_______________ Milli Kitabxana _______________
208
26 B.
İki-üç viran kənd - Yer kürəsi. Quranda deyilir ki, dünyanın
yaradılmasından öncə yerlə göy hələ bir-birindən ayrılmamışdı. Ayrılanda
gecə, gündüz yarandı.
27 B. "Quranın" Ənbiyə surəsinin 31-ci ayəsindən iqtibas yolu ilə
deyilib: "İnanmayanlar görmədilərmi ki, göylər və yerlər bitişik idilər və
onları biz ayırdıq?!"
28 B.
Gövhər - ulduzlar. Gövhəri sapa necə düzürlərsə, Tanrı göyə
ulduzları eləcə düzdü, gecənin qara saçlarına sığal çəkərək, yoxluq tozunu
sildi,varlıq yaratdı.
29 B.
İki-üç çəmbər - Ay və ulduzlar. Yeddi düyün — yeddi iqlim
zonası.Qədim coğrafiyaçılar Yer kürəsini yeddi iqlim qurşağından ibarət
olduğunu hesab etmişlər.
30 B.
Günəşin donu - ağ ipəkdən, gündüzdən ibarətdir. Ayın donu isə
qaranlıq gecədir. Tanrı gecəni, gündüzü belə bir hüsn ilə yaratmışdır.
31 B. Dənizlərin, ümmanların buxarlanması buludların yaranmasına
səbəb oldu. Bir vaxt Xızr peyğəmbərin zülmətdə tapdığı dirilik suyuna
bənzər bulaqlar, çeşmələr çəmənlərin yaşıl sinəsində qaynamağa başladı.
32 B.
Gündüz badəsi - Günəş şüaları. Şəfəq qətrəsi - lələ.
33 B. Su - yağış suyu. Od - Günəş şüaları. Dənizlər dibindəki ağappaq
dürr və Yerin təkindəki qırmızı yaqut əslində təbiətin nadir möcüzəsi kimi su
ilə Günəş şüalarının torpaqda, daşdakı vəhdətindən yaranmışdır.
34 B. Al qırmızı ləlin daş içində necə yaranmasını aydınlaşdırır.
Küləyin,qasırğanın, tufanın şiddətindən, Günəşin istisindən buxarlanan su
havaya qalxır və daşın, qayanın bağrına enir, sıxılır və yaranan ləlin rənginə
qırmızılıq verir.
35 B.
Səxavət bağçası - dünya gülşənləri, barlı bağlar. Söz quşu –
yaradıcı ilhamın səsi.
36 B. Dil - nitq bağçası, xurma ağacı; söz - xurma; qulaq - sədəfi – şair
kəlamı; dürr, gövhər.
37 B. Şirin yuxu pərdə dalında əyləşmiş şirin dilli bir gözələ
oxşadılır.İkinci misra Quran ayəsindən iqtibas edilib: "Qoy adam baxıb
görsün ki, nədən yaranıb? O, cərəyan edən sudan yaranıb!"
38 B. Yerin saçı - qədim astronomların fikrincə, yer yuvarlığının
konusvarı kölgəsi.İkinci misranın məzmunu Quran ayəsindən alınıb:
"...Adəm öz Tanrısına asi olub (qulaq asmayıb) yolundan azdı". Buna görə
cəzalandırılmış və cənnətdən qovulmuşdur. "Vurdu üsyan damğası yanağına"
buna işarədir.
39 B.
Hədisə görə qızıl alçaq keyfiyyətli filiz sayılırmış. Lakin danışıq
zamanı Məhəmməd peyğəmbərə Tanrı dərgahından vəhy gəlmişdir ki, qızıl
xalis ülvi filizdir. Onun təbii şöhrətini bərpa etmək vacibdir.
Do'stlaringiz bilan baham: |