Ministry of agriculture of azerbaijan republic


Hesabat dövründə aşağıda qeyd olunan konfrans, seminar və müşavirələr keçirilmişdir



Download 1,31 Mb.
bet12/16
Sana20.04.2017
Hajmi1,31 Mb.
#7183
1   ...   8   9   10   11   12   13   14   15   16

Hesabat dövründə aşağıda qeyd olunan konfrans, seminar və müşavirələr keçirilmişdir:

24-25 fevral 2015-ci il tarixində Ölkə Prezidenti İlham Əliyev cənablarının 12 yanvar 2015-ci il tarixli sərəncamına ”2015 –ci il Azərbaycanda kənd təsərrüfatı ili” elan edil­məsinə həsr olunmuş bakalavriat və magistrantların elmi-praktik konfransı;

15-16 aprel 2015-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş 2014-cü ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktik konfrans;

22-23 aprel 2015-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Fondu Azərbaycanı dünyaya tanıdır” möv­zu­sunda bakalavriat və magistrantların xarici dillərdə (ingi­lis, alman, fransız və rus ) ümumşəhər elmi-praktik konfrans;

Konfransda 146 məruzə dinlənilmişdir.

Aqrar Universitetin əməkdaşlarının beynəlxalq konfrans və simpoziumlarda iştirakları:

- Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və zoomü­hən­dislik fakül­tə­sinin əczaçılıq ixtisasının 14 nəfər 3-cü kurs tələbəsi və Əczaçılıq və BSE-sı kafedrasının assistenti Allahvediyeva Turan Namlet qızı 01-30 mart 2015 –ci il tarixlərində Türkiyənin Ondokuz Mayıs Universitetində təcrübə keçmişlər.



- 07.01-10.01.2015-ci il tarixlərində ADAU-nun tədris işləri üzrə prorektoru Hətəmov Anar Nizami oğlu TEMPUS f/epp proqramı çərçivəsində koordinasiya şurasının iclasında iştirak etmək üçün Almaniyanın Freyburq Universitetində olmuşdur.

- 07.01-31.01.2015-ci il tarixlərində Dillər kafedrasının müdiri Aidə Həsənova və Beynəl­xalq əlaqələr şöbəsinin mütəxəssisi Nərmin Şəfiyeva TEMPUS f/epp proqramı çər­çi­və­sin­də təlimlərdə iştirak etmək üçün Böyük Britaniyanın Qlazqo Universitetində olmuşlar.

- 22.02-07.03.2015-ci il tarixlərində Bitkiçilik kafedrasının müdiri Qurban Məmmədov, elm şöbəsinin elmi işçisi Sahil Quliyev, aqronomluq fakültəsinin tələbələri Aygün Məmmədova və Səma Hüseynova Norveçin Bioloji Elmlər Universitetində təcrübə mübadiləsi keçmişdirlər.

- 25.02-28.02.2015-ci il tarixlərində ADAU-nun tədris işləri üzrə prorektoru Hətəmov Anar Nizami oğlu Fransanın Paris Şəhərində “Qafqaz günləri” adlı keçirilən tədbirdə iştirak etmişdir.

- 04.04-12.04.2015 tarixlərində dillər kafedrasının müəllimi Tağıyeva Könül Arzu qızı və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Şəfiyeva Nərmin Həsən qızı TEMPUS FLEPP layihəsi çərçivəsində Estoniya Respublikasının Tallin Universitetində təlimdə iştirak etmişlər.

- 28.04 – 30.04.2015 tarixlərində aşağıda adları qeyd olunan tələbələr və bir müəllim “17-ci Beynəlxalq Baytar Tələbələrin Elmi Tədqiqat konqresi”-də iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində olmuşlar:

Əliyeva Elnurə Əfqan qızı – “baytarlıq”, 3-cü kurs tələbəsi

Hacıyeva Səbinə Pərviz qızı – “baytarlıq cərrahiyyəsi”, 1-ci kurs tələbəsi

Kərimli Kamran İlyas oğlu – “baytarlıq”, 5-ci kurs tələbəsi

Şirinli Taciman Rafiq oğlu – “baytarlıq”, 5-ci kurs tələbəsi

Turabov Urfan Turan oğlu – baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekan müavini

- 13.04 – 04.05.2015-ci il tarixlərində ADAU-nin tədris işləri üzrə prorektoru dosent Hətəmov Anar Nizami oğlu “Ali təhsil sistemində müasir meyllər” İVLP proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında olmuşdur.

- 27.04 – 03.04.2015-ci il tarixlərində zootexniklik ixtisasının magistri Sadıqlı Bulud Nurəddin oğlu, heyvandarlıq və balıq məhsulları istehsalının texno­logiyası kafedrasının baş müəllimi Türkiyə Cümhuriy­yətinin Diclə Universitetində 11-ci Ulusal Zootexniki Öyrənci Konqresində iştirak etmişlər.

- 06.05 – 11.05.2015 tarixlərində Məmmədzadə Turan Sultan oğlu Bolqarıstan Respublikasının Sofiya şəhərində “Tələbə Gənclər Təşkilatlarının Əməkdaşlıq Sərgisi” adlı layihədə iştirak etmişdir.



- 14-16 may 2015-ci il tarixlərində Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının dosent əvəzi Qasımova İzabella Teymur qızı və Ekologiya mühən­disliyi ixtisasının II kurs tələbəsi Məmmədova Əsmər Ərəstun qızı Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetində Gənc mühəndislərin Simpoziumunda iştirak etmişlər.   

- 17.05–24.05.2015-ci il tarixlərində Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının baş müəllimi Əsgərova Aidə Nizami qızı və həmin kafed­ra­nın assistenti Əliyeva Gülşən Sabir qızı Türkiyə Cümhuriyyətinin İğdır Univer­sitetində Mevlana Dəyişim Proqramı çərçivəsində Akademik Heyət Mobilliyində iştirak etmişlər.

- 01.06-05.06.2015-ci il tarixlərində Qida məhsulları və ekspertiza kafedrasınn baş müəllimi Heydərov Elnur Elman oğlu, Qida məhsulları və ekspertiza kafed­ra­sı­nın dosent əvəzi İsmayılov Mehman Telman oğlu, baş müəllim Əsgərova Aidə Ni­za­mi qızı və assistent Əliyeva Gülşən Sabir qızı Gürcüstan Respublikasının Tbi­li­si şəhərində Gürcüstan Aqrar Universitetində TEMPUS SuToMa Aqroturizm la­yi­həsi çərçivəsində Şərab Turizmi modul 4 proqramı üzrə seminarda iştirak etmiş­­lər;

- 08.06-12.06.2015-ci il tarixlərində “Ekologiya mühən­disliyi və meşəçilik” kafedrasının professoru Z.A.İbrahimov Qazaxıstan Respublikasının Astana şəhə­rində “Deqradasiyaya uğramış meşələrin reabilitasiyası və bərpası” mövzusunda keçirilən beynəlxalq forumda iştirak etmişdir;

- Çin Xalq Respublikasının Bakıdakı Səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşa­virliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çin Xalq Respublikasında təşkil edilmiş kənd təsərrüfatının müxtəlif problemlərinə həsr olunan silsilə seminarlarda iştirak edirlər. Hər biri 20 günü əhatə edən və 2015-ci ilin noyabr ayına kimi davam etmiş seminarların bütün xərcləri (viza xərcləri istisna olmaqla) Çin Höküməti tərəfindən ödənilmişdir. Hər bir seminarda 5 nəfər əməkdaşın iştirakına icazə verilməklə,  xarici dil bilikləri olan gənc müəl­lim və doktorantların iştirakının təmin olunmasına üstünlük verilmişdir.  

- Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının assistenti doktorant Ələkbərov Ələkbər Malik oğlu 28.07-17.08.2015-ci ildə Çin Xalq Respublikasında “İnkişaf etməkdə olan kənd təsərrüfatının mexanikləşdirilməsi (1-ci faza)” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

- Biologiya kafedrasının müdiri, dosent Hümbətov Zaur İsrafil oğlu 14.09-18.09.2015-ci ildə Xorvatiyanın Riyeka şəhərində keçirilən “VI Beynəlxalq Botanika konqresində iştirak etmişdir.

- “Qida məhsullarının texnologiyası” ixtisası üzrə doktorant 02.09-22.09.2015-ci ildə Çin Xalq Respublikasında – “2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə torpaq və suyun mühafizəsi, quraqlıq ərazilərdə kənd təsərrüfatı” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

- Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının assistenti Məmmədov Niyaz Nizami oğlu – 13.09-18.09.2015-ci ildə Qazaxstan, Alma-Ata şəhərində “Elmi-tədqiqat işləri ilə əlaqədar konfransda iştirak etmişdir.

- Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Quliyev Sahil Bəhman oğlu 14.09-18.09.2015-ci il tarixlərində Gürcüstan Respublikasının Kaxetiya şəhərində keçirilən Elmi-Praktik konfransda iştirak etmişdir.

- Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosent əvəzi Həsənov Asif Abuzər oğlu və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İdrisli Pərvin Hüseyn oğlu 20.09-24.09.2015-ci il tarixlərində Almaniyanın Vorms şəhərində TEMPUS “Aqroturizm” layihəsi üzrə seminarda iştirak etmişlər.

- ADAU-nun rektoru AMEA-nın müxbir üzvü professor Cəfərov İbrahim Həsən oğlu və magistr hazırlığı mərkəzinin direktoru İsayev Aydın Yunis oğlu 24.09-26.09.2015-ci il tarixlərində Belarusiyanın Qorki şəhərində Belarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasının 175 illik yubileyində iştirak etmişdirlər.

REGİONAL AQRAR ELM VƏ İNFORMASİYA MƏSLƏHƏT MƏRKƏZLƏRİ
Quba RAEİMM 2015-ci ildə Quba-Xaçmaz bölgəsində elmi nailiyyətlərin tətbiqi və fermerlərin maarifləndirilməsi məqsədilə ET Əkinçilik, ЕТ Tərəvəzçilik, ЕТ Bağçılıq və Subtropik Bitkilər institutları ilə əməkdaşlıq şəraitində nümayiş-sərgi əkinlərinin qoyulması, seminarların keçirilməsi, müvafiq məsləhət və tövsiyələrin verilməsi ilə fermerlərə və digər torpaq mülkiyyətçilərinə köməklik göstərilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

Mərkəzin balansında 71,6 ha meyvə bağı vardır ki, bunun da 59,3 hektarı məhsuldar anaclıq (çiliklik) meyvə bağıdır. Hesabat ilində məhsuldar meyvə bağından 113,9 ton meyvə məhsulu istehsal edilmiş, 18,0 ha taxıl sahəsindən isə 47,7 ton buğda məhsulu götürülmüşdür.

Mərkəzin həyətyanı ərazisində 0,5 ha sahədə olan meyvə bağında damcı- suvarma sistemi qurulmuşdur.

Mərkəzin mütəxəssislərinin köməkliyi və məsləhətləri ilə Quba, Qusar və Şabran rayonlarında 23,0 ha gilas və 32 ha intensiv tipli alma bağları salınmışdır.

Mərkəzin ərazisində buğdanın “Bezostaya-1”, “Qobustan”, “Şəki-1” və “Azəri”, pomidorun “Zərrabi” və “Elim”, xiyarın “Azəri”, soğanın “Sabir”, lobyanın “Sevinc” sortları üzrə sərgi əkinləri yaradılmışdır.

Mərkəzdə kənd təsərrüfatının müxtəlif sahələrinə aid 18 elmi-praktiki seminar, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının 19 kəndində isə fermerlərin iştirakı ilə 66 səyyar seminar və görüşlər keçirilmişdir.

Mərkəzin əməkdaşları tərəfindən “Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində 6 meyvə bitkisinin (alma, armud, gilas, gavalı, fındıq, nar) 15 sortunun tingləri əkilib fermerlərə nümayiş etdirilmişdir.

Mərkəz əməkdaşlarının ümumilikdə 7, o cümlədən Rusiya Federasiyasında 3 elmi məqaləsi dərc edilmişdir. Meyvə bağlarının müxtəlif mövsümlərdə becərilməsinə aid Quba rayonunun Şəfəq qəzetində 3 elmi-populyar məqalə dərc edilmişdir.

Elmi biliklərin təbliği və fermerlərin maarifləndirilməsi məqsədi ilə Mərkəzi və yerli televiziya kanallarında 62 dəfə çıxışlar olmuşdur.

Hesabat ilində 29 iyun 2015-ci il tarixdə FAO-nun Azərbaycan Respublikası üzrə nümayəndəsi Mustafa İmir, 27 oktyabr 2015-ci il tarixdə ABŞ-ın İllinoys Unversitetinin professoru Mühamməd Babadost Mərkəzdə olmuş, əməkdaşlarla görüşmüş və fikir mübadiləsi edilmişdir.

25 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası kənd təsərrüfatı naziri, cənab Heydər Əsədovun iştirakı ilə Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nəzdində Quba Fermer Evinin açılışı olmuşdur. Açılışda İsrail və Hindistan dövlətlərinin səfirləri, həmçinin Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Dünya Bankının Azərbaycan üzrə meneceri L.Leşçenko və digər rəsmi şəxslər iştirak etmişlər.

Tərtər RAEİMM bölgədə kənd təsərrüfatı istehsalının elmi təminatını yaxşılaşdırmaq məqsədilə ET Əkinçilik, ET Tərəvəzçilik və ET Pambıqçılıq institutları ilə əməkdaşlıq şəraitində elmi nailiyyətlərin tətbiqi və fermerlərin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Mərkəz tərəfindən ET Tərəvəzçilik İnstitutunda yaradılmış 8 tərəvəz və ET Pambıqçılıq İnstitutunda yaradılmış 7 pambıq sortunun nümayiş-sərgi əkinləri aparılmışdır. ET Əkinçilik İnstitutunun Tərtər BTS-in bazasında ET Əkinçilik İnstitutunda yaradılmış buğda, arpa, çovdar və vələmir bitkilərinin sortları üzrə sərgi əkinləri aparılmış və burada təşkil olunan seminarlarda ətraf rayonların fermerlərinə rayonlaşmış və yeni yaradılmış perspektiv sortlar nümayiş etdirilmişdir.

“Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində qarabaşaq bitkisinin (“Arlenta” sortu) 0,06 ha sahədə nümayiş əkini keçirilmişdir.

2015-ci ildə Mərkəz tərəfindən ET Əkinçilik İnstitutunda yaradılmış “Əzəmətli-95” buğda sortunun 16,6 ton elit toxumu istehsal edilmişdir.

Mərkəz əməkdaşları tərəfindən bölgü əsasında elit taxıl, qarğıdalı, pambıq və yonca toxumları almış 20-yə yaxın fermerə hesabat ilində məsləhətlər verilmişdir.

Mərkəz əməkdaşlarının iştirakı ilə 2 seminar keçirilmişdir.



Gəncə RAEİMM-in təcrübə sahələrində ET Pambıqçılıq, ET Əkinçilik, ET Tərəvəzçilik, ET Yemçilik, Çəmənçilik və Otlaqlar, ET İpəkçilik, ET Bitki Mühafizə, ET Aqromexanika institutları və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən taxıl, pambıq, tərəvəz, tut (çəkil) və s. bitkilərin sortlarının nümayiş-sərgi əkinləri təşkil edilmiş, tədqiqat işləri aparılmışdır.

Mərkəzin sahəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun “Əkinçi-84”, “Qobustan”, “Aran” buğda sortları və “Qarabağ-22” arpa sortunun toxumluq və ərzaq məqsədi ilə səpinləri aparılmış və bölgə fermerlərinə bu sortlar haqqında ətraflı məlumat verilmişdir.

“Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində 0,16 ha sahədə günəbaxan bitkisinin “Almaz” sortu nümayiş etdirilmişdir.

Mərkəzin əkin sahələrində 2015-ci ildə 40,0 ton elit buğda, kvota üzrə 10 ton elit, 1,5 ton super elit, 0,2 ton orijinal pambıq toxumu istehsal edilmişdir.

Mərkəzin əhatə dairəsində fəaliyyət göstərən elit taxıl toxumu verilmiş 28 fermerə 5 rayonda (Samux, Göygöl, Şəmkir, Tovuz və Ağstafa) kənd təsərrüfatı bitkilərinin aqrotexniki qaydalara uyğun becərilməsinə və keyfiyyətli toxum istehsalına dair məsləhətlər verilmişdir.

Mərkəzin pambıq sahələrində ET Aqromexanika İnstitutunun əməkdaşlarının hazırladıqları pambıq çöpünü xırdalayan aqreqatın təsərrüfat şəraitində sınağı aparılmışdır.

Hesabat ilində Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələri Mərkəzdə istehsalat təcrübəsi keçmişdir.

Bölgə fermerlərinin iştirakı təmin olunmaqla Mərkəz əməkdaşlarının iştirakı ilə taxılçılığa, pambıqçılığa və üzümçülüyə dair 2 seminar-müşavirə keçirilmişdir.



Şəki RAEİMM Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatı istehsalının elmi təminatına məsul olan bir qurum kimi müvafiq elmi-tədqiqat institutları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.

Mərkəz tərəfindən 4 ha sahədə ET Əkinçilik İnstitutunda yaradılmış 17 taxıl (buğda və arpa) sortunun sərgi əkinləri aparılmış və həmin sahədə 27 may 2015-ci il tarixdə keçirilən seminarda nümayiş etdirilən sortların morfoloji əlamətləri, təsərrüfat-bioloji xüsusiyyətləri, bölgədə bu sortların səpin vaxtları və normaları, gübrələrə olan tələbatları barədə fermerlərə ətraflı məlumat verilmişdir.

“Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində qarğıdalının “Zaqatala-68” sortunun 0,07 ha sahədə nümayiş əkini aparılmışdır.

2015-ci ilin məhsulu üçün Mərkəz tərəfindən 50 ha sahədə taxıl əkilmişdir ki, bunun 26 hektarında elit taxıl toxumu istehsalı məqsədi ilə 2 buğda (“Murov” və “Azəri”) və 1 arpa (“Cəlilabad-19”) sortunun super elit toxumları səpilmişdir. 16,5 ha sahədə səpini aparılmış “Azəri” buğda sortunun hər hektarından 34,1 sentner məhsul alınmışdır. Mərkəz üzrə ümumilikdə 57 ton elit taxıl toxumu istehsal edilmişdir ki, bunun 48,5 tonu buğda, 8,5 tonu arpa toxumu olmuşdur.

Bununla yanaşı, Mərkəz ET Tərəvəzçilik İnstitutu tərəfindən yaradılmış tərəvəz sortlarının (xiyar-“Azəri”, pomidor -“İlkin”, soğan -“Sabir”, kələm –“Azərbaycan”) toxumlarının bölgədə yayılması ilə də məşğul olmuşdur.

Əhatə dairəsindəki 5 rayon üzrə Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında elit taxıl toxumu almış 15 fermer təsərrüfatına keyfiyyətli toxum istehsalı ilə əlaqədar vaxtaşırı müvafiq tövsiyələr verilmişdir.



Salyan RAEİMM 2015-ci ildə ET Əkinçilik, ET Pambıqçılıq və ET Yemçilik, Çəmənçilik və Otlaqlar institutları tərəfindən yaradılmış bitki sortlarının bölgədə yayılması, region fermerlərinin taxıl, pambıq, yem və digər kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyalarını mənimsəmələri ilə əlaqədar maarifləndirilmələri istiqamətində fəaliyyətini davam etdirmişdir.

Mərkəzin təcrübə təsərrüfatında ET Əkinçilik İnstitutunda yaradılmış “Tale-38”, “Qobustan” buğda və “Qarabağ-22” arpa sortlarının super elit toxumları əkilmiş və hər hektardan 36,3 sentner məhsul alınmaqla 196,5 ton elit taxıl toxumu əldə olunmuşdur. Tədarük edilmiş toxumlar bölgü əsasında güzəştli şərtlərlə respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə satılmışdır.

ET Pambıqçılıq İnstitutunda yaradılmış “Gəncə-110” pambıq sortunun orijinal, super elit və elit toxumları ilə keçirilmiş əkin sahəsinin hər hektarından 24,8 sentner orta məhsuldarlıq alınmış, 15 ton yüksək reproduksiyalı toxum əldə edilmişdir.

Eyni zamanda, ET Yemçilik, Çəmənçilik və Otlaqlar Institutunda yaradılmış “Abşeron” yonca sortunun 5 hektarda səpini aparılmış və 1,5 ton yüksək reproduksiyalı toxum istehsal olunmuşdur.

Mərkəzin iş planına uyğun olaraq RAEİMM-in mütəxəssisləri hesabat ilində Saatlı, Sabirabad, Biləsuvar, Salyan və Hacıqabul rayonlarında fermer və özəl toxumçularla görüşlər keçirib müvafiq tövsiyələr vermişlər.

Mərkəz tərəfindən “Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində əvvəlcə bostan (qarpız, yemiş, boranı) bitkilərinin, onlar yığıldıqdan sonra isə ikinci məhsul kimi “Zaqatala-68” qarğıdalı sortunun sərgi əkinləri keçirilmişdir.

Əhatə dairəsində olan 6 rayonda elit taxıl, pambıq və yonca toxumları verilmiş 29-a yaxın fermer təsərrüfatına mütəmadi olaraq müvafiq məsləhətlər verilmişdir.

Kürdəmir RAEİMM-də 2015-ci ilin məhsulu üçün ET Əkinçilik İnstitutunda yaradılmış, buğdanın – “Pərzivan-1”, “Bərəkətli-95” və “Aran”; arpanın – “Cəlilabad-19” və “Qarabağ-22”, həmçinin P.P.Lukyanenka adına Krasnodar ET Kənd Təsərrüfatı İnstitutunda yaradılmış “Bezostaya-1” buğda sortları ilə 217 hektarda əkin aparılmış, ümumilikdə 382 ton toxumluq taxıl məhsulu, o cümlədən 98 ton cəmi taxıl (arpa, buğda) toxumu istehsal olunmuşdur ki, bunun da 22 tonu elit buğda (“Bezostaya-1”) toxumu olmuşdur. Bununla yanaşı, hesabat ilində ET Pambıqçılıq İnstitutunda yaradılmış “AzNİXİ-195” pambıq sortunun 0,8 ton elit toxumu istehsal edilmişdir.

Taxılın becərilməsi aqrotexnikası aprel-iyun aylarında fermerlərə nümayiş etdirilmiş, Mərkəzin direktorunun Region TV-də 1 dəfə çıxışı olmuşdur.

ET Tərəvəzçilik İnstitutunda yaradılmış “Sevinc” lobya sortunun “Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində 0,06 ha sahədə nümayiş əkini aparılmışdır.

Mərkəz tərəfindən əhatə dairəsindəki 7 rayon üzrə elit taxıl toxumu və pambıq toxumu verilmiş 29 fermerə həmin bitkilərin aqrotexniki qaydalara uyğun becərilməsinə dair məsləhət verilmişdir.



Beyləqan RAEİMM tərəfindən 2015-ci ildə ET Əkinçilik İnstitutunda yaradılmış “Qırmızıgül”, “Qobustan” və “Tale-38” buğda sortlarının super elit (40 ha) və elit (20 ha) toxumları ilə səpin aparılmış, ümumilikdə 138,5 ton toxum istehsal edilmişdir ki, bunun 102,5 tonu elit, 36 tonu R1 reproduksiyalı toxum olmuşdur.

Eyni zamanda, Mərkəzdə 15 ha sahədə pambıq əkilmişdir ki, bunun 0,5 hektarında nümayiş əkinləri, 0,5 hektarında orijinal və 1 hektarında “Gəncə-80” sortunun super elit toxumlarının əkinləri olmuşdur.

Nümayiş əkinlərində ET Pambıqçılıq İnstitutunda yaradılmış 6 sortun (“AzNİXİ-195”, “Gəncə-80”, “Gəncə-8”, “Gəncə-178”, “Gəncə-103”, “Gəncə-104”) və Türkiyədən gətirilmiş 2 sortun (“Karizma” və “Fləş”) toxumları əkilmişdir. Mərkəz üzrə istehsal edilmiş cəmi 16,43 ton toxum-çiyidin 10 tonu əkinə yararlı olmuşdur.

Mərkəz tərəfindən “Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində 0,07 ha sahədə qarğıdalının “May” sortunun nümayiş əkinləri aparılmışdır.

Mərkəz əməkdaşları tərəfindən Mərkəzin əhatə dairəsində yerləşən 4 rayonda (Beyləqan, Ağcabədi, İmişli və Füzuli) elit taxıl və pambıq toxumu almış 40-dan çox fermerə keyfiyyətli toxum istehsalına dair vaxtaşırı məsləhətlər verilmişdir.

Mərkəz əməkdaşlarının iştirakı ilə pambıqçılığa dair 1 seminar-müşavirə keçirilmişdir.



Lənkəran RAEİMM 2015-ci ildə bir sıra elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlığı davam etdirmiş, əldə olunmuş elmi nailiyyətlərin bölgədə tətbiqi istiqamətində fəaliyyət göstərmişdir.

2015-ci ildə Mərkəzin 3 əməkdaşı çəltikçiliklə bağlı İran İslam Respublikasının Rəşt şəhərinə 10 günlük təlim kursuna göndərilmişdir.

Mərkəzin torpaq sahəsində 2015-ci ildə İran İslam Respublikasından gətirilmiş, məhsuldarlığı ilə seçilən 13 sortu əkilmiş və həmin sortlar üzərində tədqiqat işləri aparılmışdır. Əkilmiş sortlardan ümumilikdə 120 kq toxum alınmışdır.

Hesabat dövründə Mərkəzdə tərəvəzçilik və çəltikçiliklə bağlı 2 dəfə seminar keçirilmiş və həmin seminarda bölgənin tərəvəzçilik və çəltikçiliklə məşğul olan fermerləri iştirak etmişlər.

“Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində 0,15 hektar sahədə yüksək məhsuldar yerli pomidor sortlarından ibarət nümayiş əkini aparılmış, respublikanın fermer və torpaq sahiblərinə nümayiş etdirilmişdir.

Mərkəzin mütəxəssislərinin bölgə üçün aktual problemlərə dair “Cənub TV”də 5 dəfə, “Lider TV”də 3 dəfə “İctimai TV”də 2 dəfə “Xəzər TV”də 1 dəfə çıxışları olmuşdur.



Hesabat dövründə Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar olaraq bir ədəd MTZ-89 markalı traktor və bir ədəd toxum təmizləyən aqreqat alınmışdır ki, həmin aqreqatla bölgənin toxumçuluqla məşğul olan fermerlərinə də köməklik göstərilir.
Cədvəl 1

2015-cü ildə Elmi-tədqiqat müəssisələrinin əsas göstəriciləri




ET İnstitutlarının adları

Problem

Mövzu

Genofond

Standartlar, təlimatlar, patent

Preparatlar

Vaksinlər

İstehsal təcrübə sınağı

Tətbiq olunub

Yeni emal məhsulu

Metodik göstəriş

Bitki

Heyvan

1

ET Əkinçilik İnstitutu

5

9

13241

-

-

-

-

-

-

-

-

2

ET Pambıqçılıq İnstitutu

2

9

820

-

-

-

-

-

-

-

-

3

ET Tərəvəzçilik İnstitutu

1

6

865

-

-

-

-

7

5

-

-

4

ET Üzümçülük və Şərabçılıq İnstitutu

1

9

330

-

5

-

-

9

9

8

-

5

ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu

1

6

450

-

-

-

-

-

-

-

-

6

ET Bağçılıq və Subtropik Bitkilər İnstitutu

3

12

7075

-

3

-

-

8

6

2

-

7

ET İpəkçilik İnstitutu

3

17

311

100 i.q.+4 arı

-

-

-

4

-

-

2

8

ET Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu

1

4

-

-

-

-

-

-

-

-

-

9

ET Aqromexanika İnstitutu

3

7

-

-

1

-

-

4

2

-

-

10

ET Bitki Mühafizə İnstitutu

1

11

-

-

-

14

-

-

-

-

-

11

ET Heyvandarlıq İnstitutu

1

4

-

4

2

-

-

16

16

-

-

12

ET Baytarlıq İnstitutu

2

3

-

-

-

-

-

-

-

-

-

13

Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu

1

7

-

-

-

134

67

812

-

-

-





Cəmi:

25

104

23092

100 i.q.

4 h.c.


4 arı c.

11

148

67

860

38

10

2

Download 1,31 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish