_______________ Milli Kitabxana _______________
121
Qəmə, dərdə tab etmək - peyğəmbərlik pilləsi,
1225
Sən axtaran dincliklə - yalnız ölüm kölgəsi.
Acı yeyib, xilas ol xudbinlik mərəzindən,
Acı şərab deyilmi damaqlara dad verən?!
Sərvtək düz yaşa ki, düyünlərdən azad ol,
Öz bağrını yeməklə sən şamlar kimi şad ol.
Xəzinə xazinidir, seyr elə əjdahanı,
Dərdə dözüm yaradır hər cür zövqü, səfanı.
Kimlər ki çəkir zəhmət, məgər taparmı illət?
Məşəqqətin sonundan başlanır istirahət.
Fələk sənin bəxtindən açmasa bir düyünü,
1230
Salmaz sənin boynuna başqa zəncir düyünü.
Əcəl yoluna çıx ki, sənə haqqı tanıdır,
Bu şadlıq karvanını çəkən qəm karvanıdır.
Do'stlaringiz bilan baham: |