GUÖAM çərçivəsində imzalanmış əsas sənədlər
-
Bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün birgə səylər haqqında Bəyannamə (Yalta, 20.07.2002-ci il);
-
Azad Ticarət Zonasının yaradılması haqqında Saziş (Yalta, 20.07.2002-ci il);
-
GUÖAM iştirakçı-dövlətlərinin hökumətləri arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş (Yalta, 20.07.2002-ci il);
-
2002-2005-ci illər ərzində GUÖAM iştirakçı-dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Protokol (Yalta, 20.07.2002-ci il);
-
GUÖAM iştirakçı-dövlətlərinin Biznes Şurasının yaradılması haqqında Saziş (Yalta, 20.07.2002-ci il);
-
Ticarət və Nəqliyyata Yardım göstərilməsi üzrə (TNY) GUÖAM iştirakçı-dövlətlər arasında Anlaşma Memorandumu (Yalta, 04.07.2003-cü il);
-
GUÖAM-ın Virtual Mərkəzinin yaradılması haqqında Saziş (Yalta, 04.07.2003-cü il);
-
GUÖAM iştirakçı-dövlətləri arasında Elmlər Akademiyaları arasında elm və texnika üzrə əməkdaşlığa dair Protokol (Yalta, 04.07.2003-cü il);
-
GUÖAM iştirakçı-dövlətlərinin təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq üzrə Saziş (Yalta, 04.07.2003-cü il);
-
GUÖAM iştirakçı-dövlətlərinin dövlət sərhəd mühafizə orqanlarının əməkdaşlığına dair Protokol (Yalta, 04.07.2003-cü il);
-
GUÖAM iştirakçı-dövlətlərinin hökumətləri arasında gömrük sahəsində qarşılıqlı yardım və əməkdaşlıq üzrə Saziş (Yalta, 04.07.2003-cü il);
-
GUÖAM iştirakçı-dövlətlərinin hökumətləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş (Yalta, 04.07.2003-cü il);
Azərbaycan Respublikası GUÖAM çərçivəsində imzalanmış bütün sənədlərə qoşulmuşdur
2002-ci ildə Özbəkistan faktiki olaraq öz üzvlüyünü dayandırdı və rəsmi olaraq Özbəkistanın qanunvericilik palatası 27 yanvar 2006-cı il tarixdə GUÖAM-ın tərkibindən çıxmaq barədə qanun qəbul etdi və 25 fevral 2006-cı ildə qanun senat tərəfindən bəyənildi. Özbəkistan üzvlükdən çıxdıqdan sonra təşkilat yenidən GUAM adlandı.
2006-cı ilin mayın 22-23-də Kiyevdə GUAM dövlət başçılarının növbəti zirvə görüşü keçirilən zamanı GUAM-ın tam beynəlxalq təşkilata - GUAM Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat»ına çevrilməsi başa çatıb. O zaman bəyan edilib ki, GUAM iştirakçıları (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) azad ticarət zonası yaradıb. Belə bir zona haqqında əsasənamənin gerçəkləşdirilməsi haqqında protokol imzalanıb. Hazırda həmin dövlətlərin hökumətləri gömrük və tarif nizamlanması məsələlərini həll etməlidir.
Do'stlaringiz bilan baham: |