Ministry of agriculture of azerbaijan republic


Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun



Download 1,31 Mb.
bet11/16
Sana20.04.2017
Hajmi1,31 Mb.
#7183
1   ...   8   9   10   11   12   13   14   15   16

Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun əməkdaşlarından Mehdiyev Rəşadət, Yusifova Kubra, Hüseynova Ülviyyə 9-11 iyun tarixlərində Gəncə şəhərində yerləşən Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunda “Arıçılığın İnkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat Əməkdaşlığı” toplantısı –II və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının II Beynəlxalq Konfransında iştirak etmək üçün Gəncə şəhərinə ezam olunublar. Toplantıda Azərbaycan və Türkiyə alimlərinin mühazirələri dinlənilmiş və perspektiv planlar müzakirə edilmişdir.

Gəncə şəhərində 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün institutun aşağıda adları çəkilən əməkdaşları: Fərəcov Akif, Səfərov Ramiz, Əliyeva Reyhan, Əzimov İlham Gəncə şəhərinə ezam olunmuşlar. Konfransda Azərbaycan respublikası kənd təsərrüfatı nazirinin, ADAU-nun rektorunun və xarici dövlətlərdən dəvət olunmuş bir çox alimlərin məruzələri dinlənilmişdir.

ET Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşları aprel-oktyabr aylarında Qəbələdə keçirilən TARLA GÜNLƏRİ açıq hava sərgisində iştirak etmişlər. İnstitutun fəaliyyət istiqamətlərini və nailiyyətlərini nümayiş etdirən çoxlu sayda əyani vəsait sərgiyə çıxarılmış, nümunəvi üzümlük salınmışdır. Sərgi çərçivəsində aprel və avqust aylarında keçirilən seminarlarda İnstitutun direktoru T.M.Pənahov iştirak etmişdir.

İnstitutun Şərabın texnologiyası laboratoriyasının müdiri T.M.Musayev 9-11 iyun tarixində ADAU-da keçirilən “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə birgə elmi praktiki konfransında” iştirak etmişdir.

Kitabxana və Elmi Texniki İnformasiya Mərkəzinin rəhbəri R.A.Əsədullayev mayın 22-də FAO təşkilatının keçirdiyi “Azərbaycanda toxum sektorunun inkişafına dəstək” layihəsinin başlanğıc seminarında və 18 iyun ADAU-da keçirilən Bitki mühafizəsinin tədrisinin keyfiyyətinin yüksəldilməsinə həsr olunmuş seminarda iştirak etmişdir. R.A.Əsədullayev, Aqrokimya laboratoriyasının aparıcı elmi işçisi A.B.Nəcəfova və kiçik elmi işçi N.R.Məmmədova 14-15 iyulda “Kənd təsərrüfatı bitkilərində müxtəlif xəstəliklərin molekulyar diaqnostikası və Azərbaycana idxal edilən geni dəyişdirilmiş orqanizmlər” mövzusunda keçirilən Beynəlxalq elmi seminarda iştirak etmişlər.

ET Pambıqçılıq İnstitutu tərəfindən 3 seminar-tarla günləri keçirilmişdir.


  • Birinci elmi-praktik seminar üç mövzu üzrə 8.IX-2015-ci il tarixdə Beyləqan RAEM-in Qəhrəmanlı qəsəbəsində keçirilmişdir: 1. “Rayonlaşmış aborigen pambıq sortları”, 2. “Qısa rotasiyalı üç tarlalı pambıq-yonca-taxıl növbəli əkin sistemi”, 3. “Pambıq bitkisinin əlverişli sıx səpin sxemi”.

Seminarda 48 nəfər fermer və aqrar sahənin mütəxəsisləri iştirak etmişdir. Tədbir Lider TV vasitəsilə yayımlanmışdır.

  • 16.IX-2015-ci il tarixdə ikinci elmi-praktik seminar Tərtər RAEM-də üç mövzu üzrə keçirilmişdir: 1. Aborigen pambıq sortları, 2. Pam­bıq əkinlərində suya qənaətedici suvarma rejimi və irriqasiya eroziyasının azal­­­dılması yolları. 3. Pambıq əkinlərində təbii seolit mineralının gübrələrlə bir­lik­də tətbiqi. Seminarda 49 nəfər iştirak etmişdir.

  • 18.IX-2015-ci il tarixdə keçirilən üçüncü elmi-praktik seminar Gəncə RAEM-də təşkil olunmuşdur. Seminarda 37 nəfər iştirak etmişdir.

Seminarda üç mövzu ətrafında məruzə olun­muşdur. 1. Aborigen pambıq sortları. 2. Pambıq bitkisinin növbəli əkin sistemində opti­mal gübrə normasının işlənib hazırlanması. 3. Pambıq zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri.

9-11 iyun 2015-ci il tarixlərində ET İpəkçilik İnstitutunda “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi-tədqiqat əməkdaşlığı” Toplantısı-II və Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurasının II Beynəlxalq Konfransı keçirilmişdir.



ET Aqromexanika İnstitutunda 4 ədəd tövsiyə çap edilmiş Kənd Təsərrüfatı Nazirliyinə və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim edilmişdir.

İnstitutun əməkdaşları 2 may 2015-ci il tarixində nazirlik tərəfindən Qəbələ rayonunda keçirilmiş “Tarla günləri”-nin açılışında iştirak etmiş və institutda hazırlanmış kiçik qabaritli texnikaları nümayiş etdirmişlər.

İnstitutun əməkdaşı N.M.Nuriyev “Kənd Təsərrüfatının texniki təminatı” ilə bağlı Gəncə TV kanalında geniş çıxış etmişdir.

07.05.2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Heydər Əliyevin aqrar siyasəti” mövzusu üzrə elmi-praktiki konfrans keçirilmişdir.

İnstitutun əməkdaşları 28 avqust 2015-ci il tarixində nazirlik tərəfindən Qəbələ rayonunda keçirilmiş “Tarla günləri”-nin bağlanışında iştirak etmiş və institutda hazırlanmış kiçik qabaritli texnikaları nümayiş etdirmişlər.

ARAZ” ELM İSTEHSALAT BİRLİYİ

Naxçıvan Muxtar Respublikası öz təbii iqlim şəraitinə və coğrafi mövqeyinə görə Azərbaycan Respublikasının digər bölgələrindən fərqlənir.

Muxtar Respublikanın iqlimi kontinental iqlim tipinə məxsusdur. Qışı sərt soyuq, yayı quru isti olan bu bölgədə özünəməxsus yarım kontenentallıq və bəzi hallarda isə subtropiklik mövcuddur. Belə ki, Muxtar Respublikada qeyd olunan iqlim ünsürlərinə uyğun torpaq tipləri mövcuddur. Torpaqların təbii coğrafi şaqulluq prinsipi əsasında yaranması prosesi Naxçıvan Muxtar Respublikasında da mövcuddur. Yəni cənubdan şimala doğru qalxdıqca torpaqların şaquli zonallıq yayılma qanununa uyğun tipləri dəyişilməkdədir. Belə ki, cənubda boz torpaqlar tipindən başlayaraq qara torpaq zonasına qədər bütün təbii proseslər mövcuddur.

Apardığımız uzun illərin araşdırmalarına əsaslanaraq deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında mövcud əkinə yararlı torpaq ehtiyatlarından səmərəli istifadə edildikdə əhalini taxıl, bostan, tərəvəz, meyvə və s. məhsullarla təmin etmək və idxaldan asılılığı aradan qaldırmaq, ixrac potensialımızı artırmaq mümkündür.

Akademik H.Ə.Əliyev adına “Araz” Elm İstehsalat Birliyi tərəfindən 2011-2015-ci tədqiqat illəri üçün tərtib və təsdiq olunmuş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzində dövlət qeydiyyatından keçmiş 9 (doqquz) elmi tədqiqat mövzu planı əsasında təcrübələr qoyulmuş və 5 (beş) il ərzində tədqiqat işləri aparılmışdır.

Bu baxımdan cari 2015-ci tədqiqat ilində 6 (altı) mövzu üzrə elmi tədqiqat işi icra olunmuşdur.

Naxçıvan Muxtar Respublikası şəraitində buğda sort nümumələrinin biotik və abiotik amillərə qarşı davamlılığının öyrənilməsi P.Fətullayev və M.İbrahimova tərəfindən aparılmışdır.

Naxçıvan Muxtar Respublikasının iqlimi qışı sərt soyuq, yayı quru isti, yaz ayları əsasən taxılın çiçəklənmə dövrü güclü küləkli olması ilə səciyyələnir. Yəni şaxtaya, quraqlığa, xəstəliklərə, zərərəvericilərə qarşı seçilmiş taxıl sort nümunələri yay aylarında güclü külək vasitəsi ilə yatmaya məruz qala bilərlər. Bunun da nəticəsində məhsuldarlıq aşağı düşə bilər. Bu baxımdan aparılmış tədqiqat işlərində yuxarıda qeyd olunan amillər nəzərə alınmışdır.

Tədqiqat zamanı taxıl bitkisinin sələfdən asılı olaraq əkininə fikir verilmişdir. Taxıl bitkiləri üçün ən yaxşı sələflər paxlalı bitkilər, kartof, bostan- tərəvəz bitkiləri hesab olunduğundan və eyni zamanda taxılın bütün bitkilər üçün yaxşı sələf olduğu maarifləndirmə tədbirlərində istehsalçılara çatdırılmışdır.

Yuxarıda qeyd olunan tədqiqat materialları əsasən Elmi Tədqiqat Əkinçilik İnstitunun və FAO, İCARDA, CİMMYT-dən gətirilən bərk və yumşaq buğda sort nümunələrindən və eləcə də birliyin əməkdaşlarının əldə etdikləri təbii hibrid nəticəsində seçdikləri qara arpa sortlarından ibarət olmuşdur.

2015-ci tədqiqat ilində 41 buğda sort nümunəsi üzərində tədqiqat işi davam etdirilmiş və aşağıdakı nəticələr alınmışdır.

Ən yüksək nəticə verən sortlar: “Əkinçi” 66,4 s/ha, “Mirbəşir-128 65,5 s/ha, “Albatros” (F) 81,75 s/ha, “Eskina” (8,6) 82,5 s/ha, “KS -82”- 428 ( G) 76,3 s/ha İDB-L (E) 62,4 s/ha, “Loda-27” 74,4 s/ha,”Krasnodarskaya-210” 64,7 s/ha, Maksimum 81,2 s/ha, digər sort nümunələri 57,4 s/ha arasında dəyişmişdir.

Tədqiqatın əsas məqsədi coğrafi mənşəyinə, həyat formasına və növ müxtəlifliyinə görə fərqlənən bərk və yumşaq buğda sort nümunələrinin Naxçıvan Muxtar Respublika ərazisində həm ayrı –ayrı, həm də kompleks təsərrüfat qiymətli əlamətlərinə, eləcə də bioloji xüsusiyyətlərinin öyrənilməsi, qiymətləndirilməsi, onların müqaisəli xarakteristikası, seleksiya prosesində yeni sortların yaradılmasından, qiymətli valideyn formaları kimi əhəmiyyətli şəkildə tədqiqindən və istifadə edilməsindən, seçilmiş daha perspektivli, ekoloji baxımdan davamlı sortları fermer təsərrüfatlarında tətbiq etməklə, torpaq mülkiyyətçilərinin taxıl istehsalının artırılması, keyfiyyətinin yaxşılaşdırılması kimi mühüm bir sahəyə olan münasibətlərinin təkmilləşdirilməsindən ibarətdir.

Qeyd olunmalıdır ki, 2 (iki) buğa sortu artıq Dövlər Sort Sınaq məntəqəsinə təqdim olunması üçün hazırlanır.

Naxçıvan MR-da Yerli və gətirilmə süfrə üzüm sortlarının öyrənilməsi, onların genetik fondunun toplanması, keyfiyyət göstəricilərinin artırılması yollarının tədqiqi və tingçiliyinin təşkili V.Quliyev, Ə.Rəhimova tərəfindən aparılmışdır.

Mövzunun icrası birliyin inzibati binasının həyətyanı sahəsindəki 0,2 ha kolleksiya üzüm bağında həyata keçirilir. 2015 –ci hesabat ilində aşağıdakı nəticələr alınmışdır.

Ağ Xəlili 167,4 s/ha, Ağ kişmişi 145,5 s/ha, Qırmızı kişmişi 122,2 s/ha, Qara kişmişi 91,1 s/ha, Əsgəri kişmişi 47,1 s/ha, Qara Xəlili 105,5 s/ha, Növrəst 203,4 s/ha olmuşdur.

Naxçıvan MR-nın Şərur rayonu şəraitində mineral gübrələr fonunda müxtəlif əkin müddətlərində mikrogübrənin qarğıdalı bitkisinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsiri C.Quliyev, F.Həsənov tərəfindən aparılmışdır.

Qeyd olunan mövzunun icrası məqsədi ilə Birliyin Şərur dayaq məntəqəsində metodik plan əsasında təcrübələr qoyulmuşdur.

2015-ci ilin tədqiqat nəticələri aşağıdakı kimi olmuşdur:

I sxem üzrə 05 aprel 2015 –ci il tarixli əkin müddətində qarğıdalı bitkisinin əkini gübrəsiz (Nəzarət ) variantında 34,2 s/ha, N60 P60 K60 (fon) variantında 51,7 s/ha fon + 3 kq Cu variantında 57,8 s/ha, fon + 3 kq Zn variantında 66,4 s/ha olmuşdur.

II sxem üzrə Nəzarət (Gübrəsiz) variantında 35,5 sen/ha, N100 P100 K100 fon variantında 63,4 s/ha, fon + 3 kq Mo variantında 74,2 s/ha, fon + 3 kq Zn variantında 82,4 s/ha olmuşdur.

20 aprel 2015-ci il tarixli əkin müddətində isə I sxem üzrə Nəzarət (Gübrəsiz) variantında 35,6 s/ha, N60 P60 K60 fon variantında 45,2 s/ha, fon + 3 kq Mo variantında 54,4 s/ha, fon + 3 kq Zn variantında 56,8 s/ha məhsuldarlıq göstəricisi olmuşdur.

II sxem üzrə 20 aprel 2015-ci il tarixli əkin müddətində Nəzarət (Gübrəsiz) variantında 34,4 s/ha, N100 P100 K100 (fon) variantında 53,6 s/ha, fon + 3 kq Mo variantında 72,5 s/ha, fon + 3 kq Zn variantında 78,7 s/ha olmuşdur.

Təcrübə zamanı əvvəlki illərdə olduğu kimi ən yaxşı göstərici 05 aprel tarixli əkin müddətində N100 P100 K100 fon + 3 kq Zn variantında olduğundan ən optimal əkin müddəti 05 aprel qəbul oluna bilər.

Naxçıvan MR-nın Suvarılan boz torpaqları şəraitində müxtəlif əkin müddətlərində kartof bitkisi sortlarının yeni səmərəli becərmə texnologiyasının işlənib hazırlanması B.Bayramov, F.Yasinova, H.Məmmədov tərəfindən aparılmışdır.

Mövzunun icrası Birliyin Yardımçı Təcrübə Təsərrüfatına məxsus əkin sahələrində yerinə yetirilmiş və 2015-ci tədqiqat ilində aşağıdakı nəticələr alınmışdır.

2015-ci ildə təcrübə əkinləri 20 iyul, 30 iyul, 5 avqust tarixdə aparılmış və müsbət nəticələr alınmışdır.

Qeyd olunmalıdır ki, payız əkinlərində kartofun tez yetişən “Marfuna” orta tez yetişən “Sonta”, Almira” sortlarından istifadə olunmuşdur.

Yaz əkinləri üçün qoyulmuş təcrübələr aşağıdakı kimi nəticələnmişdir.

I variantda: 08.04.2015-ci il tarixli əkin müddətində 70 x 30 sm əkin sıxlığında “Marfuna” sortu 238,6 s/ha, “Boren” sortu 255,6 s/ha, “Dizirə” sortu 234,5 s/ha məhsuldarlıq göstərmişdir.

18.04.2015 ci il tarixli əkin müddətində 70 x 30 sm əkin sıxlığında “Marfuna” sortu 244,7 s/ha, “Boren” sortu 266,5 s/ha, “Dizirə” sortu 244,4 s/ha məhsuldarlıq göstərmişdir.

28.04.2015-ci il əkin müddətində 70 x 30 sm əkin sıxlığında “Marfuna” sortu 230,1 s/ha, “Boren” sortu 276,6 s/ha, “Dizirə” sortu 230,4 s/ha məhsuldarlıq göstərmişdir.

II variantda: 08.04. 2015-ci il tarixli əkin müddətində 70 x 35 sm əkin sıxlığında “Marfuna” kartof sortu 254,6 s/ha, “Boren” sortu 316,4 s/ha, “Dizirə” sortu 246,6 s/ha məhsuldarlıq göstərmişdir.

18.04.2015-ci il tarixli əkin müddətində 70 x 35 sm əkin sıxlığında “Marfuna” sortu 276,5 s/ha, “Boren” sortu 290,5 s/ha, “Dizirə” sortu 254,7 s/ha məhsuldarlıq göstərmişdir.

28.04.2015-ci il əkin müddətində 70 x 35 sm əkin sıxlığında “Marfuna” sortu 256,7 s/ha, “Boren” sortu 305,4 s/ha, “Dizirə” sortu 234,6 s/ha məhsuldarlıq göstərmişdir.

III variantda: 08.04. 2015-ci il tarixli əkin müddətində 75 x 40 sm əkin sıxlığında kartofun “Marfuna” sortu 310,2 s/ha, “Boren” sortu 340,4 s/ha, “Dizirə” sortu 270,4 s/ha məhsuldarlıq göstərmişdir.

18.04.2015- ci il tarixli əkin müddətində 75 x 40 sm əkin sıxlığında kartofun “Marfuna” sortu 316,6 s/ha, “Boren” sortu 354,6 s/ha, “Dizirə” sortu 380,0 s/ha məhsuldarlıq göstərmişdir.

28.04.2015-ci il tarixli əkin müddətində 75x 40 sm əkin sıxlığında kartofun “Marfuna” sortu 284,4 s/ha, “Boren” sortu 356,3 s/ha, “Dizirə” sortu 228,4 s/ha məhsuldarlıq göstərmişdir.

Aparılan tədqiqatın 2015-ci il yaz kartof əkinləri içərisində ən optimal əkin müddəti 18 aprel, ən optimal əkin sıxlığı isə 75 x 40 sm olmuşdur. Təcrübənin bütün sxem və variantlarında üzvü və mineral gübrə N120 P120 K150 + fon 10 ton peyin 500 kq kül + 8 litr maye gübrə (mikroelement) olmuşdur. Maye gübrə təcrübə sahəsinə hektara 4 litr normasında çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra olmaqla 2 dəfəyə çiləmə üsulu ilə tətbiq olunmuşdur.

Tədqiqat zamanı payızlıq taxıl biçinindən sonra sələf buğda bitkisi olmaqla 03.08.2015-ci il tarixli əkin müddətində 75 x 40 sm əkin sıxlığında kartofun “Aqriya” sortu 82,3 s/ha, “Santa” sortu 210,4 s/ha, “Marfuna” sortu 86,4 s/ha məhsuldarlıq göstərmişdir. Payız əkinlərinlərində yaz əkinlərində olduğu kimi N120 P120 K150 + 10 ton peyin 500 kq kül + 8 litr maye gübrə götrülərək tətbiq olunmuşdur. Tədqiqat işi davam edir.

Naxçıvan MR şəraitində Balbas cinsli qoyunların məhsuldarlığına ekoloji və bioloji amillərin təsirinin öyrənilməsi B.Bayramovun rəhbərliyi ilə aparılmışdır.

Aparılan tədqiqat işində əsas məqsəd “Balbas” cinsli qoyunların cins tərkibinin yaxşılaşdırılması istiqamətində müsbət nəticələr əldə etmək olmuşdur.

2015-ci tədqiqat ilində aşağıdakı nəticələr əldə olunmuşdur. 300 baş Balbas cinsli qoyunlar üzərində təcrübə aparılmışdır.

Balbas cinsinə mənsub qoyunların cinsdaxili tiplərinin məhsuldarlığını öyrənərkən yunluq tipə məxsus qoçların diri çəkisi 56,2, yun məhsuldarlığı 3,8 kq ana qoyunlarda diri çəki 53,4 kq, yunun fiziki çəkisi 2,9 kq olmuşdur.

Ətlik tipə məxsus qoçların diri çəkisi 60,2 kq, yun məhsuldarlığı 4,4 kq bu göstərici müvafiq olaraq ana qoyunlarda 53,6 ; 2,8 kq təşkil etmişdir.

Südlük tipə məxsus qoçların diri çəkisi 2,4 kq, yun məhsuldsrlığı 2,6 kq , ana qoyunlarda diri çəki 42,4 kq, yun məhsuldsrlığı isə 2,6 kq olmuşdur.

2015-ci tədqiqat ilində tiplər üzrə süd məhsuldarlığı da öyrənilmişdir. Belə ki, süd məhsuldarlığı yunluq tipdə 55 litr, ətlik tipdə 56 litr, südlük tipdə isə 54 litr təşkil etmişdir.

2015-ci ildə təcrübə qrupunda olan ana qoyunların 100 başdan 104 baş quzu, nəzarət qrupunda olan heyvanlardan isə 100 başdan 96 baş quzu alınmışdır.

Naxçıvan MR şəraitində Yerli və gətirilmə meyvə sortlarının genetik fondunun toplanılması, onların qorunub saxlanılması, yüksək nəticəyə malik sortların artırılması və tingçiliyinin təşkili F.Xudaverdiyev və Q.Nəsirov tərəfindən yerinə yetirilmişdir.

Aparılan araşdırmalar nəticəsində 360 yerli və gətirilmə meyvə sortları toplanaraq milli genefond kimi qorunur.

Artıq Birliyin Ordubad dayaq məntəqəsində 3,0 ha kolleksiya meyvə bağı mövcuddur. Burada meyvə kolleksiya materiallarının toplanaraq qorunması, artırılması və tədqiq olunması işləri aparılır.

2015-ci tədqiqat ilində aqrotexniki becərmələr, fenoloji müşahidələr, biometrik ölçülər aparılmış və aşağıdakı nəticələr alınmışdır.

Tədqiqat zamanı 7 (yeddi) albalı, 5 (beş) fındıq, 10 (on) qoz sortlarından istifadə olunmuş və aşağıdakı məhsuldarlıq alınmışdır.



Albalı sortlarında: ən məhsuldar “Növrəst” sortu bir ağacdan 48 kq, “Dırnıs” albalısı 43 kq, “Gilasi” albalı 38 kq, “Ordubad” albalısı 25 kq, “Əndəmic” albalısı 22 kq, “Şpankə” albalı 28 kq, nəzarətə götürülmüş “Mənsuri” albalı 31 kq məhsuldarlıq göstərmişdir.

Fındıq sortlarında: Ən məhsuldar sort “Ədifi” fındıq 18 kq, “Adi ” fındıq 16 kq, “Növrəst” fındığı 24 kq, “Ordubad “ fındığı 14 kq, nəzarətə götürülmüş “Cır” fındıq 90 kq məhsul vermişdir.

Qoz sortlarında: “Dırnıs” qozu 45 kq, “Növrəst” qozu 45 kq, “Əndəmic” qozu 18 kq, “Gülaman” qozu 19 kq, “Ordubad” qozu 16 kq, “Payızı” qoz 22 kq , “Hind” qozu 20 kq, “Salxım” qoz 26 kq, “Uzun” qoz 29 kq, nəzarətə götürülmüş “Hilali” qoz 11 kq məhsuldarlıq göstərmişdir.

Tədqiq olunan qərzəkli meyvə sortları əsasən cavan yeni salınmış tinglərdən

ibarətdir. Bu baxımdan məhsuldarlıq göstəriciləri böyümədən asılı olaraq ilbə - il artmaqdadır.

Maarifləndirmə tədbirlərinə gəlincə 2015-ci il ərzində torpaq mülkiyyətçilərini və məhsul istehsal edən qrumları maarifləndirmə məqsədi ilə 9 (doqquz) elmi tədqiqat mövzusu əsasında seminarlar keçirilmiş, 5 (beş) tarla seminar müşavirəsi keçirilmiş və yerli televiziya ilə yayınlanmışdır.



  • 16 (on altı) dəfə televiziya, 8 (səkkiz) radio verilişlərində Birliyin əməkdaşları iştirak edərək maarifləndirici çıxışlar etmişlər.

  • 8 (səkiz) qəzet məqaləsi ilə mətbuatda çıxışları olmuşdur.

  • 26 (iyirmi altı) buklet materialı hazırlanmışdır.

  • Aparılan tədqiqat işləri əsasında 4 (dörd) elmi məqalə hazırlanmış və nəşr üçün təqdim olunmuşdur.

  • Naxçıvan Dövlər Universitetinin Texniki kollecinin tələbələri mütəmadi olaraq birlikdə praktiki məşğələlərdə olmuşlar. Onlara birliyin əməkdaşları kənd təsərrüfatı istehsalı, aqrotexniki tədbirlər barədə təkliflər vermişlər.

  • Taxılın şırım üsulu ilə becərilməsi, kartofun mexaniki üsulla becərilməsi, mineral gübrəsiz üzvü gübrə (quş zılı) ilə bostan – tərəvəz əkini, ekoloji təmiz məhsul işlənmişdir.


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN

2015-ci İLDƏKI ELMİ FƏALİYYƏTİ

HAQQINDA QISA XÜLASƏ
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi mövzu planı, Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi və institutları ilə əməkdaşlıq müqa­vi­lələri, Dünya Bankının maliyyəsi ilə həyata keçirilən İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin dəstəyi və təsərrüfat hesablı sifarişlər əsasında Azərbay­can Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti 2015-2017-ci illər üçün Azərbaycan Dövlət Aqrar Universitetinin elmi tədqiqat işlərinin mövzu planına uyğun olaraq 2015-ci ildə “Respublikada biomüxtəlifliyin qorunması ilə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı hesa­­bına ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün, torpaqların mün­bitliyinin yax­şı­laşdırılması, me­li­orasiyası və suvarma tex­no­logi­yalarının öy­rə­­­nil­məsi, kənd təsər­rü­fatı bitkilərinin ge­ne­fon­dunun top­lan­ması, to­xum və ting is­teh­salı, əkinçilikdə müa­sir be­cər­­mə tex­no­­lo­giya­larının işlənməsi, yeni heyvan cins­lə­ri­nin yara­dıl­ması, damazlıq işlərinin təşkili, bitkiçilik və hey­van­darlıq məhsul­larının daşınması və saxlanması, kənd təsər­rü­fa­tı­nın bütün sahə­lərində istifadə olunan tex­ni­kanın səmərəlili­yi­nin artırıl­ması, fermer təsərrü­fat­la­rı­nın idarə olunma­sı və kənd­ tə­sər­­rüfatı məhsul­la­rının iq­ti­­sadi təhlili, tor­paq, enerji, resurs qoruy­ucu innovativ texnologiyaların, el­ek­trik ava­dan­lıq­la­rının, və maşınlar kom­ple­ksinin əsaslandırılması” istiqa­mə­t­ində elmi-tədqiqat işlərini davam etdirmişlər.

Bu işlərin yerinə yetirilməsində 30 kafedra, 2 sahəvi laboratoriya, 2 istiqamət, 5 prob­lem və 25, o cümlədən Dövlət qeydiyyatından keçmiş 9 mövzu üzrə 534 əməkdaş iştirak etmişdir.

Yerinə yetirilən işlərin nəticəsində tətbiqi və innovasiya əhəmiyyətli nailiy­yətlərə aşağıdakıları aid etmək olar:


  • Yeni yaradılmış “ADAU-80” və “Gəncə” qarğıdalı sortları digər sortlarla müqa­yisədə yüksək keyfiyyətli dən məhsuldarlığı ilə fərqlənirlər, 2015-ci ildə bir çox qabaqcıl fermer təsər­rü­fatlarında toxumluq məqsədi ilə səpin aparılmış və çoxaldılaraq digər fermer təsər­rüfatlarına verilməsi planlaşdırılır.

  • 2015-ci ildə ADAU əməkdaşları tərəfindən “Məhsuldar” qar­ğı­dalı, “Qismət” Tritikale və “Qırmızı buğda” yumşaq buğda sortlarının rayonlaşdırılması Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında davam etdirilmişdir.

  • “Gəncə” qarğıdalı sortu SNSMÜDK tərəfindən sort kimi təsdiq olunmuşdur.

  • Aqronomluq fakültəsində torpaqların kimyəvi xassələrini analiz etmək üçün müasir ava­dan­lıqlarla təmin olunmuş laboratoriya yaradılmış, torpaqların münbit­li­yinin artırılması və bərpası üçün tövsiyələr işlənib hazırlanmışdır.

  • ADAU-nun Norveç Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirdiyi “Azər­bay­can və Norveç arasında davamlı kənd təsərrüfatı üzrə təhsilin tədqiqatında akademik tərəf­daşlıq” adlı qrant layihəsinə əsasən aqronomluq fakültəsinin həyətində quraşdırılan meteoroloji stansiyada gündəlik nəmlik (yağıntının miqdarı), günəş radia­si­yası, küləyin sürəti, havanın hərarəti və nisbi rütubət təyin edilir.

Belə ki, “Baytarlıq və balıqçılıq təsərrüfatı işi ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakül­təsində ümumi həcmi 72 m2 olan “Qapalı balıq yetişdirmə tədris təcrübə labora­toriyası”nın tikintisi başa çatdırılmış və avadanlıqlarla təmin edilmişdir. Laboratoriyada tədris məqsədi ilə müxtəlif cins balıqlar saxlanılır. 2015-ci ilin mart ayından 16 hovuzdan ibarət açıq balıqçılıq sisteminin işi başa çatdırılmış və həmin hovuzlarda müxtəlif balıq cinsləri (sazan, karp, belomor, koya, tolstolok və. s.) bəslənilir.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində müasir avadanlıqlarla təchiz olunmuş arıçılıq mərkəzi yaradılmışdır. Artıq mərkəzdə 8 arı ailəsi saxlanılır ki, bu da arıçılıq ixtisaslaşması üçün maddi-texniki bazanın güclənməsi və arıçılıq sahəsində yük­sək­­ix­tisaslı mütəxəs­sis­lərin hazırlanması deməkdir. Arıçılıq laboratori­yasında arı ailələ­rinin yemləndirilməsi, onların xəstəliklərinə qarşı profilaktiki tədbirlərin aparılması, arıların mövsümü olaraq bir yerdən başqa yerə köçürülməsi, keyfiyyətli bal məhsulunun əldə edilməsi və. s. kimi işlər əyani şəkildə tələbələrə öyrədilir.

Aqrar iqtisadiyyat sahəsində subsidiyaların verilməsinin istehsalın iqtisadi səmərəliliyinə, subsidiyaların və aqrolizinq xidmətlərindən istifadənin istehsal xərclərinin, material məsariflərinin quruluşuna təsiri öyrənilmiş, vergi güzəştlərinin sahibkarlığın inkişafında rolu əsaslandırılmış, ayrı-ayrı kənd təsərrüfatı məhsullarının qiymətlərinin dinamikası və ona təsir edən amillər təhlil edilmiş, buğdanın dövlət tədarükünün həyata keçirilməsinin stimullaşdırılması rolu müəyyən edilmiş, tədarükün təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi, o cümlədən qiymətlərin regionlar üzrə diferensiasiyasının əsaslandırılması, inkişaf etmiş bir sıra ölkələrdə aqrar bölmədə sahibkarlığın inkişafına yönəldilən tədbirlərin əsas istiqamətləri nəzərdən keçirilmiş, qlobal maliyyə böhranı şəraitində aqrar sahədə iqtisadi artımın mövcud səviyyəsi öyrənilmiş və əlaqədar təşkilatlar üçün müvafiq tövsiyələr işlənib hazırlanmışdır. Elektroenergetika sahəsində elektrik təchizatı və müəssisədaxili şəbəkələrdə elektrik enerjisi itkilərinin aradan qaldırılması layihəsi və kiçik, orta su sərfinə malik dağ çaylarının üzərində su elektrik stansiyalarının tikilməsi üçün texniki layihə işlənib hazırlanmışdır. Aqromühəndislik fakültəsində kənd təsərrüfatı məhsullarının qurudulması üçün patent səviyyəsində sadə və effektiv günəş kollektorları işlənib hazırlanmış, onların kütləvi istehsalı üçün layihə-konstruktor sənədləri tərtib edilmişdir.

Göygöl rayonunda fəaliyyət göstərən respublika süni mayalandırma məntə­qə­sinin mütəxəssisləri ilə həmin rayonun Hacıməlik qoyunçuluq fermer təsər­rüfatında elmi-tədqiqat işləri 2015-ci ildə də davam etdirilir. Bu məqsədlə Daşkəsən rayonunun “Zincirli” yaylağında qoyunlar Hissar qoçunun sperması ilə süni mayalandırılmışdır.

Təcrübənin aktuallığı və yeniliyi ondadır ki, Hissar qoyunları çox yüksək ət məh­sul­dar­lığına malik olmaqla və öz müsbət əlamətlərini nəslinə asan keçirmə xas­səsinə malikdir. Alınmış yeni mələzlər valideyn formalarına nisbətən daha məhsuldardırlar.

Tətbiqi xarakterli işlər kimi, Beyləqan rayonunun “İlqar” kəndli fermer təsərrüfatı, Zaqatala rayonunun Bəhmənli, Əliabad, Yu­xa­rı Tala, Muğanlı və Aşağı Tala kənd bələdiy­yələri tor­paq­larında taxıl sahələrinin aproba­si­yası və analizi, Şəmkir rayonunun “Süley­man” kəndli-fermer təsərrüfatında damazlıq se­lek­siya və süni mayalanma işləri, “Şəmkir quş­çuluq MMC” təşkilatında quş əti və yumurta istehsalı üsulunun yaxşı­laş­dı­rıl­ma­sı təd­bir­ləri davam etdirilmişdir.

Aqronomluq fakültəsində torpaqların kimyəvi xassələrini analiz etmək üçün müasir avadanlıqlarla təmin olunmuş laboratoriya yaradılmış, torpaqların münbit­liyinin artırılması və bərpası üçün tövsiyələr işlənib hazırlanmışdır;

2015-ci ildə 1 nəfər elmlər doktorluğu, 7 nəfər isə fəlsəfə doktoru adına layiq görülərək diplom almışdırlar.

Azərbaycan Dövlət Aqrar Universitetində hesabat dövründə 24 fəlsəfə dok­torluğu dissertasiyalarının müzakirəsinin keçirilməsi üçün Ali Attestasiya Ko­mis­siyası tərəfindən müvafiq icazə verilmiş, 2 nəfər elmlər doktorluğu, 7 nəfər fəlsəfə doktorluğu üzrə ilkin müdafiə etmiş, attestasiya sənədləri AAK-a gön­də­rilmiş, 3 nəfər ilkin müzakirədən keçərək müdafiənin sonrakı mərhələsinə icazə üçün Azər­baycan Respublikası Prezidenti yanında Ali Attestasiya Ko­mis­siyasına müraciət edilmişdir. Bundan başqa, 8 nəfər təhkim olun­duq­ları müva­fiq kafedralarda müdafiə etdikdən sonra müzakirə sənədləri kənar şuralara göndə­rilmişdir.

Hal-hazırda universitetdə 245 nəfər doktorant təhsil alır.


Download 1,31 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish