Mövzusunda magistr dissertasiyasi


II FƏSİL. Kimyəvi məhsulların gömrük eskpertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi



Download 182,69 Kb.
bet3/5
Sana10.05.2017
Hajmi182,69 Kb.
#8608
1   2   3   4   5

II FƏSİL. Kimyəvi məhsulların gömrük eskpertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi.
2.1. Kimyəvi məhsulların ekpsertizasının aprılması qaydası.

Kimyəvi malların ekspertizası malın kimyəvi strukturunun, o cümlədən əmtəənin strukturundakı fərqli kimyəvi ortaqlıqların təyin olunması, öyrənilməsi niyyətilə yerinə yetirilən xüsusiyyətlərin məcmusudur. 

Kimyəvi malların gömrük ekpsertizası gömrük qurumlarının əmtəələrin ekspertizaya təqdim olunması barədə dokumenti (sənədi) vəya qurumların müraciət etməsinə əsasən yerinə yetirilir. Əmtəələr gömrük ekspertizasına təqdim olunduqda, gömrük qurumunun hüquqi adamı bunun haqqında fərqli olmayan zamanlarda, əmtəələr haqqında məsul başqa adamlara vəya bunların əməkdaşlarına şifahi olmayan deklarasiya təqdim edir. Deklarasiyada bu adamların məsuliyyət və öhdəçilikləri bu adamalara izah olunur.

Kimyəvi əmtəələrin gömrük ekpsertizası gömrük labaoratoriyasının rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Kimyəvi əmtəələrin gömrük ekspertizası məqsədilə gəlmiş gömrük qurumunun dokumentinə (sənədinə) veya adamın müraciət etməsinə, o cümlədən izlənmə məlumatlarına gömrük laboratoriyasının rəhbərliyi baxımından bir iş günü ərzində yoxlama həyata keçirilir və mütəxəssisə nəticə verilir. Kimyəvi əmtəələrin gömrük ekspertizası gömrük laboratoriyasının mutəxəssisləri vəya müddətli əməkdaşlığa əsasən çağırılmış başqa mütəxəssislər baxımından həyata keçirilir. Öyrənilmə məqsədinin gömrük labaoratoriyasına çatdırılması qeyri-mümkün olduğu halları çıxmaq şərtiylə, gömrük araşdırması gömrük laboratoriyasının əsas mərkəzinə gətirilir. Kimyəvi əmtəələrin gömrük yoxlanılması gömrük yoxlaması və gömrük dəqiqləşdirilməsi, həmçinin mütləq qaydanın tətbiq olunduğu məqamda fəaliyyətinə start verir. Yoxlamaya verilmiş ləvazimatlar vəya dokumentləri müteəxəssis ətraflı şəkildə araşdırır. Yoxlamanın həyata keçirilməsi məqsədilə vacib hesab edilən informasiyaların vəya dokumentlərin çatışmadığı aşkar edildikdə, mutəxəssis ləvazimatların vəya dokumentlərin gömrük labaoratoriyasına getirildiyi andan başlayaraq 5beş iş günündən çox olmamaq şərti ilə, buna yeni ləvazimatların vəya dokumentlərin verilməsi haqqında şifahi olmayan müraciətlə yönəlir. Müraciətdə mutəxəssisin istəyinin ən vacib seqmentləri, bilinən ləvazimatların vəya dokumentlərin bütöv cədvəli bildirilir. Müraciət 2iki formada hazırlanır. İlk forma araşdırma müəyyən edən gömrük qurumuna vəya onunla bağlı yönəlmiş adama təqdim edilir, o biri forma isə araşdırmanın icrası məqsədilə qorunur.

Ancaq vacib zamanlarda vəya müraciətin bir qədər sonra şifahi olmayan şəkildə müvafiq adresə təqdim edilməsi şərtilə, gömrük labaoratoriyasının rəhbərliyinin icazəsi əsasında müraciətin tərkibi mobil vasitə ilə vəya başqa əlaqə vasitələri ilə araşdırma müəyyən edilmiş gömrük qurumuna vəya onunla bağlı yönəlmiş adama təqdim edilir. Verilimiş ləvazimatlar vəya dokumentlərə əsasən nəticə təqdim etmək qeyri-mümkün olduqda, gömrük araşdırılmasının həyata keçirilməsindən vaz keçilir. Gömrük labaoratoriyası baxımından araşdırmanı müəyyən eləmiş gömrük qurumuna vəya onunla bağlı yönəlmiş adama nəticələr təqdim olunmaqla araşdırmanın həyata keçirilməsindən vaz keçmə barədə şifahi olmayan vəya internet vasitəsilə informasiya təqdim edilir, verilmiş ləvazimatlar vəya dokumentər geri göndərilir. Gömrük qurumunun istəyi vasitəsilə tətbiq olunan gömruk araşdırmasının həyata keçirilməsi ilə əlaqədar vəsaitlər ölkə maliyyəsinin vəsaiti hesabına təşkil edilir. Gömrük yoxlaması vəya dəqiqləşdirilməsi ilə bağlı şəkildə deklarantın, əmtəələr haqqında məsul başqa adamların vəya bunların əməkdaşlarının istəyilə əmteələrin gömrük yoxlamasının həyata keçirilməsi məqsədilə məhz o adamlar baxımından Nazirlər Kaibinetinin 5 sentyabr 2012-cı ildə qərar verdiyi “Gömrük yoxlaması vəya dəqiqləşdirilməsiylə bağlı şəkildə deklarantın, əmtəələr haqqında məsul adamlarının vəya bunalrın əməkdaşlarının istəyilə əmteələrin gömruk araşdırılmasının həyata keçirilməsi məqsədilə əldə edilən gomrük vəsaitlərinin qədəri”nin təsdiqlənməsi barədə qaydaya əsasən təyin edilən miqdarda gömruk gomrük vəsaiti qarşı tərəfə təqdim edilir. O qaydada yoxlama məqsədilə miqdaralar da müəyyən formada qəbul edilmişdir.

Kimyəvi əmtəələrin gömrük araşdırılması iyirmi iş günü zamanında həyata keçirilir. Yoxlamanın həyata keçirilməsi ləvazimatların vəya dokumentlərin guömrük labaoratoriyasına gətirildiyi andan sonrakı sıradaki işin günundən hesaba alınır və yazılışın imzaya verildiyi gundə sonlanır. Araşdırmanın adıçəkilən tipinin həyata keçirilmə zamanının axırıncı günü dinlənmə, səsvermə, qeyri - iş günü olan bayrıam zamanına və ya ümumxalq hüzun gunünü ilə üst-üstə gələrsə, sıradakı iş günü zamanın bitdiyi vaxıt kimi qəbul edilir. Kimyəvi əmtəələrin gömrük yoxlamasının zamanı nəticələri söylənilməklə, gumrük labaoratoriyasının rəhbərliyinin şifahi olmayan razılığına əsasən gömrük ekpsertizasının heyata keçirilməsi məqsədilə dörd aydan artıq olmayaraq zamanda artırmaq mümkündür. Kimyəvi əmtəələrin gömrük yoxlamasının həyata keçirilməsi zamanının artırılması haqqında razılığın kopyası bir işin gününun ərzində gömrük yoxlamasını müəyyən edən gömrük qurumuna veya gömrük yoxlamasının həyata keçirilməsi ilə bağlı müraciət göndərmiş adama təqdim edilir.

Kimyəvi malların gömrük yoxlamasına verilmiş ləvazimatların vəya dokumentlərin (nümunə vəya probları çıxmaq şərtilə) qorunma zamanı 36o ayıdır.

Kimyəvi əmtəələrin yoxlanılması zamanı yararlanılan ən vacib ləvazimatlardan digər bir başqası da əmteələrdən alınmış yoxlama və problardır.


Azerbaycan Repsublikasının gumrük qurumlarının razılıqına əssən əmteələr haqqında məsul adamlar, bu adamların, qurumların əməkdaşları vəya başqa ölkə üzrə yoxlama qurumları baxımından gömrük yoxlaması nəzarətində olan əmteələrdən nümunə vəya probların da alınması mümkündür. Nümunə və ya problar araşdırlımağa şərait yaradılan ən kiçik ölçüdə alınır. Nümunə vəya probların alınması barədə akt qurulur. Belə formda nümunə vəya probların alınmasında bunların araşdırılmasının sonucunda istəyi olmayan şəxslər fəaliyyət göstərirlər. Əmtəələr haqqında məsul olan adamlar vəya onların səlahiyyətli əməkdaşları, alınmış nümunə və problara əsasən həyata keçirilmiş araşdırmaların sonucu ilə maralqanmaq imkanına sahibdirlər.

Kimyəvi araşdırmanın tətbiq olunması vaxtı mütəxəssis adətən bunları əsaslı formada təyin etməlidir:

- əşyanın kimyəvi strukturunu;

- məxsusi yoxlama istəyən əmteə növlərinin tərkibindəki əmtəələrin son struktur göstəricilərini (dəyərli əşyalar, narkiotik vasitələr, ali səviyyədə zəhərləyici hissələr, azondağıdıcı hissəklər, etill spirti vəya bir sıra başqa hissələr)

- bərabərləşdirmə ölçüləri vəya əmtəə hissələrinin bölgüsü.

Kimyəvi malların, əmtəələrin gömrük araşdırılmasının yerinə yetirildiyi, tətbiq olunduğu mall qrupu çox genişdir. Boyalar və örtüklər, lif təbiətli obyektlər, şüşə və şüşədən hazırlanan məhsullar, metallar, ərintilər və metallardan hazırlanan məhsullar, polimer metallar, plastik və rezin məhsulları, spirtli mayelər, ekoloji məhsullar və azondağıdıcı maddələr bu qəbildən olan məhsulların sadəcə bir qismini təşkil edir. Ümumilikdə isə, bu ekpsertizalaların həyata keçirilməsinin əsas məqsədini obyektin xüsusiyyətlərinin, əsasən kimyəvi tərkibinin, novünün, tipinin və s. aşkar edilməsi təşkil edir.

Ozondağıdıcı maddelərin ekpsertizası.

Ozondağıdıcı maddələr (adm) və onların istifadə sahəsi. Ozondağıdıcı maddələr (adm) – stratosferdə azon molekulları ilə reaksiyaya girməyə qadir olan xlorlaşdırılmiş, flüorlaşdırılmiş və ya brommlaşdırılmış karbohidrrogenlərdir. Azon (O3) - zərərli ultrabənövşəyi (UV-B) şüaları Yer səthinə buraxmayan təbii filtr funksiyalarını yerinə yetirən molekulu üçatomlu oksigendən ibarət olan xüsusi qazdır. 

Ozonu dağıdan kimyəvi maddələrə xlourflüorkarbohidrogenlər (XFK), hidroxlorflüorkairbohidrogenlər (HXFK), halonlar, hidrobromflüorkarbohidrogenlər (HBFK), broametan (metilbromid), tetraxlormetan, bromxlormetan və metilxloroform (trixloretan) (metilxloroform) aid edilir. 

Müxtəlif ölkələr və istehsalçılar tərəfindən istehsal edilmiş eyni azondağıdıcılar başqa cür adlanırlar. Azondağıdıcı maddələrin eyniləşdirilməsinin daha da asanlaşdırılması məqsədi ilə UNEP (ətraf mühit üzrə BMT-nın proqramı) azondağıdıcı maddələrin və onların əvəzedicilərinin elektron məlumat bazasını istifadəyə vermişdir. Xlorflüurkaribohidrogenlər (XFK) əsasən freonlar (soyuducu agentlər) kimi soyuducularda və kondisioner sistemlərində istifadə edilir. Məişət soyuducularının əksəriyyətində soyuducu agent kimi XFK-12 istifadə edilir, ticarət soyuducularında isə XFK-12, R-502 (XFK-115 və HXFK-22 qarışığı) və ya HXFK istifadə edilir. Avtomobil və dəmiryolu nəqliyyatı üçün soyuducu avanlıqlarında və kondisionerlərdə XFK-11, XFK-12, XFK-114, HXFK-22 və ya XFK-lərin qarışıqları - R-500 (XFK – 12 və HFK – 152a qarışığı) və R – 502 (XFK – 115 və HXFK – 22 qarışığı). Binaların kondisionerləşdirmə və isitmə sistemlərində böyük həcmdə HXFK – 22, XFK – 11, XFK – 12 və ya XFK – 114 istifadə edilir. Köhnə avtomobillərin çoxunda freon kimi XFK-lər istifadə edilir. XFK-12 freonu avadanlıq dəyişdirilmədən HXFK-lərin qarışıqlardan ibarət olan qazlarla əvəz edilir. XFK-lər izolyasiya materialı kimi istifadə edilən poliuretan, fenol, polistirol və poliolefin penoplastların istehsalında istifadə edilirdi. XFK-11 hal – hazırda HXFK – 141b ilə və ya tərkibində ozondağıdıcı maddələr olmayan digər qazlarla əvəz edilir.XFK – 113 elektronikanın yığılmasında təmizləyici həlledici kimi və istehsal prosesində metalların təmizlənməsi və yağının alınmasında geniş istifadə edilir. O, həmçinin parçaların kimyəvi təmizlənməsi və ləkələrin silinməsində tədbiq edilir. Metilxloroform və tetraxlormetan ozondağıdıcı xassələrə malik olan həlledicilərdir.

Tezalışma, partlayıcı və toksik xassələrə malik olmadığından XFK-11 və XFK-12 aerozol propelentləri kimi geniş istifadə edilir. XFK-114 tərkibində spirt olan məhsulların püskürdülməsində tədbiq edilir. XFK-113 bu vaxta qədər təmizləyici kimi istifadə edilən aerozollara qatılır. Aerozollarda lak, dezodorant, üzqırxma köpüyü, ətriyyat insektisidləri, şüşə təmizləyicisini, soba və mətbəx plitəsini təmizləyən vasitələri, əczaçılıq, baytarlıq məhsullarını, boya, yapışqan, yağlayıcıları və yağları püskürdürlər.

Tibbdə istiliyə və rütubətə qarşı həssas kateterlər kimi alətlərin, lifli optik avadanlığın sterilizasiyası üçün XFK-12 və etilen oksidin qarışığından istifadə edilir. Bu qarışığın tərkibində 88% XFK-12 olur və 12/88 adlanır.


Yanğın söndürmə məqsədilə halonlar və HBFK-lər tədbiq edilir. Hal – hazırda onlar köpüklərlə və karbon qazı ilə əvəz edilir.

Brommetan (metilbromid) bitkilərin mühafizəsində torpaqların fumiqasiyası və zərərvericilərin məhv edilməsi üçün pestisid kimi istifadə edilir. O, eləcə də nəqletmədən əvvəl yüklərin karantin emalı üçün istifadə edilir.


HXFK və dördxlorlu karbon kimyəvi sintezdə xammal və katalizator kimi istifadə edilir. XFK freonları tədricən daha az dağıdıcı təsirə malik olan HXFK (hidroxlorflüorkarbohidrogenlər), HFK (hidroflüorkarbohidrogenlər) freonlarla və hidrokarbohidrogenlərlə əvəz edilir.Atmosferə buraxılmış bu maddələr ozon qatını dağıdaraq, yavaş – yavaş onu yox edirlər. Hesablamalar onu göstərir ki, xlorun bir atomu ozonun milyon molekulunu məvh etmə qabiliyyətindədir.

Sənədlərin yoxlanılması. 

Ozondağıdıcı maddələrin aşkarlanması üçün ilk növbədə müşayiətedici sənədlər yoxlanılmalıdır. XFK-rin dəyəri, adətən, alternativ qazların dəyərindən kiçik olur. Düzgün göstərilməyən malın dəyəri ozondağıdıcı maddələrin qeyri – qanuni ticarətinin indikatorudur. Nəqliyyat sənədləri, hesab – fakturalar, qablaşdırma vərəqələri, gəmi kiralama (fraxt) sənədləri, ticari manifestlər və konsanomentlər malın XİF MN üzrə kodların və adların uyğunluğuna dair yoxlanılmalıdır. Sənədlərdə səhv CAS və ya ASHRAE kodları, ticari adları, XİF kodları (HS kodları) və ya idxalçıların saxta adları və ünvanları göstərilə bilər. Sənədlərdə yükün miqdarına da diqqət yetirilməlidir. Yalnız böyük miqdarda ozondağıdıcıların satışı sərfəli olduğundan böyük həcmli yüklərin ticarəti daha risklidir. Yüklər istehsalçı ölkələrinə dair yoxlanmalıdır. Ozondağıdıcı maddələrin istehsalçısı olan ölkələrdən alternativ qazların gətirilməsi, habelə istehsalçısı olmayan ölkədən gələn HXFK və ya HFK – lər yükü şübhəlidir. 

Mala baxışın keçirilməsi.



1. İlk növbədə qablaşmanın (balon, silindr və konteynerin) üzərində ikinci qat boyanın mövcudluğu yoxlanılmalıdır. Ayrı-ayrı freonların qablaşması onun tərkibinə uyğun müvafiq rəngə boyanmalıdır. Məsələn, R-12 – ağ, R-11 – narıncı, R-22 – açıq yaşıl, R-134a – açıq mavi rəngə boyanır. Balonların üzərində ikinci rənglə boyanması, başqa müdaxilələr və ya kağız etiketlərin mövcudluğu markalanmanın düzgün olmadığını göstərir. Qaz balonları trafaret və ya püskürmə yolu ilə parlaq boya ilə markalanır, əks halda malın tərkibi yoxlanılmalıdır. Yeni qaz balonları universal qoruyucu qapaqla (klapan) bağlanmalı, onun zədəli və ya yox olduğu halda isə qazın tərkibi yoxlanılmalıdır. Qazın qablaşmaşında, balonun üzərində və müşayiətedici sənədlərdə qeyd olunan malın mənşəyi haqqında məlumat eyniləşdirilməlidir. Gömrük əməkdaşları mala baxış zamanı markalanmada qeyd olunan malın adının CAS, ASHRAE, XİF MN üzrə kodları haqqında sənədlərlə uyğunluğu yoxlanılmalıdır. Qaçaqmalçı adətən məlumatın birini, məsələn kodun birini dəyişdirir digərlərini isə dəyişilməz saxlayır. Bəzən istehsalçının səhv loqotipləri və ticari nişanları göstərilir və yaxud da ozondağıdıcı maddə tərkibli balonlar ozondağıdıcı maddələri saxlamayan qazlar üçün nəzərdə tutulmayan karton qutulara qablaşdırılır. Karbohidrogen tərkibli soyuducu agentlər alovlanan kimi, tərkibində XFK olan soyuducu agenlər isə alovlanmayan kimi markalanmalıdır. Alovlanan soyuducu agentləri saxlayan silindrlər sol yivli klapanlarla təchiz edilir. Əks halda qazın tərkibi yoxlanılmalıdır.Ozondağıdıcı maddələrinin eyniləşdirilməsi.Ozondağıdıcı maddələr konteynerlərdə, avadanlıq və ya məhsullarda aşkar oluna bilər. Məsələn, sıxılmış qazlar yüksək təzyiqli silindirlərə yerləşdirilir. Maye halında olan ozondağıdıcı maddələr isə baraban, çəllək, böyük butulka və ya aşağı təzyiqli maddələrin saxlanılması üçün istifadə olunan başqa taralara qablaşdırılır.Ozondağıdıcı maddələrin eyniləşdirilməsi məqsədi ilə müxtəlif daşınan qaz analizatorları istifadə oluna bilər. Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrində və Mərkəzi Gömrük Ekspertizası İdarəsində portativ “Ultima-ID” qaz analizatorları tədbiq edilir. Cihaz infraqırmızı detektorun vasitəsi ilə ölçülən freonun tərkibində olan qazların qarışığının qatılıq faizini analiz edən proqram təminatının vasitəsi ilə +/- 2% dəqiqliyində müəyyən edir. Tətbiq olunan Ultima ID qaz analizatoru maddələrin tərkibindəki R22, R134A, R404A, R407C, R410A , karbohidrogenlərin və digər başqa kimyəvi birləşmələri aşkar edir. Testin müddəti 3 dəqiqədir. Test zamanı təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə riayət etmək lazımdır.Monreal protokolunda qeyd olunan hər maddənin nadir yalnız ona məxsus buraxma spektri olduğu üçün bu məsələ infraqırmızı spektroskopiya üsulların vasitəsi ilə müvəffəqiyyətlə həll oluna bilər. Bunun üçün qaz küveti tədqiq olunan qaz halında olan nümunə ilə doldurulur (tələb olduqda nümunə qaz halına çevrilir) və cihazın küvet bölməsinə yerləşdirilir. Fonun spektrinin nisbətində analiz edilən probun infraqırmızı spektri 1300-dən 700 sm-1 dalğa diapazonunda (həlletmə 4sm-3, toplama müddəti 60 saniyə) qeydə alınır. Sonda isə cihazın spektr kitabxanası ilə müqayisə edilərək eyniləşdirilir.Məhkəmə prosesi üçün böyük həcmli konteyner və rezervuarlarda yerləşən maddələrin kimyəvi analizi üçün xüsusi hazırlaşdırılmış texniki personal tərəfindən prob və nümunələr götürülməlidir. Kiçik həcmli tutumlardan qaz nümunələri götürülmür, onların özləri laboratoriyaya çatdırılır. Kimyəyi analizlərdə mass – spektrometrlər və xromatoqraflar istifadə edilir.

Ekolojik – kimyəvi məhsulların ekspertizası.

Ekolojik – kimyəvi məshulların eskpertizası - malların texniki normativ sənədlərlə müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunu müəyyən etmək, insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin qarşısını almaq məqsədləri ilə aparılan eksipertiza növüdür. Ekolojik - kimyevi ekispertiza malların idxal, ixrac, tranzit və ya müəyyən gumrük prosedurunun altında yerləşdirilməsi məqsədi ilə aparılır və aşağıdakı suallara cavab verməlidir: 

- ozondağıdıcı maddələrin mövcudluğunu müəyyən etmək;

- malın (maddənin) təhlükəli tullantılarına aidiyyatını müəyyən etmək;

- malın radialoji təhlükəsizliyini müəyyən etmək;

- nəqliyyat vasitələrinin ekolojik sinfini müəyyən etmək;

- toxum və digər əkin materialların genetik modifikatsiya olunmuş orqanizmlərə (GMO) aidiyyatını müəyyən etmək;

- flora və fauna nümunələrinin CİTES-in nəzarətinə düşüb düşməməsini müəyyən etmək;

- milli genofonda aid edilən, ixracına nəzarət edilən mədəni bitkilərin və onların genetik ehtiyatlarına aidiyatının müəyyən edilməsi.

Azəəbaycan Respublikasının Gömrük Mecəlləsinin 322.1.6. və 322.1.7 bəndlərinə əsasən ekologiya cəhətdən riskli, strukturunda təhlükəli hissəciklər bulunan əmteələrin vəya istifadəyə yararsız malların, radiyoloji risk təşkil edən əmtəələrin təyin olunması kimyəvi məhsulların gömrük ekspertizasının məqsədlərinə daxil edilmişdir.

2.2. Kimyəvi məhsulların gömrük ekspertizasının aparılması və movcud problemlər.
Kimyəvi əmtəələrin gömrük ekspertizası – Azərbaycan Respublikasının gömrük qanunnarına əsaslanaraq gömrük qurumları baxımından yerinə yetirilən tətbiqetmələrin mecmusudur.

Kimyəvi əmtəələrin gömrük yoxlanılması malın, əmtəənin tərkibinin araşdırılması niyyəti ilə öyrənilən əmtəənin strukturundakı fərqli kimyəvi bağlantıların bölgüsünü, kimyəvi strukturunu təyin etdirmək məqsədilə tətbiq edilir və aşağıda sadalanan məsələlərə aydınlıq gətirməlidir:

- Malın kimyəvi strukturunun təyin olunması;

- Əmtəənin məxsusi yoxlama olan əmtəə bölmələrinə aidiyyatının olub olmadığının müəyyən edilməsi;

- Malın tərkib hissələrinin funksiyalarının təyin olunması;

- Əmtəələrin kimyəvi strukturu vəya bunun tərkib hissələrinin bölgüsünün təyin edilməsi və s.

Kimyəvi əmtəələrin gömrük yoxlanılması vaxtı gömrük laboratoriyalarında başlıca olaraq bunlar müəyyənləşdirilir:

- eksternal ekonomik fealiyyetin emtəə gruplaşdırmasına mütənasib əmtəənin nömrəsinin müəyyən edilməsi;

- kimyəvi əmtəənin istehsal olunduğu ölkənin müəyyən olunması;

- kimyəvi əmtəənın gömrük qiymətinin müəyyənləşdirilməsi;

- kimyəvi əmtəələrin təchizat fəaliyyətlərindən sonra, oxşarlıqların müəyyənləşdirilməsi;

- kimyəvi əmtəələrin strukturunun, bunların fizioloji vəya kimyəvi quruluşunun müəyyənləşdirilməsi;

- kimyəvi əmtəələrin növü, tipi vəya çeşidinin müəyyən edilməsi;

- kimyəvi əmtəələrin hazırlanma metodolodogiyasının müəyyənləşdirilməsi;

- kimyəvi əmtəəlerin hazırlandığı əsas resursların müəyyənləşdirilməsi;

- əmtəəlerin hazırlandığı malların vəya başqa materialların işlənməsi vaxtı əmtəə istehsalı qaydalarının (istehsal qədərinin) müəyyən edilməsi;

- əmtəələrin narkotik, güclü tesiretmə qabiliyyətinə sahib toksik, toksikoloji vasitələr səbətinə mənsubluğunun müəyyən edilməsi;

- kimyəvi əmtəələrin ekologiya veya istifadə olunması təhlükesizliyinin müəyyən olunması;

- məxsusi araşdırma üsulu və elmi səviyyə istəyən başqa problemlərin yoluna qoyulması.

Müasir dövrdə gömrük qurumlarının vəya onların yanında fəaliyyət göstərən bölmələrin önündə duran çox mühüm tapşırıqlardan ən mühümü də gömrük qanunvericiliyinin qoyduğu şərtlərə müvafiq şəkildə alfaotoksinli, tokisinli, peistisidli, nitiratlı, radianuklidli vəya strukturunda ağır metal duzları ehtiva edən kimyəvi əmtəəlerin vəya ərzaq maddələrinin import-eksportunun önünü kəsmək, ölkə sərhədləri daxilindən isə təhlükə daşıyan məhsulların keçidinə yoxlamada ümumdünya qaydalara uyğun formada yerinə yetirilməsi ilə ehtiva edilir.

Kimya sənayesi məhsullarının təsnif etmə xüsusiyyətləri.

Kimyəvi məhsulların xaricə ekonomik fəaliyyet göstərmənin mall nomenklaturası üzrə təsnifatına başlamadan əvvəl obyekt haqqında məlumat əldə etmək lazımdır. İlk öncə - “bu nədir? Kimyəvi maddədir yoxsa kimyəvi məhsul?” sualına cavab verilməlidir.

Kimyəvi məhsullar - təbii ehtiyatların hasiletmə texnolojik mərhələlərindən keçmiş və (və ya) kimyəvi reaksiyaların köməyi ilə xammaldan emal edilmiş və insan ehtiyacları üçün istifadəyə və ya olduğu halda istehsalatda istifadə üçün yararlı olan məhsuldur.

Kimyəvi maddə - stabilliyin təmini üçün tərkibində istənilən əlavələri və (və ya) istehsal prosesinin səbəbi ilə aşkar ola bilən təbii halda olan və ya emal prosesi nəticəsində alınan kimyevi element və (və ya) kimyavi birləşmədir. Kimyəvi maddənin və ya onun tərkibinin stabilliyi pozulmadan ayrılması mümkün olduqda onlar həlledicidə həll olunmuş halda da ola bilər.

Başqa sözlə, öz peşəkar fəaliyyətində gömrük inspektoru xüsusi bilik tələb edən kimyəvi məhsullarla tez-tez rastlaşır. Əlbəttə ki, gömrük bəyannaməsini yoxlayan gömrük orqanının əməkdaşı kimya üzrə biliklərə sahib olmur və yalnız malın gömrük bəyannaməsində qeyd olunan təsvirə görə mallın kodunun dəqiqləşdirməsinə dair məsələni həll edə bilməz. Burada müşayiətedici sənədlər, məlumat bazaları, elmi-texniki ədəbiyyat, internet, habelə XİF MN-na dair izahnamələr dəstək ola bilər.

Təsnifat prosesinə başlamadan aşağıdakı alqoritmə uyğun hərəkət etmək lazımdır: Malı təsvir etmək, yəni suallara cavab tapmaq: malın mənşəyi, onun adı və kimyəvi düsturu nədir? Malın tərkibi nədən ibarətdir? Harada və nə üçün istifadə edilir? Nə cür halda təqdim edilib? XİF MN-nın hüquqi mətnlərini təhlil etmək. Kimya sənayesi mallarının XİF MN-da yerinə və digər mallarla əlaqələrinə baxaq.

Kimyəvi məshullar üçün 25, 26 və 27-ci mal qrupların malları xammal kimi istifadə edilir. Kimyəvi məhsullara sintez üsulu ilə və ya 25-ci, 26-cı və 27-ci qrupların xammalın emalı nəticəsində əldə edilən 28-ci və 29-cu qrupların müəyyən kimyəvi birləşmələri aid edilir. Müxtəlif kimyəvi elementlərin qarışığından ibarət olan kimyəvi məshullar XİF MN-sı üzrə 30-38 qruplarda sinifləşdirilir. Bu cür halda mal təyinatına görə təsnif edilir.

XİF MN-nın beynəlxalq əsası malların təfsiri və kodlaşdırılmasının Harimonikləşdirilmiş Sisitemində emalın ardıcıllığı prinsipi istifadə edilir, yəni malın emal dərəcəsi nə qədər yüksəkdirsə sinifləşmə qrupunun nömrəsi də o qədər yüksəkdir. Həmin prinsip bütün “Kimya senayesi və onunla bağlı sənaye sahələrinin məhsulları” VI bölmənin strukturun formalaşdırılmasında (28-38 mal qrupları) istifadə edilib.

Məsələn, kömürün (2701 mal mövqeyi) qovulması nəticəsində bu daş kömür qatranlarına çevrilir (2706 00 000 0 mal mövqeyi). Onlar da qovulmadan sonra aromatik karbohidrogen qarışıqlarına çevrilir (2707 50 altmövqeyi). Aromatik karbohidrogen qarışıqları ayrılma/rektifikasiya prosesindən sonra 2902 mal mövqeyinin məhsullarına çevrilir, məsələn, stirola (2902 50 000 0 mal mövqeyi). Polimerləşmə prosesində təmiz stiroldan ilkin formada stirol polimerləri (polistirol) əmələ gəlir (3903 mal mövqeyi). İlkin formalı polistirolların şəkilə salınmasının nəticəsində məmulatlar əldə edilir, məsələn, polistirol plitələri (3920 30 000 0 mal mövqeyi).

Aşağıdakı misallarda 28 mal qrupunun xam məhsullarının 25-27 qrupları ilə əlaqəsi izlənilir:

Sink oksidi (2817 00 000 0 mal mövqeyi) hava axınında sinkin (2808 00 000 0 mal mövqeyinin təbii sink oksidi və ya sinkiti) qızarana qədər qızdırılması ilə əldə edilir; - 2833 mal mövqeyinin sulfatları təbii maddələrin sulfat turşusu ilə emalı yolu ilə əldə edilir, məsələn, təbii natrium, maqnezium, stronsium sulfatların (2530 mal mövqeyi), təbii qurğuşun sulfatın (2607 00 000 0 mal mövqeyi), təbii mis sulfatın (2603 00 000 0 mal mövqeyi). 27 qrupun mallarının təmizlənməsi yolu ilə 29-cu qrupun malları əldə edilir. Məsələn, 27 qrupun altmövqeyinə dair 3-cü qeydə və 2902 mal mövqeyinə dair izahnaməyə əsasən 95%-dən az təmizliyi olan benzol və toluol 2707 mal mövqeyinə, 95%-dən daha yüksək təmizliyi olan isə 2902 mal mövqeyinə daxil edilir. Ksilol üçün təmizlik həddi 90%-dir.2711 və 2901 mal mövqelərinə dair izahnaməni tədqiq etdikdə bu nəticəyə gəlmək olar ki, malları bu mal mövqelərə daxil etdikdə təmizlik meyarı tətbiq edilməlidir. Məsələn, təmizliyi 95%-dən az olan etan, etilen, n-butan, izobutan 2711 mal mövqeyində qalır , lakin 95%-ən yüksək olanlar 2901 mal mövqeyinə daxil edilir. Propilen, buten və butadien üçün yuxarıda qeyd olunan sinifləşdirmə 90% təmizlikdə qüvvədədir. Lakin, 2711 mal mövqeyinə daxil edilən hətta təmiz halda olan metanın və propanın (qaz halında karbohidrogenlər) sinifləşdirilməsi zamanı bu meyar tətbiq edilmir.Aşağıdakı misallarda “Plastik kütlələr (plastmassa) və onların hazırlanması üçün məmulatlar; kauçuk, rezin, onlardan hazırlanan məmulatlar” VII bölmənin 28 mal VI bölmənin malları ilə əlaqəsi izlənilə bilər: 2901 mal mövqeyinin etilen pomerləşmə prosesə məruz qaldıqda 3901 mal mövqeyinin etilen polimerlərinə çevrilir, propilen (2901 22 000 0 alt mövqeyi) – 3902 mal mövqeyinin polipropileninə.

Kimya sənayesi və onunla bağlı sənaye sahələrinin məhsullarının təsnifatını müəyyən edən bəzi XİF MN-da olan hüquqi əsasları ilə tanış olaq.


VI bölməyə dair 1-ci qeyd 2843-2846 mal mövqelərinin və ya 2852 mal mövqeyinin digər mal mövqelərinə görə daha prioritetli olduğunu müəyyən edir. Bununla belə diqqət etmək lazımdır ki, 2844 və ya 2845 mal mövqelərinin prioritetliyi Nomenklaturanın bütün mal mövqeləri üzrə müəyyən edilib (qeyd 1A), 1B qeydə görə isə 2843, 2846 və ya 2853 mal mövqelərinin prioritetliyi yalnız VI bölmənin mal mövqelərinə görə müəyyən edilib.

Qeyd 1A:

Tərkibində radiolojiaktiv elementlər olan ərintilər və ya qarışıqlar hər zaman 2844 mal mövqeyinə daxil edilir (məsələn, radioaktiv qliserin 2905 mal mövqeyində yox, 2844 mal mövqeyində sinifləşdirilir), karbon izotopu 280300 000 0 mal mövqeyində yox, 2845 mal mövqeyində sinifləşdirilir, lakin radioaktiv filizlər Nomenklaturun V bölməsində qalır.

Qeyd 1B:

Gümüş kazeinatı 3501 mal mövqeyinə yox, 2843 mal mövqeyinə daxil edilir; Gümüş nitratı, hətta fotoqrafiyada istifadə etmək üçün pərakəndə satışa hazır formada olan 2843 mal mövqeyində qalır, 3707 mal mövqeyində yox.
Lakin onlar radioaktiv və ya izotop formasında olduqda müvafiq 2844 və ya 2845 mal mövqeləri tətbiq edilir. Eyni zamanda, 2846 mal mövqeyinə aid edilə bilən nadir torpaq metalların birləşmələrinə aid edilən serit (kompleksli silikat) buna baxmayaraq 2530 mal mövqeyinə aid edilir, çünki 28 mal qrupuna dair 3A qeydinə əsasən V bölmənin mineral məhsulları bu qrupa daxil edilmir.
VI bölməyə dair 2-ci Qeyd bu bölmənin ayrı-ayrı mal mövqeləri Nomenklaranın başqa mal mövqelərinə görə daha prioritetli olduğunu müəyyən edir, lakin bu üstünlük müəyyən qablaşmada və ya pərakəndə satış üçün qablaşmada göndərililən mallara aid edilir.

Məsələn, 2847 00 000 0 mal mövqeyində yer alan hidrogen peroksidi ilk yardım dərman qutusu üçün flakona qablaşdırıldığı halda 3004 mal mövqeyində sinifləşdirilir. Mineral su (2201 mal mövqeyi) dəriyə qulluq üçün vasitə kimi aerozol şəklində olduqda 3304 mal mövqeyində yer alır. Kazein yapışqan (3501 mal mövqeyi) 100 qramlıq tənəkə tutumlarda təqdim edildikdə 3506 mal mövqeyinə aid edilir. Hidroxinon (2907 mal mövqeyi) fotoqrafiyada istifadə edilən aydınlaşdırıcı preparat kimi pərakəndə satış formasında qablaşdırıldıqda 3707 mal mövqeyinə aid edilir.

VI bölməyə dair 3-cü Qeyd dəstlərdə təqdim olunan iki və ya daha çox komponentdən ibarət olan mallara aid edilir. Burada komponentlər aşağıdakı şərtlərə cavab verməlidir:

hamısı və ya bəziləri VI bölməyə daxildir;

komponentlər aşağıdakı şərtlərə cavab verdiyi hallarda VI və ya VII bölməyə daxil olan məhsulun əldə edilməsi məqsədilə qarışdırılması üçün nəzərdə tutulublar: əvvəlcə yenidən qablaşdırılmamış açıq-aydın birlikdə istifadə üçün nəzərdə tutulublar;

bir yerdə göndərilir;

bir birini tamamlayır (təbii və ya nisbi miqdarda).

Belə dəstlər sonda alınan məhsula müvafiq mal mövqeyində sinifləşdirilir. Məsələn, qablaşmada stomatoloji məqsədlər üçün nəzərdə tutulduğu qeyd olunan, hazırlanması üçün tələb olunan maye ilə birlikdə toz halında təqdim edilən metal duzları (məsələn, sink fosfat), metal oksidləri, quttaperça və ya polimer materiallar əsaslı sementlər və ya plomblama materialları XİF MN-sı üzrə 3006 mal mövqeyində sinifləşdirilir.

Qeydlərdə göstərilən tələblərə cavab verən, lakin əvvəlcədən qarışdırılması nəzərdə tutulmayan yalnız müəyyən ardıcıllıqla istifadə edilən dəstlərə bu qeyd şamil edilmir.

VI bölmə tərkibində karbon olan üzvi (29-cu qrup) və qeyri üzvi (28-ci qrup) birləşmələri əhatə edir.

Bununla birlikdə bu qruplara dair qeydlərdə müəyyən olunan və nəzərə alınmalı bəzi xüsusiyyətlər də vardır. Karbonlu birləşmələrin 29-cu qrupa aid edilməsinə baxmayaraq onların bəziləri 28-ci qrupda qalırlar.

28-ci qrupa dair 2-ci qeyddə 28-ci qrupa daxil olan tərkibində karbon olan birləşmələrin tam siyahısı verilir (həmçinin qrupa dair izahatların B bəndinə baxmaq olar). Məsələn, karbon dioksid (2811 21 000 0 altmövqeyi), karbon disulfid (2813 10 000 0 altmövqeyi), sian (2853 00 mal mövqeyi) və civənin üzvi birləşmələri (2852 mal mövqeyi).

Adətən, 28-ci və 29-cu qruplar ayrı-ayrı kimyəvi elementləri və müəyyən kimyəvi tərkibli birləşmələri əhatə edir (28-ci və 29-cu qruplara dair qeyd 1). 
Ayrı-ayrı müəyyən kimyəvi birləşmə müəyyən xüsusi struktur formulu olan və elementlərin daimi nisbəti ilə tərkibi müəyyən olunmuş bir növ molekuldan (məsələn, kovalent və ya ion) ibarət olan birləşmədir. Kristal qəfəsdə molekullar təkrarlanan hüceyrə vahidlərinə uyğundurlar.

Eyni zamanda qayda istisnaları da var və qeyri müəyyən tərkibli kimyəvi birləşmələr 28-ci və 29-cu qrupa daxil edilə bilər, həmçinin müəyyən kimyəvi tərkibli bəzi birləşmələr (üzvi və qeyri-üzvi) həmin qruplara daxil edilməyə bilər. Belə ki, 29-cu qrupa dair izahatlarda (C bəndi) 29-cu qrupa daxil edilən qeyri müəyyən kimyəvi tərkibli birləşmələrin siyahısı verilib, məsələn, ketonun peroksidi, vitaminlər, hormonlar, bitki alkaloidləri və s. Analoji olaraq 28-ci qrupa dair izahatların C bəndində qeyri – müəyyən kimyəvi tərkibli birləşmələrin siyahısı verilir: kobalt oksid, izotoplar, polifosfat turşuları və digər birləşmələr.


28-ci və 29-cu qruplara aid olunmayan müəyyən kimyəvi tərkibli birləşmələr üçün 28-ci (məsələn, natrium xlorid, maqnezium oksid – 25-ci qrup, ammonium nitrat – 31-ci qrup) və 29-cu qruplara dair (saxaroza – 17-ci qrup, etanol – 22-ci qrup) D izahnaməsinə müraciət edilir.

28-ci və 29-cu qruplara dair 1-ci qeyddə aşağıdakı şərtlərlə həll olunan üzvi və qeyri-üzvi kimyəvi məhsullarında həmin qruplara aid edildiyi müəyyən olmuşdur:


suda həll olunublar (28-ci qrupa dair 1B qeydi və 29-cu qrupa dair 1D qeydi); digər həlledicilərdə həll olunublar, amma həll olma onların qorunması və ya nəqli üçün həyata keçirilmişdir, bu da onların ənənəvi məqsədlərdən başqa digər məqsədlərlə istifadəsinə imkan vermir (28-ci qrupa dair 1c qeydi və 29-cu qrupa dair 1Ç qeydi); qorunma və ya nəqletmə üçün tələb olunan stabilləşdirici maddənin əlavə edilməsi ilə həll edilib (28-ci qrupa dair 1d qeydi və 29-cu qrupa dair 1D qeydi); tozlanmaya qarşı vasitənin, həmçinin eyniləşdirmə və ya təhlükəsizlik məqsədləri üçün boyayıcı və ya ətirli maddənin əlavə edilməsi yolu ilə həll edilənlər. Lakin əlavələr onların ənənəvi məqsədlərdən başqa digər məqsədlər üçün istifadəsinə imkan vermədiyi halda (28-ci qrupa dair 1Ç qeydi və 29-cu qrupa dair 1E qeydi);29-cu qrupa dair qeydə görə azo boyaların istehsalı üçün standart qatılığa qədər durulanmış bəzi məhsullar da bu qrupa daxildirlər (məsələn, diazonium duzları). Misal üçün:

Hidrogen peroksidi (2847 00 000 0 mal mövqeyi) çox qeyri- stabil kimyəvi maddədir və parçalanmasının qarşısını almaq üçün az miqdarda ona bor turşusu əlavə edilir. Bor turşusunun əlavə edilməsi ilə stabilləşdirilmiş hidrogen peroksid eyni mal mövqeyində sinifləşdirilir. Lakin hidrogen peroksidin əldə edilməsi məqsədilə katalizatorla qarışdırılmış natrium peroksid 28-ci mal qrupuna daxil edilmir, o, 3824 mal mövqeyində yer alır. Toluolda və ya benzolda həll edilmiş 2812 mal mövqeyinin karbonilxlorid (fosgen). Təhlükəsizlik və ya nəqletmə məqsədləri ilə bu həlledicilərin istifadə edilməsi vacib deyil. Eyni zamanda belə həlletmə məhsulu başqa xüsusi məqsədlərlə istifadə edilməsi üçün yararlı edir. Bu səbəbə görə həmin məhsul 3824 mal mövqeyində sinifləşdirilir. Rütubət dərəcəsini müəyyən etmək üçün silikagelə (silisium dioksid) kobalt duzları əlavə edilir, bununla da o, göy rəngə boyanır. Göy rəngli silikagel quruducu kimi istifadə edilir. Rütubətli yerlərdə onun göy rəngi yavaş-yavaş ağ (şəffaf) rəngə dəyişməsi quruducu kimi funksiyalarının tükəndiyini göstərir və belə silisium oksid 2811 mal mövqeyində deyil, 3824 mal mövqeyində yer alır.28-ci qrupa və 29-cu qrupa dair 1A qeydə əsasən bəzi kimyəvi elementlərin və müəyyən kimyəvi tərkibli birləşmələrin tərkibində “qatışıqların” mövcudluğuna yol verilir. “Qatışıqlara” aid edilir: kimyəvi reaksiyaya girmiş xammal; xammalda mövcud olan qatışıqlar; istehsalat prosesində istifadə edilən reagentlər; bilavasitə və yalnız istehsalat prosesin nəticəsində (təmizləmə daxil olmaqla)əmələ gələn istehsalatın əlavə məhsulları.


Bununla belə, qatışıqlar məhsulda ənənəvi məqsədlərdən fərqli məqsədlər üçün istifadə etmək üçün saxlanıldığı halda onlar yol verilən qatışıqlara aid edilmir. Məsələn, həlledici xassələrini yaxşılaşdırılması məqsədilə metil asetat və metanoldan ibarət olan məhsulda metanol bilərəkdən saxlanılıb və bu qarışıq həlledici kimi 3814 mal mövqeyində sinifləşdirilir. Qeyd etmək lazımdır ki, qatışıqlar üçün müəyyən miqdar müəyyən edilməyib.

Bəzi hallarda VI bölmənin kimyəvi məhsulları təqdim edilmiş formasına görə sinifləşdirilir. Məsələn:

dərman vasitəsi formasında təqdim edilmiş insulin (2937 mal mövqeyi), vitaminlər (2936 mal mövqeyi), antibiotiklər(2941 mal mövqeyi), natrium sulfat (2833 mal mövqeyi) 3004 mal mövqeyində yer alır; insektisid kimi pərakəndə satış üçün qablaşdırılmış insektisidlər (məsələn, 2903 mal mövqeyinin dixlorfeniltrixloretanı (DDT) 3808 mal mövqeyində sinifləşir; yanğın söndürmədə istifadə edilən odsöndürənlər üçün yüklər kimi gətirilən məhsullar (məsələn, sulfat turşusu və və ya karbon tetraxlorid) təyinatına görə 3813 00 000 mal mövqeyində yer alır.

Yuxarıda qeyd olanlara əsasən nəticəyə gəlmək olar ki, 28 və 29-cu qrupların mal mövqelərinə qarışıq kimyəvi məhsullar daxil edilmir (qatışıqlar, stabilizatorlar, həlledicilər kimi yol verilən maddələr istisna olmaqla). Belə kimyəvi məhsullar, adətən, təyinatına görə XİF MN üzrə 30-38-ci qruplara daxil edilir.


Beləliklə, kimyəvi məhsulların siniflərə bölünməsi vaxtı əvvəlcə kimyəvi qruplaşma barədə ətraflı informasiyaya malik olunmaslı, daha sonra XİF MN-nın buna aidiyyatı olan həmin digər bazaları ilə məlumatlandırılması təmin edilir.
O cümlədən gömrük qurumları zərərli hesab olunacaq əmtəələrin, həmçinin kimyəvi əmtəələrin dövlətin sərhəddlərindən keçirilməsi vaxtı bunların gömrük araşdırılmasının yerinə yetirilməsini müvafiq formada və tələb olunan yollarla tətbiq edilməsini təminatını verməklə, dövlətin ekologiya baxımından etibarlılığının də təminatını da verirlər ki, o da dövlətdə yaşayan adamların sayının həyatının riskdə olmasına şərait yaratmır.

Görülmüş işlər, sahiblənilən uğurlarla yanaşı gömrük ekspertizasının modern tələblər çərçivəsinə yüksəltmək məqsədilə bundan sonra daha çox uğurlar əldə edilməli, komitənin və bunun yerlərdəki qurumlarının işində hazırki bir sıra problemlərin və yetərsizliklərin həll edilməsi üsullarını düzgün şəkildə, daha mütənasib və mühüm tədbirlər təşkil edilməlidir. 

Təbii ki, bu sahədə, yəni kimyəvi məhsulların gömrük ekspertizasının həyata keçirilməsi prosesində, əldə olunmuş nəaliyyətlərlə yanaşı, bir sıra mövcud problemlər də vardır ki, Azərbaycan Respublikasının gömrük orqanları bu problemlərin həlli istiqamətində əməli işlər görməkdədirlər. Gömrüklə bağlı qurumların axır dönəmlər müddətində qazandığı üstünlükləri üst səviyyədə dəyərləndirməklə bərabər, onu da demək vacibdir, gömrüklə bağlı qurumları məsuliyyəti görülən vəzifələrdə - kimya tərkibli əmtəələrin gömrükdə yoxlanılmasının yerinə yetirilməsində mövcud problemlərə, kimya tərkibli əmtəələrin gömrükdə yoxlanılması servisi keyfiyyətinin inkişaf etdirilməsində vəya gömrüklə bağlı üsulların asanlaşdırılmasına istiqamətlənmiş politikanı inkişaf etdirməlidir. Xüsusilə, kimyəvi məhsulların gömrük ekspertizasının həyata keçirilməsi zamanı ekspertizanın müddəti (20 gün), gömrük ekspertizası zamanı istifadə olunan yüksək təchizatlı texniki avadanlıqların nisbətən çatışmaması və ya azlığı və ixtisaslı kadr problemi ilə bağlı meydana gələn problemlər ön plana çəkilməlidir. Elm və texnoloji üstünlüklərdən üst səviyyədə yararlanmaq, o üstünlüklərin kimya tərkibli əmtəələrin gömrükdə yoxlanılması sferasında yönəltmək, lazımi hazırlanmış mütəxəsisslər bölməsinin işi vəya bu kimi fərqli aspektlər yoxlama istiqamətinin ən müasir formada təşkilinə rəvac verəcəkdir. 
Xaricə yönəlmiş əlaqələrin ən yüksək formada asanlaşdırılması, həmçinin mal dövriyyəsinin artması ilə əlaqədar gömrüklə bağlı yoxlama yerlərinin quruluşunda da fərqliliklər həyata keçirilməsi mühüm bir vacibiyyət təşkil edir. Buna görə də təzə yoxlama ilə əlaqədar onların quruluşlarının hazırlanmasıyla əmtəə fəaliyyətinin önünü kəsmədən, sabit durmalara icazə verilmədən az zaman ərzində yoxlamanın həyata keçirilməsiylə gömrükə bağlı mütəxəssis araşdırma yönlərinə rahat şəkildə sahiblik ediləcəkdir. 

Son şəkildə onu da bildirimki, düşünürəm, yuxarıda adıçəkilən sferanın ən əlverişli formada dayanıqlılığının qorunması məqsədilə yeni mütəxəssislərin hazır-

lığına daha da önəm verilməlidir.


Download 182,69 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish