Doqquzuncu söhbət
DÜNYA QAYĞILARINDAN QURTULMA BƏHSİ
Ey vüsal gecəsindən daha əziz, mehriban,
Sübhün bayrağı kimi çevik kölgəli insan!
Nə vaxtacan kölgətək qəmgin görünəcəksən?
Qalx ki, yürü ki, bayraq gözəlləşir yürürkən.
Yola çıxan soltanlar öncə yükünü yollar,
Özündən öndə gedər karvanı qatar-qatar.
Sultan isən, çıx yola, səfər vaxtıdır artıq,
Yol üçün yemək götür, dəyərli azuqə yığ.
Özün yola çıxmamış göndər getsin yükünü,
1410
Bu gün başla sabahkı ruzu tədarükünü.
Bal arısı sabahı - uzağı gördüyündən,
Şanlarını doldurur balla elə bu gündən.
Baxın, savaş səfində hər qarışqa - qəhrəman,
Sabahını düşünüb, yem daşıyır durmadan.
Do'stlaringiz bilan baham: |