272
təyininin xaraktersitikasını verir və ona atom-emission-spektral
analiz, rentgenospektral analiz, atom-absorbision analiz və s.
aid etmək olar. Fiziki analiz metodunun üstün cəhəti sistemin
fiziki-kimyəvi parametrlərinin ardıcıl olaraq ölçülməsidir.
Kimyəvi analiz metodları analiz edilən məhsulun tərkib
hissələrini kəmiyyət və keyfiyyətcə təyin etməklə sitemin
istənilən fiziki xassəsinin müşahidə edilməsinə, ölçülməsinə
əsaslanır və ona fotometrik, kolorimetrik ,titrimetrik,
qravimetrik analiz metodu və s. daxildir. Kimyəvi və fiziki
analiz metodunun mənfi cəhəti şüaların bütün növlərindən
istifadə olunmamasıdır. Digər qrup analiz metoduna optiki
analiz metodları, elektrokimyəvi analiz və s. göstərmək olar.
Optik analiz metodları ən müasir metodlardandır və
məhsulda olan elementlərin keyfiyyət və miqdar tərkib
göstəricilərini təyin etməyə imkan verir. Bu metod elmi
araşdırmalarda, bütün sənaye və kosmik tədqiqatlarda istifadə
olunan spektroskopiyanın ən mühüm hissəsidir. Optik analiz
metodlarına
molekulyar-absorbsiya spektral analiz, atom-
absorbsiya spektroskopiya üsulu, refraktometrik analiz,
luminsens analiz və s göstərmək olar.
Spektroskopiyanın üstünlükləri yerində diaqnostikadan,
yəni birbaşa obyektin "ətraf mühitinə", temassız olaraq,
uzaqdan, obyektin xüsusi hazırlanmasından ibarətdir. Buna
görə də, məsələn, astronomiyada geniş inkişaf etmişdir.
Neftin və onun məhsullarının tərkib analizində
elektromaqnit
şüaların udulma hadisəsinə əsaslanan
ultrabənövşəyi, infraqırmızı spektroskopiya geniş istifadə
olunur.
Ultrabənövşəyi spektroskopiyaya nəzərən infraqırmızı
spektroskopiyanın fərqi molekulda funksional qrupların və
onların bir-biri ilə əlaqəsinin mövcud olmasıdır. Bu metodda
273
molekulların bütövlükdə quruluşu haqqında daha geniş
məlumatlar almağa imkan var.
Metodun
üstün
cəhətləri:
karbohidrogenlərin
identifikasiyasında yüksək həssaslıq, dəqiqlik və sürətli analiz,
eksperimental metodikanın və apparaturanın sadə olması,
tədqiqat üçün tələb olunan maddədən minimum istifadə
etməyin mümkün olması və s. Bu metodun çatışmayan cəhəti
bəzən spektrlərin üst-üstə düşməsi səbəbindən analitik
tədqiqatlarda istifadə imkanının məhdudlaşmasıdır.
Optik analiz metodunda sərhədləri 200 nm-dan 40 000
nm-a qədər
olan
"optik diapazondan" geniş istifadə edirlər.
İdarəolunan diapazonlu optik bloklar əsasında
məhsulun tərkibinə nəzarət sisteminin işləməsi az ölçmə kanalı
ilə işçi diapazonda daha çox informativ verilənlərin əldə
olunmasına imkan verir.
Ədəbiyyat
1. Г.Ф.Пругло, А.А.Комиссаренков, В.А.Фёдоров-Оптические методы
анализа, 2014
2. M.R.Bayramov, M.M.Hacıyev, M.R.,Mirzəyeva, İ.Q.Məmmədov-Neft
kimyası və neft-kimya sintezindən praktikum, 2007
3. R.Ə.Əliyeva, S.R.Hacıyeva, F.М.Çıraqov, Z.А.Məmmədov-Neft-kimya
sənayesində istifadə olunan kimyəvi analiz metodları, 2012
Do'stlaringiz bilan baham: