ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet106/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   102   103   104   105   106   107   108   109   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ
iqtisadi rifahın (net economic welfare, NEW) yeni göstəricisini
təklif etmişlər. Bu göstərici adambaşına orta ümummilli məhsul
göstəricisinin  mənfi  təsirli  amillərin  çıxılması,  qeyri-bazar
fəaliyyətindən gəlirlərin əlavə edilməsi və asudə vaxtın nəzərə
alınması vasitəsilə yenidən hesablanması ilə müəyyən edilir [35]. 
Ötən əsrin 80-ci illərindən başlayaraq  “real inkişaf indeksi”
və “iqtisadi rifah indeksi” kimi göstəricilər rifahın qiymətlən -
diril məsində geniş istifadə olunur. 
Adambaşına ÜMM göstəricisindən real inkişaf indeksinə (bu
göstərici “dayanıqlı iqtisadi rifah” kimi də adlandırılır) keçmək
üçün  müəyyən  müsbət  və  mənfi  düzəlişlər  etmək,  saysız-
hesabsız  ev  xidmətlərini  (məsələn,  ailə  üzvlərinin  biri-birinə
göstərdikləri pulsuz xidmətləri), xarici borcun artmasını, gəlirlə -
rin təmərküzləşməsi nəticəsində rifah halının azalmasını (hər
əlavə 1 manatın faydalılıq həddi kasıb insan üçün varlıya nisbə -
tən çox yüksək olur), ətraf mühitin çirklənməsini nəzərə almaq
lazımdır.  Bu  indeks  iqtisadçı-ekoloqlar  tərəfindən  daha  çox
istifadə olunur.
İqtisadi rifah indeksinin müəllifləri kanadalı alim Lars  Osberq
və Böyük Britaniyalı statistik Pirson Eqon Şarp (Eqin Pearson
Sharpe)  (1895-1980)  qeyd  etmişlər  ki,  iqtisadi  rifah  sosial
amilləri  nəzərə  almır.  Deməli,  ümumi  rifah  iqtisadi  rifaha
nisbətən daha geniş anlayışdır. Ən ümumi formada bu indeks
aşağıdakı komponentləri əhatə edir [44,49]:
• istehlak;
• gəlirlərin bölgüsündə bərabərsizlik;
• iqtisadi təhlükəsizlik.
Bu komponentlər bir sıra elementlərdən ibarət olmaqla aqre-
qat göstəricilər kimi müəyyən olunurlar. Tədqiqatlar göstərir ki,
1950-1990-cu  illəri  əhatə  edən    dövrdə  Böyük  Britaniyada
ÜMM-un 230%-ədək yüksəlməsinə baxmayaraq, iqtisadi rifahın
artım həddi 3% olmuşdur. Həmin illərdə stabil iqtisadi inkişafın
olmasına və vətəndaşlarının maddi imkanlarının (pul gəlirlərinin)
artmasına  baxmayaraq,  əhalinin  rifah  səviyyəsi  azalmışdır.
Ekoloji problemlərin və gəlirlərin bərabərsizliyinin artması belə
vəziyyətin əsas səbəbi kimi qeyd olunur. Oxşar nəticələr ABŞ,
Avstriya, Almaniya və İsveç  üçün də alınmışdır. Başqa sözlə,
bu ölkələrdə ətraf mühitin çirklənməsi və gəlirlərin bərabərsizliyi


kimi  mənfi  amillərin  rifaha  təsiri  malların  və  xidmətlərin
istehsalına nisbətən daha sürətlə artmışdır [44,49,110].
BMT-nin  İnkişaf  Proqramının  mütəxəssisləri  tərəfindən
ölkənin sosail-iqtisadi inkişafının səviyyəsinin qiymətləndiril -
məsi üçün daha kompleks göstərici – insan potensialının inkişafı
indeksi (İPİİ) hazırlanmışdır [110].
İPİİ ölkənin  insan resurslarının inkişafı sahəsindəki nailiy  yət -
lə  rini əks etdirir. Bu göstərici hər bir insanın və ümumilikdə
xalqın rifahının ümumi qəbul edilmiş meyarlara uyğunluğunu,
insanların  uzun  və  sağlam  ömür  imkanlarını,  təhsil  almaq
imkanlarını və ləyaqətli maddi təminat məsələlərini əks etdirir.
İPİİ həyat səviyyəsinin üç sosial indikatoru üzrə hesabi orta
kimi gəlirlərin bərabərsizliyi nəzərə alınmaqla hesablanır:
• ömürün gözlənilən uzunluğu indeksi;
• əhalinin təhsil səviyyəsi indeksi;
• adambaşına düşən real ÜDM indeksi (müxtəlif ölkələrin
valyutalarının alıcılıq qabiliyyəti paritetinin nəzərə alınması ilə
hesablanır).
İPİİ-nin qiyməti  0-dan 1-ə qədər dəyişə bilər. 
Ölkələrin iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq insan
potensialı üzrə təsnifatı İPİİ-nin aşağıdakı qiymətlərinə görə  apa -
r  ılır [110]:
• İPİİ > 0,8 - çox yüksək səviyyə;
• 0,71 < İPİİ < 0,8 – yüksək səviyyə; 
• 0,535 <  İPİİ < 0,71 - orta səviyyə;
• İPİİ < 0,535 - aşağı səviyyə.
BMT-ın İnkişaf Proqramının 2013-cü il üçün hazırladığı insan
inkişafı barədə Hesabatına görə Azərbaycan 0,734-ə bərabər olan
indekslə  yüksək  inkişaf  səviyyəli  ölkələr  sırasına  daxil  edil -
mişdir. Qeyd etmək lazımdır ki, ölkəmiz bu siyahıda Braziliya,
Türkiyə, Çin, Misir, İndoneziya, Hindistan kimi inkişaf etməkdə
olan  və  çox  böyük  iqtisadi  potensiala  malik  olan  ölkələri
qabaqlayır.
BMT-ın İnkişaf Proqramının 2013-cü il üçün hazırladığı insan
inkişafı barədə Hesabatına görə Azərbaycan 0,734-ə bərabər olan
indekslə  yüksək  inkişaf  səviyyəli  ölkələr  sırasına  daxil  edil -
mişdir. 
114

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   102   103   104   105   106   107   108   109   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish