İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ
İsanın ayaqları yol açıb dünyalara,
1530
Qəlib çıxmışdı bir gün balaca bir bazara.
Gördü bir çoban iti, canavar kimi nəhəng,
Yol üstündə uzanmış cansız, nəfəssiz köpək.
Dörd yanmı bürümüş adamlar qatar-qatar,
Leş yeyən quzğun kimi başına toplaşıblar.
Biri dedi: "Çatladar beynimizi bu cəmdək,
Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!"
Biri dedi: "Rədd edin, görünməsin bu murdar,
Gözümüzü kor eylər, könlümüzü dondurar".
Hərə bir hava çaldı: "Tfu!" - "Cəsəd!" - "Əlhəzər!",
1535
Zavallı, miskin leşə min bir cəfa verdilər.
Do'stlaringiz bilan baham: |