766) Vegetativ vəziyyət nə ilə xarakterizə olunur?
A) Qabıq (koqnitiv) funksiyalarının tamamilə itirildiyi bir şəraitdə “yuxu-oyaqlıq” sikli və vital funksiyaların saxlanılması ilə
B) Huşun normal vəziyyəti, lakin bulbar əzələlərin iflici ilə
C) Pasientin, hətta intensiv stimulyasiya yolu ilə çıxarıla bilmədiyi huşsuz halı, gözlərin spontan açılmasının olmaması və vital funksiyaların pozulması ilə
D) Aspontanlıqla, pasientin suallara ləng, lakin düzgün cavab verməsilə
E) Qabıq (koqnitiv) funksiyalarının saxlanılması, lakin tetraplegiya, bulbar sindromu, mimiki və çeynəmə əzələlərinin iflici üzündən pasientin xarici stimullara reaksiya verə bilməməsi ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 229
767) Aşağıda sadalananlardan hansı beyin olümünün ən dəqiq əlamətidir?
A) Okulosefalik refleksin olmaması
B) EEQ zamanı elektrik aktivliliyinin olmamasının aşkar edilməsi (“beynin tam elektrik sükutu”)
C) Spontan tənəffüsün olmaması
D) İkitərəfli midriaz
E) Baş beynin damarlarının kontrastlı angioqrafiyası zamanı serebral arteriyalarda qan dövranının olmadığının aşkar edilməsi
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 230
768) Vernike ensefalopatiyasının inkişafı nə ilə əlaqədardır?
A) Hipoalbuminemiya ilə
B) Hipokalsiemiya ilə
C) Hipernatriemiya ilə
D) B1 vitamininin defisitilə
E) B6 vitamininin defisiti ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 369
769) Vernike ensefalopatiyasının klassik klinik triadasına nə daxildir?
A) Oftalmoplegiya, ataksiya, huşun pozulması
B) Asteriksis, bulbar sindrom, ataksiya
C) Oftalmoplegiya, ataksiya, bulbar sindrom
D) Huşun pozulması, ataksiya, bulbar sindrom
E) Parkinsonizm sindromu, ataksiya, bulbar sindrom
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 370
770) Klinik göstəricilərin kəskin subaraxnoidal qansızmadan xəbər verdiyi, lakin KT-nin subaraxnoidal boşluqda qan aşkara çıxarmadığı halda aşağıda sadalanan müayinə metodlarından hansı zəruridir?
A) Transkranial doppleroqrafiya
B) Exo-EQ
C) EEQ
D) Lümbal punksiya və likvorun müayinəsi
E) Kranioserebral MRT
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 268
771) Aşağıda sadalanan preparatlardan hansının qəbul edilməsi uşaqlarda Reye sindromunun (kəskin qeyri-iltihabi ensefalopatiya və qaraciyərin disfunksiyasının) inkişafı üçün risk amili hesab olunur?
A) Penicillin
B) Vitamin C
C) Naproksen
D) Aspirin
E) Parasetamol
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 638
Do'stlaringiz bilan baham: |