Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet6/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   2   3   4   5   6   7   8   9   ...   31
Yaxşı ermənilər
«Eşşək meydanı» ilə Gorus-İrəvan şose yolu (bu yola el arasında «cadda yolu» de­yirdilər – M.U.) arasındakı məsafə 5 km-dən çox olmazdı. Əgər yamacı dikinə enə bilsəydik Qızılcıq kəndinin kövşənlərindən keçib 15-20 dəqiqəyə şose yoluna çıxa bilərdik. Lakin ge­cə­nin qaranlığı, yağış islatmış yamacın sürüş­kənliyi, sürücünün nabələdliyi yolu kəsə get­məyimizə imkan vermədi. Dağın döşünü asta-asta dolanaraq tədriclə şose yoluna yaxın­laş­mağı qərara aldıq ki, bu da yolumuzu xeyli uzatdı. Yarım saatdan çox yol getməyimizə baxmayaraq cadda yolu görünmürdü.
Birdən ətrafımızda çoxlu sayda itlərin hürüşməsini eşitdik. Maşınımızın on addımlı­ğında mal-qoyun ağulları olduğunu görəndə azərbaycanlılar yaşayan Qızılcıq kəndinin oba­sına gəldiyimizi zənn etdim. Beş-altı iri çoban iti maşını dövrəyə alıb hirslə hürüşür, az qala kabinaya soxulub bizi parçalamaq istəyirdilər. Sürücü maşını saxladı. Maşının dayanmasına bənd imiş kimi sağdan və soldan iki əlisilahlı qaraltı bizə yaxınlaşdı. Ermənilər idi. Nöm­rə­dən tanımışdılar, ya nədən, azərbaycanca qışqırdılar:
-Ara, kimsiniz, burada nə qayırırsınız. Düşün aşağı. Axmaqlıq eləməyin, biz çoxuq, hamımız da silahlı.
Onsuz da axmaqlıq eləmişdik. Gecəyarı dağ yolları ilə əliyalın gəlib erməni fermasına çıxmışdıq. Sürücü mənə baxdı, mən sürücüyə. İkimiz də pərt olmuşduq. Belə bilsəydik elə gündüz Allaha pənah deyib Laçından Gorusa keçib gedərdik, daha dağ yollarında ərəsət olmazdıq.
Gözləməyin yeri deyildi, qorxdu­ğumu­zu büruzə verməmək, risk etmək, vəziyyətdən çıxmaq lazım idi. Pəncərənin şüşəsini aşağı endirib mən tərəfdə dayanan erməniyə mü­raciət etdim:
- Kirovabaddan gəlib Uruda gedirik, yolu azmışıq, şoseyə necə çıxmaq olar?
«Urud» sözünü eşidəndə erməni silahı aşağı saldı:
- Urudda kimlərdənsən, ara?
- İsanın oğluyam, Quliyev İsanın.
- Haşvabah (hesabdar) İsanın?
- Bəli.
- İsa dayı yaxşı adam idi. Bizim direktor Hamazla da dost idilər. Allah rəhmət eləsin.
Atam uzun illər (1945-1987) rayonun müxtəlif təssətüfatlarında dövlət və partiya işlərində çalışmışdı və Sisyan camaatının çoxu ağsaqqallığına görə atama «İsa dayı» deyirdi. Hamazın adını çəkəndə başa düşdüm ki, bunlar Noravan erməniləridir. Noravan azər­bay­canlı kəndləri Ağdü və Vağədinin arasında yerləşən kiçik bir erməni kəndi idi. Təsərrüfatı Ağdününkindən üç dəfə kiçik olmasına bax­ma­yaraq bu kəndləri bir sovxozda birləşdirmiş, rəhbər kadrları isə ancaq ermənilərdən təyin etmişdilər. Atam vaxtilə Ağdü kolxozunda baş mühasib işlədiyindən və işlə bağlı qonşu Noravan kəndinə gedib-gəldiyindən Noravan camaatı atamı yaxşı tanıyırdı.
Maşının solunda dayanmış əli tüfəngli erməni də hərlənib mən tərəfə gəldi.
-Ara, baxtın gətirdi ki, İsa dayının adını çəkdin. O kişinin bizə çox yaxşılığı dəyib, aclıq illərində (1962-63-cü illər, o zaman atam Urud kolxozunun sədri olub-M.U.) bizim camaat Urudun çörəyi ilə dolanıb. Burada çox dayanmayın. Obada Yerevandan gələn saqqal­lılar var. Bütün işləri də onlar qarışdırır. Di­kinə, üzüaşağı sallanın, Arpa təpəsi ilə Buğda təpəsinin arasında şoseyə çıxacaqsınız, Sisya­na girməyin, şose ilə geri qayıdıb Vağədidən Uruda enin. Di, bizi görməmisiniz.
Sürücü maşını işə saldı. Ermənilərlə xu­dahafizləşib onların göstərdiyi səmtə tərəf getməyə başladıq. Şoseyə çatana qədər heç birimiz danışmadıq. Bütün günü çəkdiyimiz əzab-əziyyət, gecə yarı erməni fermasına gəlib çıxmağımız, silahlı emənilərin əlindən belə asanlıqla sağ-salamat qurtarmağımız hər iki­mizə yuxu kimi gəlirdi.
Saat 03.30-da Gorus-İrəvan şose yoluna çıxdıq. Sisyana və Noravana girmək olmazdı. Yeganə yol ermənilərlə-azərbaycanlıların qarı­şıq yaşadığı Vağədidən keçib Uruda düşmək idi.
Şosse yoldan Vağədi kəndinə gedən tor­paq-qrunt yola çıxaraq kəndin kövşənlərini, gur, bol, sərin suyu olan Hovuz arxını keçib Vağədi kəndinə düşürük. Səssizlikdir. Kənd şirin yuxudadır. Qabağımıza bir ins-cins çıx­mır. Əjdaha dərəsini, Vəngi, «Zor-zor» bula­ğını, Mirəhməd bağını keçib Uruda aparan yola dönürük. Qarşıda Urud kəndinin olduğunu biləndə sürücü sükutu pozur:
- Qəbiristanlığa gedəcəksən?
- Bəli.
- Məni də apararsan.
- Yaxşı, - deyirəm.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish