _______________
192
Sirr düyünü vurarkən din ipliyi seçdilər,
2075
Həllacın da ipini bu pambıqdan eşdilər.
Nə qədər ki, bağlıdır qönçə rahat, salamat,
Dönür qan çanağına açılan kimi, heyhat.
Susmaq səadətinə ağız yetərsə əgər,
Başından keçənləri qəlbin dililə söylər.
Könlünün kasasından yesən, xoşdu bu nemət,
Dilinə dəyən kimi atəş kəsilir fəqət.
Ən gözəl natiqliyin adı sükutdur bu gün,
Sükut ilə yürümək - sənin zəfər yürüşün.
İşıq dolu könüllər sükut etməyi xoşlar,
2080
Ağız açmaz, bu haqqı özgəsinə bağışlar.
Könüllər dünyasında könül lüğəti gizli,
Bu lüğəti şərh edər yalnız ürəyin dili.
Ey Nizami, layiqdir qənaət mülkü sənə,
Çünki dilin xəsisdir, qəlbin - sonsuz xəzinə.
Do'stlaringiz bilan baham: |