FƏSİL I
SIĞORTANIN MƏZMUNU, ZƏRURİLİYİ VƏ NÖVLƏRİ
1.1 Sığortanın yaranma tarixi və iqtisadi mahiyyəti.
Bəşər tarixi yaranandan bəri təbiətlə cəmiyyət arasında daima ziddiyyət özünü biruzə vermişdir. Mövcud olan bu ziddiyyətlər isə təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gəlir. Həmin ziddiyyətlərin mövcud olma formalarından biri də təbii fəlakətlər müxtəlif bədbəxt hadisələrdir. Eyni zamanda müasir şəraitdə cəmiyyətin öz inkişafında müəyyən proseslər meydana çıxa,hadisələr təzahür oluna bilər. Belə bir şəraitdə qabaqcadan planlaşdırılmayan proseslər,yəni müharibələr, bazarın dəyişməsi və s. Baş verə bilər ki, onların da qarşısını almaq bir subyektin vəsaiti hesabına mümkün deyildir. Bunların qarşısını almaq üçün cəmiyyətdə müəyyən ehtiyyat fondlarının yaradılmasına ehtiyyac duyulur. Ehtiyyat fondları həm natural, həm də dəyər formasında yaradılır. Natural ehiyyat fondları hər hansı bir zərurət nəticəsində yaradılır və müvafiq hökumət strukturlarına tabe olur. Məsələn, Azərbaycanda bu fondların yaradılması, idarə olunması və istifadəsi üzərində nəzarətlə Nazirlər Kabineti yanında Material Ehtiyyatları Komitəsi məşğul olur.
Bundan əlavə dəyər formasında ehtiyyatlar da mövcuddur ki, onların da bəzilərinə aiddir: hökumətin və dövlətin ehtiyyat fondları(bu ehtiyyat fondları hökumətin və yerli orqanların büdcələrinin gəlirinin müəyyən faizi hesabına yaradılır), valyuta ehtiyyatları(bu da mərkəzi banklar tərəfindən valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün yaradılılr), müəssisələrin,şirkətlərin,səhmdar cəmiyyətlərin,kommersiya banklarının ehtiyyat fondları və s.
Sığorta ictimai istehsalən ən vacib və ən qədim elementlərindən biridir. O əsasən ictimai istehsal prosesində meydana gələn maddi itgilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Sığortanın ilk formalarının yaranması çox qədim zamanlara aiddir. Araşdırmalardan məlum olur ki, sığortaya bənzər ilk fəaliyyətlərə təxminən e.ə. III-IV min illiklərdə təsadüf edilir. Bəzi faktlara görə isə ilk dəfə sığorta Şumerdə meydana gəlmişdir. Buradan da məlum olur ki, sığorta o vaxtdan indiyədək uzun bir tarixi inkişaf yolu keçmişdir.
Sığortaya yaxın fəaliyyətlərə dəniz ticarətinin inkişaf etdiyi yerlərdə rast gəlinir. Romalılar, yunanlar arasında bəzi şəxslər gəminin daşıdığı yükə görə borc verib, gəminin limana çatdırılması risqini öz üzərinə götürür və gəmi geri qayıdarkən öz pulu ilə əlavə müəyyən faiz də alır.
Qədim dövrdə Misir piramidaları, firon ehramları kimi tikintilərdə işləyən fəhlələr bədbəxt hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoldaşlarının və ya onların ailələrinin xeyrinə qarşılıqlı yardım xəzinəsi təşkil edirdilər. Bu da artıq fərdi qəza sığortasının ilkin ünsürlərini özündə əks etdirir.
Sığortanın tarixi gəmi ticarəti ilə əlaqədar olduğuna görə, gəmi ticarətinin ən çox inkişaf etdiyi İtalyada e.ə. XI-X əsrlərdə başlayır. O dövrdə Aralıq dənizində dəniz ticarəti sürətlə inkişaf edirdi və bu da sığortanın ilkin formalarının inkişafı üçün zəmin yaradırdı.
Yük daşıyanlar gəminin, yükün və daşımanın müddətindən asılı olaraq tacirlərə və bankirlərə “riskin qiymətini” - əlavə pul məbləğini ödəyirdilər. “Riskin qiyməti” daha sonra sığorta mükafatı adlanmağa başladı.
Tədiyyə əsaslı sığorta isə ilk dəfə təxminən 1250-ci illərdə Venetsiya,Piza,Florensiya və Genuya şəhərlərində rast gəlinir. Məhz sığorta müqavilələrinin bağlanması bu dövrə təsadüf edir. Artıq sığortaya zərərlərin qarşılığının ödənilməsi kimi baxılırdı. Bütün bunlardan sonra təxminən 1370-ci ildə təkrar sığorta məfhumu yaranıb inkişaf etməyə başlamışdır. Bu sığortaçılar tərəfindən qəbul edilən riskləri azaldaraq sığorta şirkətinin riskinin müəyyən bir hissəsini digər sığorta şirkətlərinə ötürülməsindən ibarət olmuşdur.
XIII əsrin əvvələrində Almaniyanın Brukke şəhərində əmlakın sığorta edilməsi üçün “Sığorta” palatası yaradılmışdır.
İtalyada dəniz ticarəti sürətlə inkişaf edirdi və bunun nəticəsində də sığortaya böyük ehtiyyac yaranırdı, elə məhz dəniz sığortası anlayışı da ilk dəfə burada yarandı. İlk sığorta şəhadətnaməsi (polisi) kimi qəbul edilən müqavilə 23 oktyabr 1347-ci ildə İtaliyanın Genuya limanından Mayorkaya gedən “Santa Klara” gəmisində daşınan yükə təminat verilməsi məqsədilə hazırlanmışdır.
İlk sığorta şirkəti də 1424-cü ildə Genuya şəhərində yaradılmışdır. Sığorta işi üzrə ilk qanun isə 1435-ci ildə qəbul edilmişdir(Barselona Fərmanı).
Quru sığortalarının tətbiqi 1666-cı ildə Londonda baş verən və 4 gün davam edən 13000 ev 100-ə yaxın kilsənin yanım kül olmasına səbəb olan böyük yanğından sonra başlamışdır. Bunun da nəticəsi olaraq 1680-ci ildə tarixdə ilk dəfə İngiltərədə yanğından sığorta üzrə şirkət təsis edilmişdir.
Zaman keçdikcə ayrı-ayrı sığorta növləri yaranırdı. XVIII əsrin əvvələrində artıq 3 müstəqil sığorta növləri- dəniz, heyvanların tələfatı və yanğından sığorta mövcud idi.
Beləliklə, uzun bir tarixi inkişaf yolu keçmiş sığorta münasibətləri sistemi XIX əsrdən genişlənməyə başlamışdır. Sığorta XX əsrin I yarısında daha intensiv inkişaf etmişdir. Onun yeni növləri, formaları meydana gəlmişdir. XX əsrin ortalarında dünyada güclü sığorta korporasiya və sindikatları meydana gəlmişdir. Onlardan ən irisi özündə 30000-ə yaxın özəl sığorta kompaniyalarını birləşdirən “Lloyd” korporasiyasıdır
İqtisadi kateqoriya olan sığorta maliyyənin tərkib hissəsidir. Mаliyyə sistеminin tərкib hissəsi оlmаqlа sığorta iqtisаdi каtеqоriyа кimi müхtəlif fövqəlаdə hаllаr bаş vеrdiкdə dəyən ziyаnın ödənilməsi və vətəndаşlаrın şəхsi həyаtlаrı ilə bаğlı hаdisələr zаmаnı оnlаrа mаliyyə yаrdımı göstərilməsi ilə əlаqədаr məqsədli pul vəsаiti fоndlаrının yаrаdılmаsı və istifаdəsi prоsеsidir. Məqsədli sığorta fondlarının formalaşması, fiziki və hüquqi şəxslərin maddi itgilərinin ödənilməsi pul vəsaitinin dövranı vasitəsilə iqtisadi münasibətlərin köməyi ilə həyata keçirilir. Buradan da göründüyü kimi sığorta münasibətləri pul vəsaiti fondlarının formalaşması və istifadəsi ilə əlaqədar meydana gələn yenidənbölgü münasibətləridir.
Daha geniş mənada sığorta müəssisə və təşkilatların, fərdlərin vəsaiti hesabına xüsusi ehtiyyat pul vəsaiti fondlarının yaradılması və onun nəzərdə tutulmayan hallar, bədbəxt hadisələr, təbii fəlakətlər və digər əlverişsiz hadisələr nəticəsində dəymiş zərərin ödənilməsi və habelə, əhaliyə, onların həyatında müxtəlif hadisələr baş verdikdə sığorta təminatını ödəmək üçün istifadəsini özündə əks edən iqtisadi münasibətlər sisteminin məcmusudur.
Sığortanın obyekti kimi sığortalını həyatı,sağlamlığı,iş qabiliyyəti,vətəndaşların təşkilatların,müəssisələrin əmlakları,əmlak mənafeləri,nəqliyyat vasitələri və yüklər,risklər,məsuliyyət və s. çıxış edir.
Sığortada iki tərəfin iştirakı zəruridir: sığorta etdirən və sığorta edən. Sığorta edən kimi dövlət, səhmdar və ya sığorta fondunu yaratmaq və istifadə etmək səlahiyyətinə malik olan digər sığorta təşkilatları çıxış edir. Sığorta etdirən kimi isə dövlət,bələdiyyə,kooperativ,səhmdar,hüquqi və fiziki şəxslər çıxış edir.
Bazar münasibətlərinə keçid şəraitində təsərrüfatın müxtəlif sahələrində sığortanın istifadəsilə bir sıra anlayışlar meydana çıxır. Bu sığorta elementlərinin tətbiqi mülkiyyətin bütün formalarını, ailə münasibətlərini əhatə edərək sığorta ilə maraqlanalar arasında xeyli genişlənmişdir. Sığortada xüsusi sığorta anlayışlarından istifadə olunur ki, bu da tərəflər arasında qarşılıqlı münasibətləri asanlaşdırır. Sığorta anlayışlarının köməyi ilə hər bir konkret sığorta forması tənzimlənir və bu sığorta iştirakçılarının hüquqi vəzifələrində ifadə edilir. Sığorta anlayışlarının sığortanın təşkili və idarə edilməsində böyük rolu var. Sığortanın anlayış toplusu çox zəngin olduğundan aşağıda ancaq bir sıra mühüm anlayışların izahını vermişik:
Do'stlaringiz bilan baham: |