6.8. Qüsurların Aradan Qaldırılması İşlərinə Nəzarət
6.8.1 Müvafiq tikinti müqaviləsində müəyyən edilən qüsurların aradan qaldırılması müddəti ərzində aşkar edilmiş və ya tikintiyə nəzarəti həyata keçirən peşəkar tərəfindən aşkar edilməli olan qüsurların aradan qaldırılması işləri üçün tələb olunun istənilən əlavə nəzarət işləri və bununla bağlı bütün xərclər Məsləhətçi tərəfindən həyata keçirilməlidir.
6.8.2 Layihənin inşası və qüsurlu və ya yararlı olmayan dizayn ilə bağlı Məsləhətçi tərəfindən qüsurların aradan qaldırılması işlərinə nəzarətlə bağlı bütün əlavə xərclər Məsləhətçi tərəfindən ödənilməlidir.
7 Sığorta
7.1. Məsuliyyətin və Zəmanətlərin Sığortası
7.1.1 Məsləhətçi öz hesabına aşağıdakı və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən tələb olunan digər sığortaları xidmətin bir hissəsi kimi təmin etməlidir.
(i) minimum həddi_________ olmaqla, peşəkar məsuliyyətin sığortası;
(ii) minimum həddi __________olmaqla, işəgötürənin məsuliyyətinin sığortası
-
minimum həddi _________ olmaqla, üçüncü tərəflərin məsuliyyətinin sığortası.
Müştərinin yazılı xahişi ilə Məsləhətçi aşağıdakılara həyata keçirmək üçün ağlabatan tədbirlər görməlidir:
-
6.1-ci maddəyə əsasən müəyyən edilmiş məsuliyyətin həddinə müvafiq olaraq öz sığortasını artırmaq;
-
üçüncü tərəfin məsuliyyətinə qarşı öz sığortasını artırmaq;
-
Müştərinin tələb etdiyi digər sığortaları ya artırmalı, ya da təmin etməlidir.
7.2 Müştərinin mülkiyyətinə sığorta
7.2.1 Müştərinin yazılı təklifi əsasında Məsləhətçi aşağıdakı hallar üçün Müştəri üçün müvafiq hesab edilən sığortaları əldə etməlidir:
(a) 2.5-ci maddəsinə əsasən Müştərinin təchiz etdiyi və ya ödədiyi əmlaka zərər dəyməsinə qarşı;
(b) belə əmlakdan istifadəsindən meydana çıxan məsuliyyətə qarşı.
8 Danışıqlar və Məhkəmə
8.1.1 Mübahisələrin danışıqlar vasitəsi ilə həlli
8.1.1 Müqavilə ilə əlaqəli və ondan kənar mübahisə bu mübahisəni həll etməyə səlahiyyəti olan nümayəndələr bir tərəfdən digərinə yazılı olaraq təklif edilən 14 gün ərzində bu mübahisəni həll etmək üçün vicdanla görüş təşkil etməlidir, mübahisə həll üçün tərəflərin münasib rəhbərliyi bu münaqişəni sülh yolu ilə həll etmək üçün belə təklifin göndərildiyi 14 gün ərzində görüşməlidir. Əgər təklifin verildiyi gündən 30 gün sonra mübahisə hələ də həll olunmayıbsa, 8.3-cü maddəyə əsasən mübahisə arbitraj vasitəsilə həll olunmalıdır.
8.3 Məhkəmə
8.3.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən tənzim və təfsir edilir.
8.3.2. Hazırkı Müqavilənin mövcudluğu və ya izahı ilə bağlı və ya onunla əlaqədar bütün mübahisə, anlaşılmazlıq və/və ya fikir ayrılıqları (bundan sonra "Mübahisə" adlanacaq) əvvəlcə Tərəflər öz aralarında danışıqlar vasitəsilə həll etməyə çalışmalıdırlar. Tərəflər Mübahisə ilə bağlı razılıq əldə etmədikdə, Mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və məhkəmənin qərarı Tərəflər üçün qəti və məcburi olacaqdır.
ƏLAVƏ 1
XİDMƏTLƏRİN HƏCMİ
Xidmətlərin Həcmi, təfsilatlı təsviri və metodologiyası məsləhətçinin _________ tarixli təklifində (razılaşmaya əlavə olunmuş) təsvir olunduğu kimi olmalıdır. Bu xidmətlər _________ layihəsi üçün xidmətlərin şərtini özündə birləşdirir. Bu aşağıdakı planlaşdırılmış mərhələlərdən ibarətdir:
______________
ƏLAVƏ 2
HEYƏT, TƏCHİZAT, AVADANLIQ və MÜŞTƏRİ TƏRƏFİNDƏN TƏMİN EDİLƏN DİGƏR XİDMƏTLƏR
Müştərinin təmin etməli olduğu kadr, ləvazimat, fəaliyyət və xidmətlər Məsləhətçinin ________ tarixli təklifinin (müqaviləyə əlavə olunmuş) _______-ci paraqrafında təsvir olunduğu kimi olmalıdır.
ƏLAVƏ 3
KOMPENSASİYA və ÖDƏNİŞ
Xidmətlər üçün haqq Məsləhətçinin _________ tarixli təklifinin _______-ci maddəsində göstərildiyi kimi olmalıdır.
ƏLAVƏ 4
XİDMƏTLƏRİN TƏQVİM PLANI (QRAFİK)
Xidmətlər üçün vaxt cədvəli Məsləhətçinin _______tarixli təklifinə əlavə olunmuş İlkin proqramda təsvir olunduğu kimi olmalıdır (Təklif Əlavə 1-ə əsasən Müqaviləyə əlavə olunmuşdur)
Əlavə VII
ARDNŞ-nin __ ___ 2011-ci il tarixli
__ nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi
Təchizat Müqaviləsi
(SOCARSS – 007.2011)
MÜNDƏRİCAT
-
ANLAYIŞLAR
-
TƏFSİR
-
ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ
-
Ümumi
-
ŞİRKƏTİN NÜMAYƏNDƏSİ
-
PODRATÇININ NÜMAYƏNDƏSİ
-
PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ
-
ŞİRKƏTİN TƏMİN ETDİYİ ƏŞYALARA GÖRƏ MƏSULİYYƏT
-
PODRATÇININ MƏLUMATLILIĞI
-
PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI
-
TAPŞIRIQ VƏ SUBPODRATÇILIQ
-
Tapşırıq
-
Subpodratçılıq
-
PODRATÇININ İŞÇİLƏRİ
-
DİGƏR ŞƏXSLƏRLƏ ƏMƏKDAŞLIQ
-
PROQRAM
-
TEXNİKİ MƏLUMAT
-
YOXLAMA VƏ SINAQDAN KEÇİRMƏ
-
DƏYİŞİKLİKLƏR
-
ŞİRKƏTİN təlimat vermək hüququ
-
Ümumi DƏYİŞİKLİKLƏR
-
PODRATÇININ DƏYİŞİKLİK tələb etmək hüququ
-
MÜQAVİLƏNİN DƏYƏRİNDƏ və ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ düzəliş edilməsi
-
Mübahisəli DƏYİŞİKLİKLƏR
-
FORS MAJOR
-
DAYANDIRMA
-
ÖDƏNİŞ ŞƏRTLƏRİ
-
VERGİLƏR
-
MÜLKİYYƏT
-
PATENTLƏR VƏ DİGƏR ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
-
QANUNLAR VƏ QAYDALAR
-
TƏZMİNATLAR
-
PODRATÇI TƏRƏFİNDƏN SIĞORTA
-
DOLAYI İTKİ
-
MƏXFİLİK
-
GÖMRÜK PROSEDURLARI
-
TƏHVİL VERMƏ VƏ TAMAMLAMA
-
QÜSURLARIN ARADAN QALDIRILMASI
-
XİTAM
-
AUDİT VƏ SƏNƏDLƏRİN SAXLANILMASI
-
YÜKLÜLÜKLƏR
-
İŞ ETİKASI
-
ÜMUMİ HÜQUQİ MÜDDƏALAR
-
Hüquqların saxlanması
-
PODRATÇININ FİLİALLARI
-
PODRATÇININ müstəqilliyi
-
Uyğun hüquq və dil
-
Bildirişlər
-
ŞİRKƏTİN Statusu
-
Tam Razılaşma
-
İtkinin azaldılması
-
Etibarsızlıq və müddəaların bölünənliyi
-
DƏYMİŞ ZİYAN
-
MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
-
Məsuliyyətin Məhdudlaşdırılması
-
Məhdudlaşdırma Dövrü
-
İstisnanın və ya Məsuliyyətin Məhdudlaşdırılmasının həddi
-
Üstünlük
-
MÜBAHİSƏLƏRİN HƏLLİ
-
SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT
1. ANLAYIŞLAR
Bu Müqaviləni təfsir etmək üçün aşağıdakı anlayışlardan istifadə olunur. Bu maddədə nəzərdə tutulmayan digər anlayışlar, həmin anlayışların ifadə edildiyi bölməyə və ondan sonra gələn növbəti bölmələrə tətbiq edilir.
-
“FİLİAL” hər hansı bir şirkətin törəmə və ya əsas və ya holdinq şirkəti və ya bu cür əsas və ya holdinq şirkətin başqa bir törəməsi deməkdir.
-
“ŞİRKƏT QRUPU” ŞİRKƏT, onun ORTAQLARI, onun və ya onların FİLİALLARI və müvafiq olaraq onun və ya onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna PODRATÇI QRUPUNUN heç bir üzvü daxil deyildir.
-
“ŞİRKƏTİN NÜMAYƏNDƏSİ” 3-cü Maddədə istinad edilmiş şəxs deməkdir.
-
“ TAMAMLAMA” dedikdə Maddə 27-ə uyğun olaraq, İŞİN hamısının başa çatdırılması nəzərdə tutulur.
-
“TAMAMLAMA SERTİFİKATI” dedikdə Maddə 27-ə uyğun olaraq, İŞİN hamısının və ya müvafiq hissəsinin icrası ilə əlaqədar verilən sertifikat nəzərdə tutulur.
-
“TAMAMLAMA TARİXİ” dedikdə İŞİN hamısının və ya müvafiq bir hissəsinin başa çatdırıldığı və TAMAMLAMA SERTİFİKATINDA göstərilən tarix nəzərdə tutulur.
-
“MÜQAVİLƏ” bu Müqavilə, xüsusi şərtləri və ona əlavələr nəzərdə tutulur.
-
“MÜQAVİLƏNİN QİYMƏTİ” dedikdə Müqavilədə müəyyən edilən Muzd və görülən İŞİN dəyəri nəzərdə tutulur.
-
“PODRATÇI QRUPU” dedikdə PODRATÇI, onun SUB-PODRATÇILARI, onun və onların FİLİALLARI, müvafiq olaraq onun və onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna ŞİRKƏTLƏR QRUPUNUN heç bir üzvü daxil deyildir. Həmçinin, “PODRATÇI QRUP” SUB-PODRATÇILARIN ofşor və ya quyu sahəsindəki İŞLƏRİ yerinə yetirən (hər hansı səviyyədə) subpodratçıları, onların FİLİALLARI, onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) nəzərdə tutulur.
-
“PODRATÇININ NÜMAYƏNDƏSİ” dedikdə 3-cü Maddədə istinad edilmiş şəxs nəzərdə tutulur.
-
“ORTAQ” dedikdə ŞİRKƏTİN birgə fəaliyyət müqaviləsi və ya birləşmə müqaviləsi və ya əməliyyatlar (hansılar üçün ki, İŞ görülür) ilə əlaqədar olan buna bənzər müqavilədə tərəf olduğu və ya vaxtaşırı tərəf ola biləcəyi hər hansı digər müəssisə və bu cür ORTAQDA payı olan varislər və ya bu cür ORTAQDAKI hər hansı bir payın verildiyi şəxslər nəzərdə tutulur.
-
“ TƏHVİL VERMƏ SERTİFİKATI” dedikdə DAİMİ İŞİN hamısının və ya müvafiq bir hissəsinin PODRATÇI tərəfindən ŞİRKƏTİN diqqətinə, himayəsinə və idarəsinə təhvil verilməsi ilə əlaqədar olaraq ŞİRKƏTİN Maddə 27.2-yə əsasən verdiyi sertifikat nəzərdə tutulur.
-
“ İŞİN SPESİFİKASİYASI” dedikdə bu MÜQAVİLƏYƏ əlavələrdə müəyyən edilmiş işin xüsusiyyətləri nəzərdə tutulur.
-
“ƏSAS İŞÇİLƏR” dedikdə bu MÜQAVİLƏDƏ bu cür adlanan personal nəzərdə tutulur.
-
“DAİMİ İŞ” dedikdə İŞİN nəticəsində hasil olan ŞİRKƏTİN əmlakı nəzərdə tutulur.
-
“PROQRAM” dedikdə PODRATÇI tərəfindən İŞİN yerinə yetirilməsi üçün hazırlanan və ŞİRKƏT tərəfindən təfsilatlı iş planı kimi təsdiq edilən və PODRATÇININ 11-ci Maddəyə uyğun olaraq İŞİN yerinə yetirilməsi zamanı istifadə edəcəyi təfsilatlı iş planı nəzərdə tutulur.
-
“ MÜƏYYƏN EDİLMİŞ TAMAMLAMA TARİXİ” dedikdə PODRATÇIDAN İŞİN BAŞA ÇATDIRILMASININ tələb edildiyi tarix nəzərdə tutulur.
-
“ ƏSAS TARİXLƏRİN CƏDVƏLİ” dedikdə MÜQAVİLƏDƏ nəzərdə tutulan hadisələrin və bunlarla əlaqədar olan tarixlərin, 14-cü Maddəyə uyğun olaraq bu tarixlərdən hər hansı birinə və ya hamısına edilən düzəlişlər ilə birlikdə tərtib edilmiş cədvəli nəzərdə tutulur.
-
“ SUB-PODRAT MÜQAVİLƏSİ” dedikdə İŞİN hər hansı bir hissəsinin yerinə yetirilməsi üçün PODRATÇI və digər tərəf (ŞİRKƏT və PODRATÇININ işçilərindən başqa) arasında bağlanan müqavilə nəzərdə tutulur.
-
“SUB-PODRATÇI” dedikdə SUB-PODRAT MÜQAVİLƏSİNİN tərəfi (PODRATÇIDAN başqa) nəzərdə tutulur.
-
“TEXNİKİ MƏLUMAT” MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTİN təmin etdiyi və ya təmin etməsinə səbəb olduğu bütün bu kimi məlumatlardır.
-
DƏYİŞİKLİK” aşağıdakı hər iki mənanı verir:
-
Maddə 14.1-ə müvafiq olaraq PODRATÇIYA verilmiş təlimat; və
-
MÜQAVİLƏYƏ uyğun olaraq PODRATÇININ səlahiyyəti çərçivəsində ƏSAS TARİXLƏRİN CƏDVƏLİ və/və ya MÜQAVİLƏ DƏYƏRİNƏ edilmiş düzəliş
-
“İŞ” dedikdə MÜQAVİLƏNİN müddəalarına uyğun olaraq, MÜQAVİLƏYƏ əsasən bütün materialların təmin edilməsi, xidmətlərin göstərilməsi və avadanlıqların təchiz edilməsi də daxil olmaqla, PODRATÇIDAN yerinə yetirilməsi tələb edilən bütün işlər nəzərdə tutulur.
-
“İŞ SAHƏSİ” dedikdə üstündə, altında, içində və ya vasitəsilə İŞ görülən torpaq, sular və ofşor qurğular, üzən tikinti avadanlığı, gəmilər (təsdiq olunmuş lövbər qaydalarının əhatə etdiyi ərazi də daxil olmaqla), dizayn ofisləri, emalatxanalar və MÜQAVİLƏNİN məqsədləri üçün avadanlıq, materiallar və ya təchizatların alındığı, saxlanıldığı və ya istifadə edildiyi yerlər də daxil olmaqla digər ərazilər nəzərdə tutulur.
2. TƏFSİR
2.1 Bütün təlimatlar, qeydlər, razılaşmalar, fərmanlar, razılıq sənədləri və bildirişlər yazılı şəkildə olmalıdır. Bütün bu sənədləşmə bütün yazışmalar və digər sənədlər ilə birlikdə Azərbaycan dilində olmalıdır.
Buna baxmayaraq, ŞİRKƏT hər hansı bir səbəbdən birinci mərhələdə PODRATÇIYA şifahi təlimat verməyi zəruri hesab edərsə, PODRATÇI bu cür təlimata riayət etməlidir.Hər hansı bu cür şifahi təlimat vəziyyətə uyğun olaraq mümkün qədər tez olmaqla yazılı şəkildə təsdiqlənməlidir, bu şərtlə ki, əgər, PODRATÇI bu cür şifahi təlimatı yazılı şəkildə təsdiq edir və buna ŞİRKƏT tərəfindən yazılı formada əsassız gecikdirilmə olmadan etiraz edilmirsə, bu ŞİRKƏT tərəfindən yazılı şəkildə verilmiş təlimat hesab olunur.
2.2 Nizamnaməyə, nizamnamə müddəasına və ya nizamnamə sənədlərinə edilən hər hansı bir istinad qüvvədə olduğu müddətdə onlara edilmiş hər hansı dəyişiklik və ya düzəlişi də ehtiva etməlidir.
2.3 Mətnin məzmunu başqa cür tələb etmirsə, təkdə işlədilən sözlər cəmi ehtiva edir və kişi cinsində olan sözlər qadın cinsini və neytral cinsləri, və müvafiq qaydada əksinə ehtiva edir.
3. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ
3.1 Ümumi
-
ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİ Müqavilədə müəyyən edilən şəxslərdir.
-
3-cü Maddəyə uyğun olaraq təyin edilən bu cür nümayəndələr və ya nümayəndə heyətləri hazır olmalıdırlar ki, ŞİRKƏT və PODRATÇIYA MÜQAVİLƏ ilə müəyyən edilən öhdəliklərini yerinə yetirmələri üçün imkan versinlər.
-
ŞİRKƏT NÜMAYƏNDƏSİ və onun tərəfindən səlahiyyət verilmiş hər hansı bir şəxsin ağlabatan vaxtda İŞ SAHƏSİNƏ girişi olmalıdır və PODRATÇI giriş hüququnun əldə edilməsi üçün əlverişli şərait yaratmağa və hər bir köməkliyi göstərməyə çalışmalıdır.
-
ŞİRKƏTİN NÜMAYƏNDƏSİ
-
ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏ ilə müəyyən edilən bütün məsələlərdə ŞİRKƏTİN adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə bu barədə PODRATÇIYA yazılı şəkildə məlumat verilir və PODRATÇIYA bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların PODRATÇIDAN alınmasına görə məsuliyyət daşıyır.
-
PORATÇIYA bildirməklə, ŞİRKƏTİN NÜMAYƏNDƏSİ istənilən zaman öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər. Bu cür bildirişdə hər hansı bu cür təmsilçinin dəqiq səlahiyyəti göstərilir və bildiriş PODRATÇININ NÜMAYƏNDƏSİNƏ göndərilir.
-
ŞİRKƏT ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİ istənilən vaxt dəyişə bilər və ŞİRKƏT hər hansı dəyişiklik haqqında PODRATÇIYA məlumat verməlidir.
-
MÜQAVİLƏDƏ açıq şəkildə ifadə olunmadığı halda, ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək və ya PODRATÇINI MÜQAVİLƏ ilə müəyyən edilmiş hər hansı öhdəliklərindən azad etmək səlahiyyəti yoxdur.
-
PODRATÇININ NÜMAYƏNDƏSİ
-
PODRATÇININ NÜMAYƏNDƏSİNİN PODRATÇININ MÜQAVİLƏ ilə müəyyən edilən hüquq və öhdəlikləri çərçivəsində hər hansı fəaliyyəti ilə bağlı PODRATÇININ adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə ŞİRKƏTƏ bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların ŞİRKƏTDƏN alınmasına görə məsuliyyət daşıyır.
-
PODRATÇININ NÜMAYƏNDƏSİ öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər və səlahiyyətin bu cür verilməsinin müddəti ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığından asılıdır.
-
PODRATÇI PODRATÇININ NÜMAYƏNDƏSİ və ya hər hansı təyin edilmiş təmsilçisini səbəbsiz olaraq ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan, dəyişdirə bilməz.
-
PODRATÇININ NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək səlahiyyəti yoxdur.
-
PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ
-
PODRATÇI bütün növ idarəçilik, nəzarət, işçi heyəti, material və avadanlıq ( ŞİRKƏT tərəfindən təmin edilməli olan materiallar və avadanlıqlar istisna olmaqla), zavod, istehlak məhsulları, ləvazimatlar və müvəqqəti və ya daimi xarakterli bütün digər şeyləri, o şəkildə təmin edir ki, bunların təminatının zəruriliyi MÜQAVİLƏDƏ nəzərdə tutulmuşdur və ya MÜQAVİLƏDƏN ağlabatan şəkildə bu nəticəni çıxarmaq olar.
-
PODRATÇI özünün MÜQAVİLƏYƏ ilə müəyyən olunmuş bütün öhdəliklərini həyata keçirməli və İŞİ lazımi diqqətlə, çalışqanlıqla və MÜQAVİLƏYƏ əsasən yerinə yetirilməli olan iş növündə təcrübəyə malik olan podratçıdan tələb olunan məxsusi bacarıqla icra etməlidir. İŞ MÜQAVİLƏDƏ nəzərdə tutulmuş məqsədlər uyğun gəlməlidir və ya bu cür məqsədlər nəzərdə tutulmadıqda özünün adi məqsədlərinə uyğun gəlməlidir.
-
MÜQAVİLƏDƏ aydın şəkildə nəzərdə tutulan hallar istisna olmaqla, PODRATÇI DAİMİ İŞİN hər hansı bir hissəsinin planlaşdırılmasına görə məsuliyyət daşımır. Lakin, PODRATÇININ məsuliyyət daşıdığı hallarda bütün İŞLƏR Maddə 4.2-yə uyğun olaraq icra edilir.
-
Hüquqi və fiziki baxımdan qeyri-mümkün olduğu və ya təhlükəsizliyə xələl gətirdiyi hallar istisna olmaqla, PODRATÇI İŞ ilə əlaqədar olan bütün məsələlərlə bağlı ŞİRKƏTİN verdiyi təlimatlara və göstərişlərə ciddi şəkildə riayət etməlidir.
-
PODRATÇI tərəfindən təmin edilən, MÜQAVİLƏDƏ təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya ŞİRKƏTİN razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır və MÜQAVİLƏDƏ bunun üçün məqsəd müəyyən edilmişdirsə bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır.
-
İŞİN icrasının və başa çatdırılmasının vaxtında həyata keçirilməsi və hər hansı bir maneənin yaranmamasını təmin etmək üçün, PODRATÇI Maddə 4.1, 4.3 və 4.5-də nəzərdə tutulan bütün vəzifələri vaxtında icra etməli və materialların və avadanlığın təmin edilməsinə görə məsuliyyət daşıyır.
-
ŞİRKƏTİN TƏMİN ETDİYİ ƏŞYALARA GÖRƏ MƏSULİYYƏT
-
ŞİRKƏT çatdırılma tarixləri və qaydaları da daxil olmaqla Müqavilədə müəyyən edildiyi kimi Materiallar, Xidmətlər və Ləvazimatlar təmin edir.
-
Maddə 22.2-nin şərtlərinə baxmayaraq, PODRATÇI bu cür əşyalar ona çatdırıldıqda, bunların təhvil almasına, boşaldılmasına və yerləşdirilməsinə görə məsuliyyət daşıyır. PODRATÇI bu malların hamısını baxışdan keçirir, bunların sənədlərini yoxlayır və bunlar arasında hər hansı bir ziddiyyət olduqda və ya mallar zədələnmiş olduqda bu barədə ŞİRKƏTƏ mallar təhvil alındıqdan sonra 3 iş günü müddətində xəbər verir, bu müddət razılığa əsasən vaxtaşırı dəyişdirilə bilər. Bu malların təhvil alınmasının qeydiyyatı yazılı şəkildə aparılmalıdır. Hər hansı bir ziddiyyət və ya qüsur barədə bildiriş verilmədiyi halda, bu əşyalar tam və zədəsiz şəkildə təhvil verilmiş hesab olunur.
-
PODRATÇI ŞİRKƏT tərəfindən təmin olunan İŞ SPESİFİKASİYASINDA qeyd olunmuş materiallar və avadanlığı xüsusi testdən keçirir, onları yoxlayır və bu testlərin və yoxlamanın nəticəsini ŞİRKƏTƏ bildirir.
-
PODRATÇI ŞİRKƏT tərəfindən təmin edilən material və avadanlıqların siyahısını ŞİRKƏT və PODRATÇI arasında razılaşdırılmış formada saxlayır və bu MÜQAVİLƏNİN müvafiq bəndinə uyğun olaraq təhvil alınmış material və avadanlığın istifadəsini və istifadə edilməmiş material və avadanlığın balansını əks etdirən aylıq inventar siyahı təqdim edir.
-
PODRATÇI ŞİRKƏT tərəfindən PODRATÇIYA İŞİN icra edilməsi üçün təqdim edilən material və avadanlığın lazımi və təhlükəsiz şəkildə saxlanılmasına görə məsuliyyət daşıyır və İŞ SPESİFİKASİYASINDA qeyd olunan xüsusi saxlama tələblərinə riayət edir. Maddə 22.2-yə baxmayaraq, PODRATÇI bu material və avadanlığa PODRATÇININ sahibliyində və idarəsində olduğu zaman, İŞ SPESİFİKASİYASINA riayət edilmədiyi təqdirdə dəymiş istənilən zərərin və korlanmanın əvəzini ödəyir.
-
PODRATÇI MÜQAVİLƏNİN müvafiq bəndinə uyğun olaraq ŞİRKƏT tərəfindən təmin edilən artıq və istifadə edilməyən material və avadanlıq haqqında ŞİRKƏTƏ məlumat verir. ŞİRKƏT bu cür artıq qalan material və avadanlığın yerləşdirilməsi üçün 14-cü Maddəyə uyğun olaraq DƏYİŞİKLİK tərtib edir.
-
PODRATÇININ MƏLUMATLILIĞI
-
PODRATÇI MÜQAVİLƏYƏ daxil olmazdan əvvəl İŞİN həddi və xüsusiyyəti çərçivəsində PODRATÇININ xidmətlər, işçi heyəti, material və avadanlıq, zavod, İŞ üçün tələb olunan istehlak məhsulları və ləvazimatlar, Müqavilənin Muzd adlanan maddəsində müəyyənləşdirilən tariflərin və qiymətlərin düzgünlüyü və qənaətbəxşliyi, iqlim, dəniz, digər su və hava şəraiti də daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaqla) ümumi və yerli şəraiti və İŞİN icrası və tərəqqisinə təsir edən digər məsələləri nəzərə aldığı güman edilir.
-
PODRATÇI tərəfindən işə mənfi təsir edən məsələlərin nəzərə alınmaması onu MÜQAVİLƏ ilə müəyyən olunmuş öhdəliklərindən azad etmir.
-
PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI
7.1 PODRATÇI ŞİRKƏTİ MÜQAVİLƏDƏ çatışmayan, buraxılan, ziddiyyətli və ya ikimənalı olduğunu və ya tətbiq olunan hüquqa zidd olduğunu hesab etdiyi hər şeylə bağlı dərhal xəbərdar etməlidir. ŞİRKƏT bu deyilənlərə yenidən baxmalı və PODRATÇI İŞİN deyilənlərin təsirinə məruz qala biləcək hər hansı hissəsinə başlamadan əvvəl lazımi təlimatlar verməlidir. PODRATÇI hər hansı bu cür təlimat nəticəsində ləngiməyə və/və ya əlavə xərclərə məruz qaldığını göstərə bilərsə, ŞİRKƏT 14-cü Maddənin müddəalarına uyğun olaraq DƏYİŞİKLİK etməlidir.
-
Müqavilənin Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit) tələblərindən və 36-ci Maddənin müddəalarından əlavə, PODRATÇI İŞİN yerinə yetirilməsi ilə əlaqədar baş verən hər hansı hadisələrlə bağlı ŞİRKƏTİ ləngimədən xəbərdar etməlidir. PODRATÇI, həmçinin, İŞİN və ya MÜQAVİLƏNİN yerinə yetirilməsinə təsir edə biləcək, baş verən hər hansı digər hadisələrlə də bağlı ŞİRKƏTİ xəbərdar etməlidir.
-
PODRATÇI ŞİRKƏTİ işin hər hansı təklif olunan və ya faktiki dayanması, istehsalat mübahisələri və ya İŞİN yerinə yetirilməsinə və ya tamamlanmasına təsir edən və ya təsir edə bilən digər məsələlər barədə dərhal xəbərdar etməlidir.
ŞİRKƏT tərəfindən tələb olunduqda, PODRATÇI həmçinin, minimal ödəniş tarifləri, müavinətlər, həvəsləndirmələr, iş saatları, ödənişsiz məzuniyyət müddətləri və iş vaxtından əlavə iş də daxil olmaqla, lakin təkcə bunlarla məhdudlaşmamaqla istehsalat münasibətləri ilə əlaqədar İŞLƏ bağlı digər məlumatları da ŞİRKƏTƏ verməlidir.
-
ŞİRKƏT PODRATÇIYA MÜQAVİLƏYƏ uyğun olaraq İŞİ düzgün yerinə yetirməsi üçün PODRATÇININ ŞİRKƏTDƏN əsaslı olaraq tələb etdiyi və istədiyi, İŞƏ aidiyyati olan bütün məlumatları ləngimədən verməlidir.
-
Do'stlaringiz bilan baham: |